ƏlaqəLƏRİNDƏ M. Ə. RƏSulzadəNİn rolu



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə20/55
tarix20.08.2018
ölçüsü3,3 Mb.
#63691
1   ...   16   17   18   19   20   21   22   23   ...   55

53 
 
Məsələ bitmiĢdimi? Lehistan bu qələbəsi ilə özünü əmin-amanlıqda görüb 
zəfər nəĢəsinə dala bilirdimi?.. Suala marĢal Pilsudskinin sözləri ilə cavab verəlim: 
"Qalib gəlib də nəĢəyə dalmaq - bir fəlakətdir!" 
Tarixin verdiyi dərslərə görə, Lehistan hər Ģeydən əvvəl qüvvətli bir ordu 
ilə, dayanıqlı bir idarəyə malik olmalı idi. 
MarĢal Pilsudski özünü indi də bu iĢə verdi. Yüz bu qədər il əsirlikdən və 
hənuz  yaĢanan  anarxidən  yeni  çıxmıĢ  bir  cəmiyyət:  qurulu  dövlətləri  belə  felcə 
uğradan demokratiya formaları ilə artıq oynamaq riskinə vermək olamazdı. 
Yılmaz inqilabçı, müzəffər komandarı olaraq gördüyümüz marĢal indi də 
kəskin görüĢlü bir dövlət adamı kəsilir. Bir vuruĢla iqtidar mövqeyini tamamilə ələ 
alaraq  o,  möhkəm  dövlət  maĢınını  qurmağa  baĢlayır.  Ġllərlə  davam  edən  ciddi 
çalıĢmalar  nəticəsində  Lehistanın  görünüĢu  dəyiĢir,  maliyəsi  düzəlir,  iqtisadiyyatı 
yoluna  düĢür,  ordusu  Avropanın  ən  mühüm  qüvvəti  olaraq  tanınır.  Nəhayət 
beynəlmiləl  siyasətdə  Lehistan,  özünəməxsus  siyasət  yürüdən  böyük  bir  dövlət 
olur. VarĢava ġərqi Avropa siyasətində ihmal edilməz pek əsərli bir mərkəz halına 
gəlir" (142, s. 192-193). 
"Prometey"  klubunun  sədri  professor  Stotski  isə  Pilsudskini  belə 
dəyərləndirirdi:  "Çar  quldarlığının  ən  ağır  vaxtında,  o  zaman  ki,  artıq  Ukrayna, 
PolĢa,  gürcü  və  tatar  zadəganlığı  öz  Ģərəfini  unudaraq  çar  general-adyutantlığına 
daxil  olurdu,  o  zaman  ki,  Rusiyanın  dövlət  gücü  bütün  xalqları  udmağa  hazır  idi. 
Onda  Jozef  Pilsudski  güzəĢtsiz  mübarizə  Ģüarı  ilə  azad  PolĢa  ideyasını  Rusiyaya 
qarĢı qoydu. O azad PolĢa ideyası Finlandiyadan Estoniyadan Latviya və Litvadan, 
Ukraynadan Qafqaza qədər bütün əzilən xalqların milli ideyaları ilə əlaqələndirirdi. 
O, PolĢanı bütün ġərqi Avropadakı milli inqilabların yuxarısına qoyurdu. 
Özünün dahi intusiyası ilə o, müharibəni əvvəlcədən görürdü. O legionları 
qılıncla silahlandırıb, öz vətənini azad etdi və Ukrayna ilə birlikdə baĢqa xalqların 
da azadlığını təmin etmək istəyirdi" (66, v. 60). 
 
 
 
 
 
 
 
 
 
 
 
 


54 
 
IV FƏSİL 
 
 
Azərbaycanlı mühacirlərin SSRİ-nin təkidi 
ilə Türkiyəni tərk etməsi. Polşa dövləti ilə 
əlaqələrin qurulması. M. Ə. Rəsulzadənin və 
digər mühacirlərin Polşa Xarici İşlər Nazirliyi 
ilə məxfi yazışmaları
 
 
1920-ci ilin 27 aprelində bolĢeviklərin Azərbaycanı iĢğalından sonra çoxlu 
sayda  insanlarımız  ayrı-ayrı  ölkələrdə  ağır  mühacirət  həyatı  yaĢadı.  Əsasən 
Türkiyədə  və  Fransada  (qismən  də  Almaniyada)  məskunlaĢan  mühacirlər  Azər-
baycanı  iĢğalda  saxlayan  bolĢeviklərə  qarĢı  mübarizələrini  davam  etdirirdilər. 
BaĢda  M.  Ə.  Rəsulzadə  olmaqla  Ġstanbulda,  Ə.  TopçubaĢov  və  C.  Hacıbəyli 
olmaqla isə Parisdə yaĢayan mühacirlərimiz imkanları daxilində jurnallar, qəzetlər, 
bülletenlər,  kitablar  nəĢr  edir,  bəyanatlar  verib  Azərbaycanı  yaĢadıqları  ölkələrin 
diqqətində saxlaya bilirdilər. 
Qeyd  olunmalıdır  ki,  mühacirlərin  bir  araya  gətirilib  sistemli  bir 
mübarizənin  təĢkili  baxımından  M.  Ə.  Rəsulzadənin  fəaliyyəti  daha  geniĢ  idi. 
Ġstanbulda  məskunlaĢan  M.  Ə.  Rəsulzadə  1923-cu  ilin  sentyabrından  "Yeni 
Qafqaziya" jurnalını nəĢr etməyə baĢladı. Əslində bu jurnalın nəĢri ilə Azərbaycan 
mühacirət mətbuatının əsası qoyuldu. M. Ə. Rəsulzadə Azərbaycanda bolĢeviklərə 
qarĢı  mubarizənin  gücləndirilməsi  üçün  tezliklə  Müsavat  Partiyasının  Xarici 
Əlaqələr Bürosunu yaratdı. Eyni zamanda o, müxtəlif siyasi baxıĢlara mənsub olan 
insanları da bir araya gətirmək üçün "Azərbaycan Milli Mərkəzi"ni formalaĢdırdı. 
       Lakin  o  dövrdə  Türkiyənin  düĢdüyü  vəziyyət,  bolĢeviklərlə  yaxınlaĢmaq 
məcburiyyəti  mühacirlərin  bu  ölkədə  fəaliyyətini  getdikcə  çətinləĢdirirdi.  Həm 
siyasi, həm də maddi baxımdan bu mücadilə getdikcə mümkünsüz olurdu. 
Qeyd  edək  ki,  azərbaycanlı  mühacirlərin  fəaliyyətinə  əsas  dəstəyi  "Türk 
ocaqları"  göstərirdi.  Əsası  1912-ci  ilin  martin  25-də  qurulan  bu  dərnəyin 
Nizamnaməsində  göstərilirdi:  "Türk  təbayi  bir  islam  millətinin  ana  fəsi  olaraq 
tanıtmaqda, böyləcə osmançılıq, Ġslamçılıq və türkçülük akımlarının bir arada var 
olduğu bu keçiĢ dönəminin bəlirsiz xarakterini sərgiləməkdəydi" (154, s. 55). 
Sonrakı  fəaliyyətində  Türkiyə  xaricində  yaĢayan  türklərə  dəstək  verən 
'Türk  ocaqları"  Cümhuriyyət  elanından  sonra  yeni  problemlələ  üzləĢdi.  1929-cu 
ildə "Yeni Məcmuə”dəki söhbətində Türkiyənin tanınmıĢ dövlət adamı Həmdullah 
Sübhi  Tanrı-Övər  ”Türklük"  anlayıĢının  siyasi  sərhədlər  hüdüdüna  çıxmasının 
əleyhdarı  olduğunu  bildirmiĢdi.  Həmdulla  Sübhi  demiĢdi:  "KaĢğar,  Türküstan, 
Krım,  Bakı,  Azərbaycan...  Bütün  türk  məmləkətləri  ilə  aramızda  könül  və  fikir 


55 
 
birliyi  vardır.  Türk ocağı  dar millətpərvərlik  güdməz. Ocaqlı bilir  ki, bu  müəssisə 
ġərqdə Qərbin mücəssimidir. Mədəniyyət birdir, yalnız Ģəkli baĢqadır" (154, s. 57). 
Əslində Həmdulla bəy Ocağın milliyyətçiliyini "kültürəl milliyyətçilik" o 
alaraq  tanıtmaq  istəyirdi.  Lakin  onun  əksinə  olan  müəyyən  qüvvələr  isə  'Türk 
ocaqları"nın  "DıĢ  türklər"  nəzdində    daha  "fəal"  bir  politika  izləməsi    gərəkliyi"  
önə sürdülər. 
1924-cu ildə 64 nümayəndənin (154, s. 58) iĢtirakı ilə türk ocaqlarının ilk 
konqresində  yenə  iki  məqaləsi  xüsusi  olaraq  vurğulanırdı:  1)  Dil  hüdudlarını 
istilahlara qarĢı qorumaq; 2) Türk inqilabının beĢikçisi olmaq (154, s. 58). 
Türk  ocaqlarının  1925-ci  il  qurultayı  da  ciddi  dartıĢmalarla  keçdi. 
"Xaricdəki  türklər"  mövzüsu  ətrafında  ciddi  müzakirələr  aparıldı.  "Türkiyə 
xaricində  yaĢayan  türklərin  "Türk  Yurdu"  dərgisi  vasitəsi  ilə  aydınladılması  və 
yüksəldilməsi vəzifəsinin üstələnməsi" fikrinə çoxluq üstünlük verdi(154, s. 60). 
1927-ci  ildə  "Türk  Ocaqları"nın  qurultayında  bir  dəyiĢiklik|  bu  qurumun 
fəaliyyətini  ınəhdudlaĢdırırdı.  Göstərilirdi  ki,  Cümhuriyyət  Xalq  Partiyası 
Nizamnaməsinin 40-cı maddəsindəki dəyiĢikliyə əsasən "Türk Ocaqları"nın partiya 
təsiri  altında  bir  quruluĢ  olduğu  vurğulanırdı.  Və  xüsusi  qeyd  olunurdu  ki,  türk 
ocaqlarının  Ģöbələri  ancaq  Türkiyə  Cümhuriyyəti  dövlətinin  sərhədləri  daxilində 
qurulub fəaliyyət göstərməlidir. 
1928-ci  ildə  isə  Həmdullah  Sübhi  bəy  Ədalət  Bakanı  Mahmut  Ecat 
Bozqurdun  hüzurunda  etdiyi  bir  çıxıĢında  "Türk  ocağı  milli  hüdudların  xaricində 
heç bir fəaliyyət sahəsi qəbul etməmiĢ və etməyəcəkdir" fikrini söyləmiĢdi (154, s. 
61). 
Türkiyədə  artıq  tək  partiya  rejiminin  güclənməsi  bütün  sahələrdə  hiss 
olunurdu.  Son  olaraq  isə  "Türk  Ocaqları'nin  1930-da  qurulan  Sərbəst  firqə  ilə 
əlaqələrinin müəyyənləĢməsi hər ikisinin bağlanmasına daha bir səbəb oldu. 
Beləliklə,  azərbaycanlı  mühacirlərin  də  fəaliyyətinə  ciddi  dəstək  verən 
"Türk Ocaqları" qurumu fəaliyyətini dayandırdı. 
Bu  prosesin  sonu  olaraq  azərbaycanlıların  Türkiyədəki  siyasi  fəaliyyəti 
qapadıldı.  Əlavə  edək  ki,  azərbaycanlı  mühacirlərin
 
1931-ci  ildə  Türkiyə  Xarici 
ĠĢlər Naziri Tövfik RüĢtinin və SSRĠ Xarici ĠĢlər Naziri M. M. Litvinovun ölkəyə 
müvafiq  səfərindən  sonra,  Türkiyədə  Sovet  Ġttifaqı  əleyhinə  təbliğatı 
dayandırılmıĢdı.  Mühacirlərin  düĢdüyü  vəziyyət  Azərbaycanda  Kommunist 
Partiyasının  XX  Bakı  Konfransında  partiya  katibləri  Polonski  və  Ağa  Sultanov 
çıxıĢlarında  bildirirdilər:  ”Müsavatçılar  xarici  ölkələrdə  bizim  əleyhimizə  ciddi 
mübarizə  aparırlar,  lakin  onlara  yeni  zərbə  vurulmuĢdur.  Ġstanbulda  Məhəmməd 
Əmin  Rəsulzadənin  ümumi  redaktəsi altında  çıxan  mətbu  orqanları  "Odlu  Yurd", 
"Azəri Türk", "BildiriĢ" kimi məcmuələr... bağlanmıĢdır" (48, s. 195.). 
 


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə