ƏlaqəLƏRİNDƏ M. Ə. RƏSulzadəNİn rolu



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə15/55
tarix20.08.2018
ölçüsü3,3 Mb.
#63691
1   ...   11   12   13   14   15   16   17   18   ...   55

42 
 
Lənkəranda  Sadıx  xanın  qəhrəmanlığı  qeyd  edilir.  Bildirilir  ki,  1826-cı  ildə 
Rusiya-Ġran  müharibəsindən  istifadə  edən  Azərbaycan  xanları  birlikdə  üsyan  edib 
rusları  qovurlar.  1830-cu  ilə  qədər  davam  edən  bu  mübarizə,  Rusiyanın  Ġran 
üzərində qələbəsindən sonra dayandırılır. 
Sonradan Azərbaycanda yeni ziyalı nəslinin yetiĢməsi, milli burjuaziyanın 
formalaĢması,  Avropa  məktəblərində  təhsil  alanların  cəmiyyətdə  fəallaĢması 
baĢlanır.  Həsən  bəy  Zərdabi  ilk  Azərbaycan  qəzetini  nəĢr  edir.  Və  Azərbaycanda 
baĢlanan bu milli hərəkat Azərbaycan Demokratik Respublikasının yaradılması ilə 
yekunlaĢır. 
Sonrakı  məlumatlarda  isə  1920-ci  ilin  bolĢevik  iĢğalına,  Sovet 
hökumətinin  20-ci  illərdə  yürütdüyü  siyasətə  toxunulur  və  tənqid  edilir. 
Azərbaycanda  bolĢeviklərin  mübarizə  apardıqları  ideoloji  sistemin      müsavatçılıq   
olduğu   bir   daha   göstərilir.    Arxiv sənədlərində isə müsavatçılıq belə təqdim 
olunur:  "12  illik iĢğal  dövründə bolĢeviklərin  ehtiyatlandığı  "müsavatçılıq"  nədir? 
Müsavat, Sizə məlumdur ki, Azərbaycan Milli Partiyasının adıdır və Azərbaycanda 
demokratik  müstəqillik,  demokratik  quruculuq,  bütün  Qafqaz  və  Rusiyanın  baĢqa 
əzilən xalqlarının birləĢib Rus imperializminə qarĢı mübarizə aparan təĢkilatdır. 
Müsavatçılıq  -  vətəndaĢ  azadlığı  və  hüququ  ideologiyasıdır  xüsusi  və 
sosial  həmrəylik  ideyasıdır  və  nəhayət  demokratiya,  respublika,  müstəqil  milli 
dövlət ideologiyasıdır. Bu ideologiya ümuminsanlıq prinsiplərinə dayanır və bunun 
əsasında  Azərbaycanda,  Gürcüstanda,  ġimali  Qafqazda,  Ukraynada,  Türküstanda, 
Ġdil-Uralda  və  Krımda  rus  imperializminə,  rus  despotizminə  və  bolĢevizmə  qarĢı 
mübarizə aparılır (64, v. 93-94). 
Arxivlərdə  saxlanılan  sənədlərdən  bin  "German"  təxəllüslü  bir  Ģəxsin 
Parisdən  Türkiyənin  Xarici  ĠĢlər  Naziri  Tovfiq  RüĢdi  bəyə  göndərdiyi 
məlumatlardır. 1928-ci ilin iyunun 1-də göndərilən məlumatlar bir qədər narazı və 
qeyri-obyektiv  xarakter  daĢıyır.  Lakin  müəyyən  faktların  öyrənilməsi  baxımından 
əhəmiyyətlidir: "Hazırda Türkiyə ərazisində Qazqaz Komitəsi adlanan bir təĢkilat 
tərəfindən  əks-sovet  təbliğatının  ikinci  mərhələsi  baĢlayır.  Bu  Komitənin  PolĢa 
hökumətindən vəsait alması heç kimdə Ģübhə doğura bilməz. Təkcə ġamil və onun 
qrupuna  ayda  4000  dollar  pul  verilir.  Komitə  Ġngiltərə  dairələrindən  də  müəyyən 
vəsait  almaq  üçün  iĢlər  görmüĢdur.  Bu  Komitəyə  aĢağıdakılar  daxildir:  Q. 
RamiĢvili  (gürcü,  keçmiĢ  menĢevik  naziri);  M.  Ə.  Rəsulzadə  (azərbaycanlı, 
Müsavat Partiyasının sədri); Q. ġamil (dağlı, Demokrat Partiyasının sədri). Bütün 
Qafqaz Komitəsi bu üç nəfərin rəhbərliyində mövcuddur" (62, v. 91). 
         Əlbəttə,    bu  məlumatlarda  razılaĢumayan  məqamlar  və  yanaĢmalar  da 
yetərincədir. 
Arxiv    sənədlərində  Qafqaz    Respublikaları  Milli    TəĢkilatlarının 
qurultayında iĢtirak edəcək azərbaycanlıların da ümumi siyahısı  vardır.   1933-cu 


43 
 
ildə hazırlanmıĢ siyahıda aĢağıdakı Ģəxslərin  adları  vardır:   "Azərbaycanlılar:   1)  
VarĢavadan    -Məhəmməd      Əmin      Rəsulzadə      (Müsavat    Partiyasının      lideri, 
"Prometey"  klubunun  nümayəndəsi,  VarĢavadakı  faktiki  sədri.  2)  Məhəmməd 
Ġsrafil bəy (VarĢavadakı hərbçilərin rəhbəri). 3) Əli Azərtəkin ("Ġstiqlal" qəzetinin 
redaksiya  katibi,  Müsavat  Partiyasının  üzvü).    4)    Mirzə  Bala    Məmmədzadə  
("Ġstiqlal"  qəzetinin  redaktoru,  Müsavat  Partiyasının  Mərkəzi  Büro  üzvü).  5) 
Parisdən  olanlar:      1)  Mir  Yaqub  Mehdiyev  (Azərbaycan  Nümayəndə  heyətinin 
üzvü,  "Prometey"  jurnalı  redaksiyasının  təmsilçisi.    2)  Abbas  bəy    Atamalı  
(Azərbaycan Nümayəndə Heyətinin Parisdəki katibi, Müsavat Partiyasının Mərkəzi 
Büro  üzvü).  3)  Əlimərdan  bəy  TopçubaĢov  ((Azərbaycan  Nümayəndə  heyətinin  
Parisdəki    rəhbəri).    4)    Əkbər    Ağa    ġeyxulislamov  (Azərbaycan  Nümayəndə 
heyətinin  Parisdəki  üzvü).  5)  Ceyhun  bəy  Hacıbəyli  (Azərbaycan  Nümayəndə 
heyətinin  Parisdəki üzvü).    6)   Məlik   Məhərrəmov    (Azərbaycan   Nümayəndə 
heyətinin  Parisdəki  üzvü).  Ġstanbuldakılar:  1)  Mustafa  Vəkilli  (Müsavat   
Partiyasının    Mərkəzi    Büro    üzvü,    "Prometey" təĢkilatının   təmsilçisi.   2)   
Xəlil   bəy   Xasməmmədov   (Milli Mərkəz üzvü). 3) Məhəmməd Əli Rəsulzadə 
(Müsavat  Partiyası  Mərkəzi  Büro  üzvü.  Berlin  təmsilçiləri:  1)  Hilal  MünĢi 
(Müsavat  Partiyasının  Berlin  təmsilçisi);  Amerika  təmsilçisi  -  Məhəmməd  bəy 
Ağaoğlu (Müsavat Partiyasının Amerika təmsilçisi); Qars təmsilçisi - Hüseyn bəy 
(Müsavatın  Qars  təmsilçisi);  Təbriz  -  1)  Məhəmməd  Sadiq  Hülüsi  (Müsavat 
Partiyasının  Mərkəzi  Büro  üzvü);  2)  Musa  bəy  Rəfibəyli  (Müsavat  Partiyasının 
Mərkəzi Büro üzvü); 3) Salman bəy (Komitə üzvü); Tehran - 1) Ağa Bala Ilizadə 
(Müsavatın Tehran təmsilçisi); RəĢt - 1) Əli Ağa Əlizadə - (RəĢt təmsilçisi). Ənzəli 
-  1)  Feyzulla  Əhmədzadə  (Ənzəlidə  informator).  MəĢhəd  -  1)  Məhəmməd  Kərim 
(MəĢhəddə informator, Müsavatın üzvü) (57, v. 225-226-227). 
Arxiv  sənədlərində  Azərbaycan  Milli  Mərkəzinin  1929-cu  ilin  fevral 
tarixli protokolundan bir çıxarıĢ da saxlanılır. Həmin çıxarıĢdan: "M. Ə. Rəsulzadə 
bildirir  -  "Müsavat"  Partiyasının  özünün  iki  nümayəndəsi  olan  Xəlil  bəy  və  ġəfı 
bəy  haqqında  məlum  qərarı  vardır.  Nəzərə  alaq  ki,  bu  yoldaĢlar  partiya 
idarəçiliyində yeni mövqe tutdular və yazılı izahat verdilər ki, Mərkəzi Komitənin 
Ġcra  Bürosunun  bütün  qərarlarına  tabe  olacaqlar.  Və  partiya  nümayəndələri  kimi 
Milli  Mərkəzdəki  fəaliyyətlərində  partiya  direktivlərini  əsas  götürəcəklər.  Onları 
dəyiĢmək  hüququ  olan  Müsavat  Partiyası  yenidən  həmin  Ģəxsləri  Milli  Mərkəzin 
üzvləri olaraq öz vəzifələrində saxlayır. 
Xəlil  bəy  və  ġəfi  bəy  aĢağıdakıları  bildirirlər:  "Partiya  sədri  Emin  bəyin 
dedikləri həqiqətə uyğundur və onun dediklərini biz  bölüĢdürürük" (63, v. 45-46). 
Xəlil  bəyin  və  ġəfi  bəyin  Müsavat  Partiyasının  Mərkəzi  Komitəsinin 
Ġcraedici  Bürosuna  ünvanladıqları  məktubda  isə  təĢkilatın  bütün  qərarlarına  tabe 


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə