ƏlaqəLƏRİNDƏ M. Ə. RƏSulzadəNİn rolu



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə24/55
tarix20.08.2018
ölçüsü3,3 Mb.
#63691
1   ...   20   21   22   23   24   25   26   27   ...   55

62 
 
jurnalına (Azərbaycan Milli Mərkəzinin, Konstontinopolda türk dilində iki həftədə 
bir çıxan orqanı) 240 lirə həcmində, 2-cisi 185 lirə məbləğində Praqada "Dağlıların 
üsyanı"  adlı  jurnal  dərc  edən  ġimali  Qafqaz  xalqlarının  təbliğatına,  həmçinin  60 
lirə Gürcüstan seksiyasına təbliğat üçün verilir. 
Paraqraf 4-də qeyd edilən 150 lirə məbləği isə bir azərbaycanlıya,   digər  
bir   dağlı      iĢçiyə      700     frank      verilir    və  "Prometey"  jurnalının  redaksiyasında 
Türküstan nümayəndəsinə 310 frank həcmində verilir.  
4 fevral 1928-ci il 
M. Ə. Rəsulzadə, S. Mdivani, M. Sunc  
QİK-nin 1928-ci il üçün büdcəsi  
A şöbəsi 
Komitənin ümumi xərcləri (türk dilində) 
1.
 
Komitənin 6 üzvünün subsidiyaları - 720 t.l. 
2.
 
Komitənin ideyalarının təbliğatına: 
a)
 
türk dilində ümumi təbliğat - 95 t.l. 
b)
 
fransız dilində bülletenlər- 55 t.l. 
c)    təbliğat seksiyalarına - 485 - cəmi 635 t.l. 
3.
 
Səfərlərə və nümayəndəliklərə - 150 t.l. 
4.
 
Parisdə iĢin dəstəklənməsi üçün - 150 t.l. 
5.
 
 Cari xərclərə - 50 t.l. 
Yekun: 1700 t.l.  
B şöbəsi 
"Prometey"in çap olunması ilə bağlı xərclər 
(fransız dilində) 
Hər bir sayın dərc edilməsi - 1500 fr. 
3 Qafqazlı redaktora - 3000 fr. 
2 qeyri-qafqazlı redaktora - 1400 fr. 
Tərcümələrə - 700 fr. 
Məqaləyə görə qonorar - 700 fr. 
Stilistə - 300 fr. 
Yerə görə - 600 fr. 
Ekspedisiya - 500 fr. 
Yekun: 870 frank 765 lira 
C şöbəsi 
Ölkə ilə əlaqəyə xərclər 
(dollarla) 
Üç  respublikanın  dəstəklənməsi  və  mütəmadi  əlaqə  predmetinə  -  1000 
dollar 
Cəmi dollarla 2350 dollar. 


63 
 
M. Ə. Rəsulzadə, 
S. Mdivani, 
M. Sunc" (62, v. l4, 15, 16, 17, 18, 19)." 
M.  Ə.  Rəsulzadənin  eyni  ünvana  göndərilən  digər  məktubunda  isə 
Azərbaycandakı situasiya ilə yanaĢı, "Yeni Qafqasiya" jurnalının nəĢri vacibliyi də 
vurğulanır: 
"Hörmətli dost! 
Mənim 
25.10.1927 
tarixli 
məktubuma 
cavab 
gözləməyərək, 
lütfkarlığınızdan  istifadə  edərək  Sizə  yazıram  ki,  bizim  tərəfimizdən  VarĢavaya 
nümayəndə  kimi  cənab  Mustafa  bəy  Vəkilli  təyin  edilib,  o,  bu  yaxınlarda  təyinat 
yerinə gedəcək, eyni zamanda Sizə bildirim ki, bu yaxınlarda Parisə Mill Mərkəzin 
üç  nəfərdən  ibarət  nümayəndə  heyəti  çıxacaq  və  öz  vəzifələrinin  yerinə 
yetirilməsinə baĢlayacaqlar. 
Fürsətdən  istifadə  edərək  aĢağıdakıları  da  qeyd  edim:  Azərbaycandan 
gələn məlumat böyük ruh yüksəkliyinin olduğunu təsdiq edir. BolĢeviklər arasında 
parçalanma  bizimkiləri  daha  da  ruhlandırır.  BolĢeviklərin  Fransa  ilə  mübarizəsi 
Azərbaycanda  spesifik  təzahürə  sahib  olmuĢdur.  Trotskinin  tərəfində  köhnə 
təmayülçülər  çıxıĢ  edirdi.  Onlar  arasında  sürgündən  təzəcə  qayıtmıĢ  Mahmud 
Xanbudağlı  seçilirdi.  O,  bir  vaxtlar  "nasionalist  meyl"inə  görə  Moskvaya 
çağırılmıĢdı. Mahmud Stalinin xəttini milli qırğın və mübarizə siyasəti kimi tənqid 
edirdi. Ona sona qədər danıĢmağa imkan vermirdilərsə, o, kursunu zorakılıq nidası 
ilə tərk edirdi.  Bakı qəzeti rus  köçmə kəndlərinin  yerli  müəssisələrdə türk dilində 
aparılan kargüzarlığından Ģikayətinin bir  neçə faktlarını qeyd edir, bu da bir neçə 
rus Ģovinisti üçün "yerli nasionalizm" haqqında danıĢmağa imkan verməyəcəkdir. 
Təəssüf  ki,  uzunmüddətli  mübarizə  və  ciddi  demarĢlardan  sonra  nəhayət 
ki,  bolĢevik  diplomatiyası  "Yeni  Qafqasiya"nın  müvəqqəti  bağlanmasına  nail 
oldular.  Lakin  bu  zaman  bu  hərəkətlərin  acığına  olduğu  kimi  bolĢevik 
təĢkilatlarının  böyük  bir  Ģəbəkəsi  aĢkarlanmıĢdı.  Yerli  mətbuat  qeyd  edir  ki,  bu 
geniĢlənmədə əhəmiyyətli rolu Kitayqorodskinin "Pravda" qəzetində yerləĢdirilmiĢ 
məqaləsi  oynamıĢdır.  Bu  məqalənin  tərcüməsi  "Yeni  Qafqasiya"  sayəsində  türk 
qəzetlərində  yerləĢdirilmiĢdir.  Biz  inanırıq  ki,  çox  tez  bir  zamanda  "Yeni 
Kavkazia"nın çapı bərpa olunacaq. 
Kommunistlərin  gələcək  proseslərinə  aid  xüsusi  kitabça  buraxmağı 
nəzərdə tuturuq. 
Kamali-ehtiramla M. Ə. Rəsulzadə 
K-m 29.11.1927" (62, v. 29-30) 
M.  Ə.  Rəsulzadənin  digər  bir  məktubunda  isə  "Yeni  Qafqasiya" 
jurnalının fəaliyyəti və Azərbaycandakı məlumatlar öz əksini tapmıĢdır: 


64 
 
"Sizin  bu  ilin  iyul  ayının  27-də  göndərdiyiniz  məktubunuzu  aldım. 
Dostsayağı  və  səmimi  sözlərə  görə  minnətdarlığımı  bildirmək  istərdim.  ġübhəsiz 
ki,  mənim  bütün  fəaliyyətim  QĠK-nin  nüfuzunun  artırılmasına  yönəldilmiĢdir. 
Tərəfimdən həyata keçirilən tədbirlərin spesifik xüsusiyyətlərinə baxmayaraq, mən 
artıq nəinki "Yeni Qafqaz" jurnalında bir sıra çağırıĢlar yerləĢdirmiĢəm, hətta iĢin 
müdafəsi üçün məqalələr də yazmıĢam. TəĢkilatlarımız yerlərdə bu barədə müvafiq 
məlumatlara sahib olmaqla, Qafqaz xalqlarının mübarizəsinin dəstəklənməsinə dair 
təlimatlara malikdirlər. 
Mustafa  bəy  VarĢava  təsuratları  barədə  artıq  bizə  yazmıĢdır.  Biz 
Azərbaycan  Milli  Mərkəzinin  nümayəndəsinə  göstərdiyimiz  səmimi  qarĢılama  və 
qonaqpərvərlik  barədə  yazmaqdan  fərəh  duyuruq.  Ġnanıram  ki,  bizim  tələbat  və 
ehtiyaclarımızı  nəzərə  alaraq  Siz  məktubda  açıqladığımız  yardımın  tezliklə 
göstərilməsi istiqamətində öz səylərinizi əsirgəməyəcəksiniz. 
Siz  "Prometey"in  rolu  və  əhəmiyyətini  olduqca  ətraflı  və  düzgün 
qiymətləndirmisiniz. Xüsusilə qeyd etmək istərdim ki, Bakı Ģəhərində nəĢr olunan 
qəzet,  jurnala  kifayət  qədər  maraq  və  diqqət  ayırır.  Qəzetdə  dərc  olunan 
məqalələrdə  həm  jurnal,  həm  də  "Paris"  jurnalının  ətrafında  cəmləĢən  qüvvələr 
barədə məlumatlar  verilir  və təhlil olunur.  "Prometey"  jurnalı  ilə  yanaĢı,  təzyiqlər 
həm də "Yeni Qafqaz" və "Azərbaycan jurnallarına göstərilir (fransız dilində dərc 
olunur,  "Müsavat  Partiyasının  orqanı).  Bu  baxımdan  qeyd  etməliyik  ki,  QĠK, 
Azərbaycan  Milli  Mərkəzinin  və  Müsavat  Partiyasının  MK-nın  çağırıĢları 
bolĢevikləri  artıq  dərəcədə  narahat  edir.  Yeri  gəlmiĢkən  qeyd  edim  ki,  bütün  bu 
çağırıĢlar  artıq  bütün  Azərbaycana  yayılmıĢ,  hətta  bütövlüklə  yeni  “Qafqaz" 
jurnalının nömrələrində əks etdirilmiĢdir. "Bakı" qəzeti ən görkəmli komissarların 
müxtəlif  siyasi  məqalələrini  mütəmadi  Ģəkildə  dərc  edir.  Xüsusi  məqalələrdə  bu 
çağırıĢlarla Azərbaycanın müxtəlif yerlərində müĢahidə olunan hərəkatlarla birbaĢa 
əlaqələrin  mövcudluğu  təhlil  olunur.  Bəzən  bu  hərəkətlər  partizan  çıxıĢları 
formasını əldə edir, yerlərdə geniĢ vüsət alır. 
Kəndlilər arasında çörəyi bazara çıxarmamaq, müharibə üçün ehtiyatların 
görülməsi mövzusunda geniĢ təbliğat iĢləri aparılır. 
ÇaxnaĢmaya düĢən hakimiyyət dairələri hədə-qorxu vasitələrinə əl atır, ən 
aktiv  silahdaĢlarımızı  həbs  və  sürgün  edir,  hətta  güllələyir.  Bu  yaxınlarda  4 
azərbaycanlı  zabit  güllələnmiĢdir,  onların  arasında  Cavad  Axundzadə  adlı  cavan 
zabit də olmuĢdur. 
QĠK-nin  nəzdində  informasiya  bürosu  yaradılmıĢdır.  Bu  yaxınlarda 
büronun birinci bülleteni iĢıq üzü görmüĢdür. 
 
Polkovnikə salamlarla,  
Hörmətlə  


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə