ƏlaqəLƏRİNDƏ M. Ə. RƏSulzadəNİn rolu



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə30/55
tarix20.08.2018
ölçüsü3,3 Mb.
#63691
1   ...   26   27   28   29   30   31   32   33   ...   55

76 
 
nümayəndəsi;  3)  ġimali  Qafqaz  adına:  ġimali  Qafqaz  Cümhuriyyətinin  keçmiĢ 
dövlət adamları -Məhəmməd Girey Sunc, Ġbrahim Çulik, Tausultan ġakman. 
       Təmsilçilər imzaladıqları Qafqaz Konfederasiyası saziĢinin aĢağıdakı 
əsaslardan ibarət olduğunu bildirmiĢlər: 
1.
 
Qafqaz  Konfederasyonu,  daxildə  bir  Cümhuriyyətin  milli 
xarakter  və  tamamiyyəti  mülkiyəsini  təmin  edərək,  xaricdə  bütün  Cümhuriyyətlər 
adına  yüksək  dərəcəli  beynəlmiləl  bir  vəhdət  kimi  hərəkət  edəcəkdir. 
Konfederasiyanın müĢtərək bir siyasi və gömrük hüdudu olacaqdır. 
2.
 
Konfederasiyaya  daxil  olan  Cümhuriyyətlərin  xarici  siyasəti 
konfederasiyanın səlahiyyətli nümayəndələri tərəfindən idarə ediləcəkdir. 
3.
 
Konfederasiya  hüdudlarının  mühafizəsi,  konfederasiyaya  daxil 
olan Cümhuriyyətlərin ordularından mütəĢəkkil qüvvələr, Konfederasiya ordusuna 
veriləcək  və  bu  ordu  Konfederasyonun  əsas  nümunələrinə  tabe  tək  bir  komanda 
altında olacaqdır. 
4.
 
Konfederasiyaya daxil olan Cümhuriyyətlər arasında çıxa biləcək 
və  bilavasitə  müzakirə  ilə  həll  edilməyəcək  hər  türlü  ixtilaflar  icbari  orbitə  və 
yaxud  konfederasiya  yüksək  məhkəməsinə  verilərək  həll  ediləcəkdir. 
Konfederasiyaya  daxil  olan  Cümhuriyyətlər  bunların  bütün  qərarlarını  tamamən 
qəbul edir və icra etməyə məcburdurlar. 
5.  Ekspertlər  komissiyası  yuxarıdakı  əsaslardan  hərəkətə  bu  yaxında 
Qafqaz Konfederasiya Ana Yasasının layihəsini hazırlamaqla məĢğul olacaqlar. Bu 
layihə  hər  Cümhuriyyətin  toplanacaq  ilk  məclisi  -  müəssisan  fəaliyyəti  üçün  bir 
əsas olacaqdır. 
6."Qafqaz  Konfederasiyası  saziĢində  Ermənistan  Cümhuriyyəti  üçün  də 
yer buraxılmıĢdır". (68,v.l65-178;182-192).  
SaziĢin  ümumi  müddəalarından  göründüyü  kimi,  bu  milli  mübarizə 
liderləri  bir  həqiqəti  yəqinləĢdirmiĢdilər  ki,  yalnız  ölkələrinin    azadlıq  və  tam 
istiqlala      qovuĢacağı    təqdirdə  millətlərin  xoĢbəxt  həyatı  mümkündür.  Aydın 
olurdu  ki,  bu  xalqların  bir-birinə    inam   birliyindən    siyasi  və  iqtisadi  vəhdətin 
olacağı  mümkündür.  Konfederasiyaya  daxil  olan  hər  bir  Cümhuriyyətin  dövlət 
hüdudularının  qorunması  da  önəmli  bir  hadisə  idi.  Bu  tarixi  hadisədən  məmnun 
qalan  M.  Ə.  Rəsulzadə  həmin  ilin  noyabrında  dünyasını  dəyiĢən  Ə.  M. 
TopçubaĢovun dəfn mərasimində demiĢdi: "Xəstəliyin, qocalığın və mühacirətdəki 
yoxsulluğun  zəif  saldığı  həyatının  son  günlərində  imzaladığı  Qafqasya 
Konfederasyonu  Musaqinin  elanından  Əlimərdan  bəy  son  dərəcə  məmnun  idi" 
(162). 
 
 
 


77 
 
VI FƏSİL 
 
Polşa ordusundakı azərbaycanlılar. 
Azərbaycanlı zabitlərin müqavilə 
əsasında Polşa ordusunda 
xidmət göstərməsi 
 
Qeyd  edək  ki,  marĢal  Pilsudski  Qafqazdan  olan  hərbçilərlə  əlaqələri 
möhkəmləndirməyə xüsusi diqqət yetirirdi. Bundan ötrü o, bolĢevik iĢğalına məruz 
qalmıĢ Qafqazın hərbçilərini müqavilə əsasında PolĢa ordusuna qəbul edirdi. Ġlkin 
olaraq  bu  zabitlərin  müəyyən  hərbi  təhsilinə  Ģərait  yaradılırdı.  Sonradan  isə 
mövcud müqavilə Ģərtləri əsasında mühacir zabitlərin fəaliyyətləri təmin olunurdu. 
Ġlk  dəfə  olaraq  1921-ci  ildə  Türkiyənin  Ġstanbul  Ģəhərində  PolĢanın  bu  ölkədəki 
hərbi attaĢesi pan Balitski gürcülərlə hərbi və siyasi əməkdaĢlığı müzakirə etdi. 
General  Zaxaradze  ilə  müzakirədən  sonra  10-na  qədər  gürcü  zabiti 
müqavilə  əsasında  VarĢavaya  oxumağa  göndərildi.  1922-ci  ildə  PolĢa  Hərbi 
Qüvvələrində olan müqaviləli zabitlərin sayı 42 nəfər idi. 
1923-1924-cü  illərdən  baĢlayaraq  azərbaycanlı  zabitlər  də  müqavilə 
əsasında PolĢa ordusunda xidmətə baĢladılar. Ġlk olaraq 5 azərbaycanlı zabit PolĢa 
ordusuna qəbul edildi. 
Ermənilər  isə  polyakların  təklifini  qəbul  etməyib,  siyasi  əlaqələr 
qurmaqdan  da  çəkindilər.  Çünki  ermənilər  əsasən  Türkiyəni  düĢmən  olaraq 
düĢünürdülər və onlara rus ruhu hakim kəsilmiĢdi. 
PolĢa  tədqiqatçısı  Pyotr  Staveçskinin  də  araĢdırmalarında  PolĢa 
ordusundakı  qafqazlı,  o  cümlədən,  azərbaycanlı  zabitlər  haqqında  məlumatlar 
vardır (88, s. 45). 
Staveçski  göstərir  ki,  Ali  hərbi  məktəbə  müxtəlif  hərbi  peĢələrin  sahibi 
olan  zabitlərdən  baĢqa  praktikantlar  da  qəbul  edilib.  Onların  arasında  üç  qrupu 
ayırmaq  olar.  Birinci  qrupa  sağlamlıq  və  silahlanma  iĢinə  baxan  zabitlər  aiddir. 
Onlar məktəbdə imtahan verməmiĢ, onların nə diplomları, nə rütbələri mövcuddur. 
Onlar öz idarələrində iĢə  yollanıblar. Zabit-həkimlər isə II kursa qəbul olunublar. 
1939-cu ilə qədər məktəbi 24 nəfər qurtarıb, silahlanmaya baxan zabitlər isə tədrisə 
1934-cü ildə baĢlayıblar. Təcrübə keçənlərin ikinci qrupunu prometey xalqlarının 
zabitləri  təĢkil  edib.  Bunlar  Gürcüstanın,  Azərbaycanın,  Qafqaz  xalqlarının 
vətəndaĢlarıdırlar  ki,  tale  onları  PolĢaya  gətirib  çıxartmıĢdı  və  burada  onlar  öz 
daimi  yaĢayıĢ  yerlərini  tapmıĢlar.  Gürcülər  Pilsudskinin  –  dövlətin  baĢçısının 
təklifı  ilə  PolĢaya  gəldilər.  Polyak  ordusuna  onlar  müqavilə  zabitləri  kimi  qəbul 
olunmuĢlar.  1934-cü  ildə  polyak  ordusunda  100  nəfər  müqaviləli  zabit  var  idi. 


78 
 
Onların  ən  böyük  hissəsini  gürcülər  təĢkil  edirdilər  (54),  sonra  ukraynalılar  (33), 
daha sonra qafqaz dağlıları (8) və azərbaycanlılar (5). Təbii ki, onların hamısı Ali 
Hərbi məktəbin dinləyicisi olmayıblar. Ġlk dörd gürcü zabitini məktəbə 1923-1924-
cü illərdə  qəbul etmiĢlər. Həmin illərdə  onlar Polyak zabitləri kimi bütün  Ģərtləri 
yerinə  yetirməli  və  polyak  zabitlərindən  fərqli  olaraq  imtiyazları  qəbul 
imtahanlarını və  kurs imtahanlarını verməməkdən ibarət idi. 1938-ci ib qədər Ali 
Hərbi Məktəbi 14 gürcü, 7 ukraynalı (keçmiĢ ataman Semyon Petluea ordusundan), 
2  azərbaycanlı  və  1  qafqaz  dağlısı      tamamlamıĢlar.      Tədqiqatçı      Yulian   
Bugayski      qeyd  edirdi  ki,  Prometey  millətlərinin  müqaviləli  zabitlərinin  polĢa
 
məktəbini   bitirənlərin   faizi   bütün  polyak  ordusunun  orta hesabından üstündür 
və  25%  təĢkil  edirdi.  Tədqiqatlar  müqavilə  zabitlərinin  taleləri  haqqında  xoĢ 
danıĢmağa  imkan  vermir.  Yalnız  onu  qeyd  etmək  lazımdır  ki,  1923-cü  ildə 
təkmilləĢdirmə    kurslarına   qəbul    olunmuĢ    general    Aleksandr Zaxariadze,  
sonradan  komendant  müavini  vəzifəsinə  təyin  edilmiĢdir.  Bu  ona  hərbi  sənətin 
əsaslarını  bütün  geniĢliyi  ilə  tanıĢ  olmaq  imkanı  yaratdı.  Onun  da  taleyi  bir  çox 
müqavilə zabitlərinin taleyi  kimi  faciəli  olmuĢdur.   1939-cu  ildə o, Gürcüstanın  
keçmiĢ  Hərbi   Naziri   olduğuna  görə  sovetlər tərəfindən həbs olunmuĢ və 1940-
cı  ildə  "NKVD"  tərəfindən  məhv  edilmiĢdi.  Qeyd  etmək  lazımdır  ki,  2  süvari 
diviziyanın  qərargah      zabiti      olmuĢ      rotmistr      ZalikaĢvilinin      oğlu      Jon 
ZalikaĢvili      1993-1997-ci  illərdə  ABġ-ın  Hərb  qüvvələrinin  BaĢ  qərargahının 
rəhbəri  olmuĢdur.  1936-1938-ci  ilin  məzunu  olan  Pavel  ġandruk  isə  1944-cü  ildə 
Vaffen SS "Galiren" diviziyasına baĢçılıq edirdi. 
Müqavilə zabitlərinin üçüncü qrupunu isə xarici ordunun zabitləri təĢkil 
edirdi.  Onların  arasında  üç  eston,  iki  latıĢ,  bir  yapon  və  bir  fransız  vardı. 
Xaricilərin kurslara qəbul olunması Ali Hərbi Məktəbin səlahiyyətində deyildi. Bu 
məsələ  PolĢa  hökumətinin  siyasi  əlaqələri  ilə  bağlı  idi.  Qeyd  etmək  lazımdır  ki, 
müqavilə zabitləri nəzəri və taktik məĢqlərin hamısında iĢtirak edirdilər. Onlardan 
gizli saxlanılan yalnız II BaĢ qərargahın fəaliyyəti, səfərbərlik planları və ordunun 
inkiĢaf konsepsiyaları idi. 
Qeyd  edək  ki,  Qafqazdan  olan  müqaviləli  zabitlərin  vəziyyəti  ilə  isə 
MarĢal Pilsudski birbaĢa özü məĢğul olur, onlan ciddi diqqətdə saxlayırdı: 
Azərbaycanın  görkəmli  dövlət  xadimi  M.  Ə.  Rəsulzadənin  MarĢal 
Pilsudski  ilə  məktublaĢmasında  da  bu  problemə  ciddi  toxunulurdu.  M.  Ə. 
Rəsulzadə  1923-cü  ilin  martin  31-də  İstanbulddan  Varşavaya  fransız  dilində 
göndərdiyi  məktubda  yazırdı:  "Zati-aliləri  Marşal  Pilsudski,  Polşa  Ali  Baş 
Komandanı, cənab Marşal! 
1920-ci  ilin  aprel  ayında  sovet  ordusu  tərəfindən  Azərbaycanın  iĢğal 
edilməsindən  və  milli  hökumətin  hakimiyyətdən  uzaqlaĢdırılmasından  sonra 
Azərbaycan ordusunun intizamlı zabitlərinin böyük bir hissəsi qırmızı qəsbkarların 


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə