ƏKBƏr qocayev, ġƏhla qulġyeva, sevda əLĠyeva



Yüklə 484,89 Kb.
Pdf görüntüsü
səhifə12/20
tarix16.11.2017
ölçüsü484,89 Kb.
#10547
1   ...   8   9   10   11   12   13   14   15   ...   20

24 

 

malik olan əsas qanunlar məcəlləsi. 



Kontinent

 (latınca) — materik deməkdir. 

Korrexidor 

— Latın Amerikasındakı müstəmləkələrdə kral məmuru. 

Kortes

  (ispanca)  —  kral  sarayı  deməkdir.  Ġspaniyada  ali  qanunverici  orqan, 



parlament. 

Kosmopolitizm

  (yunanca)    dünya  vətəndaĢı  deməkdir.  Bütün  dünyanı  özünə 

vətən hesab edən, milli adət və mədəniyyətdən imtina edən təlim forması. 

Kovxa 

— Azərbaycanda kəndliləri idarə edən vəzifəli Ģəxs. 



Kremasiya

 — insanın yandırılaraq külünün qəbrə qoyulması. 

Kreollar

 — Latın Amerikasına Ġspaniyadan daha əvvəl köçüb gələnlərin nəsilləri. 

Ku-kluks-klan

  —  ABġ-da  keçmiĢ  quldarların  -  cənubda  irqçilərdən  yaratdığı 

terrorçu  təĢkilat.  Onlar  qaradərili  əhalini  və  öz  əleyhdarlarını  linçləyirdilər  (bax: 

linçləmə). 

Kulak

 (rusca) — qolçomaq, varlı kəndli. 



Kurqan

 — torpaq təpə. Tayfa baĢçıları və varlı adamların qəbri üzərində qurulurdu. 

Kustak

 — Sasani dövlətində inzibati idarə vahidi, caniĢinlik. 



Kümdar 

— barama yetiĢdirməklə məĢğul olan Ģəxs. 

Künəlgə

 — Azərbaycanda əyanların kəndlinin evində qalmaq hüququ. 



Küzdək 

(və ya küz) — ağac çubuqlarından, qamıĢdan hörülərək düzəldilən yer. 

 

Qaçaqmalçılıq

  —  gömrük  orqanlarından  yayınmaqla  ölkəyə  malların  gizli 

gətirilməsi. 

Qarluq

 (türkcə) — "qarlıq", "qar yığını" deməkdir. Türk tayfalarından birinin adı. 



Qarluqlar 

—  IX  əsrdə  ġərqi  Türküstan  Yeddisu  və  Tyan-ġan  dağlarının  Ģimal 

ətəklərində yaĢamıĢ AĢina türksoyuna mənsub idilər. 

Qazax  tayfası

  —  türksoylu  tayfa.  XI-XII  əsrlərdə  Azərbaycanın  ġimal-Qərb 

torpaqlarında  məskunlaĢmıĢdılar.  XVIII  əsrin  əvvəllərində  bir  hissəsi  Qarabağa 

köçmüĢdü. 

Qazı


 (ərəbcə) — icra edən. Müsəlman ölkələrində Ģəriət əsasında məhkəmə iĢlərini 

həyata  keçirən  hakim.  Azərbaycanda  məhkəmə  iĢlərinin  qazılar  tərəfindən 

aparılması Xilafət dövründən baĢlayaraq XIX əsrin ortalarınadək davam etmiĢdir. 

Qazıbəyi 

—  ġirvanĢah  Sultan  Məhəmməd  Qazinin  dövründə  kəsilən  və  onun 

Ģərəfinə adlandırılan mis pul vahidi. 

Qazilər

 — Qəznəvi dövlətində Sultan Mahmudun ordusunun yürüĢlərində könüllü 



iĢtirak edən döyüĢçülər. 

Qazlar Romanı xilas etdi

 — Qall tayfalarının Romada hücumu zamanı qazların səs 

salıb romalı döyüĢçüləri xəbərdar etməsi hadisəsindən yaranmıĢ məsəl. 

Qəbalə 

(ərəbcə) — xərac toplamaq üçün ayrı-ayrı adamlara verilən icarə kağızı. 

"Qədr"  partiyası

  —  1913-cü  ildə  Pəncablı  mühacirlər  tərəfindən  ABġ-da 

yaradılmıĢdı. 




25 

 

Qıpçaqlar 



— Oğuzların bir qolu olan qədim  türk  xalqı.  Ġlk vətənləri Altayın Ģimal 

qərbindəki  Çjeylen  vadisi  hesab  edilir.  IX-X  əsrlərdə  qıpçaqlar  Tyan-ġan 

dağlarının  ətəklərindən  Dunay  və  Volqaya  qədər  ərazidə  yaĢamıĢlar.  Bu  ərazi 

"DəĢt-i-Qıpçaq" adlanırdı.  

Qırmız böcəyi

 — Azərbaycanda mövcud olmuĢ xüsusi böcək növü. Ondan qırmızı 

rəngli nadir boya hasil olunurdu. Boya da həmin böcəyin adı ilə "qırmız" adlanırdı. 

Qızılboya

  —  boyaqotu;  kökündən  qırmızı  boya  alınan  bitki,  orta  əsrlər  boyu 

Azərbaycan xalçalarının, toxuma və tikmə parçalarının dünya Ģöhrətini təmin edən 

keyfiyyətli boya. 1869-cu ildə süni boya olan alizarinin kəĢfi ilə qızılboya istehsalı 

tənəzzülə uğradı. 

Qızılqaya  xəyanəti

  —  Gürcü  çarı  II  Ġraklinin  bir  sıra  Azərbaycan  xanlarını 

aldadaraq ġəki xanlığı üzərinə yürüĢ etmək bəhanəsi ilə Qızılqaya adlı yerdə həbs 

etməsi.  ġəki  xanı Hacı  Çələbi xanın onları azad etməsi  hadisəsindən  yaranmıĢdır 

(1752). 

Qiyam


 — bir qrup qəsdçinin dövlət çevriliĢi etmək cəhdi. 

Qladiator

  (latınca)  —  "qılınc"  sözündəndir.  Qədim  Romada  xüsusi  həbsxana  - 

məktəblərdə silah iĢlətmək öyrədilən və bir-birilə vuruĢmağa məcbur edilən qullar. 

Qopçur

 (monqolca) — otlaq deməkdir. Monqol istilasına məruz qalan ölkələrdə, o 



cümlədən,  Azərbaycanda  vergi  növü.  Əvvəllər  otlaqlardan  istifadə  üçün 

köçərilərdən  toplanılan  qopçur,  Elxanilər  dövründə  can  vergisi  ilə  əvəz  olundu. 

Yalnız köçərilərdən deyil, oturaq əhalidən və bəzən Ģəhərlərdən də toplanılırdı. 

Qopuz 


— orta əsrlərdə Azərbaycanda geniĢ yayılmıĢ saza oxĢar musiqi aləti. 

Qrifon 


— Ģir bədənli, qartal qanadlı, Ģir və ya qartal baĢlı əfsanəvi heyvan. Qrifon 

təsvirləri  qədim  ġərqdə  və  antik  incəsənətdə  geniĢ  yayılmıĢdı.  Naxçıvan  MR-nın 

Zoğallı  kəndində  təqribən  VI—VII  əsrlərə  aid  orijinal  tunc  qrifon  fiquru 

tapılmıĢdır. 

Qrossbauer

 (almanca) — varlı kəndli, qolçomaq. 

Quba meydanı

 — Bakı Ģəhərində indiki Füzuli meydanı. 

Qulamalar

  (ərəbcə)  —  "oğlan",  "oğlan  uĢağı",  "qul"  deməkdir.  Orta  əsrlərdə  bir 

sıra  ġərq  ölkələrində  baĢlıca  olaraq  türk  əsilli  gənc  qullardan  ibarət  daimi  süvari 

qvardiya. 

Quran

  (ərəbcə)  —  "mütaliə",  "oxu"  deməkdir.  Ġslam  dininin  müqəddəs  kitabı. 



Ġslamın  ehkamlarına  görə  "Quranı"  Allah,      Cəbrayıl  vasitəsilə  Məhəmməd 

peyğəmbərə göndərmiĢ, o da  xalqa çatdırmıĢdır. Quran 610-632-ci illərdə Məkkə 

və Mədinədə Məhəmməd peyğəmbərin "peyğəmbərin vəhyi" formasında söylədiyi 

moizə, ayin və hüquq qanunlarının, and və duaların, ibrətli hekayələrin toplusudur. 

Quran qafiyəli nəsrlə yazılmıĢ 114 surə və 6200-dən çox ayədən ibarətdir. 

Qurultay


  (türkcə)  —  1.  Hakim  nəsildən  olan  monqol  və  türk  əsilzadələrinin  ali 

yığıncağı deməkdir. Adi döyüĢçüləri buraya buraxmırdılar; 2. Hər hansı təĢkilatın 

və ya əhali qruplarının, hər hansı sahə xadimlərinin nümayəndələrinin yığıncağı. 

 



Yüklə 484,89 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə