Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 3,93 Mb.
səhifə13/32
tarix02.01.2018
ölçüsü3,93 Mb.
#19157
1   ...   9   10   11   12   13   14   15   16   ...   32
Ş”

QIRX BEŞİNCİ MƏKTUB

6 Məhərrəm 1330



Keçmişdəkilərin əməllərinin doğru olmasına inam üçün təfsir məcburiyyətində.

1. Əgər “raşidin” xəlifələrinin (yəni əvvəlki dörd xəlifə) xilafətinin doğruluğu qəti olmasaydı, sizin fikir və əqidənizi qəbul etməkdən, bu ayəni və onun kimiləri sizin hökmünüzə əsasən başa düşməkdən savayı yolumuz yox idi. Amma onların xilafətinə şübhə üçün heç bir əsas yoxdur. Buna görə də onların və onlara beyət edənlərin işlərinin doğruluğuna qail olmaq (inanmaq, demək) üçün çarəsizlikdən “təvil”ə pənah aparmaq lazımdır.

S”

QIRX ALTINCI MƏKTUB

6 Məhərrəm 1330

1. Keçmişdəkilərin əməllərinin doğru olmasına inam üçün “təvil” lazım deyildir.

2. “Təvil” mümkün deyildir.

Üç xəlifənin xilafətilə bağlı burada bəhsimizi əsaslı müzakirə edə bilərik və buna görə də ondan bir dəlil kimi istifadə etmək olmaz. Ətrafında bəhs olunan bir mövzunu dəlil kimi başqa dəlillərin qarşısında gətirmək düz deyil, çünki elə onun özünün doğru olub-olmaması dəlillə sübuta yetməlidir.

1. Bundan əlavə, onların və onlara beyət edənlərin işini yozmaq üçün elə də deyil ki, mütləq dəlillərdə təvil aparılsın, necə ki, ittiham üçün əlinizdə başqa imkan vardır. Əgər bu barədə danışmaq lazım gələrsə, onu aydınlaşdıracağıq.

2. O ki qaldı (“qədir nəssi” və “vəsiyyət nəssləri” kimi) yazdığım və yazmadıqlarımı təvil və yozmağa ki, qeyri-mümkündür. Xüsusilə, bu “nəss”lər özləri ayrı-ayrılıqda mötəbər sayılan neçə sənəd və təriqlə təsdiq olunurlar. Bunlara insaf gözü ilə baxanlar, həqiqət üçün kəskin və aydın dəlil olduğunu görərlər. Vəssalam.

Ş”

QIRX YEDDİNCİ MƏKTUB

7 Məhərrəm 1330

Təsdiqedici “nəss”lərin tələbi.

Ey kaş, bizi o təsdiqedici “nəss”lərdən agah edəydin, nə üçün onları qeyd etməmisən? Vəssalam.

S”

QIRX SƏKKİZİNCİ MƏKTUB

8 Məhərrəm 1330

1. Sübut üçün qırx hədis.

Sübut üçün sizə qırx hədis kifayət edər:

1. Peyğəmbər (s) əlini Əlinin (ə) çiyninə qoyub uca səslə dedi:

«هذا اِمامُ الْبَرَرَةِ قاتِلُ الْفَجَرَةِ مَنْصُورٌ مَنُ نَصَرَهُ مخْذُولٌ مَنْ خَذَلَهُ» “Bu yaxşıların imamı, pislərin və yolunu azmışların qatilidir. Elə bir şəxsdir ki, ona kömək edən qalib, alçaltmaq istəyən isə alçaldılacaqdır.”

Bu hədisi Hakim “Müstədrək”in 3-cü cildinin 129-cu səhifəsində Cabirdən nəql etmiş1 və sonra demişdir: “Bu hədisin sənədi doğrudur. Amma Buxari və Müslim onu nəql etməmişdir.”

2. Peyğəmbər buyurdu: “Əli haqqında üç şey vəhy olmuşdur:

«اِنَّهُ سَيّدُ الْمُسْلِمِينَ وَ امامُ الْمُتَّقينَ وَ قائِدُ الْغُـرِّ الْمُحَجَّلينَ» “O müsəlmanların ağası, təqvalıların imamı, alnı açıqların və nurluların yolgöstərəni və rəhbəridir.” Hakim “Müstədrək”in2 3-cü cüzünün 138-ci səhifəsinin əvvəlində bu haqda yazmış və demişdir: “Bu hədisin sənədləri düzgündür, amma Buxari və Müslim o haqda yazmamışlar.”

3. Peyğəmbər (s) buyurdu: “Mənə vəhy gəlmişdir ki, Əli müsəlmanların seyyidi, təqvalıların vəlisi, alnı açıqların və nurluların rəhbəridir.” İbn Nəccar və başqa “sünən” yazanlar onu nəql etmişlər.

4. Peyğəmbər (s) Əliyə buyurur: «مَرْحَباً بَسَيِّدِ الْمُسلِمينَ وَ امامِ الْمُتَّقينَ» “Müsəlmanların seyyidinə, mənim və təqvalıların imamına mərhəba.” Əbu Nəim “Hilyətül-Övliya”da3 onu nəql etmişdir.

5. Peyğəmbər (s) buyurdu: “Bu qapıdan daxil olan ilk şəxs pəhrizkarların imamı, müsəlmanların seyyidi, dinin başçısı, xatəmül-vəsiyyin, nurlu üzlülərin rəhbəridir. Əli daxil oldu.Onun haqqında müjdə verən Peyğəmbər (s) ayağa durdu, onu qucaqladı, alnının tərini sildi və buyurdu: Sən mənim borcumu əda edən, mənim səsimi insanlara çatdıran, ixtilaflarını bəyan edənsən.”4

6. Peyğəmbər (s) buyurdu: “Allah mənə belə tövsiyə etdi ki, Əli hidayət bayrağı, dostlarımın imamı, mənə itaət edənlərin nurudur. O elə bir “sözdür” ki, təqvalılar ona əməl etməlidir.”5 Mülahizə edirsinizmi? Bu altı hədis onun imaməti və ona itaətin vacibliyi haqqındadır. Ona (ə) salam olsun.

7. Peyğəmbər (s) əli ilə Əlini göstərərək buyurdu: “Bu mənə iman gətirmiş ilk şəxsdir və birinci adamdır ki, qiyamətdə mənimlə görüşəcəkdir. Bu, böyük vəfadar və ümmətin faruqudur – haqqı batildən ayırır və möminlərin başçısıdır.”6

8. Peyğəmbər (s) buyurdu: “Ey Ənsar əhli, istəyirsinizmi sizə elə bir şəxsi göstərəm ki, ona arxalanıb, heç vaxt yolunuzu azmayasınız? O, Əlidir. Məni sevdiyiniz qədər onu sevin, mənə etdiyiniz hörmət qədər ona ikram və hörmət edin. (Çünki) sizə dediklərimi Cəbrail Allah tərəfindən mənə əmr edib.”1

9. Peyğəmbər (s) buyurdu:

«اَنَا مدينَةُ الْعِلمِ وَ عَليٌّ بابُها فَمَنْ اَرادَ الْمَدينَةَ فَلْيَئْتِ الْبابَ» “Mən elmin şəhəri, Əli isə o şəhərin qapısıdır. Elm istəyən onun qapısından keçməlidir.”2

10. Peyğəmbər (s) buyurdu: «اَنَا دارُ الْحِكْمَةِ وَ عَليٌ بابُها» “Mən hikmət eviyəm və Əli onun qapısıdır.”3

11. Peyğəmbər (s) buyurdu: “Əli mənim elmimin qapısı və mənim məmur olduğum hər bir şeyi (özümdən sonra) ümmətimə bəyan edəndir. Onu sevmək iman, sevməmək isə nifaqdır.”4

12. Peyğəmbər (s) Əliyə buyurdu: “Sən, məndən sonra ümmətimə ixtilaflı olan hər bir şeyi bəyan edəcəksən.”

Hakim “Müstədrək”in 3-cü cildinin 122-ci səhifəsində onu Ənəsdən nəql etmiş,5 sonra demişdir: “Bu, Müslim və Buxarinin nəzərincə qəbul olunduğundan doğru hədisdir. Amma onu nəql etməmişlər.”

Mən deyirəm: Bu və bu kimi başqa hədislər haqqında fikirləşən şəxs başa düşər ki, Əlinin Peyğəmbərə (s) olan nisbəti, Peyğəmbərin (s) Allaha olan nisbəti (Quranı bəyan etməkdə) kimidir. Çünki, Allah Peyğəmbərinə buyurur: “Biz, (bu Quranı) məgər ona görə sizə nazil etmədik ki, onlara (ixtilafda olduqları şeyləri) bəyan edəsiniz? Bu Quran, iman sahibləri üçün hidayət və rəhmətdir.”6 Allahın rəsulu (s) da Əliyə (ə) deyir: “Sən məndən sonra mənim ümmətimə ixtilaflarda olduqları şeyləri bəyan edəcəksən.”

13. İbn Səmmak Peyğəmbərin (s) sözünü Əbu Bəkrdən “mərfu” şəkildə nəql etmişdir: «عَلِيٌّ مِنّي بِمَنْزِلَتـي مِنْ رَبّي» “Əli (ə) ilə mənim nisbətim, mənim Allahla olan nisbətim kimidir” 7

14. Darü-Qütni “Əl-ifrad” kitabında İbn Abbasdan Allahın rəsulunun (s) sözünü məfru şəkildə nəql etmişdir: “Əli ibn Əbu Talib “Hittə qapısı”dır, bu qapıdan girən mömin, çıxan kafirdir.”2

15. Peyğəmbər (s) Ərəfatda “həccətül-vida”da buyurdu: “Əli məndəndir və mən Əlidənəm. Mən və Əlidən başqa heç kəs (Allahın əmrini) çatdırmır.”3

Bu söz həm güclü, həm ərşin sahibinin yanında xüsusi mövqeyi olan kərim bir rəsulundur ki, onun (sözünün) yerinə yetirilməsi vacib və (onun özü isə) etibarlıdır. Sizin peyğəmbəriniz məcnun deyildir. O, həva-həvəs üzündən söz danışmır. Dediyi yalnız ona vəhy olunmuş göstərişdir. Buna görə hara gedir və bu səhih xəbərlər haqqında nə deyirsiniz? Bu səhih “nüsus” (“nəss”lər, rəvayətlər) haqqında nə sözünüz var? Siz bu əhd və vəzifə (hansı ki, onun təbliği Əliyə həvalə edilmişdir) ətrafında bir qədər fikirləşsəniz və onun hamının qarşısında “həccətül-kəbir”də elan olunmasının hikmətinə yaxşı diqqət etsəniz, həqiqət ən aydın şəkildə sizə aşkar olar.

Əgər onun sözlərinə nəzər yetirsən, necə qısa və yığcam, amma mənaca necə dərin və aydın olandan sonra, onu çox böyük hesab edərsən. Çünki o, bütün mətləbləri cəmləmiş, xüsusi bir peymanəyə tökmüş, hərtərəfli nəzərdən keçirmiş, dərindən tədqiq etmiş, sonra görmüşdür ki, onun ləyaqətlə əda olunması Əlidən başqa heç kəs üçün heç cür mümkün deyil və buna heç bir şübhə yoxdur. Belə ki, vəsidən başqa Peyğəmbərin bu vəzifəsini heç bir kəs yerinə yetirməyi bacarmaz, xəlifə və vəlisindən başqa heç kəs onun yerində otura bilməz.

Həmd və sitayiş yalnız Allaha məxsusdur ki, bizi hidayət edir. Əgər Allah bizi hidayət etməsəydi, heç vaxt hidayət olmazdıq.

16. Allahın rəsulu(s) buyurub: “Mənə kim itaət etsə, Allaha itaət edər. Mənə qarşı üsyan edən Allaha qarşı üsyan və itaətsizlik etmişdir. Əliyə itaət edən mənə itaət etmiş və ona itaətsizlik edən mənə itaətsizlik etmişdir. Hakim “Müstədrək”in 3-cü cildinin 121-ci səhifəsində onu nəql etmiş və Zəhəbi “Təlxis”in həmin səhifəsində onu vermiş və aydınlaşdırmışdır ki, xəbərin qəbulu şərtinə əsasən, Buxari və Müslimin fikrincə bu hədis düzgündür.

17. Peyğəmbər (s) buyurub: “Ey Əli, məndən ayrılan kəs Allahdan ayrılmış və səndən uzaqlaşan kəs məndən uzaqlaşmışdır.” Hakim onu özünün “Səhih”inin 3-cü cildinin 124-cü səhifəsində nəql etmiş və demişdir: “Onun sənədləri düzgündür.” Amma Buxari və Müslim onu nəql etməmişlər.

18. Ümmü-Sələmənin hədisində Allahın rəsulu (s) buyurmuşdur: “Əlini təhqir edən və onu söyən məni təhqir etmişdir.” Hakim “Müstədrək”in 3-cü cildinin 121-ci səhifəsinin əvvəlində onu nəql etmiş, Buxari və Müslimin şərtinə əsasən, rəvayətin qəbulunu düzgün saymışdır. Zəhəbi də “Təlxisdə” onu zikr etmiş, onun düzgünlüyünü bəyan etmişdir. Əhməd də “Müsnəd”in 6-cı cildinin 323-cü səhifəsində Ümmü-Sələmədən, Nisai “Xəsaisül-Ələviyyə”nin 17-ci səhifəsində və bir qrup məxəzşünaslar onu zikr etmişlər. Peyğəmbər (s) demişdir ( Əmr ibn Şaşın1 hədisinə əsasən): “ Əliyə əziyyət edən, mənə əziyyət etmişdir.” Hakim onu zikr etmiş, Buxari və Müslimin şərtinə əsasən, düzgün bilmişdir. O, bu hədisi “Müstədrək”in 3-cü cildinin 130-cu səhifəsində vermişdir. Zəhəbi də “Təlxisi-Müstədrək”də onu zikr etmiş, onların şərtinə əsasən düzgün saymışdır. Əlinin (ə) sözü belədir: “Toxumu yarana və insanın ruhunu yaradana and olsun ki, bu “ümmi” (yazıb-oxumaq bilməyən) Peyğəmbərdən (s) olan əhd və peymandır ki, mömindən başqası məni sevməz, münafiqdən başqası mənə düşmən çıxmaz.”2

20. Peyğəmbər (s) Əliyə buyurub: «يا عَلِيُّ اَنْتَ سَيّدٌ فِي الدُّنْيا سَيّدٌ فِي الآخِرَةِ حَبيبُكَ حَبيبـي وحَبيبـي حَبيبُ الله وَ عَدُوُّكَ عَدُوّي وَ عَدُوّي عَدُوّ الله وَ الْوَيْلُ لِمَنْ اَبْغَضَكَ بَعْدي» “Ey Əli, sən dünya və axirətdə ağasan, sənin dostun mənim dostum və mənim dostum Allahın dostudur, sənin düşmənin mənim düşmənim və mənim düşmənim Allahın düşmənidir. Vay o adama ki, məndən sonra səninlə düşmənçilik edə!” Hakim “Müstədrək”in 3-cü cildinin 128-ci səhifəsinin əvvəlində onu nəql etmiş və Buxari və Müslimin şərtinə əsasən, xəbərin qəbulunda onu düzgün bilmişdir.3

21. Peyğəmbər (s) buyurub: “Ey Əli, xoş o adamın halına ki, səni sevir və sənin haqqında doğru danışır və vay o şəxsin halına ki, sənin düşmənin ola və sənin haqqında yalan danışa!”

Hakim “Müstədrək”in 3-cü cüzünün 135-ci səhifəsində onu vermiş və sonra demişdir: Bu hədis sənəd baxımından düzgündür. Amma Buxari və Müslim onu verməmişdir.

22. Peyğəmbər (s) buyurdu: «مَنْ اَرادَ اَنْ يَحْيي حَياتي وَ يَمُوتَ مَيْتَتـي وَ يَسْكُنَ جَنَّةَ الْخُلْدِ الَّتي وَعَدَني رَبّي فَلْيَتَوَلَّ عَلِيَّ بْنَ اَبيطالِبٍ فَاِنَّه لَن يُخْرِجَكُمْ مِن هُدَي وَ لَن يُدخِلَكم فِي ضَلالَة» “Kim həyatının mənim həyatım, ölümünün mənim ölümüm kimi olmasını və Allahın mənə vəd etdiyi əbədi behişt sakini olmasını istəyirsə, gərək Əli ibn Əbu Talibin vilayətini qəbul etsin. Çünki, o heç vaxt sizi doğru yoldan çıxarmaz, yolunuzu azmağa qoymaz.”1

23. Peyğəmbər (s) buyurur: “Mənə iman gətirən və məni təsdiq edən şəxsə Əli ibn Əbu Talibin vilayətini sifariş və tövsiyə edirəm. Beləliklə, onun vilayətini qəbul edən, mənim vilayətimi qəbul etmiş və mənim vilayətimi qəbul edən Allahın vilayətini qəbul etmişdir. Onu sevən məni sevmiş, məni sevən Allahı sevmişdir, ona düşmənçilik edən, kinini ürəyinə salan şəxs, Allahın düşmənçiliyinə ürəyində yer vermişdir.”2

24. Peyğəmbər (s) buyurdu: “Həyatının mənim həyatım və ölümünün mənim ölümüm kimi və cənnət bağlarında sakin olmasını istəyən şəxs məndən sonra Əlinin vilayətini qəbul edib məndən sonra Əhli-beytimə iqtida etməlidir. Onlar mənim ailəmdir, mənim “tinət”imdən yaranmış, mənim dərrakəm və biliyimi Allah onlara vermişdir. Ümmətimdən onların ağıl və üstünlüklərini təkzib edən, mənim onlarla bağlılığımı qıran adamların vay halına! Allahın şəfaəti onlara çatmayacaq.”

25. Peyğəmbər (s) buyurdu: “Həyatını mənim həyatım, ölümünü mənim ölümüm kimi və behiştə daxil olmağı istəyən şəxs məndən sonra Əlinin və onun övlarının vilayətini qəbul etməlidir. Onlar sizi hidayət qapısından xaric etməz və azdırmazlar.”3

26. Peyğəmbər (s) Əmmara buyurdu: “Ey Əmmar, əgər Əlinin bir yol, camaatın isə başqa bir yolla getdiyini görsən, Əli ilə get. O, səni alçaqlığa dəvət etməz, hidayət yolundan çıxartmaz.”4

27. Əbu Bəkrin hədisində deyilmişdir ki, Peyğəmbər (s) buyurdu: “Mənim ovcum və Əlinin ovcu ədalətlə bərabərdir.”5

28. Peyğəmbər (s) Fatiməyə (ə) buyurdu: “Bu peyvəndə və ona həyat yoldaşı olmağa razı deyilsənmi? Allah yer əhlinə nəzər saldı və iki nəfəri seçdi, biri atan, o birisi həyat yoldaşın.”6

29. Peyğəmbər (s) buyurdu: «اَنَا الْمُنْذِرُ وَ عَلِيٌّ الْهادِي وَ بِكَ يا عَلِيُّ يُهتَدي الْمُهْتَدونَ مِنْ بَعْدي» “Mən (Allahın əzabından) qorxudanam, Əli isə hidayət edəndir. Ey Əli, məndən sonra hər kəs hidayət olsa, sənin vasitənlə hidayət olar.”7

30. Peyğəmbər (s) buyurmuşdur: «يا عَليُّ لا يَحِلُّ لِاَحدٍ اَنْ يَجنُبَ فِي الْمَسْجِدَ غَيْري وَ غَيْرُك» “Ey Əli, mən və səndən başqa məsciddə cünub olmaq heç kəsə halal deyildir.”8

Bu hədisə oxşar hədisi Təbərani Ümmü-Sələmədən, Bəzzar Səddən, (o da) Peyğəmbər dən (s) nəql etmişdir: “Məsciddə cünub olmaq mən və Əlidən başqa heç kəsə halal deyildir.”

31. Peyğəmbər (s) buyurmuşdur: «اَنَا وَ هذا يَعْنـي عَلِيّاً حُجَّةٌ عَلي اُمَّتي يَومَ الْقِيامَة» “Mən və bu (Əli), qiyamət günü ümmətimə höccətik.” Xətib, Ənəsdən onu nəql etmişdir.1 Doğrusu, Əbül-Həsən (Əli) Peyğəmbərdən (s) sonra onun vəliəhdi və əmr sahibi olmasa idi, necə höccət ola bilərdi?

32. Peyğəmbər (s) buyurdu: “Behişt qapısının üstündə yazılmışdır: «لا اِلهَ اِلاّ اللهُ مُحَمَّدٌ رَسُولُ اللهِ عَلِيٌّ اَخُو رَسُولِ اللهِ» “Tək olan Allahdan başqa məbud yoxdur. Məhəmməd Allahın rəsulu və Əli onun qardaşıdır.”2

33. Peyğəmbər (s) buyurdu: “Ərşin üzərində yazılmışdır: “Tək olan Allahdan başqa məbud yoxdur. Məhəmməd onun rəsuludur. Ona (s) Əlini arxa və köməkçi etdim.”3

34. Allahın rəsulu (s) buyurur: “Nuhun əzmini, Adəmin elmini, İbrahimin helmini, Musanın zirəkliyini, İsanın zöhdünü görmək istəyən şəxs Əli ibn Əbu Talibə nəzər yetirsin.” Beynəqi özünün “Səhih”ində və imam Əhməd Hənbəl “Müsnəd”ində onu nəql etmişdir.”4

35. Allahın rəsulu (s) Əliyə (ə) buyurdu: “Ey Əli, səndə İsadan bir nişanə var. (O da budur) yəhudilər onunla o dərəcədə düşmən oldular ki, anasını müttəhim etdilər. Xristianlar ona o qədər məhəbbət bəslədilər ki, malik olmadığı mənzilət və məqamı (Allah məqamını) ona nisbət verdilər.”5

36. Peyğəmbər (s) buyurdu: «اَلسُّبَّق ثَلاثَةٌ اَلسّابقُ اِلي يُوشَعَ بَنِ نُون وَ السّابِقُ اِلي عيسَي صاحِبُ ياسينَ وَ السّابِقُ اِلي مُحَمَّدٍ عَلِيٌّ بْنُ اَبي طالِبٍ» “Sibqət edənlər (qabaqda gedən, burada ilk iman gətirənlər nəzərdə tutulur) üç nəfərdir. Musaya ilk iman gətirən Yuşə ibn Nun, İsaya ilk iman gətirən “Yasin sahibi”, Məhəmmədə ilk iman gətirən Əli ibn Əbu Talibdir.”6

37. Peyğəmbər (s) buyurdu: “Siddiqlər üç nəfərdir: Həbib Nəccar, Ali-Yasin mömini ki, dedi: Ey camaat, Allahın elçilərinə tabe olun. Hizqil, Ali-Firon mömini ki, dedi: Pərvərdigarım Allahdır – deyən şəxsimi öldürürsünüz? Və Əli ibn Əbu Talib ki, onların hamısından üstün və biliklidir.”7

38. Peyğəmbər (s) Əliyə (ə) buyurdu: “Məndən sonra, ümmətim tezliklə səninlə düşmən olacaq və sən mənim ayinimlə yaşayacaqsan. Mənim qanunuma görə öldürüləcəksən. Səni sevən məni sevmiş, səninlə düşmənlik edən, mənimlə düşmənlik etmişdir. Tezliklə saqqalın başının qanına bulaşacaqdır.” Və Əli (ə) eyni buna oxşarını Peyğəmbərdən nəql etmişdir: “Ondan (s) sonra ümmət mənimlə düşmən olacaq.”8

İbn Abbas deyir ki, Peyğəmbər (s) Əliyə buyurdu: “Tezliklə məndən sonra, məşəqqət və narahatlığa düçar olacaqsan. Ərz etdi: O vaxt dinim salamat olacaqmı? Buyurdu: Bəli, dinin salamat olacaqdır.”

39. Peyğəmbər (s) bir gün səhabələrinin toplanışında buyurdu: “Sizin aranızda Quran təvilinə əsasən vuruşan var, necə ki, mən onun tənziminə əsasən vuruşdum.” Camaat çiyinlərini çəkdi. Əbu Bəkr və Ömər də orada idilər. Əbu Bəkr dedi: O şəxs mənəm? Buyurdu: “Yox.” Ömər soruşdu: Mənəm? Buyurdu: “Yox, o şəxsdir ki, çəkmə yamayır (yəni Əli və bu zaman o, bir çəkmə yamayırdı).”

Əbu Səid Xidri deyir: “Əlinin yanına gəldim və ona bu şad xəbəri verdim, heç başını da qaldırmadı. Elə bil ki, onu dəfələrlə Allahın rəsulundan (s) eşitmişdi.”1

Ömərin xilafəti zamanı Əbu Əyyub Ənsarinin hədisi2 də bunun kimidir və deyir: “Allahın rəsulu (s) Əliyə (ə) “nakisinlər” (əhdləri sındıranlar), “qasitinlər” (zalımlar) və “mariqinlər”lə (yoldan çıxanlar) mübarizə edib onları öldürmək fərmanını (əmrini) verdi.”

Əmmar Yasir bir hədisdə deyir ki, Peyğəmbər (s) buyurdu: «يا عَليُّ سَـتُقاتِلُـكَ الْفِئَةُ الْباغِيَةُ وَ اَنْتَ عَلَي الْحَقِّ فَمَنْ لَمْ يَنْصُرْكَ يَوْمَئِذٍ فَـلَيْسَ مِنّي» “Ey Əli, tezliklə üsyançılar dəstəsi səninlə mübarizə aparacaqlar. Amma sən düz yoldasan. Sənə kömək etməyən məndən deyil.”3 Həmçinin Əbuzər bir hədisdə deyir: Peyğəmbər buyurdu: “And olsun o kəsə ki, mənim canım onun əlindədir, sizin aranızda bir kişi var ki, məndən sonra Quranın təvilinə əsasən vuruşacaq, necə ki, mən müşriklərlə onun tənzilə əsasən vuruşdum.”4

Həmçinin, Məhəmməd ibn Übeydullah bir hədisi ibn Əbu Rafedən, o da atasından, o da cəddi Əbu Rafedən xəbər vermişdir ki, Peyğəmbər (s) buyurdu: “Məndən sonra, bir qrup Əli ilə vuruşacaq. Onlarla cihad etmək ilahi bir vəzifədir. Cihad etmək qüdrətinə malik olmayan kəs dili ilə, bundan da aciz olan qəlbi ilə onlarla cihad etməlidir.”5

Əxzər Ənsari deyir: “Peyğəmbər (s) buyurdu: “Mən Quranın tənzilinə əsasən vuruşuram və Əli onun təvilinə əsasən vuruşacaq.”6

40. Peyğəmbər (s) buyurdu: «يا عَلِيُّ اَخْصِمُكَ بِالنُّبُوَّةِ فَلا نُبُوَّةَ بَعْدي وَ تَخْصِمُ النّاسَ بِسَبْعٍ اَنْتَ اَوَّلُهُمْ ايماناً بِاللهِ وَ اَوفَاهُم بِعَهْدِ اللهِ اَقْسَمُهُم بِالسَّوِيّةِ وَ اَعْدَلُهُم فِي الرَّعِيَّة وَ اَعْظَمُهُمْ عَنْدَ اللهِ مَزِيّة» “Ey Əli, mənim sənə olan imtiyazım yalnız nübüvvətimdir. Məndən sonra nübüvvət və peyğəmbərlik yoxdur. Sənin camaat qarşısında yeddi imtiyazın var. Birinci şəxssən ki, Allaha iman gətirmişsən, Allahın əhdinə hamıdan artıq əməl edənsən, Allahın əmrlərində hamıdan möhkəmsən, Beytül-malın bölünməsində bərabərliyə daha çox riayət edənsən, rəiyyətə qarşı hamıdan çox adilsən, mühakimədə daha gözüaçıq və məziyyətlərdə (üstünlüklərdə) Allahın yanında hamıdan üstünsən.”7

Əbu Səid Xidridən yetişmişdir ki, Peyğəmbər (s) buyurdu: “Ey Əli, sənin yeddi xislətin vardır ki, heç kəs sənin tayın deyil. Sən, Allaha ilk iman gətirən, onun əhdinə daha vəfadar, əmrinə hamıdan artıq əməl edən, rəiyyətə qarşı daha ədalətli, mühakimədə daha xəbərdar, məziyyətlərdə hamıdan üstünsən...”

Yazmağı əhd etdiyim qırx hədis bunlar idi. Amma bunlardan başqa da çoxlu hədislər vardır ki, onları geniş surətdə vermək imkanı yoxdur. Onlar da həmin “sünən” kimi bir-birləri ilə bağlı və həmahəngdir, hamısı bir mənanı bildirirlər. O da budur ki, Əli bu ümmətdə Allahın rəsulundan sonra ikincidir və Peyğəmbərdən (s) sonra bu ümmətin rəhbərliyi (Peyğəmbər (s) kimi) Əli ilədir. Beləliklə, bunlar o sünnələrdəndir ki, söz ardıcıllığına malik olmasalar da, məna ardıcıllığına malikdirlər və elə buna görə də sənin üçün qəti, aydın bir dəlil və höccətdir. Vəssalam.

Ş”
QIRX DOQQUZUNCU MƏKTUB

11 Məhərrəm 1330



Əlinin (ə) fəzilətlərinə etiraf.

Onun fəzilətləri xilafətə vəsiyyət üçün səbəb deyildir.

1. İmam Əbu Abdullah Əhməd Hənbəl deyir: “Peyğəmbərin əshabələrinin heç biri haqqında Əli ibn Əbu Talib (ə) qədər Allahın rəsulu (s) tərəfindən fəzilət nəql olmamışdır.”1 İbn Əbbas demişdir: “Heç bir kəs haqqında Əliyə (ə) aid olan qədər Quran ayəsi nazil olmamışdır.”2 Digər bir hədisdə demişdir: “Əli haqqında 300 Quran ayəsi nazil olmuşdur.”3 Yenə demişdir: Harada Allah يا ايها الذين آمنوا – ayəsini buyurmuşdursa, Əli onun əmiri və şərəfidir.”4

Allah Quranın çox ayələrində Məhəmməd (s) əshabələrini məzəmmət etmiş, amma Əlini yaxşılıqdan başqa cür yad etməmişdir. Abdullah ibn Əyyaş ibn Əbu Rəbi deyir: “Əli haqqında elm və bilik baxımından nə istəyirsən, tam inamla de. Onun İslamda parlaq bir keçmişi vardır, Allahın rəsulunun (s) kürəkənidir. Onun dini başa düşməkdə, döyüşdə qələbə çalmaqda və əliaçıqlıqda tayı-bərabəri yoxdur.”5

İmam Əhməd ibn Hənbəldən Əli və Müaviyə haqqında soruşulduqda, cavab vermişdir: “Əlinin (ə) düşməni çox idi. Düşmənləri elə bir şeyin daim axtarışında və təftişində idilər ki, onun vasitəsilə Əlidə (ə) eyib tutsunlar. Amma,6 heç bir eyib tapa bilmədilər. Elə buna görə də onunla mübarizə edən Müaviyənin haqqında mədh və təriflər qoşdular. Bu bir plan idi və beləliklə, Əlini sarsıtmaq istəmişlər.”

Qazi İsmayıl, Nisai, Əbu Əli Nişaburi və başqaları demişlər: “Səhabələrin heç birinin fəzilət və bacarıqları haqqında Əlinin fəzilətləri qədər doğru sənədlərlə məlumat çatmamışdır.”7

2. Bu bir həqiqətdir ki, onda heç bir irad yoxdur. Amma burada bir sual vardır ki, o həzrətin xilafətə gəlməsi barədə Peyğəmbər (s) vəsiyyət etmişdir, ya yox? Nəql etdiyiniz rəvayətlər bu barədə aydın və dəqiq sənəd deyildir.

Bu düzdür ki, İmam hesaba sığmayan xüsusiyyət və fəzilətlər sahibidir. İnanırıq ki, o həzrət daha yüksək mədhə layiqdir və bu haqda dediklərinizdən neçə bərabər artıq zikr etmişlər. Əlbəttə, onlarda imamətə işarə də vardır. Amma, bildiyiniz kimi, sadəcə işarə ilə əhd, vəsiyyət və rəhbərlik tamam başqa bir şeydir. Vəssalam.

S”

ƏLLİNCİ MƏKTUB

13 Məhərrəm 1330



İmamın imamətə layiq xüsusiyyətlərinin istidlalı.

Sizin kimi nüfuzlu və uzaqgörən, sözün qayda və qaynağına bələd, hədəflər və onların məqsədlərini bilən, Allahın rəsuluna, onun kamil hikmətinə, son peyğəmbərliyinə bələd, sözü və işinin müəyyən hədd və əndazəsi olan, yersiz və həvəs üzündən söz deməyən şəxslərin gözündən bu xəbərlərin güddüyü hədəf və məqsədlər yayınmaz. Sənə gizli deyildir ki, “sünən” və xəbərlər deyirlər ki, Əlinin yüksək məqamı və yeri vardır. Buna görə də Allah və peyğəmbərlərinə caiz deyildir ki, öz xəlifələrindən başqa bir kəsi bu qədər yüksəltsinlər. Beləliklə, peyğəmbərlərin sonuncusu o məqamı öz vəsi və vəliəhdindən başqasına təqdim etməz. Bundan başqa, əgər bir şəxs Əliyə məxsus olan başqa “sünən” hədislərini yaxşıca araşdırsa, görər ki, onların hamısı (az bir hissəsindən başqa) imamətdən savayı bir hədəfi izləmir. Bu mətləbə ya “peymani-qədir” kimi,1 ya da göstərdiyimiz həmin 48-ci məktubdakı rəvayətləri misal çəkmək olar. Onlar belədir: “Peyğəmbər (s) buyurmuşdur ki, Əli Quranladır, Quran Əli ilə. Heç vaxt bir-birlərindən –hovuz kənarında mənə qovuşana qədər– ayrılmayacaqlar.”2 Peyğəmbərin (s) bu sözü o deməkdir ki, “Əlinin mənə nisbəti başın bədənə olan nisbətidir.”3 Əbdür-Rəhman ibn Ovfun4 hədisində deyilir: Peyğəmbər (s) təhdidlə (hədə-qorxu ilə) xitab etdi: “And olsun o şəxsə ki, canım onun qüdrətinin qəbzəsindədir, namaz qılın, zəkat verin, yoxsa sizin yanınıza bir şəxsi göndərəcəyəm ki, məndəndir və ya mənim canımdır.” Hədisin sonunda gəlmişdir ki, Əlinin əlini tutub dedi: “O şəxs budur.” Bunlar kimi başqa xəbərlər çoxdur.

Mən həqiqətlər dəryasına baş vuran hər bir şəxsin diqqətini, çətinliklərin, anlaşılmazlıqların həllini tapmaq istəyən hər kəsin nəzərini bu faydalı sözlərə cəlb edirəm. Bu sözüm onlara aiddir ki, həqiqəti tapmaqdan başqa bir fikirləri yoxdur və araşdırmalarda təəssübkeşlikdən uzaqdırlar.“Ş”


Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə