Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT


Ş” ALTMIŞ ÜÇÜNCÜ MƏKTUB



Yüklə 3,93 Mb.
səhifə16/32
tarix02.01.2018
ölçüsü3,93 Mb.
#19157
1   ...   12   13   14   15   16   17   18   19   ...   32
Ş”

ALTMIŞ ÜÇÜNCÜ MƏKTUB

3 Səfər 1330

1. Şiə “nəss”ləri höccət deyildir.

2. Nə üçün yalnız şiələr bu hədisləri nəql etmişlər?

3. Qeyri-şiə təriqindən olan hədislər göstər.

1. Bu “nüsus” sünnilər üçün höccət deyil. Çünki, onların fikrincə sübut olunmamışdır. Buna görə onlarla müxaliflərə qarşı istidlal etmək olmaz.

2. Əgər doğrudurlarsa, bəs başqaları nə üçün onları zikr etməmişlər?

3. Lütfən, sünnilər tərəfindən bu mövzuda deyilmiş qalan hədisləri də bizim üçün zikr edin. Vəssalam.

S”

ALTMIŞ DÖRDÜNCÜ MƏKTUB

4 Səfər 1330

1. Biz bu “nüsus”u sizin xahişinizə görə verdik.

2. Sünnilər qarşısında bizim höccətimiz onların səhih “nüsus”udur.

3. Amma bu hədislərin zikr edilməməsinin səbəbi.

4. Vərasətin “nəss”inə işarə.

1. Bu rəvayətləri ona görə verdik ki, onlardan məlumatınız olmaq üçün xahiş etmişdiniz.

2. Sizin qarşınızda bizim höccətimiz ötən məktublarda gələn sizin özünüzün (sünnilər) səhih hədislərinizdir.

3. Sünni alimlərin yalnız şiə mənbələrində gələn hədisləri zikr etməmələrinə gəlincə, bu Ali-Məhəmmədə kin bəsləyən və həqiqəti gizlətmək istəyən adamların xasiyyət, təbiət və ədavətini göstərir. Belələri “Firon firqəsi”nin (Bəni-Üməyyə) başçıları, yaxud səltənət və dövlətin nökərləri olmuşlar. Onlar hər yerdə, tam qüvvə ilə Əhli-beytin fəzilətlərini boğmaq, onların nurunu söndürməyə səy etmiş və bütün müsəlmanları (ya təşviq, ya qorxu ilə) onların fəzilət və xüsusiyyətlərinin müsadirəsinə məcbur etmişlər. Onlar bu işi bəzən dirhəm-dinar, bəzən vəzifə-mənsəb, bəzən də şallaq və qılıncla yerinə yetirmişlər. Onların fəzilətlərini təkzib edənləri yüksəldir, onları təsdiq edənləri isə özlərindən uzaqlaşdırır, həbs edir və ya öldürürdülər.

Sən yaxşı bilirsən ki, imamət “nüsus”u və xilafət peymanı zülmkarları vəhşətə gətirən həqiqət idi. Çünki onların zülmkar hökumətlərinin əleyhinə idi, mülk və hakimiyyətlərini kökündən qoparırdı. Belə olduğu halda bu hədislərin zalım hökmdarlar və onların mütilərinin əlindən salamat qalması, onların bizim əlimizə çoxlu sənəd və müxtəlif təriqlərlə çatmasının özü həqiqəti göstərir və həqiqətən möcüzələr möcüzəsidir. Deməliyəm ki, Əhli-beytin məqam və mənzilətinin qəsbkarları, onların dostlarına ən ağır işkəncələr verir, saqqallarını qırxaraq bazarda gəzdirməklə alçaldır, müsəlmanların gözündən salır və bütün hüquqlardan məhrum edirdilər. Belə ki, hökmdarın1 ədalətindən məhrum, xalqla ünsiyyətdən qırılırdılar. Əgər bir şəxs Əli haqqında yaxşı söz desəydi, ya malı müsadirə olunur, ya da boynu vurulurdu. Onun fəzilətlərini deyən nə qədər dil kəsilmiş, ona hörmətlə baxan nə qədər göz hədəqəsindən çıxarılmış, nə qədər əl onun fəzilətinə işarə etdiyi üçün kəsilmiş, dostcasına onlara tərəf gedən nə qədər ayaq bədəndən ayrılmış, onların nə qədər müridlərinin evi yandırılmış, nə qədər xurmalıqlar qırılmış, sonra həmin xurma ağaclarında dara çəkilmiş və ya ev-eşiklərindən didərgin düşmüş, hərəsi bir yerə dağılışmışlar.

Amma, burada hədis hafizləri və sünnənin qoruyucuları arasında elə ünsürlər də olmuşdur ki, onlar böyük Allaha yox, yalnız zülmkar hakimlərə və onların nökərlərinə xidmət etmiş, onlara təzim edərək yaltaqlıqla hər cür pis işə əl atmış, təhrif, “təshih” və təziflə məşğul olmuşlar. Belələrinə indiki zamanımızda da rast gəlinir. Onlar hakimə xoş gəlmək üçün biri digərini qabaqlayır, onun siyasətlərini təsdiqləyir, ehkamlarını müsbət sanırlar (istər düzgün olsun, istər əyri). Onlar yalnız onun istədiyini edir və siyasətinə uyğun fitva verirlər. Halbuki, “kitab” və sünnənin əleyhinə olub, ümmətin icmasına qarşı çıxırlar. Bunların hamısı mənsəb və məqam hərisliyinə görə və ya (səhv addımlarında) işdən qovulmaq qorxusundandır. İşlərində təmiz və hakimin yükünün altına girməyən şəxslərlə onun istəklərini imzalayanlar arasında böyük fasilə vardır. Hökumət və onların hakimlərinin nəzərincə, belələri imtiyaza malik olub, möhtərəm hesab olunurdular. Çünki hakimlər üçün onlar həmişə yaxşı vasitə olur, onların fitvalarıyla Allah və rəsulu (s) ilə vuruşurdular. Buna görə də hakim və valilərin yanında yüksək məqam və vəzifə sahibi, məqbul dayaq hesab olunurlar. Onlar Əli, ya Əhli-beytin fəzilətlərini özündə əks etdirən düzgün hədisləri təəssübkeşliklə rədd edir, çox böyük cəhdlə inkar və mümkün olan hər bir vasitə ilə onu etibardan salırdılar. Rəvayətçilər də onları rafizilərə mənsub edir və rafizi olmaq isə ən böyük günah və çirkin ad sayılırdı. Bəli, Əli (ə) haqqında deyilmiş hədislərə, xüsusilə şiələrin istidlal etdikləri rəvayətlərə nisbət onların rəftarı belə idi.

Dediyimiz bu yaltaq kəslər hər yerdə dövlət tərəfindən xüsusi böyüklük və dini-dünyəvi elmlərin sahibi kimi tanıtdırılırdı. Zöhd və ibadətlə içlərini gizlədənlər və həmçinin, tayfa başçıları, şeyxlər də onlarla belə rəftar edirdi. Ona görə də bu düzgün hədislərin rəddi üçün bir söz deyəndə, onların rəyi höccət sayılır, avam və avara adamların arasında, bütün şəhərlərdə yayırdılar. Beləliklə onların rəyi hər əsrdə möhtərəm sayılaraq bir üsul kimi qiymətləndirilirdi.

O vaxt bu ünsürlərdən başqa bir qrup da var idi ki, qorxu onları Əlinin və Əhli-beytin fəzilətlərini danışmaqdan çəkinməyə məcbur etmişdi. Bu yazıqlar Əlinin və Əhli-beytin fəzilətləri barədəki düzgün hədislərdən söhbət açdıqda sorğu-sual edilirdi. Onlar da qorxudan, cavab verərkən məcazlara və ikimənalı sözlərə üz gətirirdilər. Yaltaqların və onların əlaltılarının müxtəlif həmləsindən qorxurdular. Həqiqətdən xəbərsiz hay-küy qoparan avam və boşboğazlar və yaltaqlarla həmahəng olmalarından çəkinirdilər. Xalqa Əmirəl-möminini lənətləməyi əmr edən hakim və başçılar onlara aman vermirdilər. Onları pulla, hədə-qorxu və vədə ilə o həzrətə eyib tutmaq və onun haqqında pis danışmağa məcbur edirdilər. Əlini elə tanıtdırırdılar ki, hamı ona nifrət etsinlər. Onun haqqında elə sözlər danışırdılar ki, qulaqlar onu eşidərkən çox narahat olurdu. Sünnilər bayram və cümə günləri minbərlərində ona lənət deyirdilər. “Allahın nuru sönməz və övliyasının fəzilətləri itməz” – vədəsi olmasaydı, bu səhih hədislər şiə və sünni təriqiylə bizə çatmaz. Onun fəzilətlərinin “nüsus”u ardıcıl nəql olunmazdı. Allaha and olsun ki, mən Allahın xalis bəndəsi, Peyğəmbərin qardaşı Əli ibn Əbu Talibə verdiyi parlaq zəkadan heyrətdəyəm! Heyrətdəyəm ki, onun nuru, necə də qara zülmət pərdələri yırtır, təlatümləri kənar edir və günəş kimi asimanda işıq saçır!

4. Zikr olunmuş bütün qəti dəlillərdən əlavə, burada sizin “vərasət” “nəss”iniz kafidir. Çünki o özü təklikdə kamil höccətdir. Vəssalam.

Ş”

ALTMIŞ BEŞİNCİ MƏKTUB

5 Səfər 1330



Sünni təriqiylə “vərasət” hədisinin tələbi.

Lütfən, sünni təriqi ilə nəql olan “vərasət” hədisini mənə yazın. Vəssalam.

S”

ALTMIŞ ALTINCI MƏKTUB

5 Səfər 1330

Əli Peyğəmbərin (s) varisidir.

Rəsulullahın (s) elm və hikmətinə Əlinin varis olması şübhəsizdir. Bir qayda olaraq peyğəmbərlər onu öz vəsilərinə irs qoyarmışlar. Peyğəmbər (s) buyurub: «اَنَا مَدينةُ الْعِلْمِ وَ عَليٌّ بابـها فَمَنْ اَرادَ الْعِلْمَ فَلْيَئْتِ الْباب» “Mən elm şəhəriyəm, Əli onun qapısıdır. Bu şəhərə daxil olmaq istəyən, gərək onun qapısından girsin.”1 Yenə Peyğəmbər (s) buyurub: “Mən hikmət eviyəm, Əli onun qapısıdır.” Həmçinin buyurmuşdur: “Əli mənim elmimin qapısı və məndən sonra risalətimdə ümmətimə boyun olduqlarımı bəyan edəndir. Onunla dostluq iman, düşmənlik nifaqdır.”

Həmçinin o həzrət Zeyd ibn Əbu Ovfanın hədisinə əsasən,2 Əliyə buyurub: “Sən mənim qardaşım və varisimsən.” Əli soruşdu: Səndən mənə nə irs çatır? Cavab verdi: Məndən əvvəl peyğəmbərlər nə irs qoyublarsa.” Büreydə hədisində birmənalı surətdə deyib ki, “onun (s) varisi Əli ibn Əbu Talibdir”3

“Yəvmül-inzar”dakı “dar” hədisi də sənə kifayət edər. Əli (ə) Rəsulullahın (s) elə sağlığında buyurardı: “Allaha and olsun, mən Allahın rəsulunun qardaşı, vəlisi, əmioğlusu və elminin varisiyəm. Bəs kim ona məndən daha yaxındır?”4 “Bir gün Əlidən soruşdular: Necə oldu ki, əmin oğlundan sənə irs çatır, amma əmindən yox? Cavab verdi: Rəsulullah (s) bir gün Əbdül-Müttəlibin övladları və nəvələrini bir yerə topladı. Hər kəs hazırlanmış yeməyi yeməklə məşğul idi və doyana qədər yesələr də, amma yemək olduğu kimi qalır, sanki heç nə azalmırdı. Bu vaxt Həzrət (s) buyurdu: “Ey Əbdül-Müttəlibin övladları, mən məxsusən sizə, sonra isə, xalqa tərəf peyğəmbər göndərilmişəm. Sizlərdən kim mənə beyət edib mənim qardaşım, rəfiqim və varisim olmaq istəyir?” Heç kəs dinmədi. Mən hamıdan kiçik olsam da, durub razı olduğumu dedim. Mənə buyurdu: “Otur.” Üç dəfə sözünü təkrar etdi və hər dəfə də mən ayağa durdum. Həzrət (s) hər dəfə “otur” desə də, üçüncü dəfə əlini mənim əlimə vurdu (və məni varisliyə qəbul etdi). Elə buna görə də, mənə əmim oğlundan irs çatır, amma əmimdən yox.”5

Hakimin “Müstədrək”də6 və Zəhəbinin “Təlxis”də verdiyi və onun düzgünlüyünə qətiyyət hasil etdikləri hədisdə, Qüsəm İbn Abbasdan soruşulur: “Necə oldu ki, Əliyə Rəsulullahdan (s) irs çatır, amma sizə yox?” Cavab verdi: “Çünki o, bizim aramızdan ona qoşulan birinci şəxs və bizim ona birləşən və onunla yol yoldaşı olan ən möhkəm adamımız olmuşdur.”

Mən deyirəm: Hamı çox yaxşı bilirdi ki, Rəsulullahın (s) varisi yalnız Əlidir və əmisi Abbas və ya Bəni-Haşimdən bir kəs deyildir. Bu həqiqətdən şübhəsiz, agah idilər. Amma bu vərasətin əmisi Abbasın, başqa əmi oğlanlarının və qohumlarının yox, əmisi oğlu Əliyə xass olmasından agah deyildilər. Ona görə də bəzən bunu Əlidən və bəzən Qüsəmdən soruşurdular ki, onların cavabını eşitdin və bu sonuncu sənəddir ki, soruşanlara təqdim olunur. Yoxsa, düzgün cavab budur ki, “Böyük Allah yer üzünün adamlarına diqqət yetirdi və onların arasından Məhəmməd (s)i seçdi və onu peyğəmbər etdi, sonra ikinci dəfə diqqət yetirib, Əlini seçdi və Peyğəmbərinə vəhy etdi ki, onu özünün varisi və vəsisi seçsin.”

Hakim “Müstədrək”in 3-cü cildinin 125-ci səhifəsində Qüsəmdən nəql olunmuş mətləbi qeyd edəndən sonra deyir: “Qazilər qazisi Əbül-Həsən Məhəmməd ibn Saleh Haşimi mənə nəql edib ki, qazi Əbu Ömər deyib: Qazi İsmayıl ibn İshaq Qüsəm ibn Abbasın dediklərini ona danışanda dedi: Varisə ya nəsəb və qohumluq və ya dostluq vasitəsilə irs düşür. Elm əhli arasında heç bir ixtilaf yoxdur ki, əmi olan halda əmi oğluna irs verilsin (və əlavə edir ki,) bu icmaya əsasən məlum olur ki, Əli elmi Peyğəmbərdən irs almış, amma onlar yox.”

Mən deyirəm: Bu haqda xəbər çoxdur. Xüsusilə, Peyğəmbərin pak Əhli-beyt tərəfindən bizə çatan aydın “nüsus”ları kifayətdir. Vəssalam.

Ş”

ALTMIŞ YEDDİNCİ MƏKTUB

6 Səfər 1330

Vəsayət” bəhsi.

Sünnilər Əli haqqında vəsiyyəti qəbul etmir və onun “nüsus”undan xəbərsizdirlər. Lütfən, onları xatırladın. Minnətdarıq. Vəssalam.

S”

ALTMIŞ SƏKKİZİNCİ MƏKTUB

9 Səfər 1330

Vəsayət” “nüsus”u.

“Vəsayət” “nüsus”u Peyğəmbərin (s) pak Əhli-beyti (imamlar) tərəfindən yayılmışdır. Onlardan qeyri-təriqlə 20-ci məktubda gördüklərin sənə kifayətdir. Peyğəmbər (s) əlini Əlinin çiyninə qoyub buyurdu: «هذا اَخي وَ وَصِيّي وَ خَليفَتـي فيكُم فَاسْمَعُوا لَهُ وَ اَطيعُوا» “Bu sizin aranızda mənim qardaşım, vəsim və xəlifəmdir. Onu eşidin və itaət edin.” Məhəmməd ibn Həmid Razi, Səlmə Ərəşdən, İbn İshaqdan, o da Əbu Rəbiə Yadidən, o da İbn Büreyrədən, o da atası Büreyrədən, o da Peyğəmbərdən (s) belə nəql etmişdir: “Hər peyğəmbərin vəsi və varisi vardır. Mənim vəsim və varisim Əli ibn Əbu Talibdir.”1Təbərani “Əl-kəbir” kitabında Salman Farsidən nəql etmiş ki, Allahın elçisi (s) buyurdu: “Mənim vəsim, sirdaşım, özümdən sonra vədələrimi sözsüz yerinə yetirən və borcumu ödəməyi tapşırdığım ən yaxşı adam Əli ibn Əbu Talibdir.”2

Bu aydındır ki, o Peyğəmbərin vəsisi və bu da aydındır ki, Peyğəmbərdən sonra ümmətin ən yaxşısıdır. İnsafla yanaşsaq, ağıl sahiblərinə onun xəlifə olması və ona itaətin vacibliyi gizli deyildir.

Hafiz Əbu Nəim “Hilyətül-Övliya”da3 Ənəsdən nəql edir ki, Peyğəmbər (s) mənə buyurdu: “Ey Ənəs, sənin yanına bu qapıdan birinci daxil olan kəs pəhrizkarların imamı, müsəlmanların seyyidi, dinin başçısı, övsiyanın sonuncusu və nurluların rəhbəridir.” Ənəs deyir: “Bu vaxt Əli daxil oldu. Allahın elçisi (s) qalxıb, müjdə verirmiş kimi, onunla qucaqlaşdı və ona buyurdu: Sən mənim dinimi əda edən, səsimi xalqa çatdıran, məndən sonra ixtilafları onlara bəyan edənsən.”

Təbərani “Əl-kəbir” kitabında Əbu Əyyub Ənsaridən xəbər vermişdir ki, Allahın elçisi (s) buyurdu: “Ey Fatimə, bil ki, Allah yer əhlinə nəzər salıb, onların arasından atanı seçdi və peyğəmbərlik taxtına oturtdu. Sonra yenidən nəzər salıb sənin ərini seçdi və mənə vəhy etdi ki, səni onunla evləndirim və onu özümə vəsi seçim.”4

Allahın yerin bütün əhlinin içərisindən Əlini necə seçdiyinə diqqət yetirin, (Peyğəmbəri seçdiyi kimi). Bil ki, vəsilik birbaşa nübüvvətə bağlıdır. Görürsənmi, hətta Allah nəbisinə buyurmuşdur ki, qızını ona verərək onu özünə vəsi seçsin. Axı nə üçün, əvvəlki peyğəmbərlərin xəlifələri onların övsiyalarından başqası olmuşdur? Heç rəvadırmı ki, Allahın seçdiyi son peyğəmbərin vəsisini kənara qoyub, başqasını ondan üstün bilək? Kimin səlahiyyəti vardır ki, belə bir adamın vəlisi və başçısı olsun? Heç ağla sığandırmı ki, xalqın seçdiyi hakimə Allah və Peyğəmbərin seçdiyi şəxs itaət etsin? Necə ola bilər ki, Allah və onun elçisi birini seçə, amma biz başqasını seçək? Halbuki Quran deyir: “Heç bir imanlı kişinin və imanlı qadının Allah və Rəsulu bir hökm verəndə haqqı yoxdur ki, öz işində ixtiyarı olsun. Və Allah və rəsulunun fərmanından boyun qaçıran hər kəs açıqca azğınlığa düçar olmuşdur.” (Əhzab, 36).

Bu fəzilətlər ardıcıllıqla aşkar olarkən əks qüvvələr, həsəd aparanlar və irəli düşmək istəyənlər başa düşdülər ki, Rəsulullah Məryəmə tay behişt qadınlarının seyyidəsi Zəhranı (ə) Əli ilə evləndirmək istəyir. Ona həsəd edənlərə isə bu, çox ağır gəldi. Xüsusilə, elçilik edib rədd cavabı aldıqları, vaxt1 dedilər: Bu imtiyaz Əlinin ağıl və üstünlüyünü göstərir. Bundan sonra daha heç kəs ona çatmaz və heç kəs onun məqamına çatmaq tamahını başında gəzdirə bilməz. Bu vaxt boşboğazların ağzına söz salıb, bu barədə plan cızdılar. Öz arvadlarını dünya qadınlarının seyyidəsi Zəhranın yanına göndərdilər ki, onda Əliyə qarşı nifrət oyatsınlar. O cümlədən, Peyğəmbərin pak qızına etdikləri təlqinlərdən biri bu oldu ki, Əli kasıbdır, bir şeyi yoxdur. Amma onların plan və yalanları Zəhraya (ə) gizli qalmadı. Nəhayət, Allah və rəsulunun Əliyə qarşı xüsusi münasibəti həyata keçirildi. Bu o vaxt idi ki, Allahın rəsulu Əlinin düşmənlərini rüsvay etmək üçün onun fəzilətlərini xüsusi olaraq aşkar etmək qərarına gəlmişdi. Zəhra atasına: “Ey Allahın rəsulu (s), məni malı və sərvəti olmayan bir şəxsəmi ərə verdin?” – deyəndə Allahın rəsulu (s) onun cavabını yuxarıda gördüyün kimi verdi (Təbəraninin Əbu Əyyub Ənsaridən nəql etdiyi yuxarıda dediyimiz hədis). Şair deyir:

«وَ اذا اَرادَ اللهُ نَشْرَ فضيلةٍ طويت اتاخ لها لسان حسود» “Əgər Allah bir fəziləti yaymaq istəsə, elə həsəd edənlərin, tənə vuranların dili ilə onu edər.”

Xətib “Müttəfəq” kitabında İbn Abbasdan xəbər vermişdir ki, Peyğəmbər (s) Fatiməni Əli ilə evləndirəndə Fatimə ərz etdi: “Ey Allahın rəsulu, məni kasıb və mal-dövlətsiz bir kişiyəmi verdin? Peyğəmbər (s) buyurdu: Razı deyilsənmi? Allah yer üzünün adamları arasından iki nəfəri seçdi: biri atan, o birisi ərin.”2

Hakim “Müstədrək”in 3-cü cildinin 129-cu səhifəsində Əlinin mənaqibində Səric ibn Yunisin təriqiylə, Əbu Həfs Übardan, Əməşdən, Əbu Salehdən, Əbu Hüreyrədən nəql etmişdir ki, Fatimə ərz etdi: “Ey rəsulullah, məni kasıb və sərvəti olmayan Əliyəmi verdin? Peyğəmbər (s) buyurdu: Razı deyilsənmi? Allah yer üzünün adamlarına nəzər saldı və iki nəfəri seçdi, biri atan, biri ərin.” İbn Abbasdan nəql edir ki, Rəsulullah (s) buyurdu: “Razı deyilsənmi? Mən səni elə bir adama verdim ki, ilk müsəlman və müsəlmanların ən biliklisidir. Sən isə ümmətimin qadınlarının seyyidəsisən, necə ki, Məryəm öz ümmətinin seyyidəsi idi. Ey Fatimə, razı deyilsənmi? Allah yer əhlinə nəzər saldı və onların içindən iki nəfəri seçdi: biri sənin atan, o biri sənin ərin oldu.”3

Ondan sonra dünya qadınlarının xanımı üçün kədər və həyat çətinlikləri qarşıya çıxanda Peyğəmbər (s) ona həyatda –təsəlli olsun deyə– Allahın və rəsulunun ona ümmətin ən yaxşı adamı ilə izdivac nemətini xatırladardı. Bu mətləbin şahidi Əhmədin Məqəl ibn Yəsardan “Müsnəd”in 5-ci cildinin 26-cı səhifəsində verdiyi hədisdir: “Peyğəmbər (s) bir dəfə Fatimənin (xəstə olarkən) görüşünə gəldi və buyurdu: Necəsən? Cavab verdi: Allaha and olsun ki, kədər içindəyəm, çətinliyim sonsuz, xəstəliyimsə uzanmışdır. Peyğəmbər (s) buyurdu: Sən razı deyilsənmi ki, mən səni İslamı qəbul edən ilk müsəlmana, onların ən bilicisinə, helm, təvazökarlıq və dərrakədə ən üstününə vermişəm?”

Bu barədə xəbərlər olduqca çoxdur və bir məktuba sığmaz. Vəssalam.

Ş”

ALTMIŞ DOQQUZUNCU MƏKTUB

10 Səfər 1330

Vəsayət”i inkar edənlərin dəlili.

Sünnilər “vəsayət”i inkar edirlər. Çünki Buxari “Səhihi”də Əsvəddən belə nəq edir: “Ayişənin yanında söz düşəndə ki, Peyğəmbər (s) Əlini özünə vəsi seçib,1 soruşdu: Bu sözü kim deyib? Peyğəmbər öləndə sinəmə söykənmişdi. Teşt istədi və bədəni süstləşərək dünyadan köçdü. Mən ondan belə bir söz eşitmədim. Bəs Əlini necə özünə vəsi etdi?”2

Buxari “Səhih”də yenə çoxlu təriqlərlə nəql edir ki, Ayişə həmişə deyirdi: “Peyğəmbər sinəmin üstündə, qucağımda dünyadan getdi.” Fəxrlə deyirdi: “Sinəmə söykənmiş halda dünyadan getdi.” Bəzən deyirdi: “Başı dizimin üstündə olan halda Əzrail nazil oldu.”3 Elə isə, əgər vəsiyyət etsə idi, ona gizli qalmazdı.

Müslimin “Səhih”ində Ayişədən belə nəql olunur: “Rəsulullah (s) özündən sonra nə dirhəm, nə dinar, nə qoyun, nə dəvə qoymamış və heç nə vəsiyyət etməmişdir.”4

Hər iki “Səhih”də Təlhə ibn Müsrifdən nəql olunur ki, deyir: “Abdullah ibn Əbu Ovfdan soruşdum: Peyğəmbər vəsiyyət etmişdirmi? Cavab verdi: Yox. Dedim: Axı necə ola bilər ki, ümmətə vəsiyyəti lazım bildiyi halda, amma özü onu tərk etsin?” Dedi: Allahın kitabını vəsiyyət etdi. (Allahın kitabını sifariş etdi).”5

Bu hədislər sizin verdiyiniz rəvayətlərdən daha doğrudur. Çünki bunlar hər iki “Səhih”də verilmiş, amma sizin zikr etdikləriniz yox. Buna görə qarşı-qarşıya qoyulanda bu hədislər daha üstün və etibarlıdır.

S”

YETMİŞİNCİ MƏKTUB

11 Səfər 1330



1. Vəsiyyəti inkar etmək olmaz.

2. Vəsiyyətin inkarına səbəb.

3. İnkar edənlərin dəlil gətirdikləri rəvayətlər höccət deyildir.

4. Ağıl və vicdan vəsiyyətə hökm edir.

1. Peyğəmbərin (s) Əliyə (ə) vəsiyyətini inkar etmək olmaz. Çünki, onu özünün elm və hikmətinin varisi seçəndən sonra1 Əliyə (ə) vəsiyyət etdi ki, ona qüsl verib, kəfənləsin, dəfn etsin1 və tapşırıq və vədələrinə sözsüz əməl etsin. Onun borclarını qaytarıb,2 ondan sonra ümmətin ixtilaflı məsələlərini bəyan etsin.3 Ümmətinə isə vəsiyyət etdi ki, ondan sonra Əli ümmətin vəlisidir.4 Əli onun qardaşı,5 övladlarının (Peyğəmbərin (s) özü dediyi kimi) atası,6 onun vəziri,7sirdaşı,8 vəlisi9 və vəsisi,10 onun elm şəhəri11 və hikmət evinin qapısıdır.12 O ümmətin “Hittə qapısı”,13amanı və nicat gəmisidir.14 Ona itaətsizlik Peyğəmbərə (s) itaətsizlik15 kimi böyük xəta və günahdır. Ona tabe olmaq Peyğəmbərə (s) tabe olmaqdır. Ondan ayrılmaq Rəsulullahdan (s) ayrılmaq kimidir.16 Əli ilə sübh edən Peyğəmbərlə (s) sülh edib. Onunla müharibə edən Peyğəmbərlə müharibə edib.17 Peyğəmbər onunla dost olanla dost, düşmən olanla düşməndir.18 Əlini dost bilən, Allah və rəsulunun (s) dostu, ona kin saxlayan, Allah və rəsuluna (s) kin bəsləyər.1 Əlinin vilayət və dostluğunu ürəkdən qəbul edən şəxs, Allahın və Peyğəmbərin (s) vilayət və dostluğunu qəbul etmiş, onu düşmən bilən, o ikisini düşmən bilmiş.2 Onu incidən Allah və rəsulunu (s) incitmişdir.3 Kim onu təhqir edib söysə, o ikisini təhqir edib söymüşdür.4 O, yaxşıların imamı, yolunu azmışların qatilidir. Ona kömək edən qalib, onu unudan unudular.5 Müsəlmanların ağası, pəhrizkarların imamı, möminlərin rəhbəridir.6 O, hidayət bayrağı, Allahın övliyalarının imamıdır. Allaha itaət edən nur, işıq, Allahın pəhrizkarlara itaətini lazım bildiyi söz və üsuludur.7 O, böyük siddiq, ümmətin faruqu, möminlərin sərkərdəsidir.8 O, böyük furqan və “zikri-həkim” hökmündədir.9 Onun Rəsulullaha nisbəti Harunun Musaya olan nisbəti kimidir.1 Onun Peyğəmbərə nisbəti Peyğəmbərin Allaha olan nisbəti kimidir2. O, Peyğəmbərinə başının bədəninə olan nisbəti kimidir.3 O, Peyğəmbərin canı və ruhu kimidir.4 Allah yer əhlinə nəzər saldı və bu ikisini seçdi.5 Kifayətdir ki, Ərəfatda “həccətül-vida”da buyurdu: “Onun (s) tərəfindən Əlidən başqa heç kim (göstəriş və hökm) yaymamalıdır.6 Bunlar Əlidən və Peyğəmbər məqamına layiq olanlar başqa heç kimə aid deyildir.

Bütün bunlardan sonra hansı ağıllı bir insanın onun vəsiyyətini inkar etməyə haqqı vardır?! Bu işdə qərəzi olandan başqa heç kəsin! Çünki vəsiyyətdə bir sıra nüfuzlu işlərin öhdədarlığı qeyd olunmuşdu ki, qərəzli adamlar ona göz yuma bilməzdilər!

2. Amma vəsiyyəti inkar edən “məzhəbi ərəbə”nin davamçılarından bəziləri güman etmişlər ki, “vəsayət” xüləfayi-səlasə (üç xəlifə) ilə uyğun gəlmir. Bu isə təəssübkeşliyin əlamətidir.

3. Sünnilər bu məsələdə bizim qarşımızda mübahisə edə bilməzlər. Amma Buxari və başqaları Təlhə ibn Misrəfdən nəql etmişlər ki, Abdullah ibn Əbu Ovfadan soruşdu: “Peyğəmbər vəsiyyət etmişdimi?” Cavab verdi: “Yox.” Ona dedim: “Necə, oldu özü vəsiyyət etməyi xalqa vacib bildi, amma özü onu tərk etdi?” Cavab verdi: “Allahın kitabını sifariş etdi.” Bu hədis ağ yalandır və bizim üçün heç bir etibarı yoxdur. Göründüyü kimi bu hədis o dövrün siyasətinin tələbinə uyğundur. Bizim əlimizdə yetərincə pak Əhli-beyt tərəfindən vəsiyyət haqqında deyilmiş düzgün hədis və xəbərlər vardır. Buna görə də, onlara əks olan hər bir şeyi divara vurmaq lazımdır və heç vaxt mötəbər sayılmayacaq.

4. Bütün deyilənlərlə yanaşı, vəsiyyətin bürhan və sübuta ehtiyacı yoxdur, çünki ağıl və vicdan ona hakimdir1 və şair demişkən: “Gücü olan öz ayağı üstə dura bilər. Necə ki, günəşin işıqlı olduğunu sübut etmək də faydasızdır.”

Amma Buxarinin İbn Əbu Ovfadan verdiyi ki, “Peyğəmbər (s) Allahın Kitabını sifariş etmişdir”, doğrudur. O, Peyğəmbərin (s) bütün vəsiyyətini nəql etməmişdir. Peyğəmbər (s) “səqəleyn”ə arxalanmağı da birlikdə vəsiyyət etmiş və ümmətindən tələb etmişdi ki, hər iki ipdən birgə tutsunlar. Və ümməti qorxutdu ki, onlara arxalanmasalar, yollarını azmış olacaq və xəbərdarlıq etdi ki, bu ikisi (Quran və Əhli-beyt) hovuzun kənarına gələnə qədər bir-birindən ayrılmayacaqlar.2

Peyğəmbərin (s) pak Əhli-beyti təriqiylə bu haqda düzgün xəbərlər deyilmişdir. Amma qeyri-Əhli-beyt təriqiylə 8 və 54-cü məktublarda verdiklərimiz sizə bəsdir. Vəssalam.


Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə