ƏlaqəLƏRİNDƏ M. Ə. RƏSulzadəNİn rolu



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə22/55
tarix20.08.2018
ölçüsü3,3 Mb.
#63691
1   ...   18   19   20   21   22   23   24   25   ...   55

58 
 
səbəbini  dostlarımızın  qeyri-leqal  çalıĢmalarında  deyil,  ictimai-siyasi  Ģəraitdə 
axtarmaq lazımdır (197, s. 1-4). 
Məqalədən  bir  daha  aydın  olurdu  ki,  Türkiyə  dövləti  bu  addımı  Sovetlər 
Birliyinin təzyiqi ilə atmıĢdır. 
Sovetlər  Birliyinin  Türkiyə  ilə  yaxınlaĢmasını  M.  Ə.  Rəsulzadə  belə 
dəyərləndirirdi:  "Cümhuriyyət  Türkiyəsi  ilə  Sovet  Rusiyası  siyasətcə  dost  ola 
bilirlər;  mənfəətləri  bir  qaldıqca  bu  dostluq  ta  varlığını  mühafizə  edə  bilir.  Fəqət 
unutmamalıdır  ki,  Türkiyə  Cümhuriyyəti  ilə  Sovetlərin  siyasi  mənfəətləri  bir 
zaman üçün, bir olsa da bu iki təĢəkkülü canlandıran əsl əsaslar arasında dərin bir 
müxalifət  vardır.  Milliyyətçiliklə  kommunizmin  dost  bir  qüvvət  olduğunu  kim 
iddia edə bilər? (143, s. 222-224). 
          M.  Ə.  Rəsulzadə  doğru  olaraq  göstərirdi  ki,  "Türk-Rus  dostluğundan"  çox 
faydalar  gözləmək  əbəsdir.  Çünki  bolĢevizm  burjua  sisteminin  düĢmənidir. 
Milliyyətçilik isə onun  görüĢündə burjua  sinfinin  məfkurəsidir.  Bu  mənada M. Ə. 
Rəsulzadə  haqlı  sual  edir:  "Nə  zamana  qədər  milliyyətçi  Ģərq  kommunist 
Rusiyanın dostudur?" (143, 222). 
Qeyd  edək  ki,  20-ci  illərin  ortalarından  baĢlayaraq  M.  Ə.  Rəsulzadə,  Ə. 
TopçubaĢov,  M.  Vəkilli  PolĢa  rəsmiləri  ilə  məktublaĢırdılar.  Həmin  məktublar 
PolĢanın arxivlərində saxlanılır və ilk dəfədir ki, kitabımızda çap olunur. 
PolĢa  dövlətinin  arxiv  sənədlərində  M.  Ə,  Rəsulzadənin  PolĢanın  Xarici 
ĠĢlər Nazirliyi və MarĢal Pilsudski ilə Ģəxsi yazıĢmaları qorunub saxlanılır. Həmin 
məktubların  biri  azərbaycanlı  zabitlərin  PolĢa  ordusunda  hərbi  xidmətə  cəlb 
edilməsi ilə bağlıdır. Türkiyənin Ġstanbul  Ģəhərindən, 1923-cu ilin  31  martında  Y. 
Pilsudskiyə ünvanlanmıĢ bu məktubun böyük tarixi əhəmiyyəti vardır: 
"Zati-aliləri Marşal Pilsudski 
Polşa Ali Baş komandanı 
Cənab Marşal, 
         1920-ci  il  aprel  ayında  Sovet  ordusu  tərəfindən  Azərbaycanın  iĢğal 
edilməsindən  və  milli  hökumətin  hakimiyyətdən  uzaqlaĢdırılmasından  sonra 
Azərbaycan Ordusunun intizamlı zabitlərinin böyük bir hissəsi qırmızı qəsbkarların 
vəhĢi intiqamlarından xilas olmaq üçün ölkəni tərk etmək məcburiyyətində qalmıĢ 
və həmsərhəd ölkələrə köçürülmüĢdür. 
Bunlardan  10  nəfər  zabit,  hansı  ki,  milli  orduda  mühüm  vəzifələr 
tutmuĢdular  və  düĢmən  qızıl  ordunun  silahlı  qarĢıqoymasına  qarĢı  olmuĢlar,  daha 
sonra isə qızıl ordunun dözülməz özününküləĢdirmə boyundurluğuna qarĢı bir sıra 
kütləvi  üsyanlarda  çıxıĢ  etmiĢdilər,  hal-hazırda  Konstontinopolda  mühacir  kimi 
yaĢayırlar. 
Krım Tatar Parlamentinin təmsilçisi və Prezidenti cənab Cəfər Seydəhməd 
öyrənmiĢdir  ki,  Siz  onun  baĢçılığı  ilə  nümayəndə  heyətinin  VarĢavada  sonuncu 


59 
 
səfərində  azərbaycanlı  zabitlərin  cəsur  PolĢa  ordusu  sıralarında  xidmət  etmək 
təklifıni, onların hərbi biliklərini geniĢləndirmək arzusunu çox səmimiyyətlə qəbul 
etmisiniz.  Onların  təmənnasız  qəbuluna  Sizin  razılığınız  mənə  bu  lütfkar 
vəziyyətdən istifadə etmək və Sizin Ģəxsinizdə zati-alilərindən bu mövzuda lazımi 
müsbət qərarları əldə etmək xahiĢini etmək iznini verir. 
Mən  əminəm  ki,  nəcib  PolĢa  xalqı  tərəfindən  göstərilən  xidmət  bizim 
tarixin  bu  çətin  dövründə  qəbul  ediləcək  və  Türkiyə  tərəfindən  Azərbaycanın 
qiymətləndirilməsi, çox illərdən bəri bizim millətimiz arasında mövcud olan parlaq 
dostluq əlaqələrinin sübutuna xidmət edəcəkdir. 
Sizə  dərin  təĢəkkürümü  bildirərərk,  Sizə  bəslədiyim  yüksək  ehtiramımı 
Zat-Alilərindən qəbul etməyinizi xahiĢ edirəm. 
M. E. Rəsulzadə 
Azərbaycan Milli Birliyin Prezidenti 
Konstontinopol, 31 mart 1923 
Əlavə: zabitlərin siyahısı" (60, v. 3, 4, 5, 6). 
Qeyd edək ki, M. Ə. Rəsulzadənin bu məktubu fransız dilində yazılmıĢdır. 
M.  Ə.  Rəsulzadənin  Polşa  Xarici  İşlər  Nazirliyinin  rəsmisi  olan  T. 
Qolubkoya ünvanladığı digər məktubda  mühacirət     mətbuatı     problemlərinə     
toxunulur.      "Yeni  Qafqasiya"  jurnalına  dəstək  göstərilməsi  xahiĢ  edilir.  Həmin 
məktub:  
Çox hörmətli T. H.! 
"Sizin  9.10.26  tarixli  məktubunuzu  mən  oktyabrın  son  günlərində  aldım. 
Sizi  baĢa  düĢürəm  ki,  bu  jurnalın  çap  olunması  üçün  ayrılmıĢ  məbləğə 
baxmayaraq,  Sizin  tərəfinizdən  bizim  jurnala  xususi  subsidiyaların  buraxılması 
məsələsi  qaldırıla  bilməz.  Lakin  Sizə  deməliyəm  ki,  jurnalın  fransız  dilində  çap 
olunmasmın ləngiməsi əsasən komitənin günahından  yox, Parisin günahından baĢ 
vermiĢdir.  RamiĢvilinin  təkidi  ilə  jurnalın  çap  olunmasını  Avropaya  keçirmək 
lazım  idi.  Komitə  qərara  almıĢdır  ki,  jurnalın  1-ci  nömrəsi  Parisdə  dərc  olunsun. 
Smetanı  gözləyərkən  bir  ay  keçdi,  sonradan  smetaya  qoymaq  üçün  pul  tələb 
etdilər.  Komitə  ilkin  xərclərə  200  lirə  göndərib  smeta  tələb  etdi.  Smeta 
alınmamıĢdır, pullar isə tam tələb olundu. Komitə ümumi   iĢi   saxlamamaq   üçün   
lazım   olan   pulları   Parisə göndərdi. 
Sizə  bildirmək  lazımdır  ki,  sentyabr  ayının  pulunu  Komitə  yalnız 
oktyabrda  almıĢdır,  oktyabr  ayı  üçün  isə  hələ  almayıb  (Konstontinipolda  bu  iĢə 
rəhbərlik  edən  Ģəxsin  olmamasından).  Belə  bir  halda  aydındır  ki,  yalnız  avqust 
ayının məbləği haqqında danıĢmaq olar. 
Sizin  məktubunuza  əsaslanaraq  mən  əlbəttə  ki,  kömək  üçün  Komitəyə 
müraciət  edəcəm,  inanıram  ki,  Komitə  bizi  baĢa  duĢəcək  və  birtəhər  sentyabr  və 
oktyabr  ayları  üçün  olan  borcları  verməyə  kömək  edəcək.  Bizim  jurnalımızın 


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə