ƏlaqəLƏRİNDƏ M. Ə. RƏSulzadəNİn rolu



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə19/55
tarix20.08.2018
ölçüsü3,3 Mb.
#63691
1   ...   15   16   17   18   19   20   21   22   ...   55

51 
 
VarĢava  uğrunda  həlledici  döyüĢ  baĢ  verdi.  DöyüĢlərdə  general  Yozef  Qaller, 
general  TadeuĢ  Rozvadovski,  marĢal  Pilsudski  qəhrəmanlıq  göstərdilər.  Pilsudski 
bütün  cəbhə  xəttində  uğurlu  qələbə  qazandı.  General  Tuxaçevski  isə  ağır 
məğlubiyyət  içərisində  bolĢevik  ordusuna  geri  çəkilmək  əmri  verdi.  1920-ci  ilin 
oktyabrında  PolĢa-Rusiya  tərəfı  sülh  müqaviləsi  bağlamaq  razılığına  gəldilər. 
1921-ci  ilin  martında  hər  iki  dövlət  arasında  sülh  müqaviləsi  imzalandı.  Bu  sülh 
müqaviləsinin  yalnız  polyaklar  üçün  deyil,  eləcə  də  bütün  Avropa  üçün  böyük 
əhəmiyyəti  vardı.  Belə  ki,  PolĢa  bolĢeviklərin  qarĢısını  almaqla  yalnız  öz 
müstəqilliyini  qoruyub  saxlamadı,  həm  də  bütün  Qərbi  Avropanı  ona  doğru 
yayılmaqda olan bolĢevik inqilabından xilas etdi. 
PolĢada ciddi dövlət quruculuğu prosesi baĢladı. Seymə və Senata seçkilər 
keçirildi.  Bu  prosesdən  sonra  1922-ci  ildə  Y.  Pilsudski  fəal  siyasi  həyatdan 
uzaqlaĢdı.  1923-cu  ilin  mayında  o,  VarĢavanı  da  tərk  edib  Suleyuvekdə  yaĢadı. 
Dövlət  və  hərbi  iĢlərdən  kənarlaĢsa  da,  ayrı-ayrı  siyasətçilərlə,  ona  sədaqətli 
hərbçilərlə  əlaqəsini  davam  etdirirdi.  Pilsudski  parlamentin  fəaliyyəti  ilə 
maraqlanır və qəzet səhifələrində bəzi deputatları hətta    təhqir    edirdi.    Aparıcı    
partiyaların    liderləri     də parlamentin  fəaliyyətini tənqid edirdilər. Pilsudski  və 
onun tərəfdarları bu vəziyyətdən istifadə etdilər. 
1926-cı  il  mayın  əvvəllərində  növbəti  hökümət  böhranından  sonra 
prezident  Voyçexski  ilə  mərkəz  partiyaların  təmsilçilərindən  ibarət  hökumət 
kabinəsi  formalaĢdırıldı.  Bu  hadisə  Pilsudskiyə  və  onun  tərəfdarlarına  hərəkət 
siqnalı  oldu.  Mayın  12-də  Pilsudski  ona  sadiq  olan  hərbi  hissələrlə  çevriliĢ  etdi. 
MarĢal  Pilsudski  bir  necə  gün  sonra  bildirdi  ki,  biz  əsgərlər 
 
baĢ  verənlərə  sakit 
baxa  bilməzdik.  Tezliklə  o,  baĢda  Kazımej  Bertel  olmaqla  yeni  hökumət  kabineti 
formalaĢdırdı. 
1926-cı ilin mayında isə məĢhur kimyaçı və tanınmıĢ ixtiraçı Pilsudskinin 
ciddi  tərəfdarı  olan  Ġqnati  Mositski  prezident  seçildi  Lakin  ölkədə  faktik 
hakimiyyət Pilsudskinin nəzarətində idi. 
MarĢal      Pilsudski      PolĢanın      müstəqilliyinin      qorunmasında  daxili 
təhlükələri  aradan  qaldırmaqla  yanaĢı,  xaricdən,  xüsusən  bolĢevik    Rusiyasından,   
1922-ci  ilin  dekabrından   isə   SSRĠ adlanan imperiyadan həmiĢə ehtiyatlanırdı. 
Və  bundan  ötrü  o,  bolĢevik  iĢğalına  məruz  qalan  ölkələrin  mühacirətdə  yaĢayan 
təmsilçilərinin  gücündən  faydalanmağa  çalıĢırdı.  Onun  məqsədi  bu  təmsilçilərin 
vasitəsi  ilə  bolĢeviklərə  qarĢı  siyasi-hərbi  güc  mərkəzləri  yaratmaq  və  mübarizə 
aparmaq idi. 
Bu  məqsədlə  də  PolĢa  dövlətinin  Xarici  ĠĢlər  Nazirliyinin  ġərq 
departamenti  bilavasitə  bu  iĢlərlə  məĢğul  olurdu.  Həmin  departamentin  20-ci 
illərdən baĢlayaraq mühacirlərlə yazıĢmaları bu ideyanın təsdiqini tapır. 


52 
 
Departament  Ukrayna,  Belorusiya  mühacirləri  ilə  yanaĢı  Qafqazdan  olan 
siyasilərlə ciddi əməkdaĢlıq edirdi. 
Əslində  Pilsudskinin  bolĢevizmə  qarĢı  güclü  müqavimət  planı 
geniĢlənirdi.  PolĢa  Ukrayna  ilə  çox  ciddi  munasibətlər  qurmuĢdu  və  bu  əslində 
1921-ci  ildə  imzalanan  ittifaqın  davamı  idi.  MarĢal  Pilsudskinin  isə  Ukrayna  BaĢ 
naziri  Simon  Petlurca  ilə  yaxın  dostluq  əlaqələri  vardı.  Simon  Petlurca  ilk 
Prometeyçi dərgilərdən birini -“Trisub"u çap edirdi (154, s. 28). 
1926-cı  ildə  Simon  Petlurca  Parisdə  qətlə  yetirildi.  Lakin  PolĢada  bütün 
hakimiyyət  strukturlarına  ciddi  nəzarət  edən  Pilsudski  SSRĠ-nin  rəqiblərinin 
qoruyucusu  rolunu  oynayırdı.  Bu  sırada  Qafqaz  mühacirləri  ilə  də  iĢ  birliyini 
gücləndirirdi. 
M.  Ə.  Rəsulzadə  1935-ci  ildə  "KurtuluĢ”  jurnalının  7-8-ci  sayındakı 
"Jozef 
Pilsudski" 
məqaləsində 
yazırdı:  "Həyatında  inqilabçılıqdan  və 
istiqlalçılıqdan  baĢqa  bir  zövq  duymayan  bu  adamın  ən  böyük  idealı  Lehistanı 
(PolĢanı- red. N. Y.) təkrar müstəqil görmək, Ana-Vətəni çarmıxdan qurtarmaq idi. 
Sosialistliyə  bağlılığı  belə  onu  bu  yoldan  çəkindirməmiĢ,  bilakəs  o, 
sosializmi  milli  qayə  yolunda  müvəffəqiyyətlə  inkiĢaf  etdirmiĢdir.  Lehistan 
sosialist  partiyasını  ikiyə  bölərək  ona  milli-sosializm  ideolojisini  aĢılayan  və 
proqramına Lehistan istiqlalının müdafiəsi maddəsini qoyan özüdür. 
Məğrur lehlinin acıları ilə sızlayan bu böyük inqilabçının yanıq qəlbindəki 
kinin ən böyük hissəsi çarlıq Rusiyasına çevrilmiĢdi. Çunki O, özünə slavyanlığın 
hamisi  dediyi  halda,  islav  Lehistanın  milli  fəlakətində  ən  fəal  bir  rol  oynamıĢdı. 
Muravyov  kimi  cəlladları  Lehistanın  baĢına  müsəllət  edən,  Moskvaya  xas  bir 
vəhĢətlə  milli  Leh  ruhunu  boğaraq,  milli  qiyam  yanğınlarını  qan  selləri  ilə 
söndürməyə qalxan da o idi. 
Ġnqilabçı  Pilsudski  təbliğatçılığındakı  bütün  hərarəti  və  terrorçuluqdakı 
bütün qüdrət və məharəti ilə iĢdə bu xain qatilə saldırmıĢ, həbslərinə, zülmlərinə və 
təqiblərinə baxmayaraq onun  körpülərini partlatmıĢ,  valilərini öldürtmuĢ,  yollarını 
kəsərək xəzinələrini basmıĢdır. 
Nəhayət  böyük  cahan  müharibəsi  gəlincə,  təĢkil  etmiĢ  olduğu  legionları 
ilə ilk mübarizəsini yenə bu xain duĢmənə qarĢı yapmıĢdır. 
Tarix bəklənən zamanı gətirmiĢ, çökən imperatorluqların yerində Lehistan 
Cümhuriyyəti,  bəylik  oğullarının  qanlarını  axıdaraq,  umduqları  bəzi  badəlməvtini 
bulmuĢ, yenidən qurulmuĢdur. 
       Yeni    qurulmuĢ    Cümhuriyyətin  rəisliyi    ilə  milli    orduların  baĢında  dayanan 
Pilsudski yenə eyni düĢmənlə qarĢılaĢmıĢ-1920-ci ildə VarĢavanı təhdid edən qızıl 
rus ordusuna çaldığı məruf qələbəsi ilə, həm yeni dirilmiĢ  yurdunun taleyini, həm 
də qızıl təhlukə altında olan Avropa mədəniyyətini qurtarmıĢdır. 


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə