ƏlaqəLƏRİNDƏ M. Ə. RƏSulzadəNİn rolu



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə21/55
tarix20.08.2018
ölçüsü3,3 Mb.
#63691
1   ...   17   18   19   20   21   22   23   24   ...   55

56 
 
M.  Ə.  Rəsulzadə  isə  Türkiyədə  fəaliyyətlərinə  imkan  verilmədiyinə  bərk 
təəssüflənir,  Azərbaycan  Ġstiqlalçılıq  məfkurəsi  səsinin  boğulmasından  narazılıq 
edir,  bildirirdi  ki,  bu  iĢ  qardaĢ  Türkiyənin  əli  ilə  edilmiĢdir.  M.  Ə.  Rəsulzadə 
yazırdı: "Heyf bu dövrə!"(48, s. 197). 
Qeyd edək ki, hələ 20-ci illərdən baĢlayaraq azərbaycanlı mühacirlər (istər 
Türkiyədə,  istərsə  də  Fransada  yaĢayanlar)  Avropa  ölkələri  təmsilçiləri  ilə  ciddi 
təmaslar  qururdular.  BolĢevizmə  qarĢı  böyük  savaĢ  açan  PolĢa  dövləti  və  onun 
böyük lideri Pilsudski ilə əlaqələr artıq yaradılmıĢdı. 
Qeyd  etdiyimiz  kimi,  1921-ci  ildə  baĢ  verən  Rusiya-PolĢa  savaĢından 
sonra  Pilsudski  və  silahdaĢları  ġərqi  Avropa  xalqları  ilə  bolĢevik  Rusiyası 
əsarətindəki  xalqlar  arasında  ortaq  bir  əlaqə  qurumu  yaratmaq  haqqında 
düĢünürdülər. Rusiya ilə baĢ verə biləcək savaĢ perspektivi daxilində PolĢa SSRĠ-
yə  düĢmən  olan  qruplara  önəmli  yardımlar  etməyə  baĢlamıĢdı.  PolĢa  dövləti  isə 
getdikcə  mühacirlərlə  əlaqələr  ġəbəkəsini  geniĢləndirir,  SSRĠ-nin  rus  olmayan 
millətlərindən  Könüllüləri  öz  ordusuna  qəbul  edir,  döyüĢ  təlimləri  keçir, 
silahlandırırdı.  Artıq 20-ci illərin ortalarından  PolĢa  ordusunda  da  müəyyən sayda 
əsgər və zabitlər fəaliyyət göstərirdi. 
PolĢa  dövlətinin  yardımı  ilə  "Ġstiqlal"  qəzeti,  "KurtuluĢ"  jurnalı  Berlində 
nəĢr edilirdi. 
PolĢa  Xarici  ĠĢlər  Nazirliyinin  məlumatlarında  Qafqaz  təĢkilatlarının 
dəstəklənməsi, onların  mətbuat  və təbliğat iĢlərinə  yardım  üçün  hökumətə "Yaxın 
gələcəkdə iĢ planı" baĢlıqlı aĢağıdakı təkliflər bildirilirdi: "ġərq dillərində (türk və 
fars)  təbliğatın  gücləndirilməsi.  Bu  məqsədlə  fransız  dilində  nəĢr  edilən  jurnal  və 
bülletendən  baĢqa,  türk  və  fars  dillərində  də  daimi  imkan  daxilində  isə  aylıq 
broĢuralar,  almanaxlar  və  bəyannamələr  nəĢr  etməli;  həmin  mətbuat  orqanlarında 
Qafqazda  baĢ  verən  hadisələri  əks  etdirən  məqalələr  çap  edilməli;  bundan  baĢqa 
nəzərdə  tutulan  bu  nəĢrlərdə  bir  tərəfdən  Qafqaz  Konfederasiyası  quruculuğunun 
əsasları və əhəmiyyəti, digər tərəfdən isə Ģərq xalqlarının milli-azadlıq prosesində 
Rusiya imperialist kommunizminin mənfi təsirini açıq göstərən tədqiqlər öz əksini 
tapmalıdır" (64, v. 23). 
PolĢa  Xarici  ĠĢlər  Nazirliyinin  Qafqaz  mühacirləri  ilə  bağlı 
məlumatlarında  poçt  əlaqələrinin  zəifliyi  daha  çox  vurğulanır.  Göstərilir  ki,  istər 
gürcülər,  istərsə  də  azərbaycanlılar  məlumatları  adi  qaydalarla  əldə  etmək 
məcburiyyətindədirlər (64, v. 24). 
Yenə  PolĢa  Xarici  ĠĢlər  Nazirliyinin  sənədlərində  mühacirlərin  fəaliyyəti 
üçün  ayrılan  pulun  məbləği  göstərilir.  Məlum  olur  ki,  "Müstəqil  Qafqaz 
Komitəsi"nin  6  əməkdaĢına  ayda  120  frank  (umumi:  720),  təbliğat  iĢlərinə: 
broĢura,  bəyannamə,  bülletenin  türk  dilində  nəĢri  üçün  95  frank,  fransızca  nəĢri 
üçün 55 frank ayrılmıĢdır. 


57 
 
Sənədlərdə  "Prometey"  jurnalının  azərbaycanlı,  türküstanlı  və  dağlı 
təmsilçilərinə  ümumilikdə  150+145  frank  məbləğində  vəsait  ayrılmıĢdır. 
Ümumilikdə isə "Prometey"in nəĢri üçün 8700 frankın xərcləndiyi göstərilir (64, v. 
25). 
PolĢa  ilə  qafqazlı  mühacirlərin  (o  cümlədən  azərbaycanlıların) 
əlaqələrinin  mövcudluğu  baxımından  Heydər  Bammatın  "Qafqaz"  məcmuəsində 
yer tapan məqaləsi maraqlıdır. O, yazırdı: “Lehistanın Qafqaziyaya simpatiyası və 
Qafqazlıların Lehistana qarĢı səmimi münasibəti yeni bir Ģey deyildir. Bu, bir növü 
tarixi  ənənədir.  Bu  qarĢılıqlı  bağlılıq  Lehistan  və  Qafqasya  övladlarının  Ana 
vətənin  istiqlalı  uğrunda  mücadilə  edərkən  müĢtərək  düĢmən  və  istilaçının  baĢı 
üzərindən bir-birinə əl uzatdıqları qəhrəmanlıq dövründən baĢlar" (197, s. 5). 
Sonra o, maraqlı bir yanaĢma da qoyur ortalığa: "Öz qüvvət və istedadını 
Qafqazın  hürriyyət  savaĢına  vermiĢ  olan  Leh  vətənsevərlərinin  adları  -  milli 
tariximizin  malıdır.  Bu  adlar,  millətlərimizin  əziz  xatirəsindən  heç  bir  zaman 
silinməyəcəkdir.  Lehistan  ilə  Qafqasya  arasında  onların  əli  ilə  vücuda  gətirilmiĢ 
bağ heç bir zaman qırılmayacaqdır" (197, s. 4). 
Əlavə  edək  ki,  Heydər  Bammatın  sonradan  "Prometey-çilərlə"  də 
münasibətində ziddiyyətlər yarandı. Və o, PolĢanı "Prometeyçiləri" dəstəklədiyinə 
görə ciddi tənqid etdi. H. Bammat PolĢanı "Prometeyçiləri tutduğu üçün" siyahıdan 
sildiyini,  "bolĢevizmə  qarĢı  xaçlı  səfər"in  baĢında  "almanları,  yaponları  və 
italyanları  gördüyünü"  yazırdı.  H.  Bammatm  belə  mövqeyi  bəzi  mühacir 
mətbuatında sərt tənqidə məruz qalırdı(164). 
Təəssüflər  ki,      Sovetlər    Birliyinin    təsiri    altında    Türkiyə  dövlətinin 
bütün  siyasi  qafqazlılara  münasibəti  kəskinləĢdi.  1931-ci  ildə  siyasi  baxıĢlı 
mühacirlərin, o cümlədən M. Ə. Rəsulzadə və baĢqalarının, ölkəni məcburən tərk 
etməsindən  sonra  növbəti  bir  addım  atıldı.  1938-ci  ildə  sentyabrın    6-da  Türkiyə 
hökumətinin  dekreti  ilə  Qafqazdan  və  Türküstandan  olan  bəzi  tanınmıĢ  siyasi 
mühacirlər  Türkiyə  təbəəliyindən  mərhum      edilərək      ölkədən    çıxarıldılar.   
Bununla      əlaqədar  Parisdə  nəĢr  edilən  "Qafqaz"  jurnalı  yazırdı:  "Bu  sərt  cəzaya 
heç  bir  siyasətlə  məĢğul  olmayan  adamlar  da  məruz  qaldılar...  Dekretdə  hansısa 
törədilmiĢ  konkret  bir  cinayət  haqqında  danıĢılmır,  yalnız  bir  məqam  -  təbliğat, 
inqilabi və kəĢfiyyat təĢkilatlarının   "Bizim   ölkəmizin   baĢqa   bir   dost   ölkənin 
əleyhinə  yönəldilmiĢ bazasına çevrilməsi" vurğulanır. Məlum olduğu   kimi,  belə  
bir cəhd   üçün  ortalıqda  heç  bir  fakt yoxdur...   Bizim   mübarizəmiz   azadlıq   
uğrunda,   Qafqazın müstəqilliyi uğrunda   vətənimizi iĢğal etmiĢ Sovet dövlətinə 
qarĢı aparılan mübarizədir. Bu, heç kim üçün sirr deyildir. Biz bu mübarizəni açıq 
aparırıq  və  bütün  ölkələrdə  aparırırq  və  həmin      ölkələrin      qanunlarından,  
beynəlxalq      öhdəliklərdən  kənara  çıxmırıq.  Türkiyədə  baĢ  verən  bu  hadisənin 


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə