ƏlaqəLƏRİNDƏ M. Ə. RƏSulzadəNİn rolu



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə13/55
tarix20.08.2018
ölçüsü3,3 Mb.
#63691
1   ...   9   10   11   12   13   14   15   16   ...   55

38 
 
sakitləĢdirmək  üçün  atıb.  Hər  seydən  əvvəl"  qeyd  edək  ki,  Türkiyə  ümumiyyətlə 
Qafqazla  maraqlanmır  və  gələcəkdə  Türkiyə  bolĢeviklər  üçün  təhlükə  doğurmur. 
(64, v. 21-22). 
Məlumatın  sonunda  isə  Qafqaz  təĢkilatlarını  dəstəkləməsi  ilə  bağlı 
aĢağıdakı təkliflər bildirilir: "Yaxın gələcəkdə ən baĢlıca iĢ bu təĢkilatları yenidən 
qurmaq,  açıq  fəaliyyətdən,  Türkiyə  ərazisində  gizli  fəaliyyətə  keçməkdən 
ibarətdir". (64, v. 21-22). 
Xarici  ĠĢlər  Nazirliyinin  "Qafqazdakı  son  məlumatlar"  baĢlıqlı  sənədində 
isə Bakıda və Tbilisidə ərzaq qıtlığının son həddində olduğu bildirilir. Göstərilir ki, 
paltarın-geyimin  çatıĢmamazlığı  da  ciddi  problemlər  doğurur.  Yerlərdə  Ģəxsi 
ticarətin  azaldılması  da  insanların  həyatına  mənfı  təsir  göstərir,  sürgün  və 
güllələnmə halları bütün Qafqazı burumuĢdur. 
Belə məlumatlara Nazirliyin sənədlərində tez-tez rast gəlmək mümkündür. 
Xarici  ĠĢlər  Nazirliyinin  qovluqlarında  azərbaycanlıların  fəaliyyətləri  ilə 
bağlı  sənədlər  də  çoxdur.  TanınmıĢ  Azərbaycan  ziyalısı,  gizli  müqavimət 
hərəkatının  fəallarından  olmuĢ  M.  B.  Məmmədzadənin  "Ermənilər  və  Ġran"  kitabı 
bu  mənada  ciddi  maraq  doğurur.  (N64,  v.  35-36).  Nazirliyə  göndərilmiĢ 
məlumatlarda  bildirilir:  "BroĢura  DaĢnaksütyün  Partiyasının  təbliğatını  təhlil  edir. 
Göstərilir  ki,  bu  partiya  Ġranda  'Paniranizm"in  ideoloqu  kimi  çıxıĢ  edir  və  bu                                                                                                                                                                                                                            
ideyanı  pantürkizmə  qarĢı  qoyur.  Erməni  müəllifləri  isə  Pantürkizmi  Ġrana  və 
ermənilərə  qarĢı  qoyulmuĢ  bir  ideya  kimi  təqdim  edirlər.  BroĢuranın  müəllifı  isə 
"DaĢnaksütyün"  Partiyasının  bu  məsələdə  qeyri-obyektiv  və  demaqoqçuluğunu 
tənqid  edir.  Sənədlərlə  əsaslandınlır  ki,  erməni  siyasətçiləri  həmiĢə  car,  indi  isə 
sovet  istismarçılarının  Ġranda  bələdçiləri  olmuĢlar.  Və  müəllif  göstərir  ki,  böyük 
imperiyalar  yaratmaq planları  artıq arxada  qalmıĢdır.  Ġndi  demokratiya  və  mədəni 
dövlətlərin  yaranması əsridir. Bu  mənada "kürd-erməni-iran-əfqan-hind" federativ 
imperiyasının  yaradılması  boĢ  fantaziyadır:  erməni  siyasətçiləri  nə  zamansa  baĢa 
düĢəcəklər  ki,  ən  düzgün  və  real  siyasət    özünün  əsrlər  boyu  yaĢadığı  qonĢularla 
əməkdaĢlıq siyasətidir" (64, v. 36). 
PolĢa  Xarici  ĠĢlər  Nazirliyinin  sənədlərində  M.  Ə.  Rəsulzadənin 
Türkiyədə  nəĢr  etdiyi  "Azəri  Türk"  jurnalının  fəaliyyət  istiqamətləri  də  açıqlanır. 
(64,  v.  37).  Göstərilir  ki,  Azərbaycan  Milli  Mərkəzinin  orqanı  olan  "Azəri  Türk" 
jurnalının 1-ci sayı nəĢr edilmiĢdir. Jurnal "Yeni Qafqasiya"nın əvəzinə çap olunur. 
Jurnalın  proqram  xarakterli  baĢ  məqaləsinin  müəllifı  M.  Ə.  Rəsulzadədir. 
Məlumatlarda  M.  Ə.  Rəsulzadənin  baĢ  məqaləsi  olduğu  kimi  tərcumə  edilmiĢdir. 
Jurnalla  bağlı  məlumat  belə  ümumiləĢdirilir:  ""Azəri  Türk"  Azərbaycan  xalqının 
həyatını  və  taleyini  iĢıqlandıran  bir  orqandır.  BaĢqa  sözlə,  Azərbaycan 
Respublikası  Dünya  müharibəsinin  sonunda  özünün  uzunmüddətli  məqsədinə 


39 
 
çatdı,  müstəqil  respublikasını  yaratdı.  Lakin  təəssüflər  olsun  ki,  sonradan  onu 
itirdi" (64, v. 39). 
Arxiv  sənədlərində  "Azərbaycanın  siyasi  partiyaları"  baĢlığı  ilə  ölkənin 
siyasi partiyaları haqqında məlumatlar verilmiĢdir. Bu sıradan Müsavat Partiyası və 
onun fəaliyyət sistemi haqqında da informasiyalar çoxdur. Göstərilir ki, bu partiya 
həm  Azərbaycan  daxilində  gizli  nəĢrləri  olan,  həm  də  xaricdə  "Yeni  Qafqaziya", 
"Azəri  Türk"  jurnallarını  türk  dilində  nəĢr  edən  təĢkilatdır.  Bundan  əlavə, 
partiyanın  "Azərbaycan"  adlı  fransızca  nəĢrinin  olduğu  göstərilir.  Məlumatlarda 
göstərilir:  "1920-ci  ilin  bolĢevik  iĢğalından  sonra  Azərbaycanda  ən  çox  təqibə 
məruz  qalan,  ölkənin  güclü  partiyası  Müsavat  oldu.  Çoxsaylı  qurbanlara, 
sürgünlərə,  həbs  və  təqiblərə  baxmayaraq  indi  də  gizlində  fəaliyyətini  davam 
etdirir.  Bu  təĢkilatın  ətrafında  ölkənin  bütün    fəal    qüvvələri  -  ziyalılar,  fəhlələr,  
kəndlilər toplanır. 
Azərbaycandan  kənarda,  harda  ki,  azərbaycanlılar  var,  orada  "Müsavat" 
fəaliyyət  göstərir.  Məsələn,  Ġranda:  Təbrizdə,  RəĢtdə,  Ənzəlidə,  Xorasanda, 
Tehranda,  Ərdəbildə,  Makuda;  Türkiyədə  -  Ġstambulda,  Trapezunda,  Qarsda, 
Ərzrumda,  Ġqdırda,  Ankarada;  Avropada:  Almaniyada:  Berlində,  Münhendə, 
Dortmundda; Fransada: Parisdə" (64, v.49). 
Məlumatlarda 
Müsavatın 
"Qafqaz 
Konfederasiyası 
ideyasının 
dəstəklənməsi də qeyd olunur: "Qafqaz miqyasında "Müsavat" Partiyası həb 1919-
cu  ildə  Ġkinci  Qurultayında  "Qafqaz  Konfederasiyası  ilə  bağlı  qərar  qəbul  etdi. 
Qərarda  Qafqaz  xalqlarının  yaxınlaĢması  və  vahid  əlaqələr  sisteminin  qurulması 
göstərilmiĢdir.  Müstəqil  Qafqaz  Komitəsi  ilə  bağlı  bəyannamənin  qəbul  edilməsi 
həm ölkə daxilində, həm də xaricdə çox sevinclə qarĢılanmıĢdı" (64, v. 50). Məxfı 
sənədlərin  "Müstəqil  Azərbaycan  Komitəsinin  və  Müsavat  Partiyasının  gizli 
fəaliyyətinin qısa  xülasəsi" hissəsində də  maraqlı  məlumatlar  vardı"  (64, v. 51, v. 
53).  Göstərilir  ki,  Qızıl  Ordunun  Azərbaycanı  iĢğalından  sonra  Müsavat  Partiyası 
gizli  fəaliyyətə  keçir.  Və  bütün  bölgələrdə  gizli  komitələr  qurulur.  1920-1921-ci 
ilin qanlı üsyanlarından sonra partiya yenidən güçünu toplayır. Bu dəfə partiya öz 
sıralarına yeni vətənpərvər qüvvələri cəlb edir. Bu məqsədlə "Müstəqil Azərbaycan 
Komitəsi"  yaradılır.  Bu  Komitədə  partiyanın  rəhbərliyi  ilə  ölkənin  bütün  fəal 
demokratik  quvvələri  vahid  milli  cəbhədə  birləĢirlər.    Eyni    zamanda  Qafqazda 
mübarizə  aparan  digər  qüvvələrlə,  gürcülərlə,  Türküstan  inqilabçıları  ilə
 
əlaqələr 
qururlar. "Müstəqil Azərbaycan Komitəsi", xüsusən Müsavat Partiyası PolĢa ilə və 
baĢqa Baltika xalqları ilə əlaqələr qurulmasına xüsusi əhəmiyyət verir (64, v. 51). 
Sonra 
"Mustəqil 
Azərbaycan 
Komitəsi"nin 
bölmələri  haqqında 
məlumatlar  verilir.  TəĢkilati,  maliyyə,  nəĢriyyat,  hərbi,  diplomatik,  informasiya 
bölmələrinin fəaliyyəti qeyd olunur. Qızıl Ordu əsgərləri arasında da güclü təbliğat 
iĢi aparıldığı qeyd olunur. 


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə