Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə25/133
tarix01.06.2018
ölçüsü3,31 Mb.
#46945
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   133

80 

Mineral sular istehsalı. Respublika üzrə 5 yodlu-bromlu su 

yatağının (Xıllı, Babazənən, Mişovdağ, Binə-Hövsan və Neftçala) 

ümumi sənaye ehtiyatları – 229,5 min dm

3

/gün təşkil edir.  



İstisu  çox  məşhur  olub,  Çexiyadakı  Karlovı-Vari  suyuna 

oxşayır. Sirab isə Barjomiyə oxşar olub, həm də süfrə suyu kimi 

işlədilir.  

Son  illər  Qalaaltı  və  Siyəzən  meşə  mənbəyindən  və  Qax 

rayonundan mineral su doldurulması yer almışdır.  

Bu yataqların lay sularının tərkibində 40 mq/dm

3

-ə qədər yod, 



60-80  mq/dm

3

-ə  qədər  brom  və  digər  kimyəvi  komponentlər 



vardır.  Yod  güclü  radiasiyaya  məruz  qalmış  insanları  müalicə 

etmək  üçün  ən  təsirli  vasitələrdən  biridir.  Çernobl  qəzasında  10 

minlərlə adam məhz Bakı zavodunda istehsal olunan yodun təsiri 

ilə şəfa tapmışdır. 

Ölkəmizdə istehsal olunan mineral suların bəzi nümunələrini 

təqdim edirik (şəkil 1.4). 



Sirab.  Naxçıvan  şəhərinin  14,6  km  şimal-şərqində  dağların 

qoynunda yerləşən Sirab kəndində 250 metr dərinlikdən çıxır. 

Sirab suyunun əsas komponentləri və onların miqdarı cədvəl 

1.24-də olduğu kimidir. 

Cədvəl 1.24 

Şirabın tərkib komponentlərinin miqdarı, mq/dm

3

 

Element 



Miqdarı 

Maqnezium 

37,9-56,9 

Kalsium 


214-320 

Natrium 


112-168 

Kalium 


5,90-8,86 

Sulfat 


146-218 

Hidrokarbonat 

852-1278 

Xlorid 


23,3-35,0 

CO

2



 

117-350 


  


81 

 

 



Şə

kil 1.4. Az

ərbaycanda buraxılan mineral su nümunə

l

ə

ri 

 

Minerallarla zəngin olan “Sirab” suyu Rusiya, İran, Qazaxıs-

tan, Türkmənistan və Ukrayna bazarında özünə yer tapıb. 

Mineral  məzmunu  50  mq/dm

3

-dan  az  olan  sular  “Aşağı 



mineral”  və  1500  mq/dm

3

-dan  çox  olan  sular  “zəngin  mineral” 



olaraq  səciyyələndirilir.  Mineralın  miqdarı  250  mq/dm

3

-dan  çox 



olan sulara “Mədən suyu” adı verilir.  

Badamlı.  Bu  suyun  mənbəyi  Şahbuz  rayonunun  Badamlı 

kəndidir.  Su  mənbələri  dəniz  səviyyəsindən  1274  metr  yüksək-

likdədir. Badamlıda beş mənbədən su çıxır və bunların gündəlik 

debiti  2,5  milyon  litrdir.  Badamlı  suyu  hidrokarbonatlı,  maq-

nezium-kalsium-natriumlu  su  olub,  ümumi  minerallaşması  ayrı-

ayrı mənbələrdə 0,7-7,4 q/dm

3

-dir. Suyun tərkibində xlor və sulfat 



anionu, yod, brom, mis, borat turşusu vardır. Badamlı suyu iştahı 

artırır, həzm prosesini yaxşılaşdırır, susuzluğu yatıran süfrə suyu 




82 

kimi  tanınır.  1947-ci  ildən  zavod  şəraitində  istehsalına 

başlanmışdır.  

Məhsullar alıcılara şüşə və polietilen qablarda çatdırılır. Qazlı 

mineral su 0,5-1,0 və 1,5, həmçinin 5 və 19 litrlik plastik, qazsız 

mineral su isə 0,3 və 0,6 litrlik şüşə qablarda buraxılır. Polietilen 

və  şüşə  xətlərinin  hər  birinin  saatda  istehsal  gücü  15  min 

butulkadır.  

Zavoda gələn su əvvəlcə mikrotəmizləyici qurğuya verilir və 

hər  birinin  tutumu  250  ton  olan  qapalı  hovuzlara  yığılır. 

Hovuzlarda  su  2  gün  saxlanır,  sonra  filtrdən  keçirilərək  istehsal 

sexinə  verilir.  Suyu  boşaldıldıqdan  sonra  hovuzlar  dezinfeksiya 

edilir.  

Darıdağ. Darıdağ mineral suyu müalicəvi əhəmiyyətinə görə 

Badamlı və Sirabla birgə “üçlük” hesab edilə bilər.  

Darıdağ mineral suyu tərkibindəki elementlər sayəsində qan 

dövranını  və  onun  laxtalanmasını  yaxşılaşdırır,  hüceyrələrin 

oksigen  təchizatını  yüksəldərək  onları  cavanlaşdırır,  xırda 

damarlarda  qan  dövranını  yaxşılaşdırır.  Orqanizmin  istənilən 

nahiyyəsində  iltihabi  proseslərin  sağalmasını  və  toxumaların 

regenerasiyasını sürətləndirir.  

Darıdağ mineral sularının dəmir elementi ilə zənginliyi onun 

anemiya  xəstəliyi  zamanı  istifadəsini  arzu  olunan  edir.  Darıdağ 

sularının  tərkibi  həm  də  yod  elementi  ilə  zəngindir.  O, 

qalxanabənzər vəzinin hormonu trioksinin sintezi üçün zəruridir. 

Bu  suların  həmin  vəzin  hipofunksiyası  zamanı  tətbiqi  müalicəvi 

əhəmiyyətə malikdir.  

Tüklərin  tökülməsi,  səpgilər,  tənəffüsün  pisləşməsi,  tez 

yorulma, infeksiyalara davamsızlıq və s. zamanı Darıdağ mineral 

suları çox faydalıdır.  

Darıdağ  mineral  suları  mərgümüşlü  (As)  sular  kimi  tanınır. 

Mərgümüş  az  dozada  qan  yaranmasına,  maddələr  mübadiləsinə, 

toxumaların inkişafına, sümüklərin qalınlığına müsbət təsir edir, 

orqanizmin davamlılığını artırır. Bu suyun tərkibindəki mərgümüş 

düzgün  istifadə  olunduqda  xərçəng  hüceyrələrinin  inkişafını 




83 

dayandırır.  



“Qalaaltı”  suyu.  Şabran  rayonunun  (keçmiş  Dəvəçi)  20 

kilometrliyində  Qalaaltı  adlanan  kəndin  üst  tərəfində  -  dağətəyi 

meşədə 1969-cu ildə yeni mədən suyu tapılmışdır. Meşədə həmin 

suyun 7 mənbəyi müəyyən edilmişdir. Suyun bir dəqiqədə çıxışı 

10000  litrdən  artıqdır.  Alimlərin  apardıqları  hidrogeoloji,  fiziki-

kimyəvi, biokimyəvi tədqiqatları göstərmişdir ki, “Qalaaltı” suyu 

tərkib  etibartı  ilə  Zakarpatiyada  (Truskavets)  çıxan  mədən  suyu 

“Naftusiya”-nın  eynidir.  “Qalaaltı”  mədən  suyu  hidrokarbonat-

kalsium, xlorid-sulfat natrium mədən sularındandır və tərkibində 

çoxlu  miqdarda  hidrogensulfit  vardır.  Həmin  su  özünün 

tərkibindəki  kimyəvi  maddələrin  köməyi  ilə  daşəridici  xassəyə 

malikdir,  eyni  zamanda,  iltihab  əleyhinə  də  təsir  göstərir. 

“Qalaaltı”  mədən  suyu  öd  kisəsində,  öd  yollarında,  böyrək 

ləyənində,  sidik  kisəsində,  sidik  yollarında  əmələ  gələn  daşların 

əridilməsində,  eləcə  də  qaraciyərin,  öd  yollarının,  böyrəklərin, 

sidik  kisəsinin,  sidik  axarlarının,  mədə-bağırsağın  iltihabı 

xəstəliklərinin müalicəsində olduqca yaxşı nəticə verir.  

“Qalalatı”  suyunu  çox  saxlamaq  olmaz.  Bu  sudan  yerində 

istifadə olunmalıdır, yəni qablaşdırmaq məsləhət görülmür. Çünki 

bir sutkadan sonra tərkibinin dəyişdiyi bildirilir. 

 

1.3. Piv

ənin ekspertizası

 

 

1.3.1. T

əsnifatı

 

 

Pivə  –  təzələyici,  karbon  qazı  ilə  doydurulmuş  köpüklü  içki 

olub,  pivə  şirəsinin  xüsusi  pivə  mayaları  ilə  qıcqırdılması 

nəticəsində alınır. 

Pivə  şirəsi  əzilmiş  dən  məhsullarından,  xüsusilə  arpa  yaxud 

buğda  səmənisi,  arpa,  buğda,  qarğıdalı  və  digər  dənlilərdən,  su, 

şəkər və mayaotu məhsullarından hazırlanır. 

29018-91 saylı QOST-a görə pivələr fərqləndirilir: 




Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə