ƏlaqəLƏRİNDƏ M. Ə. RƏSulzadəNİn rolu



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə25/55
tarix20.08.2018
ölçüsü3,3 Mb.
#63691
1   ...   21   22   23   24   25   26   27   28   ...   55

65 
 
M. Ə. Rəsulzadə  
3. 08. 1927" (62,v.32-33). 
M. Ə. Rəsulzadənin 1927-ci ildə PolĢa  rəsmilərinə göndərdiyi baĢqa  bir 
məktubda qeyd olunur: 
Hakimiyyətin        istilaçı        siyasəti        nəticəsində        ən        aktiv 
silahdaĢlarımız    həbs    olunmuĢdur.      Həbs    olunanlardan    beĢi  güllələnmiĢdir. 
Onların arasında Müsavat Partiyasının görkəmli nümayəndəsi DadaĢ Həsənzadə də 
olmuĢdur.  "Yeni  Qafqaz"  jurnalının  növbəti  nömrəsi  sürgün  olunmuĢ  və 
güllələnmiĢ silahdaĢlarımızın Ģəkilləri ilə çıxmıĢdır. 
Bütün  bunlara  baxmayaraq,  partizan  təĢkilatları  ruhdan  düĢmür,  daha  da 
aktiv  fəaliyyət  göstərirlər.  Biz  ədəbiyyata  olan  yüksək  tələbatı  hiss  edirik:  ayrıca 
broĢur və kitabçalar Ģəklində  ideoloji çağırıĢlar təkidlə tələb olunur. Hesab edirik 
ki,  bu  tələbləri  təmin  etmək  üçün  ilk  növbədə  tərəfimizdən  təsis  olunan 
"Azərbaycan  Milli  NəĢriyyat  Kitabxanası"nın  ayrıca  nömrələrinin  buraxılıĢını 
sürətləndirmək  lazımdır.  Qeyd  olunan  mətbuat  orqanı  bu  günə  qədər  müxtəlif 
kitabların 5 nömrəsini buraxmıĢdır. 
Kütləvi  həbslər  və  milli  ziyalı  təbəqəsinin  nümayəndələrinin  dövlət 
xidmətindən kənarlaĢdırılması nəticəsində ixtisara salınmıĢ bəzi müəllimlər dağlara 
qaçaraq,  partizanlara  qoĢulmuĢlar.  BolĢeviklər  adətən  onları  "soyğunçu"  və 
"quldur"  adlandırırlar.  "Quldurlar"  bütün  ölkədə  vüsət  almıĢlar.  Onlar  həm 
Lənkəran dağlarında, həm Ġran sərhədi boyu və Araz çayının sahillərində fəaliyyət 
göstərirlər.  Bu  yaxınlarda  ġəki  partizanları  ilə  komsomol  dəstələri  arasında 
toqquĢma  baĢ  vermiĢ,  nəticədə  dörd  partizan  həlak  olmuĢdur.  Partizanların  yeni 
dəstələri Gəncə rayonunda yerləĢən Qarasakkal kanalının ətrafında peyda olmuĢlar. 
KeçmiĢ müəllim-zabitlərin baĢçılığı ilə fəaliyyət göstərən partizanlar Bakı qəzasını 
da əhatə etmiĢlər. 
Təzyiq  və  repressiyalara  baxmayaraq  ümumi  mübarizə  əhval-ruhiyyəsi 
yüksəkdir. Yeni qurulmuĢ hakimiyyətin siyasətindən nəinki "Milli müxalifətçilər", 
hətta  yerli  kommunistlər  də  narazıdır.  Milli  məsələdə  "Yayınma"  halları 
azərbaycanlı 
kommunistlər 
arasında  artmaqdadır,  nəticədə  isə  həmin 
kommunistlərlə  bizimkilər  arasında  müəyyən  əlaqə  yaranır.  SilahdaĢlarımızın 
gənclər arasında  apardığı  antisovet təbliğatını  xüsusilə vurğulamaq  istərdik.  Onlar 
kommunistlərin sıralarına daxil olaraq təbliğat iĢini aparmaqda belə çəkinmirlər. 
Xaricdə  apardığımız  fəaliyyətlə  bağlı  qeyd  edə  bilərəm  ki,  Milli  Mərkəz 
artıq  hər  yerdə  öz  bölmələrinə  malikdir.  Ġranda  artıq  olduqca  nüfuzlu  və  güclü 
təĢkilat  fəaliyyət  göstərir.  TəĢkilat  mütəmadi  olaraq  vətənlə  əlaqə  saxlayır,  və  o, 
digər Ģəkildə aparılır. Parislə qarĢılıqlı əlaqələrə gəldikdə isə böyük təəssüf hissi ilə 
qeyd  etməliyəm  ki,  bizim  Əli  Mərdan  bəy  TopçubaĢovla  münasibətlərimiz 
müəyyən qədər anlaĢılmazdır. O, yəni Əli Mərdan bəy TopçubaĢov Milli Mərkəzdə 


66 
 
təntənəli  çıxıĢına  baxmayaraq,  köhnə  siyasətini  davam  etdirir,  Ġstanbula,  xüsusilə 
də  Qafqaz  Müstəqillik  Komitəsinə  münasibətdə  müxalif  mövqe  tutmaqdadır. 
Ümumiyyətlə,  Parisdəki  bəzi  elementlər  bütün  vasitələrlə  Konstontinopolda 
(Ġstambul) həyata keçirilən iĢə təsir göstərməyə çalıĢır. 
Sonda  qeyd  edim  ki,  təĢkilatımızın  məsul  əməkdaĢlarından  biri  bu 
yaxınlarda  VarĢavaya  yollanacaqdır.  VarĢavada  o,  bizi  təmsil  edəcək  və 
ölkələrimiz arasında mütəmadi əlaqə saxlayacaqdır. Təbii ki, nümayəndəmiz bütün 
məsələlərlə bağlı Sizinlə fikir mübadiləsi aparacaqdır. 
Sizlərə böyük hörmət və səmimi arzularla 
M. Ə. Rəsulzadə" (62,v.35-37).   
M.  Ə.  Rəsulzadənin  1928-ci  ilin  17  fevralında  PolĢa  Xarici  ĠĢlər 
Nazirliyinin rəsmisinə ünvanladığı baĢqa bir məktub: 
"Çox hörmətli T. Qolubko! 
Pan  Papa  ilə  görüĢdük.  Siz  düz  deyirdiniz.  Biz  o  dəqiqə  hiss  etdik  ki, 
onların qismində biz bizim  iĢimizə rəğbət bəsləyən əsl dosta  sahib  olduq.  Onunla 
bir  neçə  görüĢ  ərzində  biz  öz  ehtiyaclarımızı  müzakirə  etdik  və  onların  iĢlərinin 
ümumi vəziyyəti ilə tanıĢ olmaq istəyini razı salmağa çalıĢırdıq; təfərrüatı haqqında 
yəqin ki bilirsiniz. 
"Yeni  Qafqasiya"nın  yerinə  bəzi  saylarını  Sizə  göndərdiyimiz  "Azəri 
Türk"ü  dərc  etdik.  1-ci  sayın  baĢ  məqaləsinin  tərcüməsini  mən  bizim  dostumuz 
mister Papeyə verdim. 
Çox böyük təəssüf hissi keçirirəm ki, bizim ümumi "Prometey" jurnalının 
dərc edilməsi ilə bağlı bəzi çətinlik baĢ vermiĢdir.  Lakin qeyd etməliyəm ki, QĠK 
tərəfindən  jurnalın  dərc  edilməsi  barədə  heç  bir  qərar  qəbul  olunmamıĢdır.  Əngəl 
yalnız  redaksiya  ilə  QĠK  ilə  anlaĢılmazlıq  nəticəsində  baĢ  vermiĢdir,  yəqin  bu 
haqda  Sizə  yazacaqlar,  həmçinin  öz  təyinat  yerinə  çıxacaq  Mustafa  bəy 
danıĢacaqdır.  Növbəti  sayın  buraxılması  üçün  lazım  olan  pullar  artıq  Komitənin 
təyinatı ilə göndərilmiĢdir. Jurnalın mütəmadi çıxmasına biz böyük önəm veririk. 
Həmçinin  Sizə  Parisə  qayıdacaq  Kavantokona  verilmək  üçün  paket 
göndərirəm. 
Dost salamı ilə, 
M. Ə. Rəsulzadə 
17.02. 1928" (62,v. 29-30). 
M.  Ə.  Rəsulzadənin  1929-cu  il  19  fevral  tarixli  məktubunda  isə  PolĢa 
Xarici ĠĢlər Nazirliyinin rəsmisini belə məlumatlandırır: 
"Çox hörmətli pan Qolubko! 
Pan  Qruts  Sizin  mənə  qarĢı  dost  hisslərini  bildirdi,  bununla  çox  məftun 
olmuĢam və buna Sizə minnətdaram. 


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə