ƏlaqəLƏRİNDƏ M. Ə. RƏSulzadəNİn rolu



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə10/55
tarix20.08.2018
ölçüsü3,3 Mb.
#63691
1   ...   6   7   8   9   10   11   12   13   ...   55

31 
 
olan, vaxtilə Müsəlman Xeyriyyə cəmiyyətlərinin yerləĢdiyi "Ġslamiyyə" binası da 
polyak-mühəndis PloĢkonun layihəsi ilə tikilmiĢdi. 
            Azərbaycanın müxtəlif bölgələrində bolĢeviklərə qarĢı aparılan mübarizədə 
polyaklar  əsl  fədakarlıq  göstərmiĢdilər.  Polyak  zabitlərdən  ZuqeniuĢ  Dunin-
Martsinkeviç,  kapitan  Yeji  Klossovski,  kapitan  Çarnetski,  kapitan  Pavlovski, 
kapitan TomiĢin və baĢqaları Gəncədə silahlı müqavimətin təĢkilində xüsusi olaraq 
fərqlənmiĢdilər. 
Polkovnik  Dunin-Martsinkeviçin  baĢçılığı  altında  onlar  milli  ordumuzda 
artilleriyanı  təĢkil  edərək  bolĢeviklərə  qarĢı  çoxlu  sayda  döyüĢlərdə  cəsarətlə 
vuruĢurdular. Müsüslüdə, Hacıqabulda, Kürdəmirdə, Ələtdə döyüĢlərdə əldə edilən 
uğurlarda  polyakların  baĢçılıq  etdiyi  Azərbaycan  artilleriyasının  xüsusi  rolu 
olmuĢdu.  1918-ci  il  sentyabrın  15-də  Bakının  türk  qoĢunlarının  köməyi  ilə 
düĢmənlərdən  azad  edilməsində  də  artilleriyanın  fəallığı  olmuĢdu.  Türk  zabitləri 
baĢda  Nuru  PaĢa  olmaqla  belə  fikir  söyləmiĢdilər:  "Türk  piyadası  Azərbaycan 
artilleriyasına söykənib hər Ģeyi edə bilər". Bakının azad edilməsindən sonra bütün 
zabit-polyaklar  "qəhrəmanlığa  görə"  türk  ordenləri  ilə  təltif  edilmiĢdilər.  Eyni 
zamanda  onlar  Azərbaycan  hökumətinin  təĢəkkürünü  də  qazanmıĢdılar.  Turklər 
Mudros  müqaviləsinin  Ģərtlərinə  əsasən  Azərbaycan  ərazisini  tərk  edib  getdikdən 
sonra polyaklar milli ordu quruçuluğuna böyük dəstək verdilər. Azərbaycanın ordu 
sistemində polyaklar yüksək vəzifələr tuturdular. Yüngül artilleriyadan ibarət olan 
diviziyalardan  birinə  Xarkeviç,  atlı  artilleriyasına  isə  polkovnik  Dunin-
Marçinkeviç  rəhbərlik  edirdi.  Piyada  qoĢunlarında  isə  polkovnik  Dzevulski  və 
kapitan Snetlovski seçilirdilər. Ordunun süvari hissələrində də müxtəlif vəzifələrdə 
çalıĢan  polyaklara    rast    gəlmək    mümkün    idi.      Azərbaycanın    milli  ordusunda 
hansı  sahədə  olmasından  asılı  olmayaraq  polyaklara  həmiĢə  böyük  hörmətlə 
yanaĢılırdı. 
 
Məhz  polyakların  köməyi  ilə  Bakıda  silahları  təmir  edən  müəssisə 
yaradılmıĢdı.  Həmin  müəssisədə  polyaklar  mərmilər  istehsal  edirdilər.  Bu  sahədə 
polkovnik Dunin-Marçinkeviç  kapitan Rodzeviç böyük fəallıq göstərirdilər. 
Qeyd  edək  ki,  Azərbaycanın  beynəlxalq  dövlətlərə  tanıdılmasında  da 
polyakların  ölkəmizə  həmiĢə  dəstəyi olmuĢdu.  Azərbaycan  nümayəndələri  Versal 
konfransında  PolĢa  nümayəndələri  ilə  sıx  əlaqələr  qururdular.  Onlar  Parisdə 
Paderevski və digər nümayəndələrlə tez-tez görüĢürdülər. 
Məlumdur ki, Azərbaycanı tanıyan 23 dövlətdən biri də məhz PolĢa idi. O 
dövrdə  baĢda  Filippoviç  olmaqla  (sonradan  PolĢa  Respublikasının  Amerikada 
səfiri) xüsusi bir nümayəndə heyəti Bakıya gəlmiĢdi. 
1920-ci  ildə  bolĢeviklər  Azərbaycanı  iĢğal  etdikdən  sonra  ilkin  olaraq 
Gəncə  Ģəhərində  böyük  üsyan  oldu.  BolĢeviklərə  qarĢı  aparılan  qanlı  döyüĢlərdə 


32 
 
minlərlə  yerli  əhali  və  əsgər-  zabitlərimizlə  yanaĢı  artilleriya  zabiti  polyak 
Stankeviç də Ģəhid oldu. 
TanınmıĢ  dövlət  xadimi  M.  Ə.  Rəsulzadə  Azərbaycan-PolĢa  əlaqələri 
tarixini belə ümumiləĢdirirdi: "Bu gün biz belə xoĢ fikirdəyik ki, nə zamansa azad 
Azərbaycan gəncliyi Qafqazdan gətirilib böyük MarĢalın məzarına qoyulan torpaq 
urnasının qarĢısında duranda və indi polyakların rəhbərinin adını daĢıyan muzeydə 
saxlanılan gümüĢ cədvəldə Azərbaycan   nümayəndələrinin   imzasını   oxuyanda   
dərin   hisslər keçirəcəkdir. 
Ancaq  indi  bizi  öz  ölkələrində  necə  mehribanlıqla  qarĢılayan  polyakların 
dostluğu  haqqında  danıĢmaq  çətindir.  Vətənlərindən  ayrı  düĢən  Rus 
imperializminin  ağır  və  allahsız  zülmü  altında  altında  qalan  bizlərin  taleyi 
polyaklara yaxĢı məlumdur. 
Bizim  dostluğumuz  yalnız  hisslərə  və  təĢəkkürlərə  bağlı  deyildir.    Biz  
onu    daha    dərindən  baĢa    düĢürük    və    PolĢa  mühacirətinin  ənənəsinə  söykənən 
"Bizim  və  sizin  azadlığınız  uğrunda"  Ģüarını  isə  PolĢa  prometey  fikrinin 
mövcudluğu kimi dərindən baĢa düĢməliyik. MarĢal Pilsudskinin ifadəçisi olduğu 
PolĢa  prometeyçiliyinin  mövcudluğuna  təĢəkkur  edirik  ki.  onun  əsas  ifadəçisi 
marĢal  Jozef  Pilsudski  idi.  Bu  yolda  TadeuĢ  Qolubko  və  baĢqaları  da  həyatlarını 
qurban verdilər. 
Bunu isə azərbaycanlılar heç zaman unutmayacaqlar. Həmin gündə onları 
tərk etməmiĢ dostlar kimi unutmayacaqlar!" (84, s.177). 
Qeyd  edək  ki,  Azərbaycan-PolĢa      əlaqələri  tarixi  haqqında  ilk  mənbələr 
XV əsrlə bağlıdır. Məhz həmin dövrdən hər iki xalq arasında siyasi  münasibətlərə  
aid yazıĢmaların  əsası qoyulmuĢdur. 
XVIII  əsrdə  isə  T.  Krusinskinin,  M.  Veçerkovskinin  və  1796-cı      ildə  
Qafqaza      səyahət      etmiĢ  V.    Bronevskinin  əsərlərində  Azərbaycanla  bağlı 
məlumatlar çap edilir. XIX əsrdən isə hər iki xalq arasında  əlaqələrin yeni inkiĢaf 
dövrü  baĢlayır. Eyni taleyi yaĢayan hər iki xalq (hər ikisinin həmin dövrdə Rusiya 
tərəfindən iĢğal edilməsi) ədəbi əlaqələr qurulmasında fəallıq göstərirlər. 
TanımıĢ PolĢa Ģairi A. Mitskeviçin ġərq mövzusuna maraq göstərməsində 
isə  tanınmıĢ  azərbaycanlı,  ĢərqĢünas  alim  Mirzə  Cəfər    TopçubaĢovun      tələbəsi   
A.    Xodzkonun    xidmətləri    az  olmamıĢdır  (186,  s.  36).  Sonradan  M.  C. 
TopcubaĢov Mitskeviçin Ģerlərini fars dilinə də tərcümə etmiĢdir (186, s. 38-39). 
 
        Qafqaza  sürgün  edilmiĢ  polyak  Ģairi  TadeuĢ  Lada  Zablotskinin  də  (1813-
1847) yazılarında Azərbaycanla bağlı tədqiq ediləsi faktlar çoxdur. TanınmıĢ yazıçı 
Vladislav  StĢelnitskinin  (1820-1846)  "Qafqaz  oçerkləri"ndə  və  "Mahmudbəy" 
povestində  cərəyan  edən  hadisələrin  də  baĢlıca  məkanı  gözəl  Azərbaycan 
torpaqları olan Lənkəran, Bakı, ġamaxı və Qarabağdır (186, s. 67). 


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə