ƏlaqəLƏRİNDƏ M. Ə. RƏSulzadəNİn rolu



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə12/55
tarix20.08.2018
ölçüsü3,3 Mb.
#63691
1   ...   8   9   10   11   12   13   14   15   ...   55

35 
 
üsyanın  ildönümü"  məqaləsində  maraqlı  məqamlar  açıqlanır.  Müəllif  yazır: 
"Lehistanın  tarixi  müqəddəratı  ilə  milli  leh  qurtuluĢundakı  ideolojinin,  eyni  rus 
istedadı altında qalan və eyni istiqlal uğrunda hətta o zamanlarda həb davam edən 
ġamil  savaĢı  ilə  mücadilə  edən  Qafqaz  və  Azərbaycan  qurtuluĢ  hərəkatı  və 
ruhiyatının nə qədər münasibətdar olduğu öz-özünə anlaĢılır!.." (165, s. 13). 
Məqalə  müəllifi  1863-cü  ildəki  məĢhur  PolĢa  üsyanına  münasibəti  ilə 
açılan  sərgiyə  həsr  etdiyi  məqaləsində  üsyanla  bağlı  maraqlı  tarixi  müqayisələr 
aparmıĢ, Qafqaz və Azərbaycan həyatı ilə, istiqlal savaĢları yaxınlıqlar axtarmıĢdır. 
1863-cu  il  üsyanından  sonra  ölümə  məhkum  edilən,  dar  ağacından  asılmağa 
aparılan polĢalı Trauqut qorxmadan demiĢdi: "Milliyyət fikri fikirlərin ən qüvvət-
lisidir.  Bu  fikir  Avropada  heç  bir  qüvvənin  qarĢısını  almayacaq  sürətlə  irəliləyir. 
Bu yürüĢü durdurmaq təĢəbbüsü insanları daha böyük bir əzm və qeyrət göstərmək 
üzrə canlandırmaqdan və inqilabiləĢdirməkdən baĢqa bir nəticə verə bilməz!.. Mən 
istiqlalın hər hansı bir millət üçün yeganə Ģərt olduğuna qaneyəm. Bütün millətlər 
üçün nemət sandığım bu feyzi hər zaman öz yurdum üçün arzu etmiĢəm. Bu istiqlal 
yalnız  yurdum  Lehistanı  məsud  etməklə  qalmaz.  O,  eyni  zamanda  Lehistan 
üzərindəki hakimiyyətinə xitam verməksurətilə Rusiya xalqı üçün də faydalı olur; 
çünki  Lehistanı  idarədən  xilas  olan  Rusiya  höküməti  öz  xalqına  hizmətdə  daha 
əlveriĢli bir vəziyyətə sahib olur" (165, s. 13-14). 
Bütün  xalqlara  və  nəsillərə  apardıqları  istiqlal  savaĢında  nümünə  ola 
biləcək  1863-cu  il  üsyanı  polyaklara  böyük  ruh  vermiĢdi.  Sonradan  qəhrəman 
Pilsudski  öz  əsgərlərinə  həmin  üsyanın  ruhunu  aĢılamıĢdı.  O,  təĢkil  etdiyi 
legionlardakı  əsgərlərə  bu  üsyanın  qəhrəmanlıq  olduğunu  demiĢ,  onları  ruhi 
tərəddüddən xilas etmiĢdi. 
Bu  baxımdan,  Azərinin  məqaləsi  PolĢa-Azərbaycan  yaxınlığının  bir 
məqamının  da  açıqlanması  ilə  yekunlaĢır:  "63  sərgisindən  çıxarkən  yanımda  olan 
lehli  arkadaĢ,  sərgini  seyr  edən  məktəblilərdən  bəhslə:  -  Məsud  nəsil!  -  dedi,  - 
əsarət acısını dadmadılar!.. 
Dostumun  üzünə  həsrətlə  baxdım:  Siz  azmı  məsudsunuz?  Əsarət  acısına 
müqabil xilas nəzəsini duydunuz!.. Sərgidən ən böyük təəssüratla çıxan Siz deyil, 
mənəm! Yurdu hələ eyni düĢmənin, eyni qanlı pəncəsində çırpınan mən!.. 
Lehli  dostum  mənə  təskinlik  verdi:  -  belə  bir  sərgini  Bakıda  da  seyr 
edəcəyik!"(165, s l4). 
Bu faktlar həqiqətən hər iki xalqın arasında xoĢ və səmimi münasibətlərin 
olduğunu təsdiqləyirdi 
 
  
 
 


36 
 
    
II FƏSİL    
 
Polşa Respublikasının arxivlərində 
Azərbaycanla, azərbaycanlılarla 
bağlı məlumatlar 
 
PolĢa  Xarici  ĠĢlər  Nazirliyinin  Azərbaycanla  bağlı  ilk  məlumatlarına 
1919-cu  ilə  aid  sənədlərdə  rast  gəlirik.  PolĢanın  Qafqazda  təmsilçisinin  1919-cu 
ilin  11  aprelindəki  1410  saylı  məlumatında  digər  Qafqaz  respublikaları  ilə  birgə 
Azərbaycanın da adı qeyd edilir (51, v. 25). 
PolĢanın  Qafqazdakı  nümayəndəliyinin  BaĢ  katibinin  Xarici  ĠĢlər 
Nazirliyinə  1919-cu  ilin  27  iyul  ayında  göndərdiyi  1908  saylı  məlumatında  isə 
Azərbaycan və Gürcüstan respublikaları  arasındakı razılaĢmalara toxunulur (51, v. 
39). 
Məlum  olduğu 
kimi,  Azərbaycan  və  Gürcüstan 
respublikaları 
nümayəndələrinin  Zaqafqaziya  respublikaları  müstəqilliyinin  təhlükəsizliyinin 
qorunması  ilə  bağlı  1919-cu  ilin  iyun  ayında  Tiflisdə  razılaĢma  sənədinin 
imzalanması böyük əhəmiyyət daĢıyırdı. Sənədi Azərbaycan tərəfindən Xarici ĠĢlər 
Naziri, M. Y. Cəfərov, Hərbi Nazir S. Mehmandarov, BaĢ Qərargah rəisi General-
leytenant  Sulkeviç,  Gürcüstan  tərəfdən  isə  Xarici  ĠĢlər  Naziri  Qeçeçkori,  Hərbi 
Nazir  N. RamiĢvili, Hərbi nazirin köməkçiləri: general-mayor Gedevakov, general 
OdiĢelidze imzalamıĢdılar. 
Məlumatda  sənəddəki  bütün  maddələr  öz  əksini  tapmıĢdır.  Sənəd  elə 
birinci razılaĢmanın  hər iki ölkə üçün vacibliyini sübut edirdi: "Razılıq əldə etmiĢ 
dövlətlər,  hər  hansı  birinin  ərazi  bütövlüyünə    təhlükə    yaranarsa,      silahlı   
qüvvələrlə      və    hərbi  vasitələrlə      həmin      dövlətin      müdafiəsinə      qalxmağı   
öhdəsinə götürür..."(6674, v. 39, 40, 41).    
Məlumatlarda  müqavilənin  3  il  müddətinə  imzalandığı  və  iki  həftə   
müddətində   üçüncu   Zaqafqaziya   respublikası   olan Ermənistana da razılaĢma 
sənədinə  qoĢulmaq  hüququ  verildiyi  göstərilir.  Məlumatlardan  sənədin  digər 
maddələrinin məzmununu öyrənmək mümkündür. 
PolĢanın Xarici ĠĢlər Nazirliyinin arxivində, xüsusən 6674 saylı qovluqda 
da  Qafqazla,  o  cümlədən,  Azərbaycanla  bağlı  maraqlı  sənədlər  vardır  (52,  v.  25, 
26, 39, 40, 41, 42, 43, 44, 45, 46,47,53). 
Bu  sənədlər  1919-cu  ilin  iyununda  Gürcüstan  və  Azərbaycan  hökuməti 
rəhbərlərinin  bu  ölkələrin  müstəqilliyi  ilə  bağlı  hər  hansı  bir  təhlükəyə  qarĢı 
əməkdaĢlıq  müqaviləsinin  bağlanması  ilə  əlaqədardır.  12  maddəlik  bu  sənədin 


37 
 
əhəmiyyətini  PolĢanın  Qafqaz  təmsilçisi  öz  hökumətinə  çatdırdığını    
məlumatlarda xüsusi vurğulayırdı. 
PolĢa  arxivbrində  Azərbaycan  Xalq  Cümhuriyyəti  dövrunə  aid  daha  bir 
sənəd  isə    1919-cu  ilin  8  oktyabrında  PolĢanın  Tiflisdəki  nümayəndələrinə 
göndərilən  məktubdur.  Azərbaycan  Respublikası  Xarici  ĠĢlər  Nazirliyinin 
Ġnformasiya  Ģöbəsinin  göndərdiyi  məktubda  PolĢa  ilə  bağlı  aĢağıdakı  sənədlərin 
onlara  çatdırılması    xahiĢ    edilir:    "1)    Paderevski    hökumətinin    Ģəxsi  heyətinin 
siyahısı.  2)  1915-ci  ildə  Almaniyanın  iĢğalından  bu  günə  qədərki  PolĢa 
hökümətinin qısa siyahısı. 3) PolĢanın Ģərq sənədləri ilə bağlı hansısa məlumatlar. 
4) Bu günkü PolĢa Seymi haqqında.   5) PolĢanın  Qdansk  Ģəhəri  ilə  münasibətbri  
və sonuncu   idarəciliyi   haqqında.   6)  PolĢa-Litva   münasibətləri (Treniyax). 7) 
PolĢa-çex  münasibətləri  (Treniyax).    8)  PolĢa-Rumıniya  münasibətləri  haqqında" 
(51, vər. 53). 
Göründüyü kimi, 1918-1920-ci illərdə hər iki dövlətin ciddi münasibətləri 
formalaĢırdı. 
Arxiv  sənədlərində  "Müstəqil  Azərbaycan  Komitəsi"nin  və  Müsavat 
Partiyasının  gizli  fəaliyyəti  haqqında  da  faktlar  açıqlanır.  Qeyd  olunur  ki, 
"Azərbaycanın  Müstəqillik  Komitəsi"nin  və  Müsavatın  xalq  arasında  nüfuzu 
böyükdür.  Ġstər  Azərbaycan  daxilində,  istərsə  də  xaricdə  bu  təĢkilatların  nüfuzu 
çoxdur. Bu təĢkilatlar PolĢa və Baltika xalqları ilə əlaqələrə üstünlük verirlər. (64, 
v. 51). 
PolĢa Xarici ĠĢlər Nazirliyinin 20-ci illərə aid sənədlərində Qafqazdan və 
Azərbaycandan olan mühacirlərin fəaliyyəti ilə bağlı sənədlər də çoxluq təĢkil edir. 
Xarici  ĠĢlər  Nazirliyinə  məxsus  6693  saylı  qovluqdakı  sənədlərin  birində  Qafqaz 
təĢkilatlarının  Türkiyədə  basqılara  məruz  qalması  açıqlanır.  Göstərilir  ki, 
bolĢeviklərin  təzyiqi  ilə  Türkiyə  bu  regiondan  olanların  siyasi  fəaliyyətini 
əngəlləyir, geniĢ təbliğat iĢlərinə mane olur. 
Göstərilir  ki,  Türkiyənin  Qafqaz  əraziləri  ilə  (xüsusən  Gürcüstan  və 
Azərbaycan)  sərhədləri  vardır.  Bu  mənada  mühacirlərin  həmin  ərazilərə 
ədəbiyyatlar,  sənədlər  aparması,  xalq  arasında  yayması  mümkündür.  Və  bu 
fəaliyyət  iki  məqamla  müəyyənləĢir:  1)  Türklərin  bolĢeviklərlə  qarĢılıqlı 
münasibəti; 2) Avropa dövlətlərinin Türkiyəyə münasibəti. 
Lakin 
bolĢeviklərin 
təzyiqi 
Qafqaz 
mühacirlərinə 
Türkiyədə 
fəaliyyətlərinə imkan  vermirdi.  Məxfi  məlumatlarda  bildirilirdi: "Odur  ki,  Ankara 
öz  dostlarından  uzaqlaĢmağı  kompensasiya  etmək  üçün,  ilkin  olaraq  Qafqaz 
təĢkilatlarını  qurban  verdi.  Üç  ilə  qədər  sərhəddə  Gürcüstanla  əlaqə  yaradıb 
fəaliyyət  göstərən  gürcü  təĢkilatı  artıq  məhv  edilib,  texniki  heyət  isə  Türkiyədən 
qovulub.  Dağlılann  agentlərinin  fəaliyyəti  də  eyni  qayda  ilə  dayandırılıb.  Bizim 
fikrimizcə,  Ankara  Qafqaz  TəĢkilatlarına  qarĢı  bu  addımı  bolĢevikləri 


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə