ƏlaqəLƏRİNDƏ M. Ə. RƏSulzadəNİn rolu



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə31/55
tarix20.08.2018
ölçüsü3,3 Mb.
#63691
1   ...   27   28   29   30   31   32   33   34   ...   55

79 
 
vəhĢi intiqamından xilas olmaq üçün ölkəni tərk etmək məcburiyyətində qalmıĢ və 
həmsərhəd ölkələrə köçürülmüĢlər. 
Bunlardan  10  nəfər  zabit,  hansı  ki,  milli  orduda  mühüm  vəzifələr 
tutmuĢdular  və  düĢmən  qızıl  ordunun  silahlı  qarĢıdurmasına  qarĢı  olmuĢ,  daha 
sonra isə qızıl ordunun dözülməz özününküləĢdirmə boyunduruğuna qarĢı bir sıra 
kütləvi  üsyanlarda  çıxıĢ  etmiĢdilər.  Həmin  Ģəxslər  hazırda  Konstontinopolda 
mühacir kimi yaĢayırlar. 
Krım  Tatar  Parlamentinin  təmsilçisi  və  prezidenti  cənab  Cəfər 
Seyidəhməd öyrənmiĢdir ki, Siz onun baĢçılığı ilə nümayəndə heyətinin VarĢavada 
sonuncu  səfərində  azərbaycanlı  zabitlərin  cəsur  PolĢa  ordusu  sıralarında  xidmət 
etmək təklifini, onların hərbi biliklərini geniĢləndirmək arzusunu çox səmimiyyətlə 
qəbul  etmisiniz.  Onların  təmənnasız  qəbuluna  Sizin  razılığınız  mənə  bu  lütfkar 
vəziyyətdən istifadə etmək və Sizin Ģəxsinizdə zati-alilərindən bu mövzuda lazımi 
müsbət qərarların əldə olunması xahiĢini etmək icazəsini verir. 
Mən  əminəm  ki,  nəcib  PolĢa  xalqı  tərəfındən  göstərilən  xidmət  bizim 
tarixin  bu  çətin  dövründə  qəbul  edibcək  və  Türkiyə  tərəfindən  Azərbaycanın   
qiymətləndirilməsi,      çox  illərdən  bəri  bizim  iki  millətimiz  arasında  mövcud  olan 
parlaq dostluq əlaqələrinin sübutuna xidmət edəcəkdir. 
Sizə  dərin  təĢəkkürümü  bildirərək,  Sizə  bəslədiyim  yüksək  ehtiramımı 
Zati-alilərindən qəbul etməyinizi xahiĢ edirəm. 
M. Ə. Rəsulzadə, 
Azərbaycan Milli Mərkəzinin sədri 
Konstontinopol, 31 mart 1923 
Əlavə: zabitlərin siyahısı" (60,v.32-33). 
M. Ə. Rəsulzadənin  məktubuna  cavab olaraq  Marşal Pilsudski yazırdı: 
"Zati-aliləri cənab M. Ə. Rəsulzadəyə, Azərbaycan Milli Mərkəzinin prezidentinə, 
Konstontinopola 
Cənab Prezident! 
Mən Sizin 31 mart 1923-cü il tarixli Azərbaycan ordusunun öz istəklərini 
nümayiĢ etdirən zabitlərinə aid olan məktubunuzu təsdiq edirəm. 
Mənim  ən  böyük  arzum  Azərbaycan  ordusunun  igid  zabitlərini  qoruya 
bilmək və eyni zamanda onları bizim orduya qəbul etməkdir. 
Hazırda hərbi məktəblərimizdə kifayət sayda  yer olmadığından bu sualın 
qəti həllinə 1923-cü ilin payızına qədər cavab verməmək məcburiyyətindəyəm. 
Cənab Prezident! Sizə olan dərin ehtiramımı qəbul etmənizi arzu edirəm. 
Polşa Ordusunun Ali Baş Komandanı  
Marşal Pilsudski" (60, v.34). 
PolĢa  ordusunda  xidmətə  qəbul  edilən  ilk  azərbaycanlı  zabitlər 
aĢağıdakılar olmuĢlar: 


80 
 
"1) Vəli bəy Yadigar; 2) Ġsrafıl bəy Məhəmməd; 3) Cahangir bəy Kazım; 
4) Həmid bəy Məmmədzadə; 5) Kazını bəy Səfər oğlu. 
1)  Polkovnik  Ġsrafıl  bəy  Məhəmməd  (Yadigar)-  29-cu  süvari  diviziyası, 
Qrodno  Ģəhəri;  2)  Polkovnik  Kazım  bəy  Cahangir  -  26-cı  süvari  diviziyası, 
Skeyneviç  Ģəhəri;  3)  Mayor  Yadigar  bəy  Ġsrafil  -  7-ci  süvari  atlı  dəstəsi,  Minsk, 
MarovĢa;  4)  Poruçik  Məmmədzdə  Həmid  bəy  -  6-cı  süvari  legion  dəstəsi,  Vilno 
Ģəhəri; 5) Səfər oğlu Kazım bəy - 4-cü avtomobil-tank briqadası, Brest Ģəhəri" (60, 
v. 15). 
Qeyd  edək  ki,  Azərbaycandan  olan  (eləcə  də  Qafqazdan  və  digər 
bölgələrdən)  zabitlərlə  rəsmi  müqavilələr  imzalanırdı.  Həmin  müqavilədən  sonra 
zabitlərin orduda rəsmi xidmətinə icazə verilirdi. 
Azərbaycanlı  zabitlərdən  olan  Yadigar  Ġsrafil  bəylə  (bəzi  mənbələrdə 
Ġsrafil  bəy  Məhəmməd,  bəzilərində  Yadigar  Ġsrafil  göstərilir)  bağlanan  müqavilə 
çox  maraqlı  bir  tarixi  sənəddir.  Həmin  müqavilə:  "Oktyabrın  1-də,  1938-ci  ildə 
VarĢavada  həmin  müqavilə  Hərbi  ĠĢlər  Nazirliyi  və  Maliyyə  Nazirliyi  tərəfindən 
çıxıĢ  edən  Ģəxsi  Büronun  Ģefi  polkovnik  Marian-Adam  Szeflə  və  pan  Yadigar 
Ġsrafil bəy arasında bağlanıb: 
"&1.  4  maddə.  &2  əsasında  Reçpospolitayanın  Prezidentinin  12  mart 
1937-ci  il  tarixli,  zabitlərin  Hərbi  qulluğu  haqqında  əmrinə  əsasən  (Dr.  R.P. 
Müq.N20)  9  sentyabr  1937-ci  ilin  əmrinə  əsasən  (Əsasnamə  128  \  və  13$  HUN) 
Reçpolitayanın  Prezidentinin  əmrinin  yerinə  yetirilməsi  ilə  bağlıdır  və  1  oktyabr 
1938-ci  ildən  Yadigar  Ġsrafil  bəy  orduya  qulluğa  süvari  Korpusunda  zabit-mayor 
rütbəsinə  qəbul  edilir.  Gələcəkdə  müqaviləyə  əsasən  kontraktlı  (müqaviləli)  zabit 
adlanan  Yadigar  Ġsrafil  bəy  ordunun  bütün  əmrlərinə  riayət  etməli  və  zabitə  aid 
bütün  vəzifələri  yerinə  yetirməlidir.  Bu  müqavilə  bir  ay  ərzində  sınaq  kimi 
bağlanıb və pozula bilər. Həmin hadisə  baĢ  verməzsə,  hesab  etmək  olar ki,  bu  
müqavilə müəyyən olunmuĢ vaxta qədər bağlanmıĢdır. 
Müqaviləli  zabit  maddə  4,  &3.  Dekretə  əsasən  vətəndaĢlıq  hüququnu  əldə 
etməkdən məhrumdur. &2. Müqaviləli zabit evlənmə və kəbin kəsilməni yalnız Hərbi 
Nazirin icazəsi olaraqdan həyata keçirə bilər. 
&3.  Müqaviləli  zabit  daimi  qulluqda  olan  eyni  rütbəli  zabitlərlə 
mükafatlandırılır. 
&4. Öz hərbi fəaliyyəti ilə xəstəliyinə görə məĢğul ola bilmədiyi halda, üç ay 
ərzində  məvacibini  ala  bilər.  Üç  ay  ərzində  öz  fəaliyyətinə  qayıtmadığı  halda 
müqavilə ləğv olunur. 
&5.  Müqavilə  zabiti  istirahət  etmək,  müalicə  olunmaq  və  rütbəsinə  aid 
hüquqlara malikdir. 
&6. Rütbənin artırılması yeni müqavilə əsasında həyata keçirilir. 


81 
 
&7.  Səhhəti  imkan  vermədikdə  müqavilə  zabiti  təqaüd  ala  bilər.  Müqavilə 
zabitinin  ölüm  hadisəsi  ilə  bağlı  ailəsinin,  dul  arvadının  məvaciblə  təmin  olunması 
müqaviləyə əsasən nəzərdə tutulub. 
&8.  M.  Üqavilə  zabitlərinə  geyim  tələblərinə  görə  də  nəzərdə  tutulmuĢ 
məbləğ verilə bilər. 
&9.  Müqavilənin  ləğv  olunması  ilə  tərəflər  6  həftə  əvvəl  ilin  sonuncu 
rübündə həyata keçirib bilər. Müqavilənin pozulması aĢağıdakı səbəblərdən 
ləğv oluna bilər: 
a)  Həkim  və  nəzarət  komissiyası  tərəfindən  Ģəxsin  xidmətə  yaramaması 
haqqında  qərar  nəticəsində;  b)  Göstərilən  xidmətdə yararsız olması nəticəsində bunu 
iki tərəfın rəyi təsdiqlədikdə 
Müəyyən vacib səbəblərə görə hər iki tərəf müqaviləni poza bilər, bu haqda iki 
həftə ərzində səbəblər göstərilməlidir. 
&10.  Müqavilənin  pozulduğu  halda,  müqavilə  zabiti  vaxtında  aldığı 
məbləğləri qaytarmalıdır. 
& 11. Mübahisələr yaranarsa, məhkəmə vasitəsi ilə onları  həll etmək olar. 
&12. Bağlanan müqavilə  üç  nüsxədədir; birini müqavilə zabiti alır, 2-cisi 
kadrlar Ģöbəsində qalır, 3-cüsü isə iqtisadi Ģöbəyə göndərilir. 
 
HİN-nin Nazirinin adından 
Bəy Yadigar İsrafil 
Kadrlar şöbəsinin rəisi: 
Bəy Yadigar İsrafilin 
                                                                      imzasının həqiqi olmasını  
                                                                     təsdiqləyirəm: 
             Polkovnik Xilevski 
Polkun rəhbəri polkovnik 
                                                        Krulitski  
                                                       19.X.1938" (60, v.3-4). 
 
Mayor  Ġsrafil  bəy  Yadigarovun  Ģəxsi  vərəqəsində belə məlumatlar vardır: 
"Adı,  soyadı  -  Yadigarov  Ġsrafil  bəy;  Rütbəsi  -  mayor;  sonuncu  iĢ  yeri  - 
1921-ci  il,  Rus  ordusunda  podpolkovnik  (1917-ci  ildən);  Dini  və  milləti  - 
müsəlman, gürcü (sənəddə belə səhv olaraq göstərilmiĢdir - red.); anadan olan il - 
20 avqust, 1888-ci il, Tiflis, Gürcüstan; ailə vəziyyəti - evli, 1 uĢağı var; hərbi təhsili 
-  kadet  korpusu,  Petroqrad;  ixtisası  -ixtisaslı  zabit;  xarici  dil  bilməsi  -  rus,  türk; 
ölkələri  bilməsi  -Rusiya,  Ġran,  Türkiyə,  Qafqaz;  PolĢa  ordusunda  hazırlaĢdırılıb  ordu 
keçib; ordu - rus -gürcü; dəstənin adı - süvari; orduya daxil olduğu il - 1908" (60, 
v. 24). 
Mayor  Ġsrafil  bəy  Yadigar  1924-cü  ildə  PolĢa  ordusuna  qəbulu  zamanı 
yazdığı  tərcümeyi-halda  özünün  Gürcüstanın  Tiflis    Ģəhərində      1888-ci      ilin 
avqustun  7-də  doğulduğunu göstərir.   1898-ci   ildə,   10  yaĢında  olarkən     o, 


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə