ƏlaqəLƏRİNDƏ M. Ə. RƏSulzadəNİn rolu



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə18/55
tarix20.08.2018
ölçüsü3,3 Mb.
#63691
1   ...   14   15   16   17   18   19   20   21   ...   55

49 
 
10  mindən  çox  adam  vardı.  Avstriya-Macarıstanın  Rusiyaya  müharibə  elan 
etməsinin  sabahı  günü  1914-cu  ilin  avqustun  6-da  Pilsudski  və  ona  yaxın 
siyasətçilərin PolĢanı azad etmək uğrunda xalq üsyanı qaldırmaq planı baĢ tutmadı. 
Elə  həmin  dövrdə  Pilsudskinin  baĢçılığı  altında  "PolĢa  hərbi  təĢkilatı"  qurumu 
yaradıldı.  TəĢkilatın  məqsədi  Rusiya  tərkibinə  daxil  olan        torpaqlarda        PolĢa     
silahlı    qüvvələrinin    tərkibini gücləndirmək idi. 
Qeyd  edək  ki,  PolĢa  torpaqlarını  bölüĢdürən  böyük  dövlətlər  heç  də 
PolĢaya  azadlıq  vermək  istəmirdilər.  Onlar  polyaklardan  və  PolĢa  torpaqlarından 
istifadə etmək istəyirdilər(191,s.217). 
Lakin müharibənin elə ilk günlərindən PolĢanın tanınmıĢ  xadimləri ABġ, 
Ġngiltərə və Fransanın hökumət rəhbərləri ilə PolĢa xalqının hüquqları və müstəqil 
dövlətin  qurulması  üçün  ciddi  danıĢıqlar  aparırdılar.  Özlərinin  beynəlxalq 
nüfuzlarından  istifadə  edən  polyaklar  -  Nobel  mükafatı  laueratı,  tanınmıĢ  yazıçı 
Henrix  Senkeviç  və  məĢhur  pianist  Ġqnati-Jan  Paderevski  böyük  fəallıq 
göstərirdilər.  Kimya  və  fizika  sahəsində  iki  dəfə  Nobel  mükafatı  laueratı  Mariya 
Skladevskaya-Küri də bu prosesə qoĢulmuĢdu. 
1917-ci  ilin  fevralında  Rusiyada  baĢ  verən  Fevral  Burjua  inqilabı  da 
PolĢanın  müstəqillik  qazanması  uğrunda  gedən  prosesi  sürətləndirdi.  Elə  həmin 
vaxtlar  Fransa,  Böyük  Britaniya,  Ġtaliya,  ABġ  və  digər  dövlətlər  baĢda  Roman 
Dmovski  olmaqla  PolĢa  Milli  Komitəsini  tanıdıqlarını  bildirdilər.  Digər  tərəfdən 
isə  Almaniya  və  Avstriya-Macarıstan  imperatorlarının  1917-ci  ilin  sentyabrında 
yaratdıqları "Reqent ġurası" mövcud idi. 
I Dünya  müharibəsi baĢa çatdıqdan  sonra  Fransada  keçirilən Versal Sülh 
Konfransında  da  polyaklar  ciddi  fəallıq  göstərirdilər.  Bu  istiqamətdə  atılan  ən 
təsirli addım ABġ prezidenti Vudro Vilsonun 1918-ci ilin yanvarında qəbul etdiyi 
bəyannamə  idi.  Həmin  bəyannamənin  13-cu  maddəsində  mübahisəsiz  PolĢa 
torpaqlarında,  dənizə  çıxıĢı  olmaqla  müstəqil  PolĢa  dövlətinin  yaradılması  qeyd 
olunurdu. Fransa, Böyük Britaniya  və Ġtaliya dövlətləri də polyaklara ciddi dəstək 
verirdilər. 
1918-ci  ilin  11  noyabrı  PolĢa  xalqı  üçün  yenidən  müstəqilliyin 
qazanılmasının ilk günü oldu. Bu mücadilədə PolĢanın tanınmıĢ siyasi xadimlərinin 
- Yozef Pilsudskinin, Roman Dmovskinin, Ġqnati Paderevskinin, Vinseti Vutsonun, 
Voyçex Korfantının, Ġqnati DaĢinskinin böyük rolu vardı. 
TanınmıĢ  xadim  Jozef  Pilsudskinin  bu  tarixi  hadisədə  xidmətləri 
inkaredilməz  idi.  VilenĢində,  üsyançılar  ənənəsi  olan  bir  ailədə  doğulan  Pilsudski 
ağır  və  Ģərəfli  bir  həyat  yaĢamıĢdı.  Hələ  gənc  yaĢlarından  Sibirdə  sürgün  həyatı 
yaĢamıĢ  böyük  vətənpərvər  sonradan  müstəqillik  xəttini  yürüdən  PolĢa  sosialist 
partiyasına  qoĢulmuĢdu.  Əslində  onun  məqsədi  gələcəkdə  baĢ  verəcək  üsyanlar 
üçün  yaxĢı  hazırlıqlı  döyüĢ  təĢkilatları  yaratmaq  idi.  Hadisələrin  gediĢini 


50 
 
əvvəlcədən  duyan  Pilsudski  deyirdi:  "Müharibənin  sonunda  döyüĢən  tərəflər 
tamamilə    zəifləyib  gücdən  düĢəndə,  biz  öz  gücümüzdə  çıxıĢ  edəcəyik"  (191,  s. 
127). 
1918-ci  ilin  11  noyabrından  sonra  "Reqent  ġurası"  hərbi  hakimiyyəti  bir 
gün  əvvəl  Maqdeburq  həbsxanasından  çıxan  Yozef  Pilsudskiyə  verdi.  O  isə 
sosialist  E.  Moraçevski  ilə  birlikdə  yeni  hökumət  formalaĢdırdı.  Və  tezliklə 
PolĢanın dövlət quruluĢunun demokratik dövlət olacağı elan edildi. Qanunvericilik 
Seymi  yaradılana  qədər  dövlətin  idarəçiliyi  Müvəqqəti  Dövlət  Rəisi  vəzifəsini 
yerinə yetirən Jozef Pilsudskiyə tapĢırıldı. 
1919-cu  ilin  fevralında  azad  PolĢada  Seymin  ilk  açılıĢı  oldu.  Seymin 
müvəqqəti  iqamətgahında  deputatları  Dövlət  rəisi  Y.  Pilsudski  salamladı.  O, 
dövlətin  baĢlıca  siyasi  xəttini  qeyd  edib  müraciətində  bildirdi:  "Bir  əsr  yarımlıq 
qanlı  və  cəsarətli  mübarizəmiz  bu  gün  özünün  ən  yüksək  həddinə  çatdı.  Bu  gün 
bizim xalqın böyük bayramıdır. Uzun müddətdən, ağır və əziyyətli günlərdən sonra 
xoĢbəxtlik  bayramıdır.  Xalqın  yüksək    inamını    qazandıqdan    sonra  Konstitusiya 
hüquqları  çərçivəsində    biz    onun    mustəqil    mövcudluğunun    əsaslarını 
qoymalıyıq"(191, s. 230). 
PolĢa  dövlətinin  bərpasının  birinci  mərhələsi  1921-ci  ilin  martında   
Qanunvericilik   Seymində   Konstitusiyanın   qəbul edilməsi oldu. 
PolĢanın  Ģərq  sərhədlərinin  müəyyənləĢdirilməsində  isə  müxtəlif 
yanaĢmalar  vardı.  Əsas  təhlükə  təbii  ki,  bolĢevik  Rusiyasından  gözlənilirdi. 
Problemə  yanaĢmaqda  Roman Dmovskinin  və Yozef Pilsudskinin  müəyyən fərqli 
mövqeləri vardı. R. Dmovski "Ġnkorporativ" planı irəli sürüb göstərirdi ki, PolĢanın 
müstəqilliyi  üçün  ən  təhlükəli  Almaniyadır  və  bundan  ötrü  o,  təklif  edirdi  ki, 
PolĢaya  yalnız  polyaklar  yaĢayan  Ģərq  ərazilərini  birləĢdirək  ki,  Rusiya  ilə  yaxĢı 
münasibətlər  yaradılsın.  "Federativ"  adlanan  ikinci  konsepsiyanın  müəllifi  isə 
Yozef  Pilsudski  idi.  Yozef  Pilsudski  Rusiyanı  PolĢanın  ən  təhlükəli  düĢməni 
sayırdı.  Onun  planına  əsasən  PolĢa  dövləti  ukraynalılara  və  litvalılara  öz 
dövlətlərini  qurmaq  iĢində  kömək  etməlidir.  Bundan  ötrü  Pilsudski  Rusiyanın 
təcavüzünə  qarĢı  dayana  biləcək  müstəqil  dövlətlərin  federasiyasını  yaratmağı 
təklif edirdi. Məsələn, Litva-Belorusiya, Ukrayna-PolĢa. 
BolĢeviklərlə  isə  polyakların  ilk  toqquĢmaları  artıq  baĢ  vermiĢdi.  Lvov 
Ģəhəri  uğrunda  qanlı  döyülərdə  bolĢeviklər  ağır  məğlubiyyətə  uğramıĢdılar. 
BolĢeviklərlə növbəti savaĢ əhalisinin çoxu polyaklar olan Vilnus Ģəhərində getdi. 
Polyak  döyüĢçülərinin  köməyi  ilə  bolĢeviklərin  yaratdığı  qondarma  Litva-Belorus 
Sosialist Respublikası ləğv edildi. 
1920-ci ilin mayında bolĢeviklər artıq Kiyevə yaxınlaĢırdılar. ġəhəri iĢğal 
etdikdən  sonra  bolĢevik  generalı  Mixail  Tuxaçevski  PolĢaya  istiqamət  götürdü. 
Həmin ilin avqustunda  bolĢeviklərlə qanlı döyüĢ oldu. Xüsusən avqustun 12-18-də 


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə