ƏlaqəLƏRİNDƏ M. Ə. RƏSulzadəNİn rolu



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə11/55
tarix20.08.2018
ölçüsü3,3 Mb.
#63691
1   ...   7   8   9   10   11   12   13   14   ...   55

33 
 
Ġstedadlı  PolĢa  yazıçısı  Y.  StruĢinski  də  Azərbaycanda  olmuĢ,  bu  dili 
öyrənmiĢ  və  sonradan  özünün  "GülĢad"  povestini  yazıb,  1872-ci  ildə  nəĢr 
etdirmiĢdir (186, s. 72). 
Qeyd edək ki, hələ XIX əsrdən baĢlayaraq Azərbaycanın  tanınmıĢ elm və 
ədəbiyyat  xadimləri  də  PolĢaya  səfər  edir,  burada  ciddi  əlaqələr  qururdular.  XIX 
əsrin  birinci  yarısında  Azərbaycanın  tanınmıĢ  alim  və  yazıçısı  Abbasqulu  Ağa 
Qudsi Bakıxanov bu sahədə ilk addımı atanlar oldu (205, s. 75). Onun VarĢavada 
olması, tanınmıĢ PolĢa Ģairi T. Zabloçski ilə  yaradıcılıq əlaqəsi qurması haqqında 
dəyərli faktlar mövcuddur (205, s. 76). 
Azərbaycan-PolĢa  əlaqələrinin      formalaĢmasında      tanınmıĢ  Azərbaycan  
yazıçısı  Ġsmayıl  bəy  QutqaĢınlının  da  böyük xidmətləri olmuĢdur (206). Onun 
VarĢavada  fransız  dilində  nəĢr  edilən  "ġərq        povestləri"  kitabı  hər  iki  xalq 
arasında  əlaqələr  tarixinin  öyrənilməsində  ciddi  mənbədir.          Böyük  mütəfəkkir,  
dramaturq  Mirzə Fətəli  Axundovun da Azərbaycan-PolĢa əlaqələrinin inkiĢafında 
xidmətləri  vardır.  Belə  ki,  1876-cı  ildə  tanınmıĢ  polyak  skripkaçı-virtouz  
M.Antoni  de  Kontski    Tiflisə  gəlir.    Onunla  tanıĢlıqdan  sonra  M.    F.  Axundov 
skripkaçının  olduqca  savadlı,  geniĢ  dünyagörüĢlü  və  yüksək  polemika 
mədəniyyətinə malik qızına "Vanda" Ģerini həsr edir. Və böyük yazıçı azərbaycanlı 
qızları da belə savadlı, açıqfikirli görmək arzusunda idi (207, s. 88-89). 
Qeyd  edək  ki,  tanınmıĢ  ĢərqĢünas  alimlərdən  Mirzə  Kazım  bəyin,  Mir 
Cəfər TopçubaĢovun, Məhəmməd Sadıq Ağabəyzadənin də PolĢa ĢərqĢünaslığının 
inkiĢafında əvəzsiz xidmətləri vardır (186, s. 95-96; 211). 
Əslən  Göyçaydan  olan  Məhəmməd  Sadıq  bəy  Ağabəyzadə  17  ilə  qədər 
(1927-1943)  əsası  1661-ci  ildə  qoyulmuĢ  Lvov  Universitetində  çalıĢmıĢ,  istedadlı 
ĢərqĢünaslar nəsli yetirmiĢdir. 
XX  əsrin  əvvəllərində  isə  Azərbaycanda  mindən  çox  polyak  yaĢayırdı. 
Bakıda yaĢayan polyakların "Faris" adlı 200 tirajdan ibarət elmi-ədəbi aylıq qəzeti 
nəĢr edilirdi. Qəzetin redaktoru Voyniloviç idi. Qəzetin ilk sayı 1907-ci ilin yanvar 
ayının 22-də çap edilmiĢdi. 1908-ci ildə isə qəzet nəĢrini dayandırdı (186, s. 120). 
Bakıda çap olunan "Kaspi" qəzetində isə Adam Mitskeviç (219) və H. Senkeviçlə 
(220)  bağlı  yazılar  və  onların  əsərləri  nəĢr  edilirdi.  Yenə  həmin  dövrdə  PolĢa 
yazıçısı A. Asnıkanın "PolĢa ürəyi" əsəri tamaĢaya qoyulur. "Kaspi" qəzetində isə 
sonradan da mütəmadi olaraq PolĢa ilə bağlı yazılar, məlumatlar dərc edilirdi (221, 
222, 223). 
XX  əsrin  əvvəllərində  Azərbaycanda  nəĢr  edilən  aĢağıdakı  qəzet  və 
jurnallarda  PolĢanın  mədəni-siyasi  həyatı  ilə  bağlı  yazılar  çap  edilirdi:  "Molla 
Nəsrəddin", "Təzə həyat", "Sədayi-Qafqaz", "Açıq söz" (15, 16), "Sovqat" (31). 
M.  Ə.  Rəsulzadənin  redaktoru  və  naĢiri  olduğu  "Açıq  söz"  qəzeti  də 
Azərbaycan-PolĢa  əlaqələri  ilə  bağlı  məlumatlara  geniĢ  yer  ayırırdı.  1916-cı  ildə 


34 
 
"Açıq söz"də tanınmıĢ PolĢa yazıçısı Henrix  Senkeviçin ölümü haqqında nekroloq  
çap edilmiĢdi (15). 
"Açıq  söz"  qəzetinin  1917-ci  ilin  24  yanvar  tarixli  sayında  isə  Bakıda 
Henrix  Senkeviçin  xatirəsinə  həsr  edilmiĢ  tədbir  haqqında  məlumat  verilmiĢdi. 
Tədbir  yanvarın  22-də  PolĢa  cəmiyyəti  tərəfindən  təĢkil  edilmiĢdi  və  40-a  qədər 
millətin  nümayəndəsi  iĢtirak  edirdi.  PolĢa  Dumasının  üzvü  tədbiri  açıq  elan 
etdikdən 
sonra 
gürcülərin,  yəhudilərin,  çexlərin,  polyakların,  latıĢların 
nümayəndələri çıxıĢ etdilər. Azərbaycan ziyalıları adından isə Mehdi bəy Hacınski, 
Əli  Səbri  Qasımov,  Sara  xanım  Axundova,  Nəriman  Nərimanov,  Rza  Zəki 
Lətifbəyov, Əlimərdan bəy TopçubaĢov çıxıĢ etdilər. 
Tədbirdə  M.  Ə.  Rəsulzadənin  çıxıĢı  çox  təsirli  oldu  və  böyük  maraqla 
qarĢılandı.    O,    çıxıĢında  bildirdi:    "Bu  gün  Avropanın  tanınmıĢ  yazıçısı  olan  H. 
Senkeviçi  xatırlayarkən  ġərqin  böyük  Ģairi  Sədinin  Ģeri  yada  düĢür:  "Ġnsanlıq 
ümumi,  vahid  bir  orqanizmdir.  Əgər  həyat  bu  orqanizmin    bir  yerinə  zərbə  
vurursa,    onda    baĢqa  yerlər  də    ağrıyır".  Müsəlman  mətbuatı,  bütün  xalqların 
qardaĢlığını tərənnüm edən belə Sədi  kimi böyük  filosoflardan tərbiyə    almıĢdır.  
Öz  müstəqilliyini  itirmiĢ  PolĢa  uzun  əsrlər  qaranlıqda  qalmıĢdır.  PolĢanın  günəĢi 
doğmuĢdur.  Bu  günəĢ  bütün  xalqların  öz  müstəqilliyidir.  GünəĢdən      məhrum   
olan   bir   ölkədə   H. Senkeviç   qaranlığı   iĢıqlandıran   bir   ay  idi.   Senkeviç   
öz xalqının qəlbində bir məĢəl idi" (16). 
XX  əsrin  əvvəllərində  PolĢanın  tanınmıĢ  neft  sənayeçisi  S.  Ġ.  Rılski 
Bakıda  "PolĢa  Komitəsi"ni  yaratmıĢdı  və  bu  komitə  PolĢa  qaçqınlarına  kömək 
edirdi. 
      Eyni zamanda Bakıda ayrıca "PolĢa evi" də fəaliyyət göstərirdi. "PolĢa evi" tez-
tez mədəni tədbirlər keçirir, maraqlı tamaĢalar səhnəyə qoyurdu (186, s. 123). 
Qeyd  edək  ki,  sonralar  PolĢa  yazıçısı  S.  Strumif-Voytekviç  Bakıda 
yaĢamıĢ  polyakların  həyatından  bəhs  edən  "Mənim  Bakıya  qayıdıĢım"  romanım, 
Stefan Jeromski isə polyakların demokratik respublika dövründəki həyatından bəhs 
edən "Baharın sonu" əsərini yazmıĢdı. 
M.  Ə.  Rəsulzadə  tanınmıĢ  Azərbaycan  Ģairi  Məhəmməd  Hadinin  PolĢa 
haqqında  olan  Ģerləri  ilə  bağlı  özünün  1936-cı  ildə  Parisdə  etdiyi  "Müasir 
Azərbaycan ədəbiyyatı" adlı məruzəsində maraqlı faktlar açıqlayırdı. (210, 218, s. 
11-17).  M.  Ə.  Rəsulzadə  çıxıĢında  qeyd  edirdi  ki,  M.  Hadinin  PolĢada  yazdığı 
Ģerlər  böyük  maraq  doğurmaqdadır.  Bu  Ģerlərində  M.  Hadi  təsadüfən  düĢdüyü, 
Karpat  dağlarında  gedən  hərbi  döyüĢlərin  və  müharibənin  dəhĢətli  mənzərəsini 
təsvir edərək həm də müdrik fəlsəfı nəticələr çıxarırdı. 
Azərbaycan - PolĢa! Niyə PolĢa? Bizi yaxınlaĢdıran məqamlar. 
Tarixdə  Azərbaycanla  PolĢanı  yaxınlaĢdıran  çox  məqamlar  vardır. 
VarĢavada yaĢayan Azəri adlı bir müəllifin "QurtuluĢ" jurnalında nəĢr edilən "Bir 


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə