ƏlaqəLƏRİNDƏ M. Ə. RƏSulzadəNİn rolu



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə26/55
tarix20.08.2018
ölçüsü3,3 Mb.
#63691
1   ...   22   23   24   25   26   27   28   29   ...   55

67 
 
Onun  sözlərindən  bildim  ki,  Siz  artıq  burada  baĢ  vermiĢ  münaqiĢənin 
yoluna qoyulması haqqında bilirsiniz. TəĢkilat partiyanın bütün təbəqələrini qəbul 
etdi və bununla  təĢkilati  vahidliyin  pozulmazlığını  təsdiq etdi.  Bu  hadisə bir daha 
bizə göstərdi ki, bizim dostlarımız sürgünun ən pis vəziyyətlərində də iĢləyə bilirlər 
və  həqiqətən  bizim  üçün  əziz  olan  azadlıq  hərəkatının  maraqlarını  dəstəkləmək 
üçün yaralıdır. 
Öz  borcum  hesab  edirəm  ki,  orada  çox  hörmətli  pan  cənab  AlıĢevskinin 
rolunu  qeyd  etməliyəm,  o,  bir-iki  qəbula  iĢin  bütün  əhəmiyyətini  öyrənməyə 
çalıĢmıĢdır  və  iĢ  naminə  müvafiq  mövqe  sürməyə  çalıĢmıĢdır.  Bu  iĢə  heç  də  az 
olmayan enerji və zəhməti cənab Aktuani sərf etmiĢdir. 
Mühacirət  tarixində  adi  olan  bu  münaqiĢə  sonda  belə  bir  müsbət  nəticə 
vermiĢdir  ki,  təyin  olunmuĢ  nizamdan  kiçiçik  kənara  çəkilmə  baĢ  verməmiĢdir, 
bütün  orqanlara  və  partiya  üzvlərinə  tamamilə  etibar  göstərilmiĢdir  ki,  bu  da 
partiya  rəhbərliyinin  avtoritetinin  yüksəlməsinə  səbəb  olmuĢdur.  Bundan  əlavə 
qeyri  partiya  elementlərinin  bir  çoxu,  əsasən  də  gənclər  partiyaya  qarĢı  öz 
simpatiyasını aĢkar etmiĢdir. 
Ümid  edirəm  ki,  bütün  bunları  nəzərə  alaraq  və  bütün  maneələri  aĢaraq 
biz  günbəgün  deyil,  saatbasaat  inkiĢaf  edən  azadlıq-inqilab  qüvvələrinin 
güclənməsi yoluna qədəm qoya biləcəyik. Bu məqsədlə aktiv yoldaĢlarımızdan bir 
neçəsini lazımi təlimatda Ġrana, sərhədə göndərəcəyik. Həmçinin qərara alınmıĢdır 
ki,  Ġstambulda  yeni  yazıda  çapdan  əlavə,  paralel  olaraq  Berlində  köhnə  ərəb 
yazısında çap olunan digər bir orqan çıxsın, bu da təbii ki, böyük xərclər tələb edir. 
Pan  Qruts  həmçinin  qeyd  etdi  ki,  PolĢa  ordusuna  cəlb  olunmaq  üçün 
müraciət etmiĢ 8 Ģəxsə imtina edilib. Yəqin ki, bu bizimlə əlaqəli deyil, belə ki, biz 
8 yox, 2 nəfəri təklif etmiĢik. Biz öz ümidimizi itirmirik. Təfərrüatını Sizə Mustafa 
bəy danıĢacaq. 
Hörmət və ehtiramla, 
M. Ə. Rəsulzadə 
İstambul, 19.02.1929" (62,v.24-28). 
M.  Ə.  Rəsulzadənin  baĢçılıq  etdiyi  Azərbaycan  Milli  Mərkəzinin 
fəallarından olan Mustafa Vəkilli də səlahiyyətləri çərçivəsində PolĢa rəsmiləri ilə 
məktublaĢırdı: 
"Surəti 
Cənab Qolubkoya 
Cənab Qolubko! 
Yazıb  Sizə  bildiririk  ki,  "QĠK"-in  (Qafqaz  Ġstiqlal  Komitəsi  -  N.  Y.)  16 
avqust  1926-cı  il  iclasında  müvəqqəti  olaraq  komitənin  aĢağıdakı  aylıq  büdcəsi 
təsdiq olunmuĢdur: 
Komitənin 22 üzvünün sərəncamına 
-720 m.l. 


68 
 
Gözlənilməz xərclərə 
- 350 m.I. 
Yerli mətbuatda təbliğata 
- 180 m.l. 
Dəftərxana və poçt xərclərinə 
- 50 m.l. 
Cəmi: - 1300 m.l. 
Bu  kiçik  büdcənin  baxılması  zamanı  Sizə  aydın  olacaq  ki,  bizim 
sərəncamımızda  olan  məbbğin  hamısı  tələbatın  təmin  olunması  üçün  xərclənir, 
əlaqə və yerlərdə iĢ üçün heç bir Ģey qalmır. TəĢkilatların yeni iĢlərə cəlb edilməsi 
və onlarla arasıkəsilməyən müntəzəm əlaqələrin qurulması bizim komitəmizin əsas 
və  təxirəsalınmaz  iĢlərindəndir.  Məhz  bünun  üçün  biz  yenidən  Sizin  diqqətinizi 
iĢin  bu  ciddi  tərəfinə  yönəltmək  istəyirik  və  bizim  iĢimizdə  olan  bu  böyük  prob-
lemin aradan qaldırılmasında Sizdən ciddi səylər gözləyirik. 
Eyni  zamanda  Sizə  bildiririk  ki,  müvəqqəti  olaraq  Komitənin    iĢindən  
kənarlaĢdığıma    görə,      Komitə    bu    yaxınlarda  həmin  məsələni  araĢdırmaq  üçün 
komissiya  yaradacaq.  Sizdən  məlumatlar  olan  son  məsələ  üzrə  məlumat 
göndərməyinizi xahiĢ edirik. 
Səmimi salamla, 
M. Vəkilli" (62, v. 43-45). 
Mustafa  Vəkillinin  Xarici  ĠĢlər  Nazirliyinə  göndərdiyi  digər  məktubda 
isə Qafqaz Ġstiqlal Komitəsi və ona yaxın olacaq mətbuat orqanlarının yaradılması 
və nəĢri problemlərinə toxunulur: 
Cənab T. Qolubkoya 
"Cənab! 
Komitə ilə iĢ zamanı Sizinlə mütəmadi və ola bilər ki, müntəzəm əlaqəyə 
ehtiyac  hiss  olunur.  Əgər  son  zamanlar  bizim  tərəfimizdən  bəzi  susqunluq  hiss 
etmisinizsə, bu  Sizə 17  avqust tarixində ünvanladığımız  məktuba  cavabın gözlən-
məsi  ilə  əlaqəli  idi.  Lakin  Sizin  tərəfinizdən  qeyd  etdiyimiz  məktubun  alınması 
haqqında  heç  bir  məlumat  əldə  etmədiyimizə  görə  Sizə  onun  surətini  göndəririk. 
Fransız dilində jurnal haqqında Sizə aĢağıdakıları bildirməyi vacib sayırıq: özünün 
2  avqust  tarixli  iclasında  Komitə  bu  məsələni  hərtərəfli  müzakirə  edərək,  burada 
jurnalı  fransız  dilində  "Müstəqil  Qafqaz"  adı  ilə  dərc  etməyi  qərara  aldı  və  qeyd 
etdirildi ki, bu QĠK-in mətbu orqanı olacaqdır. 
Komitənin  fikrincə  həm  jurnalın  adı,  həm  də  onun  kim  tərəfindən  dərc 
olunmasının göstərilməsi Qafqaz xalqlarının bütün partiya və təĢkilatlarının ümumi 
düĢmənlə  mübarizə  üçün    birləĢdiyini  nümayiĢ  etdirməli  idi.  Bu  məqama  isə 
Komitə xüsusi əhəmiyyət verib və verəcəkdir. Bundan əlavə, qeyd olunan məqam 
QĠK-nə  birləĢmiĢ  təĢkilatların  bəyannamələrinin  əsasına  düĢmüĢ  müddəaların 
inkiĢafının  ən yaxĢı təsdiqi ola bilərdi. Nəzərə alaraq ki, buradakı hakimiyyətdən 
belə  bir  adda  jurnalın  buraxılmasına,  əsasən  də  QĠK-in  nəĢri  kimi  göstərilməsinə 
icazə almaq hazırda məlum səbəblərə görə, demək olar ki, mümkünsüz olduğundan 


69 
 
jurnalın  ilk  nömrəsinin  çapını  Paris  Ģəhərində  həyata  keçirmək  qərara  alındı  və 
həmçinin  ümid edirik  ki, o zamana qədər bəlkə biz burada  da  icazə ala  biləcəyik. 
Özü də bu ilk nömrənin çapı və redaktə olunması, Komitənin qərarına əsasən, onun 
-Komitənin əlində olmalı  idi. Bütün bu planlar  və qərarlar haqqında Komitə Paris 
təĢkilatını buradan çıxıb getmiĢ Komitə üzvü N. R. Vasitəsi ilə məlumatlandırırdı. 
Bu  vaxt  ərzində  Komitə  burada  adı  çəkilən  jurnalın  dərc  olunması  üçün 
bir sıra addımlar atmıĢdır. 
Lakin yaxınlarda Parisdən "N. R."-dən daxil olan məktubdan təəssüf hissi 
ilə  öyrəndim  ki,  jurnala  dair  belə  qərara  gəlinib  ki,  jurnal  daima  Parisdə  dərc 
edilsin Onun adını isə baĢqa cür qoyublar ki, rəhbərliyi Parisə keçir və s. O hələ də 
Komitənin Sizin fıkirlərinizlə üst-üstə düĢən qərarlarının bu qədər tez dəyiĢməsinin 
səbəb  və  Ģəraitini  bilmir.  Lakin  Komitə  həmçinin  hesab  edir  ki,  bu  cür  antik  ada 
malik "Prometey" jurnalını burada dərc etmək olardı. 
Hər Ģeyə rəğmən Komitə özünün ilk sayının çıxmasının qarĢısını almamaq 
məqsədi  ilə  bir  nömrə  üçün  ümumi  məbləği  olan  445  Türkiyə  lirəsini  və  jurnalın 
bu sayı üçün nəzərdə tutulmuĢ materialları Parisə göndərmiĢdir. Buna baxmayaraq, 
Komitə  belə  inamdadır  ki,  onun  jurnal  haqqında  ilkin  qərarları  məqsədyönlü  və 
düzgündür və bu haqda Parisə xəbər vermiĢdir. 
Öz  ideyalarının  Türkiyənin  ictimai-siyasi  dairələrində  təbliğinə  böyük 
önəm verən Komitə bu istiqamətdə bir neçə iĢlər həyata keçirmiĢdir. Bu məqsədlə 
Qafqaz  məsələsinə  və  Qafqazla  Türkiyə  arasında  əlaqələrə  həsr  olunmuĢ  türk 
dilində kitabçanın çapı nəzərdə tutulmuĢdur. 
Məscidlərdə  iĢin  gediĢi  haqqında  məsələyə  gəldikdə  isə,  yalnız  onu  deyə 
bilərəm ki, burada alınan məlumatlar təĢkilatın güclənməsinin vacibliyi və imkanın 
olması haqqında xəbər verir. 
Səmimi dostluq salamı ilə, 
Sədrlik edən M. Vəkilli 
Noyabr, 1926-cı il" (62,v.48-52). 
 
Qeyd  edək  ki,  dövrün  hadisələrini  və  Azərbaycanın  müstəqilliyi  uğrunda 
mühacirlərimizin  apardığı  mübarizənin  ağır  məqamlarının  öyrənilməsində  bu 
məktubların böyük əhəmiyyəti vardır. 
 
 
 
 


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə