ƏlaqəLƏRİNDƏ M. Ə. RƏSulzadəNİn rolu



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə29/55
tarix20.08.2018
ölçüsü3,3 Mb.
#63691
1   ...   25   26   27   28   29   30   31   32   ...   55

74 
 
qəltan  edənin  gerbində  ikibaĢlı  qartal  həkk  edilən  Rusiya  imperiyasi  olduğunu 
göstərirdi. Bu yazının analoji variantı Birliyin 1926-cı il yanvarın 10-dan çıxmağa 
baĢlayan eyni adlı jurnalının birinci sayında da dərc edilmiĢdi" (22, s. 150). 
"Prometey"in  yaranma  tarixi  və  fəaliyyəti  ilə  bağlı  alman  tədqiqatçısı 
Muhlenin və PolĢa tarixçisi Mikuliçin də araĢdırmaları maraqlıdır. 
TanınmıĢ tədqiqatçı Mirzə Bala Məmmədzadə isə "Prometey"in ayrıca bir 
gənclər  Ģöbəsi  olması  haqqında  məlumatlar  bildirir:  "Kommunist  firqələri  və 
Komintern yeni kadrosunu gənc kommunistlər birliyindən alır. Buna qarĢı məhkum 
millətlərin gəncləri "Prometey" Gənclər TəĢkilatı yaratmalı və yaĢlı nəslin açdıqları 
istiqlal davasını davam etdirəcək kadro və nəsil yetiĢdirməlidirlər" (132,s.7). 
"Prometey"  təĢkilatı  özünün  əsas  orqanı  olan  Prometey"i  nəĢr  etməklə 
yanaĢı,  ayrı-ayrı  xalqların  mühacirət  mətbuatı  orqanlarına  da  maddi  dəstək 
göstərirdi.  Mühacirlərin  aĢağıdakı  yayım  orqanlarını  bu  sıraya  daxil  etmək 
mümkündür:  1)  Parisdə  gürcülərin  çap  etdiyi  "Sakartvelo";  2)  Rumıniyada  Krım 
tatarlarının  nəĢr  etdiyi  "Əməl";  3)  VarĢavada  nəĢr  olunan  "Kavkaz",  (ġimali 
Kavkas); 4) Ġdil-Ural türklərinin yayım orqanı olan "Yana Milli Yol" ("Yeni Milli 
Yol");  5)  Türküstanlıların  nəĢri  olan  "YaĢ  Türküstan"  ("Gənc  Türküstan");  6) 
Azərbaycanlıların nəĢr etdiyi "KurtuluĢ". 
Qeyd  edək  ki,  20-30-cu  illərdə  azərbaycanlı  mühacirlərin  də  fəallığı  ilə 
Qafqaz  Birliyi  ideyası  reallaĢıb  ciddi  təĢkilata  çevrildi.  Azərbaycandan, 
Gürcüstandan,  ġimali  Qafqazdan  olan  təmsilçilər  bu  ad  altında  əslində  çoxdan 
fəaliyyət  göstərirdilər.  Qeyd  olunmalıdır  ki,  hələ  1915-ci  ildə  Səlim  bəy 
Behbudovun  fəallığı  ilə  ayrıca  Qafqaz  Komitəsi  yaradılmıĢ,  sonradan  bu  məsələ 
1918-ci ildə Trabzon konfransında, 1919-
c
u ildə Müsavat Partiyasının qurultayında 
əsaslandınlmıĢdı. 
Qeyd  edək  ki,  Azərbaycanda  həmin  illərdə  yaĢayan  Polyaklar  həmiĢə  bu 
ideyanın  tərəfdarı  olmuĢlar.    Belə  ki,  1920-ci  ilin  aprelin  7-də  Qafqaz 
Respublikalarının  Tiflis 
 
konfransında  Azərbaycan  nümayəndə  heyətindən  olan 
H.Ağayev (heyətin rəisi), F. Xoyski, M. Vəkilovla yanaĢı polyak-tatar O. H. Mirzə 
Kriçinski  də  təĢəbbüs  göstərib  Qafqaz  Cümhuriyyətləri  ġurası  yaratmaq  barədə 
razılaĢma  əldə  etmiĢdilər.  ġuranın  yaradılması  ilə  bağlı  24  maddədən  ibarət 
layihəsini isə O. Nayman Mirzə Kriçinski hazırlamıĢdı. Lakin 1920-ci ilin aprelin 
27-də  bolĢeviklərin  Azərbaycanı  iĢğal  etməsi  səbəbindən  bu  layihə  həyata 
keçirilmədi (163). 
Lakin bu istiqamətdə çalıĢmalar davam edirdi. 1921-ci ildə ġimali Qafqaz, 
Azərbaycan,  Gürcüstan,  Ermənistan  nümayəndə  heyətləri  arasında  Parisdə 
müraciət  imzalandı  (22,  s.  159).  1924-cü  ilin  oktyabr-noyabr  aylarında 
Azərbaycan,  Gürcüstan  və  ġimali  Qafqasiya  təmsilçiləri  yenidən  Parisdə  toplaĢır 
və  "Qafqasiya  Sovet  Rus  qüvvətlərindən  qurtular-qurtulmaz,  yüksək  dövlət 


75 
 
strukturlarının  birləĢməsi  yolu  ilə  bir  federalist  qurum  yaratmaq"  planlaĢdırılır. 
Məlum  olduğu  kimi,  hələ  1924-cü  ilin  iyunun  11-də  Azərbaycan,  Gürcüstan  və 
ġimali  Qafqaz  nümayəndələrinin  imzaladığı  protokol  əsasında  formalaĢan  Daimi 
ġura öz qarĢısına üç respublika adından diplomatik  iĢlər aparmağı və bu xalqların 
bir  konfederativ  dövlətdə  birləĢdirilməsi  üçün  bütün  tədbirləri  görməyi  qarĢısına 
məqsəd  qoyurdu.  Bundan  əlavə  Daimi  ġura  aĢağıdakı  vəzifələrin  də  yerinə 
yetirilməsini  vacib  sayırdı:  2)  Daimi  ġura  üç  respublikanı  maraqlandıran  bütün 
məsələləri  müzakirə  və  həll  edir.  3)  Daimi  ġura  hər  bir  milli  təmsilçinin  bir  səsi 
olduğunu  nəzərə  almaqla  qərarı  birlikdə  qəbul  edir.  4)  Daimi  ġura  Gürcüstan, 
Azərbaycan  və  ġimali  Qafqaz  ölkələrinin  hər  birinin  üç  nümayəndəsi  ilə  təĢkil 
olunur.  Daimi  ġura  öz  Rəyasət  Heyətini  seçir.  5)  Rəyasət  Heyəti    diplomatik 
danıĢıqlar  aparır.  Daimi  ġuranın  qərarlarının  düzgün  yerinə  yetirilməsinə  nəzarət 
edir,  özünün  iclaslarını  keçiri.  6)  Daimi  ġuranın  yanında  katiblik  olur. Katibliyin 
baĢlıca  vəzifələrindən  biri  Daimi  ġuranın  protokollarını  tərtib  etməkdir.  7)  Daimi 
ġuranın milli təĢkilatlardan toplanmıĢ və digər mənbələrdən əldə edilmiĢ maliyyə 
fondu olur" (68, v. 193-194). 
Göründüyü  kimi,  Qafqaz  Konfederasiyasının  formalaĢması  üçün  ciddi 
addımlar atılırdı. 
Bununla  bağlı  təmsilçilər  1924-cü  ilin  sonlarında  qurtuluĢ  mücadiləsini 
dəstəkləməklə səlahiyyətli bir Qafqasiya Komitəsi qurur (154, s. 37). 
1927-ci  ildə  VarĢavada  müstəqillik  elanının  10  illiyi  ilə  bağlı  keçirilən 
tədbirbrdə  qafqazlı  təmsilçilərdən  ibarət  bir  konfederasiya  yaratmaq  ilkin  olaraq 
səslənir. Bir il sonra isə bu qurumun adından Millətlər Cəmiyyətinə önəmli bir nota 
verilir (229, s. 1-3). 
Qafqaz Birliyi ilə bağlı formalaĢan bu qurumun fəaliyyətinə PolĢa dövləti 
böyük  köməklik  edirdi.  Eyni  zamanda  PolĢa  bu  təĢkilatın  fəaliyyətini  də 
əlaqələndirir, maliyyə iĢində dəstək göstərirdi. 
Qafqaz  Konfederasiya  görüĢünü  vacib  bilən  Azərbaycan,  Gürcüstan  və 
ġimali  Qafqazın  mühacirətdəki  milli  təmsilçiləri  1934-cü  ilin  14  iyulunda 
Belçikanın  mərkəz  Ģəhəri  Brüsseldə  toplaĢaraq  "Qafqaz  Konfederasiya  saziĢi"ni 
imzaladılar. Ermənistan təmsilçiləri isə saziĢi imzalamaqdan imtina etdilər. 
Qafqaz   Konfederasiya   saziĢini   (misaqini)   Azərbaycan, Gürcüstan  və  
ġimali  Qafqaz    təmsilçiləri    olaraq    aĢağıdakı  liderlər  imzalamıĢdılar:    1)  
Azərbaycan  adına:    Məhəmməd  Əmin  Rəsulzadə  -  Azərbaycan  Milli  ġurasının 
keçmiĢ  rəisi,
 
Müsavat      Partiyası      və      Azərbaycan      Milli      Mərkəzi      lideri; 
Əlimərdan  bəy  TopçubaĢov  -  Azərbaycan  parlamentinin  keçmiĢ  sədri  və 
Azərbaycan  Cümhuriyyəti  Nümayəndə  Heyəti  sədri.  2)  Gürcüstan  adına:  Neo 
Jordaniya - Gürcüstan Cümhuriyyətinin keçmiĢ CümhurbaĢqanı və Gürcüstan Milli 
Mərkəzinin  rəisi;  Ə.  Çxenkeli  -  Gürcüstan  Cümhuriyyətinin  Parisdəki  keçmiĢ 


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə