Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT


Ş” YETMİŞ BİRİNCİ MƏKTUB



Yüklə 3,93 Mb.
səhifə17/32
tarix02.01.2018
ölçüsü3,93 Mb.
#19157
1   ...   13   14   15   16   17   18   19   20   ...   32
Ş”

YETMİŞ BİRİNCİ MƏKTUB

10 Səfər 1330

Nə üçün “Ümmül-mömininin” hədisində Peyğəmbərin (s) zövcələrinin ən yaxşısına etiraz edirsən? Onun səbəbi nədir?

Allah səni bağışlasın, nə üçün Ümmül-mömini, Peyğəmbərin zövcələrinin ən yaxşısını saya salmadın? Niyə ondan üz çevirib, hədisini qulaq ardına vurdun və onu unutdun? Halbuki onun sözü həlledici, hökmü ədalətli olardı. Eyni zamanda deməyə faktın varsa, ehtiramla qarşılayarıq və düzlüyünə sübutun olsa, biz də diqqət yetirərik. Vəssalam.

S”

YETMİŞ İKİNCİ MƏKTUB

12 Səfər 1330

1. O, Peyğəmbərin zövcələrinin ən yaxşısı deyildi.

2. Onların ən yaxşısı “Xədicə”idi.

3. Ayişənin hədisinə etirazın qısa şərhi.

Ümmül-möminin Ayişənin özünəməxsus məqamı və yeri olmaqla bərabər, deməliyəm ki, o, Peyğəmbərin (s) zövcələrinin ən yaxşısı deyildir. Ayişə Peyğəmbərin (s) zövcələrinin ən ağıllısı və ən yaxşısı necə ola bilər ki, özünün nəql etdiyi düzgün hədisə əsasən, deyir: “Bir gün Peyğəmbər (s) Xədicəni xatırlayarkən mən ona eyib tutub dedim: O ki, qoca bir qadın idi. Allah ondan da yaxşısını sənə vermişdir. Peyğəmbər (s) buyurdu: Allah ondan yaxşısını mənə inayət etməmişdir. Çünki xalq məni təkzib edəndə, o məni öz malına, dövlətinə şərik etdi, məni məhrum edəndə Allah ondan mənə övlad əta etdi, başqasından yox.”1 Yenə Ayişədən nəql olunur: “Rəsulullah Xədicəni xatırlamamış və ona salam göndərmədən evdən çıxmazdı. Bir gün onu xatırlayarkən, qadınlıq qeyrəti məni təhrik etdi və dedim: O qoca qadında nə görmüsən, axı? Allah onun əvəzinə sənə ondan da yaxşısını vermişdir. Həzrət elə hirsləndi ki, hətta tükləri titrəyirdi. Dedi: Yox, Allaha and olsun ki, ondan yaxşısını Allah mənə verməmişdir! O mənə o vaxt iman gətirdi ki, xalq kafir idi, onlar məni təkzib edəndə o məni təsdiq etdi, öz mal-dövlətiylə mənə kömək etdi, məni məhrum edəndə Allah ondan mənə övladlar verdi. Halbuki başqa qadınlardan (övladdan) məhrum oldum.”

2. Buna əsasən, Peyğəmbərin (s) zövcələrindən ən yaxşısı Xədiceyi-Kübra bu ümmətin siddiqəsi və Allaha iman gətirən, Allahın kitabını təsdiq edən, Peyğəmbərə malıyla kömək edən ilk qadındır. (Buna görə görürük ki,) Peyğəmbərə vəhy gələrkən Xədicəyə müjdə verib2 dedi ki, behiştdə mirvari və zümrüddən evi var və onun başqa qadınlardan üstünlüyünə toxunaraq buyurdu: “Behiştin ən üstün qadınları Xədicə Xüveylid qızı, Fatimə Məhəmməd qızı, Asiyə Müzahim qızı və Məryəm İmran qızıdır. Həmçinin buyurmuşdur: “Dünyanın ən yaxşı qadınları dörd nəfərdir.” Sonra həmin dörd nəfəri saydı. Yenə buyurmuşdur: “Dünyanın qadınlarından Məryəm İmranın qızı, Xədicə Xüveylid qızı, Fatimə Məhəmməd qızı və Fironun arvadı Asiyəni yaxşılıqla yada salmaq olar.”

Bu qəbildən çoxlu rəvayətlər gəlib çatmışdır ki, Peyğəmbərdən nəq olan ən düzgün hədislərdir.3 Hətta Xədicəni də nəzərə almasaq, yenə da demək olmaz Ayişə Peyğəmbərin (s) digər zövcələrindən üstündür. Bizə gəlib çatan sünnə və xəbərlər də Ayişənin Peyğəmbərin başqa zövcələrindən üstünlüyünü deməkdən imtina etmiş və ağıl sahiblərinə də gizli deyildir. Bəli, bəzən özü fikirləşirdi ki, başqalarından üstündür. Amma Peyğəmbər (s) onu imzalamırdı. Bunu Ümmül-mömininlə Səfiyyə (Həyyin qızı) arasında baş vermiş hadisədən də başa düşmək olar. Əhvalat belədir: “Peyğəmbər (s) bir gün Səfiyyənin yanına daxil olub gördü ki, o, ağlayır. Soruşdu: Nə üçün ağlayırsan? Cavab verdi: Mənə xəbər çatdı ki, Ayişə və Həfəsə məndə eyib axtarır və deyirlər: Biz Səfiyyədən yaxşıyıq. Rəsulullah (s) buyurdu: Nə üçün soruşmadın ki, sizin məndən nəyiniz yaxşısınız? Halbuki, atam Harun, əmim Musa və ərim Məhəmməddir.”1

Ümmül-möminin Ayişənin hərəkətlərinə, işinə və sözünə diqqət yetirib onu tədqiq edən görər ki, o, bizim dediyimiz kimidir.

3. “Vəsayət” haqqında Ayişənin hədisinə fikir verməməyimiz də ona görə idi ki, onun sözü höccət deyildir və mən xahiş edirəm ki, bu məsələnin təfsilini məndən istəməyəsiniz. Vəssalam.

Ş”

YETMİŞ ÜÇÜNCÜ MƏKTUB

13 Səfər 1330

Ayişənin hədisindən imtinanın səbəbinin təfsilatı.

Mən sizi yalan və riyadan uzaq, əsassız və qüsurlu sənəd təqdim etməyən, dəlilsiz münasibət göstərməyən adam bilirəm. Siz çox yüksək bir məqamda dayanıbsınız ki, varlıq qülləniz bədbinlik seli, sui-zənn, pis fikir və töhmətdən uzaqdır.

Mən də şükür Allaha, ara vuran, məkrli və hiyləgər deyiləm. Nə adamların büdrəmələrini axtarır, nə də eyib və gizli sirrləri bilmək istəyirəm. Həqiqət dalısıycayam və onun ardınca gəzirəm. Buna görə də sənə sualım heç cür tərk edə bilmədiyim şeylərin təfsilatı haqqındadır və bundan sonra sizin müsbət cavabınız da, artıq o dərdə çarə edən deyildir. Necə deyərlər, sən arxayınlıqla işinə davam et və başqasıyla işin olmasın. Mən aramızda bu ayəni (Bəqərə, 159) vasitə edirəm: إِنَّ الَّذِينَ يَكْتُمُونَ مَا أَنزَلْنَا مِنَ الْبَيِّنَاتِ وَالْهُدَى مِن بَعْدِ مَا بَيَّنَّاهُ لِلنَّاسِ فِي الْكِتَابِ أُولَـئِكَ يَلعَنُهُمُ اللّهُ وَيَلْعَنُهُمُ اللَّاعِنُونَ “Kitabda (Tövratda) insanlara aşkar etdiyimiz dəlillərdən sonra göndərdiyimiz nişanələri və doğru yol göstərən ayələrimizi gizlədən kimsələr Allahın lə’nətinə düçar olar və bütün lə’nət edə bilənlər də onlara lə’nət oxuyar.”

Vəssalam.

S”

YETMİŞ DÖRDÜNCÜ MƏKTUB

15 Səfər 1330

1. Ayişənin hədisindən imtinanın səbəblərinin təfsili.

2. Ağıl “vəsayət”ə hökm edir.

3. “Peyğəmbərin (s) onun (Ayişənin) yanında ölmüşdür” – iddiasına qarşı sənəd vardır.

1. Allah sənə kömək olsun, təfsilata görə çox israr etmisən. Halbuki sənin ona ehtiyacın yoxdur. Çünki, bilirsən ki, bizə nə olubsa, elə oradan başlayır, “vəsayət”in aradan götürülməsi, “nüsus”un pozulması, hər nə zərbə oradandır. Fitnə oradandır, xüms, irs, “nihlə” və “hibə”nin yox olmasının ibtidası oradandır. Oradan1 başlayaraq Əmirəl-mömininlə (ə) döyüşə girişdilər və ölkəni almaq, Həzrətin hökumətini yıxmaq üçün çoxsaylı qoşun yığdılar. Nə isə, ötənə güzəşt deyərlər və sən də yaxşılığa yoz, cərəyanı soruşma.

Belə isə, “vəsayət”in inkarında Ayişənin sözünü necə qəbul etmək olar, halbuki o, Əliyə qarşı qatı düşmən idi. Bu isə iddianı onun özü ilə isbat etməkdir ki, heç bir insaf sahibindən gözlənilməz. Onun Əli (ə) ilə müxalifəti bununla bitmir. “Vəsayət”in inkarı məsələsi “Cəməli-Əkbər”2 döyüşünün müqabiləndə çox sadə bir şeydir. Bu iki döyüş ürəklərdəki qərəzləri üzə çıxartdı, örtülü sirlərin üstünü açdı! Bu iki nümunə onun öz vəlisi, Peyğəmbərin vəsisi Əli ilə münasibətinin müharibədən əvvəl və müharibədən sonra işıqlandırılması üçün kifayət edər. Hətta o vaxt Həzrətin şəhadət xəbəri ona çatanda, şükür səcdəsi edib bu beyti demişdi:3

«فَاَلْقَتْ عصاها وَ استقَرَّتْ بها النَّوي كما قُرَّ عيناً بالاياب المسافر» “Əsanı yerə atıb qapıda dayandı. Necə ki, müsafir qayıdandan sonra gözlər sevincdən dolar.”

Əgər istəsən, sənə Ayişənin sərgüzəştlərindən başqa nümunələr danışaram ki, onun İmama qarşı necə soyuq münasibəti olduğunu4 və Əlinin (ə) vəsi olmasının ona necə əzab verdiyini biləsən.

Ayişə deyir: “Rəsulullah (s) xəstə ikən dərdi gücləndiyindən iki nəfər qoluna girmiş halda evdən bayıra çıxırdı və ayaqlarını da çəkirdi. Bu iki nəfərin biri Abbas ibn Əbdül-Müttəlib, biri də başqası idi.”1 Ayişədən bu xəbəri nəql edən Übeydullah ibn Abdullah ibn Ütbə ibn Məsud deyir: “Ayişənin bu sözünü Abdullah İbn Abbasa dedim. İbn Abbas dedi: Heç bilirsən, Ayişənin adını çəkmədiyi o başqa birisi kim idi? Dedim: Yox. Dedi: Əli ibn Əbu Talib idi. Sonra İbn Abbas əlavə etdi: Ayişənin Əlidən xoşu gəlmirdi və heç vaxt istəmirdi ki, Əlinin adı yaxşılıqla xatırlansın.”

Mən deyirəm: Əgər Ayişə heç vaxt Əlinin yaxşılıqla xatırlanmasını və onun adının Peyğəmbərlə bir addımlayanların sırasında çəkilməsini istəməyibsə, heç istəyərdimi ki, başdan-başa yaxşılıq və xeyir olan “vəsayət”dən danışılsın?

İmam Əhməd “Müsnəd”in 6-cı cildinin 113-cü səhifəsində Əta ibn Yəsardan Ayişənin haqqında belə nəql edir: “Bir nəfər Ayişənin yanına gəlib, Əli və Əmmardan qeybət etdi. Ayişə dedi: Əli barədə sənə heç nə demirəm, amma Əmmarın haqqında, mən Rəsulullahdan (s) eşitmişəm, deyirdi: Əmmar iki iş qarşıya çıxdıqda, həmişə haqq tərəfi seçər. Çünki onda böyüklük və doğruluq daha çoxdur.”

Aman Allah, Ümmül-möminin Əmmarın qeybətindən həzər edir. Çünki, eşitdiyinə görə Peyğəmbər onun haqqında buyurmuşdur: “Əgər iki məsələ qarşıya çıxsa, Əmmar ikisindən hansının haqqa yaxın olanını seçə.” Amma Peyğəmbərin qardaşı, vəlisi, dostu, sirdaşı, qəza işlərində ümmətin ən biliklisi, elm şəhərinin qapısı, Allah və Rəsulunu sevən, Allah və rəsulunun sevimlisi, ilk müsəlman, imanda hamıdan irəli, onların ən biliklisi, fəzail və mənaqibdə hamıdan üstün olan Əli haqda qeybətdən həzər etmir! (Bəli, əlbəttə, belə şəxsə qarşı əsla qeybətdən həzər etməz.)

Ay tövbə! Guya, Əlinin Allah dərgahında olan məqam və yerindən, Rəsulullahın (s) qəlbindəki mövqeyindən xəbərsizdir. Sanki, onun İslamdakı yüksək mövqeyinin, o yoldakı çətinlik və əziyyətlərinin və o alicənabın çətinliklərə dözməsinin şahidi olmamışdır. Guya, Ayişə Allahın kitabında və Peyğəmbərin sünnəsində Əli (ə) haqqında heç bir şey eşitməmiş və onu Əmmarla bərabər tutur.

Allaha and olsun ki, onun sözü məni yaman heyrətə gətirdi və təəccübləndirdi: “Peyğəmbər sinəmə söykənmiş halda idi. Teşt istədi və bədəni süstləşərək dünyadan getdi. Belə olan surətdə, bilmirəm Əlini necə vəsi seçdi?”

Mən bilmirəm, onun sözünün hansı tərəfinə irad tutum. Çünki, tamamilə qüsurludur. Kaş, bir adam mənə başa sala ki, Ayişənin təsvir etdiyi o hadisə həzrətin vəsiyyət etmədiyinə necə dəlildir?! Ümmül-mömininnin fikri belədir ki, yalnız ölən vaxt vəsiyyət düzgündür və başqa vaxt da düzgün deyildir? Lakin bu məsələ qətiyyən səhvdir. Həqiqətlə mübarizəyə qalxan adamın dəlili də (hər kim olsa belə) süst olar. Məgər böyük Allahın Qurani-kərimdə peyğəmbərinə (s) xitabı bu deyilmi ki, buyurur: كُتِبَ عَلَيْكُمْ إِذَا حَضَرَ أَحَدَكُمُ الْمَوْتُ إِن تَرَكَ خَيْرًا الْوَصِيَّةُ “Sizə vacib oldu ki, sizlərdən birinin ölümü çatanda (bir şey (mal) qoyubsa) vəsiyyət etsin.”2

Ümmül-möminin Peyğəmbərin Allahın kitabının fərmanına müxalif olduğunu və onun ehkamlarından üz çevirdiyinimi güman edir? “Nəuzubillah”, “haşa lillah!” Əksinə, o yaxşı bilirdi ki, Rəsulullah (s) hər bir addımını Quranın fərmanına əsasən atır, ona itaət edir, onun əmrləri və nəhylərinə hamıdan artıq əməl edir. Belə ki, son dərəcə itaətkarlıqla hər bir işdə onun bütün göstərişlərinə əsaslanır və mən Ayişənin o Həzrətdən bu hədisi eşitməsinə şübhə etmirəm:3 “Vəsiyyətə qabil şeyi olan müsəlman vəsiyyətsiz iki gecə qabaqdan yatmamalıdır.” Şübhəsiz, o, bu və buna oxşar hədisləri eşitmişdir. Çünki Həzrətin vəsiyyət haqqında ciddi əmrlər verməsi şübhəsizdir və Həzrətə və Allahın peyğəmbərlərindən heç birinə caiz deyildir ki, bir şeyə əmr etsin, amma özləri ona əməl etməsinlər və ya bir şeyi qadağan etsin, özləri onun icrasından imtina etməsinlər. Allah belə bir şəxsi özünə peyğəmbər seçməz.

Amma, Müslim və başqalarının Ayişədən nəql etdinləri “Rəsulullah (s) nə bir dirhəm, nə bir dinar, nə bir qoyun, nə bir dəvə və... xülasə, heç bir şey vəsiyyət etmədi” – xəbərləri də etibarsızdır. Çünki demək olmaz ki, o Həzrət həqiqətən heç nə qoymadı və onun heç bir şeyi yox idi. Bəli, o dünya malından dünya əhlinin qoyduqları qədər mal qoymadı. Çünki o, ən zahid bəndə idi və borclu halda Allaha qovuşdu.1 Vədlər vermişdi və yanında əmanətlər var idi ki, gərək vəsiyyət edəydi. Malından o qədər qoydu ki, borclarına çatsın və vədlərinə əməl olunsun və az miqdar da varisinə qalsın.

Bu səhih rəvayətlər dəlildir ki, Zəhra nahaq yerə irs tələb etməmişdi.2

2. Bütün bunlardan əlavə, Peyğəmbər (s) bir sıra şeylər qoymuşdu ki, onlar haqqında mütləq vəsiyyət etməli idi. Elə şeylər idi ki, bu baxımdan heç kəs onunla müqayisə oluna bilməz. O, Allahın son peyğəmbəri kimi inkişaf başlanğıcında olan sonuncu dini qoyub gedirdi. Burada vəsiyyətin əhəmiyyəti qızıl, gümüş, ev, bağ, torpaq, heyvan və sürüdən qat-qat artıq idi. Ümmət belə belə bir vaxtda bir yetim tək onun vəsiyyətinə möhtac idi ki, mütləq o Həzrətin tərəfindən bir canişin onların din və dünya işlərinin idarəsini öhdəsinə alaydı. Ola bilməzdi ki, Rəsulullah (s) inkişafın başlanğıcında olan dinini istənilən kəsin həvayi-nəfsinə tapşıra və ya şəriət və qanunların hifzində başqalarının rəy və fikirlərinə arxalana və yaxud ümmətin din və dünya işlərini vəsi və başçısız, etimad olunmalı “ümumi naibliyi” təyin etməyib gedə. Nəuzubillah, heç mümkündürmü Allah ona vəhy edəndən sonra vəsiyyəti tərk etsin, amma özü ümmətindən ciddi surətdə vəsiyyəti tələb etsin?!

Buna görə də insaflı ağıl vəsiyyətin inkarı fikrinə məhəl qoymur, hətta onu inkar edən böyük şəxsiyyət olsa da. Hələ Peyğəmbər (s) Məkkədə İslama dəvətin əvvəlində وَأَنذِرْ عَشِيرَتَكَ الْأَقْرَبِينَ – ayəsi (Şüəra, ayə 214) nazil olanda artıq Əlini vəsi seçmişdi (20-ci məktubda izah etdiyimiz kimi). Bundan sonra həmişə vəsiyyətini təkrar edər, dəfələrlə ona təkid edərdi. Bir çox məsələ ilə əlaqədar buna əvvəldə də işarə etmişdik. Hətta can verəndə (atam-anam ona fəda olsun) istədi ki, ümmət Əliyə olan vəsiyyətini yazılı olaraq bildirsin, vəsiyyətin bəndlərini daha qəti, mətnini daha mükəmməl etsin. Elə ona görə də buyurdu: «ائْـتوني اَكتُبْ لكم كتاباً لن تضلّوا بعدَه ابدا» “Gətirin (kağız-qələm) sizə bir şey yazıb qoyum ki, heç vaxt yolunuzu azmayasınız.” Amma onlar Həzrətin yatağının kənarında mübahisə etməyə, çəkişməyə (dava-dalaş salmağa) başladılar (halbuki Peyğəmbərin yanında mübahisə etmək əsla olmazdı). Dedilər: “Peyğəmbər (nəuzubillah!) həzyan deyir (sayıqlayır).”3 Peyğəmbər (s) bildi ki, bundan sonra onun Əli (ə) haqqında yazılı sözünün fitnədən başqa bir əsəri olmayacaqdır. Buna görə də onlara “Qalxın” – deyə buyurdu və vəsiyyətini yalnız dildə söyləyərək əhd-peymanlarını sona çatdırdı. Bu vəziyyətdə (ölüm vaxtı) üç şeyi vəsiyyət etdi: “Əlini ümmətin vəlisi və başçısı bilsinlər, müşrikləri ərəb yarımadasından xaric etsinlər və Mədinəyə müxtəlif qəbilələr tərəfindən ezam olunan dəstə və heyətləri özü mükafatlandırdığı kimi mükafatlandırsınlar...” Amma o gündən sonra iqtidar və siyasət hakimləri hədisçilərə Peyğəmbərin vəsiyyətinin birinci hissəsini deməyə icazə vermədilər və belə düşündülər ki, daha elə-beləcə unudulacaq. Buxari sonu “Peyğəmbər həzyan deyir”1 – cümləsindən ibarət olan hədisində yazır: “O həzrət vəfat edərkən üç şeyi vəsiyyət etdi: Müşrikləri ərəb yarımadasından xaric edin və qəbilələr tərəfindən göndərilən heyətlərə mən mükafat verdiyim kimi mükafat verin.” Sonra demişdir: “Onun üçüncü bəndi unudulub.” Müslim və başqa “sünən” əshabı və “məsanid” yazanlar da belə demişlər.

3. Amma Ümmül-mömininnin “Peyğəmbər (s) Allaha mənim sinəmə söykənmiş halda qovuşdu” – sözü, “Peyğəmbər (s) Allaha qardaşı və vəsisi Əli ibn Əbu Talibin ağuşunda qovuşdu” kimi sabit və şübhəsiz rəvayətlərlə ziddiyyət təşkil edir. Bu məsələdə pak Əhli-beyt imamlarının doğru və mütəvatir hədislər və onlardan başqa sünnilər tərəfindən çatmış düzgün rəvayətlərə (tədqiqatçıların ondan xəbəri olduğu kimi) şübhə yoxdur. Vəssalam.

Ş”

YETMİŞ BEŞİNCİ MƏKTUB

17 Səfər 1330

1. Ümmül-mömininə atifə (daxili hisslər) hakim deyildir.

2. “Hüsn və əqli qəbahət”ə1 yer yoxdur.

3. Ümmül-mömininin dediklərinin ziddiyyəti haqqında.

1. Siz Ümmül-mömininin sərih hədisinin inkarında iki şeyə əsaslanmışsınız:

Birinci budur ki, sizin düşündüyünüz kimi, onun imam Əliyə qarşı kini vəsiyyəti inkar etməyə səbəb olmuşdur.

Amma bunun cavabını onun müsbət davranış və həyatında axtarmalıyıq ki, Peyğəmbər (s) haqqında hədislərin nəqlində müsbət meyl, məhəbbət görünür və kin və qərəzçilikdən uzaqdır. Deməli, Rəsulullah (s) haqqında dediklərində günahkar deyildir. İstər onun sözü marağı olan adama aid olsun, ya onunla düşmən olana. Allah eləməsin və haşa ki, hissə qapanıb Peyğəmbər haqqında həqiqəti olmayan hədis nəql etsin və öz qərəzini həqiqətən üstün tutsun.

2. İkincisi budur ki, ağıl öz-özlüyündə, sizin fikirləşdiyiniz kimi, onun sözünün təsdiqindən imtina edir. Çünki doğrudan da, onun məzmunu ağlasığmazdır. Peyğəmbərə layiq deyil ki, əziz və cəlallı Allahın inkişafın başlanğıcında olan dinini və bu dinə təzə qoşulan bəndələrini eləcə onların özünə tapşırıb vəsisiz, başlı-başına qoysun və aralarından getsin.

Amma bu, o vaxtdır ki, biz “hüsn və ağıl qəbahəti”ni qəbul edək (yəni qəbul edək ki, ağıl zatən yaxşı və pisi dərk edir). Halbuki sünnilər bu qaydanı qəbul etmirlər. Çünki, onların nöqteyi-nəzərincə ağıl zatən hüsnə aid heç bir fikir aşılamır, qəbahət və pisliyə də mütləq şəkildə heç nə hökm vermir. Əksinə, bütün işlərdə hüsn və qəbahətə hakim olan yalnız şəriət qanunlarıdır, vəssalam. Yəni, şəriətin yaxşı dediyi yaxşıdır, pis dediyi isə pisdir və ağılın bu barədə heç vəchlə etibarı yoxdur.

3. Amma 74-cü məktubun sonunda Ümmül-mömininin Peyğəmbərin ölüm zamanı onun sinəsinə söykənməsinin rəddi haqqında verdikləriniz dəlilsizdir. Cavab budur ki, sünni təriqiylə ona zidd olan bir hədis belə bilmirik. Əgər sizin yanınızda varsa zikr edin. Vəssalam.

S”

YETMİŞ ALTINCI MƏKTUB

19 Səfər 1330



1. O, atifə və hissə qapılırdı.

2. “Hüsn və əqli qəbahət”in sübutu.

3. Səhih xəbərlər Ümmül-mömininin dediklərinə ziddir.

4. Ümmü-Sələmənin hədisi Ayişənin hədisindən irəlidir.

Birinci məsələnin cavabında xatırlatdınız ki, Ümmül-mömininin həyatının seyri və tarixindən məlum olur ki, o, atifi (hisslərə) təslim olmazmış və hədisin nəqlində şəxsi qərəzlərdən uzaqmış. Mən sizdən xahiş edirəm, özünüzdən təqlid qeydini və atifəni kənar edib bir daha onun həyat tarixinə bir nəzər salın. Onun şərhi-halına sevənlər və müxaliflərinin münasibətini götür-qoy etməklə diqqət yetirin. O şərtlə ki, bu müqayisə çox diqqət və düşüncəylə yerinə yetirilsin. Onda görəcəksən ki, onun həyatında atifə hissləri olduqca barizdir. Xüsusilə, onun Osmanla söhbəti və rəftarını unutmayın.1 Onun Əli, Fatimə, Həsən və Hüseynlə (ə) açıq və gizli, Peyğəmbərin (s) digər zövcələri ilə rəftarını, hətta Rəsulullahın özü ilə rəftarını nəzərə alın. Hökmən onda atifə və qərəzi tamamilə müşahidə edəcəksiniz.

Nümunə üçün kifayətdir ki, yalançıların Mariya və övladı İbrahim haqqındakı böhtan və töhmətini Ayişənin necə təsdiq etdiyini nəzərə alasınız. Nəhayət, Allah ona və onun övladına Əmirəl-mömininin böyük zəkası ilə bəraət qazandırdı.2 Qurani-kərim bu barədə buyurur: وَرَدَّ اللَّهُ الَّذِينَ كَفَرُوا بِغَيْظِهِمْ لَمْ يَنَالُوا خَيْرًا “Allah kafir olanları rədd etdi. Onlar qeyz ilə yandılar və heç bir xeyrə nail olmadılar.” Siz bu əhvalatda Ayişənin hissə qapılma halını aydın görəcəksiniz.

Əgər onun bundan da artıq hissə qapılma hallarını bilmək istəyirsənsə, bax gör Rəsulullaha nə deyir: “Səndən “məğafir” iyi gəlir.”3 Nəhayət, bu yolla o, Peyğəmbəri “Ümmül-möminin Zeynəb”in mənzilində bal yeməkdən çəkindirir. O əgər çox adi şeyə görə belə bir mətləbi özündən düzüb-qoşaraq Peyğəmbərə aid edirsə, Əliyə (ə) “vəsayət”i inkar edən hədisi ondan necə qəbul edə bilərik?

Onun Nömanın qızı Əsmanın toyunda qərəzli rəftarını unutma ki, Peyğəmbərlə toy gecəsi ona dedi: “Peyğəmbərin o qadından xoşu gəlir ki, daxil olanda ona (Peyğəmbərə) desin: “Mən Allaha səndən pənah aparıram.” Məqsədi bu idi ki, Peyğəmbər (s) ona nifrət etsin və o möminə qadın Peyğəmbərin gözündə kiçilsin. Guya, Ümmül-möminin belə bir işi Rəsulullaha (s) aid etməyi özünə caiz sayırdı, istər bu iş əhəmiyyətsiz olsun, ya da haram, təki o öz məqsədinə çatsın.4

Həmçinin Allahın rəsulu (s) bir dəfə onu məmur etdi ki, bir qadını izləsin və qadının vəziyyətindən onu xəbərdar etsin. Amma, Ayişə yenə müəyyən qərəzi üzündən gördüklərindən başqa şeyi danışdı1.

Həmçinin bir gün Rəsulullah (s) (ondan) atasına şikayət edərkən özünü saxlaya bilməyib Peyğəmbərə “ədalətli rəftar et”2 – dedi. Bu zaman atası ona elə bir sillə vurdu ki, qanı paltarının üstünə töküldü.

Bir dəfə Rəsulullahın (s) yanında hirslənərkən Həzrətə (s) dedi: “Sən Allahın rəsulu olduğunumu güman edirsən?”3

Deməliyəm ki, bu qəbildən olan əhvalatlar çoxdur. Onların dərin tədqiqi və zikri bu məktuba münasib deyil və verdiklərimiz kifayətdir.

2. İkinci cavabınızda buyurmusunuz ki, sünnilər “hüsn və əqli qəbahət”ə qail deyil və bu haqda izahat vermisiniz. Amma mən məsələyə sizin belə yanaşmağınızı bəyənmirəm. Çünki bu söz səfsətəçilərin fikrinə oxşayır və onlar kökündən hissi duyğuları inkar edirlər. Belə ki, bir çox işlər hamı tərəfindən müsbət və təriflə qarşılanır (istər şəriət desin, istər yox). Bu tələb o işlərin özünün zatındandır. Məsələn, ehsan, ədalət və s. kimi ki, onlar zatən yaxşıdır və biz vicdanla onların yaxşılığını dərk edirik. Bəzi işlər də var ki, qəbahətli və pisdir. Onlara qarşı məzəmmət və ikrah hissi zatlarındakı müəyyən sifətlərlə bağlıdır. Pislik və zülm zatən pisdir və ağıl onun qəbahətinə təbii şəkildə hökm edir.

Fitrətin zəruri hökmüdür ki, deyir yaxşılıq edənlə pislik edən arasında fərq var. Çünki, ağıl müstəqil surətdə dərk edir ki, birinci qismə tərif, mükafat, ikinci qismə isə məzəmmət və qisas düşür. Bu barədə şəkki olan öz ağlı ilə bəhs və mübarizəyə qalxmışdır. Əgər zikr etdiyimiz məsələlərdə şəriətə uyğun hüsn və qəbahət varsa, bunu yalnız şəriət və din münkirləri qəbul etməməlidirlər. Halbuki onlar dini qəbul etməsələr də, ədalət və ehsanın hüsnünü (yaxşılığını) qəbul etmişlər. Zülm və təcavüzün pisliyini qəti qəbul edirlər. Bu işdə onların əsaslandıqları ağıldır, vəssalam. Buna görə də siz öz ağlı və vicdanı ilə mübarizə və ümum ağıl sahiblərinə bədihi bir şeyi inkar edənin sözünü burax getsin. Belə adamlar təbiətin (vicdan) əksinə hökm verirlər. Çünki Allah, bəndələrini ağılları vasitəsiylə bir çox həqiqətləri dərk etmə qabiliyyəti fitrəti ilə yaratmışdır. Buna görə də insanın yaradılışı elədir ki, ədalətin hüsnünü, zülmün qəbahətini şüurlu surətdə dərk edir. Belə ki, dadbilmə ilə balın şirinliyini, hənzəlin (yabanı bitki) acılığını dərk edir, iybilmə ilə müşkün ətrini və murdarın pis iyini, ləms (toxunmaq) ilə əşyanın yumşaqlığı və bərkliyini, həmçinin, gözlə gözəl və pis mənzərəni, eşitmə hissi ilə ruh oxşayan neyin səsini ulağın səsindən fərqləndirir. Bu Allahın insana bəxş etdiyi fitrətidir. “Elə fitrət ki, Allah insanları onun əsasında yaratmışdır. Allahın xilqətində dəyişmə yoxdur. Bu möhkəm qanundur, amma adamların əksəriyyəti bilmirlər.”

Əşairə (sünni əqidə cərəyanı) istəyir ki, şəriətə imanda və onun qanunlarına təslimdə həddi aşaraq ağlın hökmünü inkar edib demiş: “Hökm yalnız şəriət hökmüdür.” Amma diqqətsizlikdən yağışdan çıxıb yağmura düşərək çıxış yolunu üzlərinə bağlayıblar. Çünki, bu hökmdən sonra şəriətin əslinin sübutu şəri dəlillərə əsaslanaraq dövrə səbəb olar və ləğv baş verər. Əgər ağıl əvvəlcə dinin əsasını qəbul etməsə, heç nə sübuta yetməz. Yeri gəldikcə, alimlərin bu barədə nəzərləri təfsilatı ilə veriləcək.

3. Amma Ümmül-mömininin “Peyğəmbər onun sinəsinə söykənmiş halda dünyadan getdi” – iddiası pak Əhli-beyt (ə) təriqiylə çatmış səhih və mütəvatir xəbərlərlə ziddir. Qeyri-Əhli-beyt təriqiylə İbn Səd1 Əlidən (ə) xəbər vermişdir ki, Peyğəmbər (s) xəstə olarkən buyurdu: “Qardaşımı çağırın. Mən onun yanına gəldim. Mənə buyurdu: Yaxın gəl.” Yaxınlaşdım. O həzrət özünü mənə söykəyərək danışmağa başladı. Hətta ağzının suyundan bir qədər də mənim üstümə axdı. Sonra isə vəfat etdi.”

Həmçinin Əbu Nəim “Hilyətül-Övliya”da, Əbu Əhməd Fərzi öz nüsxəsində və “sünən” sahiblərindən bir qrupu Əlidən belə nəql etmişlər: “Peyğəmbər (s) ölən zaman mənə elmin min babını (qapısını) təlim etdi ki, hər qapıdan min qapı açılır.”2

Ömər ibn Xəttabdan bu barədə (Peyğəmbərin ölüm vaxtı barədə) soruşulanda deyirdi: “Bu barədə Əlidən soruşun ki, o bu işi öhdəsinə götürmüşdü.”

Cabir ibn Abdullah deyir ki, Kəbül-əhbar Ömərdən soruşdu: “Peyğəmbərin dediyi axırıncı söz nə idi? Ömər cavab verdi: Əlidən soruşun. Kəb Əlidən soruşdu və o Həzrət cavab verdi: Peyğəmbəri sinəmə söykədim. Başını çiynimə qoydu və buyurdu: Namaz, namaz! Kəb dedi: Düzdür. Peyğəmbərin (s) son sifarişi budur ki, onlar buna görə məmur və məbus olublar. Kəb soruşdu: Kim ona qüsl verdi? Ömər dedi: Əlidən soruşun. Kəb soruşdu və Əli cavab verdi: Mən ona qüsl verdim.”3

İbn Abbasdan soruşuldu: Peyğəmbər (s) öləndə başının kimin dizinin üstündə olduğunu gördünüz? Cavab verdi: Əlinin (ə) sinəsinə söykəmişdi. Ona deyildi: Ürvə Ayişədən nəql etmiş ki, Peyğəmbər (s) onun qucağında vəfat etdi. İbn Abbas onu inkar edib dedi: Sən də buna inanırsanmı? Allaha and olsun ki, Peyğəmbər (s) Əliyə söykənən halda vəfat etdi və ona qüsl verən də o idi.”4

Həmçinin İbn Səd5 İmam (Əli ibn Hüseyn) Zeynəlabidindən nəql etmiş ki, Allahın rəsulunun (s) başını Əlinin qucağında saxlayaraq dünyadan köçdü.

Mən deyirəm: Bu barədə başqa Əhli-beyt imamlarından xəbər mütəvatirdir. Bundan əlavə, həmin xəbərləri imamı qəbul etməyənlərdə təsdiq etmişlər. Hətta İbn Səd Şöbədən xəbər vermiş ki, Peyğəmbər (s) başı Əlinin dizi üstündə vəfat etdi və Əli ona qüsl verdi.”6 Möminlərin əmiri (ə) özü bu mətləbi xalqın hüzurunda xütbələrində buyurmuşdur. Aşağıdakı xütbəyə diqqət yetirmək kifayətdir.7

“Məhəmmədin (s) sirlərini qoruyan əshabə və dostları yaxşı bilirlər ki, mən hətta bir ləhzə belə Allahın ehkam və göstərişlərinə qarşı çıxmamışam. Əksinə, canımı dişimə alıb şücaətlilərin ayaqları əsən, arxa çevirib qaçdıqları döyüş səhnələrində Həzrətə dayaq olmuşam. Bu, Allahın mənə verdiyi bir şücaətdir.

Allahın rəsulu (s) başı sinəm üstündə ruhunu tapşırdı və mən öz əlimlə o həzrətin gözlərini bağladım.

Mən ona qüsl verərkən mələklər enib mənə kömək etdilər. Sanki Həzrətin evi dörd tərəfdən nalə çəkirdi. Mələklər dəstə-dəstə yerə enib, göyə qalxırdılar. Onların Peyğəmbərə (s) namaz oxuyan səsləri kəsilmirdi, hətta o vaxta qədər ki, onu öz qəbrində torpağa tapşırdıq. Belə isə, kim o Həzrətə həyatda və ölümündə məndən daha yaxın idi!?”

Həmçinin deyilir ki, qadınların seyyidəsi Fatimənin (ə) dəfni zamanı (Əli (ə)) belə demişdi: “Ey rəsulullah, mənim və indi sənə qovuşacaq qızın tərəfindən sənə salam olsun! Ey peyğəmbər, misilsiz pak qızının ayrılığından səbrimin kasası dolmuş və taqətim əldən getmişdir. Amma sənin ölüm və rehlətindən sonra (mənə) hər nə müsibət üz versə kiçikdir. (Heç unutmaram,) səni öz əlimlə qəbrə qoyduğum və (vəfatın zamanı) başın sinəmin üstündə ikən ruhunu tapşırdığın anı!”

Səhih hədisə əsasən Ümmü-Sələmə deyir: “İnandığım o kəsə (Allaha) and olsun, Peyğəmbərə (s) hamıdan yaxın Əli idi. Bir gün səhər Əli gəlməmişdən əvvəl, həzrəti gördük fasiləsiz soruşurdu: Əli gəldi? Əli gəldi? Fatimə ərz etdi: Deyəsən siz onu bir işin dalınca göndərmisiniz. Sonra Əli gəldi. Biz fikirləşdik ki, yəqin onunla xüsusi bir işi var, ona görə də evdən çıxdıq. Mən qapıya hamıdan yaxın idim. Eşidirdim ki, onunla ardı kəsilmədən pıçıltıyla nə isə danışır. Peyğəmbər (s) elə həmin gün ruhunu tapşırdı.”

Bunlara əsasən, Əli Peyğəmbərin (s) sifariş və vəsiyyətlərində ən yaxın adam olmuşdur.1 Abdullah ibn Ömərdən gəlib çatmışdır ki, Peyğəmbər (s) xəstə olanda buyurdu: Qardaşımı yanıma çağırın. Əbu Bəkr gəldi. Ay üzünü yana çevirib buyurdu: Qardaşımı çağırın. Osman gəldi. Həzrət yenə üzünü çevirdi. Əlini çağırdılar. Ona yanında olan parçanın altına girməsini əmr etdi və bu vaxt (onu) qucaqladı. Əli çıxandan sonra ondan soruşdular: Peyğəmbər sənə nə buyurdu? Dedi: “Mənə min qapı (elm) təlim etdi ki, hər qapıdan min qapı açılır.”2

Gördüyünüz kimi peyğəmbərlərin davranışına münasib olanlar bu deyilənlərdir, nəinki Ayişənin nəql etdikləri ki, daha çox qadınlara məhəbbət bəsləyənlərin halına uyğun gəlir. Doğrusu, lap desək bir çoban əgər ölən zaman başı arvadının sinəsi, ya dizinin üstündə olsa öz qoyunları haqda sifariş və ya vəsiyyət etməsə, çobanın əməli nöqsanlı deyilmi?!

Allah Ümmül-möminini bağışlasın, kaş bu fəziləti Əlidən götürmək istəyəndə heç olmasa onu atasına aid edəydi. Amma yox, çünki atası o gün o adamların sırasında idi ki, Rəsulullah özü onları Üsamənin ordusuna göndərmişdi və o vaxt “Cürüf”də yerləşmişdilər. Hər halda, Peyğəmbər vəfat edəndə başı Ayişənin qucağında idi” – sözünü özündən başqası nəql etməmişdir. Amma “Həzrət vəfat edəndə (ata-anam ona fəda olsun) Əlinin sinəsinə söykənmiş halda idi” – hədisi Əli, İbn Abbas, Ümmü-Sələmə, Abdullah ibn Əmr, Şəbi, Əli ibn Hüseyn və digər Əhli-beyt imamlarından nəql olunmuşdur. Buna görə sənəd baxımından üstünlüyü daha çoxdur və Rəsulullahın məqamına daha layiqdir.

4. Əgər Ayişənin sözünə zidd olan yalnız Ümmü-Sələmənin hədisi olsa belə, yenə Ayişənin sözündən üstün (bir neçə cəhətdən) sayılacaq. Vəssalam.


Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə