ƏlaqəLƏRİNDƏ M. Ə. RƏSulzadəNİn rolu



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə16/55
tarix20.08.2018
ölçüsü3,3 Mb.
#63691
1   ...   12   13   14   15   16   17   18   19   ...   55

44 
 
olacaqları  və  partiya  Nizamnaməsi  əsasında  davranacaqları  göstərilir.  (63,  v.  47-
48). 
Azərbaycanlı  mühacir  Mustafa  Vəkillinin  PolĢa  Xarici  ĠĢlər  Nazirliyinə 
göndərdiyi məktublar da maraqlıdır. Onun 1929-cu ilin 24 avqustunda Ġstanbuldan 
VarĢavaya  göndərdiyi  məktubda  maraqlı  məqamlar  vardır.  O,  yazırdı:  "Çox 
hörmətli Pan Tadeuş! Bu qısa məktubu o ümidlə yazıram ki, Siz artıq VarĢavaya 
qayıtmısınız.    Hazırda  biz  ancaq    QĠK-in  (Qafqaz  Ġstiqlal  Komitəsinin)  sonrakı 
taleyi  haqqında  düĢünürük.  Bu  sualla  əlaqədar  biz  hazırda  Türkiyə  hökumət 
dairələri ilə ciddi danıĢıqlar   aparırıq.   Ġndi   cənab   prezident   və   digər   dövlət 
xadimləri  oradadırlar.  Və  cənab  Rəsulzadə  və  mən  hazırkı  məsul  siyasi   
xadimlərlə   bir   sıra   görüĢlər   və   söhbətlər   etdik. DanıĢıqlarımız həb davam 
edir.  Bu  danıĢıqların  son  nəticələri  iki  həftə  sonra  məlum  olacaq.  Bu  görüĢlərdən 
bu  günə  qədərki  təəssüratlarım    belədir:      Türkiyə    hökumət    dairələrində    bizim 
Qafqaz  məsələsinə  maraq  hiss  ediləcək  dərəcədə  artıb.  Görünür  ki,  yuxarı 
dairələrdə  bu  məsələ  ilə  məĢğul  olmağa  böyük  istək  və  cəhd  vardır.    Bununla 
yanaĢı  hiss  olunur  ki,  onlar  hələ  də  tərəddüd  edir  və  praktik  olaraq  bu  məsələyə 
yaxınlaĢmaqdan qorxurlar. BolĢeviklərin intriqaları və birbaĢa agentləri iĢimizə az 
mane  olmurlar.  Baxarıq  ki,  nəhayət  bu  danıĢıqlarımız  nəyə  gətirib    çıxaracaq.  
Nəticələr  haqqında    isə  mən    Sizə    tezliklə  məlumat  çatdıracağam.    Avqustun 
əvvəlində  biz  gürcülərdən  təklif  aldıq  ki,  Parisdə,  yaxud  VarĢavada  QĠK-in 
yığıncağını  keçirək  və  orada  QĠK-in  harada  yerləĢəcəyini  müzakirə  edək.  Təklifı 
qəbul  etdik  və  yəqin  ki,  toplantı  bu  ilin  sentyabrında  VarĢavada      keçiriləcək.   
Bilmirəm      bu      məsələyə      Siz      necə  baxırsınız?  O  vaxta  qədər  biz  əlbəttə  ki, 
Türkiyədəki bəzi məsələləri   əsaslı   Ģəkildə   aydınlaĢdırmalıyıq.   Və   biz   onda 
asanlıqla bütün məsələləri həmin toplantıda müzakirə edəcəyik. Mənim sentyabrın 
1 -nə qədər VarĢavaya gəlməyim çətin ki, baĢ tutsun. Sizdən xahiĢ edirəm ki, buna 
görə  acıqlanmayın.  Oradakı  iĢtirakım  mütləq  vacibdir.  Öz  mərkəzimizə  bildirdim 
ki,  Siz sentyabr  ayında  məni   VarĢavada  görmək istəyirsiniz.   Lakin  onlar  hələlik 
məni  buraxmaq  istəmirlər.  Yəqin  ki,  onlar  özləri  Sizə  bu  haqda  yazacaqlar.  Əgər 
orada  iĢtirakım  hansı  formadasa  mütləq      lazımdırsa,    onda    mən    hər  Ģeyi    atıb  
buradan  çıxıb gələrəm. 
Bütün  yoldaĢlarımın  və  özümün  Sizə  salamlarımızı,  dərin  hörmət  və 
sayğılarımızı  çatdırıram.  XahiĢ  edirəm,  həyat  yoldaĢınıza  salamlarımızı 
çatdırasınız. Sizə həqiqi hörmətləri olan M. Vəkilli" (63, v. 116-117-118). 
Azərbaycan  Parlamentinin  sabiq  sədri,  dövlət  xadimi  Əlimərdan  bəy 
TopçubaĢovun PolĢa Xarici ĠĢlər Nazirliyinə göndərdiyi bəzi məktublar da qorunub 
saxlanılmaqdadır, Həmin məktubların birində Ə. TopçubaĢov maliyyə sıxıntılarını 
gizlətmir:  "Çox  hörmətli  Pan  TadeuĢ!  Artıq  üç  aydır  ki,  mən  böyük  fikir 
içərisindəyəm və bilmirəm ki, Sizin mənə ayırdığımız və 1926-cı ilin oktyabrından 


45 
 
Gürcü təĢkilatı vasitəsi ilə aldığım vəsaiti indi ala bilməməyimin səbəbi nədir. Bu 
məsələ ilə bağlı heç bir  məlumatım olmasa da, mən böyük problemlər içərisindən 
Ģəxsi  xarakterli  belə  suallarla  Sizi  narahat  etməzdim  və  Sizdən  növbəti  məlumat 
alana qədər gözləyərdim. Lakin düĢündüm ki, bəlkə mənim susmağım baĢqa məna 
verər. Yalnız bu Ģərait məni məcbur edir ki, Sizə Ģəxsi məktubla muraciət edim və 
göstərdiyiniz köməyə görə təĢəkkürümü bildirim. Əlbəttə mənim Sizin bu vəsaitlə 
bağlı  sərəncamınıza  aid  olan  heç  bir  haqqım  yoxdur.  Mən  sadəcə  olaraq  üç  ay 
müddətində  (iyun-iyul-avqust)  almadığım  vəsaitlə  bağlı  sərəncamın  olub-
olmadığını aydınlaĢdırmaq istəyirəm. 
Sizə  yaxĢı  məlumdur  bu  vəsaitin  təĢkili  və  iĢin  əvvəli.  Və  bununla  bağlı 
7.IX.26-cı  il  tarixli  məktubunuz  var.  Mən  isə  Sizə  yazdığım  23/25.IX.26-cı  il 
tarixli məktublarda buna görə Sizə təĢəkkürlərimi bildirmiĢdim. 
Mən  üzr  istəyirəm  ki,  Sizin  qeyd  olunmuĢ  məktubunuzdan  bir  hissəni 
özünüzə göndərirəm.  Bununla da olanların hamısını.  Mənim dostlarımın məqsədi 
budur və inanıram ki, Siz onlarla razılaĢacaqsınız. 
Məktubumun  sonunda  diqqətinizə  çatdırıram  ki,  mənim  xalqım  ona 
mühacirəti dövründə edilən köməklərin borcunu daha yaxĢı bilir. Bu gün isə o, öz 
borcunu ödəməyi bacarır" (63, v. 113-114-115). 
Arxivdəki sənədlər arasında M. Ə. Rəsulzadənin nəĢr etdiyi "Odlu Yurd" 
jurnalı haqqında da məlumatlar vardır. 
1929-cu ilin martında jurnalın 40 səhifədən ibarət 1-ci sayı iĢıq üzü gördü. 
Ġlk  sayda  20-yə  qədər  müxtəlif  məzmunlu  yazılar  çap  edilib.  Göstərilir  ki, 
"Çöhrəmiz"  adlı  baĢ  məqalə  əslində  siyasi  proqram  xarakterlidir:  "Bizim 
ideologiya  yaĢadığımız  əsrin  qəbul  edilmiĢ  ideyaları  ilə  harmoniya  təĢkil  edir. 
Taktika  sahəsində,  eləcə  də  ideya  sahəsində  biz  real  siyasətçilərik  və  öz 
hərəkətlərimizdə  metodiklərik.  Xüsusən  bu  sahədə  utopiyaya  qapılmaq  istəmirik. 
Biz Rusiyanın dünənki faktlar əsasında yaranmıĢ gücündən qorxmuruq... 
Bizim  hesabımız  tamamilə  baĢqadır:  sabahkı  Rusiya  dünənki  olmayacaq 
və  bu  günkü  də  o  cür  olmayacaq.  140  milyonluq!..  bəli,  bu  doğrudur:  ancaq  bu 
rəqəm  bütöv  deyildir,  o,  bölünəndir.  Bu  rəqəmdə  30  milyon  Ukraynanın,  13 
milyon  Türküstanın,  12  milyon  Qafqazın  payına  düĢür.  Rusların  sayı  80  milyona 
çatır" (63, v. 65). 
Məqalənin  yekununda  qeyd  olunur:  "Azərbaycan  Milli  Hərəkatı  özünün 
müstəqilliyinin  bərpası  uğrunda  özünün  bütün  real  imkanlarından  istifadə  etməyə 
hazırdır.  Burda  bütün  imkanları  sadalamaq  istəmirik.  Yalnız  birini  qeyd  etmək 
istəyirik  ki,  siyasi  zərurətlər  içərisində  Qafqaz  Konfederasiyasına  daha  çox 
əhəmiyyət veririk" (63, v. 65). 


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə