15
üçün coğrafi-qəbiləvi mənsubiyyət mənasında "Kartli", "İmeret" "Kaxeti",
"Meqreli" kimi adlar işlətmişdilər. Buna rəğmən orta əsrlərdə
gürcü adını Acar-
Batumdakı müsəlman xalqları özləri üçün işlətmişdilər. Gürcü adının ümumiləşmiş
etnik bir mənaya sahib olması XVIII əsrdə Rusiyanın təsiri ilə olmuş və ümumi bir
etnocoğrafiya Gürcüstan adı ortaya çıxarılmışdır.
45
Səlcuqlu hücumları ərəfəsində indiki Gürcüstanın siyasi mənzərəsi çox
qarışıqdır. Mənşəyi dəqiq olaraq bilinməyən
(yəhudi olduqları)
46
Baqratlıların
(Baqratuni) burada çoxlu sülalə qolları mövcud idi.
47
Mərkəzi Ani olan və
qriqoryanlıq məzhəbini mənimsəmiş
Ani Baqratlıları Krallığı (961-1045),
Tbilisinin qərbində Oltu, Gölə, Ərdahan və Çıldırda Ortodoks Baqratlıları (899-
1064/68), Borçalı ərazisində isə Taşir Baqratlıları (982-1185) indiki Kars
bölgəsində qriqoryanlığı mənimsəmiş Vanand-Baqratlı Krallığı (962-1064),
Ardanuç Baqratlı sülalələri eyni kökdən gəlirdilər. Tbilisidə ərəb mənşəli Cəfərilər
(912-1068), Divin və Gəncədə Şəddadilər (951-1088) hökm sürürdülər. İşquzlarla,
xüsusilə də m.ə. IV əsrdə buraya kütlələr halında gəlib yerləşmiş türklər, aradan
keçən min illik dövrdə xristianlaşmış və öz dini, milli və etnik mənsubiyyətlərini
45
Bax. Kırzıoğlu, Kıpçaklar, s. 189, n. 2.
46
Yəhudilərin Gürcüstan və Şərqi Anadoluya gəlməsi haqqında gürcü mənbələrində belə deyilir: "Bu
zamanlarda (Babil) kralı Nabuxodnozor Qüdsü işğal etmiş olduğundan Kartliyə gələn (yəhudi)
qaçqınlar, Mtzheta mamasahlisinə müraciət edib illik vergi müqabilində bir ərazi istədilər. Mamasahlis,
Zanav çayı ətrafında Araqvi yaxınlığında onlara illik vergi müqabilində torpaqlar verdi. Burası da
(onlardan alınan) vergiyə görə indi də Xarc adını daşıyır" (Gürcistan Tarihi (Eski çağlardan 1212 yılına
kadar), Haz. M. F. Brosset, Türkçe yay haz: E. Merçil, Ankara 2003, s. 14). Bu hadisə m.ə. 586-cı ildə
olmuşdur. Burada "Harc", gürcücə "harci" - vergi sözüylə eyniləşdirilir. Ancaq "harc" sami mənşəli bir
kəlmə olub, ərəbcə "'xərac" sözü də buradan gəlir. Bu söz yəhudilər vasitəsilə sami dillərində gürcü
dilinə keçmişdir.
47
Baqratlıların yəhudi və türk olduqları məsələsi dəqiq deyildir. Gürcü qaynaqlarında Baqratlılar
yəhudilərlə (Davud və Süleyman peyğəmbərlərlə) əlaqələndirilir. Ancaq bu məlumat şübhəli də ola
bilir. Gürcü mənbələrin Baqratlıların ulu babası olaraq göstərdikləri Quaram, qrabarca mənbələrdə
Qomar olaraq keçir. Yenə gürcü qaynaqlarında bu şəxsin atasının "Xosrov sülaləsindən" olduğu
yazılmaqdadır. Ancaq Qomarın Kimmerlərlə də yaxınlığı diqqət çəkir. Bu görüşləri təhlil edən və
Samtzhe tarixinin girişində izah edən Wakhouchta görə, Quram adlı şəxs, 34-cü kral Daçinin qardaşı
Mirdatın bacıyla evlənmiş və bundan da Baqrat adlı bir oğlan dünyaya gəlmişdir. Baqratlılar sülaləsi
adını buradan almışdır. Quaram öz ana tərəfdən Qurqaslan sülaləsindən idi. Ancaq bu mülahizələrin
doğru olub-olmadığı bilinmir. Üstəlik bu məlumatlarda qeyri-dəqiqlik də diqqəti çəkir. Misal üçün,
müəllifın "kral Daçinin qardaşı Mirdatın bacısı"nın eyni zamanda kral Daçinin də bacısı olacağını
problemli bir ifadə halına gətirməsini başa düşmək mümkün deyildir. Ayrıca, "Qurqaslan" adı gürcü
dilinə keçmiş türkcə bir ada (qorq-aslan//qurd arslan) olaraq izah edilə bilər. Məsələ burasındadır ki,
gürcü mənbələrində Quram, Peyğəmbər Süleymanın 7 oğlundan biri olaraq göstərilmişdir. Bunlar:
Baqrat, Abqavar, Moabal, Quaram, Saak, Asam və Varzavar idi. Bunlardan dördü, əsir yəhudilərlə
birlikdə Fələstini tərk edib Gürcüstana gəlmişdilər. Ancaq burada da dolaşıqlıq vardır. Zira, Qüdsün
assurlar tərəfindən işğalı ilə Süleymanın iddia edilən yeddi oğlu arasında uzun bir tarixi dövr vardır.
Kartli Tarixinin bir başqa əlyazmasında isə, Süleymanın Gürcüstana gələn dörd oğlundan Quaramın
burada eristav vəzifəsinə gəldiyi və Baqratlıların ulu babasının da bu şəxs olduğu deyilir. Ancaq bu
əfsanəvi məlumatlar ibrani mənbələri tərəfindən təsdiq edilmir. Bax. Gürcistan Tarihi, s. 182-184.
16
itirmişdilər. Misal üçün, Ançabadze sülaləsi əslində Anç-Aba-oğlu olub, xanədanın
qurucusu I Levan (744-789), Xəzər Xaqanının kürəkəni idi. O, Abxaziyanın
eristavı (valisi) ikən qayınatasının köməyi ilə özünü
mepe (kral) elan etmiş və
Meqrel, İmeret və
Eger (Gurel-Acara) ölkələrini əlinə keçirmişdir. Xəzərlərin
köməyi ilə ərəb hücumlarının qarşısını almış və paytaxt olaraq Kutaisini seçmişdir.
Onun nəvəsi I Georgi (845-877) Kartli ölkəsini də dövlətinə qatmışdır.
Doqquzuncu Ançabadze hökmdarı II Georgiyə (921-955) qədər parlaq bir dövr
keçirən krallıq dini cəhətdən ortodoks xristianlığını qəbul etmişdilər. Xristian
olmaları səbəbi ilə Bizansın dini təsirində olan Ançabadze sülaləsinin son
nümayəndəsi II Teodos (979-985) varis buraxmadan ölmüşdür. Atası II Georgi qızı
Guran-Dukhtı
48
Ardanuç Baqratlıların hökmdarı Gürgenlə (994-1008-cü illərdə
kral olmuşdur) evləndirmişdir. Buna görə, qardaşı Ançabadzeli II Teodos
öldüyündə Gürgen ilə Guran-Dukhtın izdivacından anadan olan Baqaratlı III
Baqrat adıyla Ançabadze taxtına oturdular. O, "Abxaz kralı" ünvanını aldı. III
Baqrat, atası II Teodos 1008-ci ildə vəfat edincə Ardanuç-Baqratlı ölkəsini də əlinə
keçirdi. O, bu minvalla "İber (Kartli) kralı" ünvanına da sahib oldu. 1000-ci ildə
isə o, Bizansdan curopalates ünvanını almış və hakimiyyətini məşhurlaşdırmışdır.
Beləcə, III Baqrat dövründə bu bölgədə mərkəzi bir idarə qurulmuşdur. Abxazya-
Kartli (yəni gürcü) krallığı adını daşıyan bu dölvətin mənşəcə türk əsilli
Ançabaoğullarına dayandığı beləcə ortaya çıxmaqdadır.
49
III Baqrat 1014-cü ildə vəfat edərkən yerinə 18 yaşındakı oğlu I Georgi
(1014-1027) "Abxaz və İber kralı" ünvanıyla keçdi. O, uzun illər Tayk (Oltu-
Yusufeli) ərazisini ələ keçirmək üstündə Bizansla müharibələr aparan Bizans
imperatoru II Basilə Çıldır çölündə (Palakatzis) 1021-ci ildə məğlub olmuşdur.
Onun ölümü ilə Kutaisi taxtına 9 yaşındakı oğlu IV Baqrat (1027-1072) çıxdı.
Onun dövründə Səlcuqluların ortaya çıxması ilə Abxaz-Kartli krallığı ilə Bizans
arasında sülh bağlandı. IV Baqratın anası Kraliçə Məryəm 1032-ci ildə
Konistantinopola (İstanbul) gəlib, diplomatik oyunları sayəsində həm Tayk
ərazisini, həm də III Romanos Argyrosun qızı gözəl Helenanı gəlin olaraq öz
oğluna almışdır. Bizansın məqsədi bu şəkildə Abxaz-Kartli krallığını Səlcuqluların
48
Gürcücəyə tərcümə edildiyi başa düşülən bu ad əsli türkcə "Kuzən xatun"dur. Kuzən, Gürcü dilində
"Guran" şəklində, "xatun" isə pəhləvicədən keçmiş
"doxtə" (dukht) şəklində ifadə edilmişdir. Gürcü
qaynaqlarında türk dilində olan adların çoxu bu şəkildə ya dəyişdirilmiş, ya da tərcümə edilərək
yazılmışdır. Misal üçün, sülalə və boy adları: Anç-Aba oğlu=Ançabadze, Qoluuzun-
oğlu=Mexarqrdzelidze, Arsaqlı=Artok'es, Afşar/Əfşar=Apsar'os, Yazır və ya Yazqır =Askur'os,
Döyər/Dögər=Tukhar vəd.
49
Bax. Histoire de la Georgie depuis L'antiquite jusqu'au XlXeme siecle, SPb. 1849-1856, t. I—II
(Gürcücə qaynaqların külliyatı), M. Brosset; Türkcə tər bax.
Gürcistan Tarixi, s. 259-261, 294, 301-
303, 305-307; Allen W.D.E., History of the Georgian People, London 1932, s. 49, 81-84, 89.