ƏlaqəLƏRİNDƏ M. Ə. RƏSulzadəNİn rolu



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə38/55
tarix20.08.2018
ölçüsü3,3 Mb.
#63691
1   ...   34   35   36   37   38   39   40   41   ...   55

96 
 
Müsavatçılıq, Milli Birlik və Təsanüdü əsas olaraq alır və hər türlü sinif və zümrə 
hakimiyyətini rədd edir". (48, s. 208). 
Azərbaycan  vətəndaĢlarına  müraciətlə  qəbul  edilən  bəyannamədə  partiya 
konfransının keçirildiyi bildirilir, razılaĢdırılan qərarlardan danıĢılırdı. Göstərilirdi 
ki,  məhz  müsavatçılıq  ideallarına  bağlılığından  xalqımız  Qızıl  rus  əsarətinə  qarĢı 
amansız savaĢlar aparır. Azərbaycan vətənsevərliyinin göstərdiyi Ģanlı müqavimət 
düĢməni  daima  qorxuda  saxlamaqdadır.  Bəyannamənin  sonunda  yazılırdı:  "Milli 
QurtuluĢ  yolunu  bizdən  əvvəl  gedən  müvəffəqiyyətli  millətlərin  tarixindən 
alacağımız  çox  dəyərli  bir  dərs  vardır:  Vətən  xilasına  aid  müəyyən  ideoloji 
müəyyən  təĢkilat  ətrafında  birləĢmiĢ,  biri-birinə  candan  bağlı  idealist,  fədakar 
əzmli  mücadilə  zümrəsinə  malik  hərəkatlardır  ki,  müvəffəq  olmuĢlar,  ideallarına 
çatmıĢlar. 
VətəndaĢlar!  Sizi  böylə  əzm  və  iman  sahibi  bir  zümrə  halında  yürüyən 
Ġstiqlal Mücadiləsinə candan qoĢulmağa çağırırız!" (48, s. 208). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


97 
 
IX FƏSİL 
 
M. Ə. Rəsulzadənin Polşada 
nəşr edilən kitabları 
 
Azərbaycan  Milli  QurtuluĢ  Hərəkatının  tanınmıĢ  ideoloqu  M.  Ə. 
Rəsulzadə  istər  Türkiyədə,  istərsə  də  Avropa  ölkələrində  Milli  Ġstiqlal 
mübarizəmizin  tarixi-ideoloji  əsaslarını  təĢkil  edən  çoxlu  sayda  kitablar  yazmıĢ, 
nəĢr  etdirmiĢdi.  M.  Ə.  Rəsulzadənin  Almaniyada,  Fransada,  PolĢada  çap  olunan 
əsərləri ictimaiyyət tərəfindən böyük maraqla qarĢılanırdı. 
Qeyd  edək  ki,  M.  Ə.  Rəsulzadənin  mühacirətdə  nəĢr  etdiyi  ilk  kitab 
"Azərbaycan  Cümhuriyyəti.  Keyfiyyəti  təĢəkkülü  və  Ģimdiki  vəziyyəti"  adlanırdı 
(146).  1922-ci  ildə  Ġstanbulda  əski  ərəb  əlifbası  ilə  çap  olunan  bu  kitab  Türkiyə 
ictimaiyyətinin  böyük  marağına  səbəb  olmuĢdu.  Təsadüfı  deyildi  ki,  1923-cü  ildə 
Ġzmirdə  keçirilən  kitab  sərgisində  həmin  əsər  Atatürk  mükafatına  layiq 
görülmüĢdü. M. Ə. Rəsulzadə sonradan Türkiyədə aĢağıdakı kitablarını yazıb çap 
etdirmiĢdi:  1)  "Əsrimizin  SiyavuĢu"  (Ġstanbul,  1923);  2)  "istiqlal  məfkurəsi  və 
gənclik" (Ġstanbul, 1924); 3) Rusiyada siyasi vəziyyət (Ġstanbul, 1924); 4) "Ġxtilalçı 
sosializmin  iflası  və  demokrasinin  gələcəyi"  (Ġstanbul,  1928);  5)  "Milliyyət  və 
bolĢevizm" (Ġstanbul, 1928); 6) Milliyyət və bolĢevizm" (Ġstanbul, 1930, farsca). 
M.  Ə.  Rəsulzadənin  sayca  yeddinci,  Avropada  isə  nəĢr  edilən  birinci 
kitabı belə adlanırdı: "Panturanizm və Qafqasya problemi". Bu kitab 1930-cu ildə 
PolĢanın  VarĢava  Ģəhərində  rus  dilində  çap  edilmiĢdi.  (Qeyd  edək  ki,  bu  kitab 
"Panturanizm  haqqında"  adı  ilə  Parisdə  də  rus  dilində  nəĢr  edilmiĢdi  -  N.Y.). 
Kitaba  giriĢ  sözünü  gürcülərin  tanınmıĢ  lideri  Noy  Jordaniya  yazmıĢdı.  Kitab 
həmin  dövr  üçün  olduqca  aktual  bir  problemə  həsr  edilmiĢdi:  Qafqaz  Birliyini 
pozmağa çalıĢanlara ciddi və elmi-tarixi, ideoloji, konseptual cavab! 
Məlum  olduğu  kimi,  həmin  illərdə  Qafqaz  qurtuluĢ  hərəkatını  və  Qafqaz 
Birliyini  pozmağa  çalıĢan  qüvvələr  vardı.  Bu  qüvvələr  çar  "üsul-idarəsi"nin  və 
jandarm  qaydalarının  köhnəlmiĢ  üsullarından  istifadə  etməyə  çalıĢırdılar.  Bu 
"pozğunçular"  keçmiĢin  qaranlıqlarından  "türk  iĢğalı"  tendensiyasını  əsas 
götürərək, Qafqazın müsəlman və xristian əhalisi arasındakı ziddiyyəti qabartmaq, 
öldürücü Ģübhə toxumu səpməklə, keçmiĢ illərin təcrübəsini təkrar etmək, Rusiya 
hakimiyyətini Qafqazda yenidən yerləĢdirmək iĢini asanlaĢdırmaq istəyirdilər. 
Lakin  “pozğunçular"ın  bu  cəhdi  uğursuzluğa  düçar  oldu.  Qafqazlıları 
ayırmaq  istəyənlərin  süni  niyyətlərini  M.  Ə.  Rəsulzadə  1930-cu  ildə  VarĢavada 
nəĢr  edilən  "Panturanizm  və  Qafqasya  problemi"  əsərində  ifĢa  etdi.  Onların  saxta 
tarixi  faktlar  əsasındakı  məntiqi  M.  Ə.  Rəsulzadə  tərəfindən  dağıdıldı.  Maraqlıdır 


98 
 
ki,  M.  Ə. Rəsulzadənin bu kitabına  milliyyətcə  gürcü olan, gürcülərin lideri Noy 
Jordaniyanın  giriĢ  sözü  yazması  da  böyük  əhəmiyyət  daĢıyırdı.  Bu  fakt  bir  daha 
müsbət  birlik  siyasətini  reallaĢdırmağa  çalıĢan  Qafqaz  milli  Qüvvələrinin 
sarsılmazlığının  təxribata  uymadığını  təsdiqləyirdi.  Oxucular  kitabda  verilən 
aĢağıdakı  fikrin  doğruluğuna  bir  daha  inanırdı  ki:  "Türkçülük  bu  günkü 
vəziyyətində  Qafqaz  üçün  heç  bir  təhlükə  yaratmır,  əksinə,  türkçülük  rus 
imperializminə qarĢı bir ideya olması etibarı ilə Qafqazın müttəfiqidir" (209, c. 3). 
1938-ci  ildə  PolĢanın  VarĢava  Ģəhərində  Azərbaycan  Milli  NəĢriyyatı 
tərəfindən  M.  Ə.  Rəsulzadənin  "Azərbaycan  müstəqillik  uğrunda  mübarizədə" 
kitabı nəĢr edildi. 180 səhifədən, iki hissədən ibarət olan bu kitabda Azərbaycanla 
bağlı çoxlu fotolar da yerləĢdirilmiĢdi. 
Kitabın  titul  vərəqində  PolĢa  xalqının  qəhrəman  oğlu  marĢal  Jozef 
Pilsudskinin  bu  sözləri  verilmiĢdir:  "Məğlub  olsan  da,  təslim  olmamaq  -  bu 
qələbədir!"  Elə  həmin  titul  vərəqində  istiqlal  Ģairimiz  Gültəkinin  YanuĢ 
Kavetskinin tərcüməsində bir Ģer parçası verilmiĢdi: 
 
Üsyankarlıq qanı damarlarımda axır,  
Məni doğan Ģanlı Azərbaycandır.  
Mən köməksiz tənha deyiləm,  
Həqiqət adına bütün dünya mənimlədir... 
 
Kitabın  əvvəlində  Azərbaycan  Milli  NəĢriyyatı  adından  aĢağıdakı  fikir 
oxuculara çatdırılır: "Bizə dost olan PolĢa ictimaiyyətini Azərbaycan problemi ilə 
hərtərəfli  tanıĢ  etmək  üçün  nüfuzlu  bir  Ģəxs  olan,  Azərbaycan  azadlıq  hərəkatının 
lideri Məhəmməd bəy Rəsulzadə tərəfindən yazılmıĢ bu kitabı nəĢr etmək qərarına 
gəldik. Kitabın giriĢ sözünü senator Stanislav Sedlilski yazmıĢdır. 
Biz  bu kitabı çoxlu illüstrasiyalarla  nəĢr etmək qərarına  gəlmiĢdik, lakin 
azərbaycanlıların yaĢadığı ağır mühacirət Ģərtləri bu istəyimizi tam reallaĢdırmağa 
imkan vermədi. Odur ki, bəzi çatıĢmamazlıqlara görə oxuculardan üzr istəyirik. 
Öz  gücümüz  və  imkanlarımız  daxilində  biz  PolĢa  oxucusuna  ölkəmizin 
həyatı və onun apardığı milli müstəqillik mübarizəsi haqqında həqiqi və aydın bir 
mənzərəni çatdırmağa çalıĢdıq. 
Ġnanırıq  ki,  dünyanın  milli  azadlıq  mübarizəsinin,  xüsusən  Prometey 
hərəkatının tərkib hissəsi olan bizim problemimiz PolĢa oxucuları tərəfindən aydın 
baĢa düĢüləcəkdir. 
XoĢbəxt  olarıq  ki,  bu  kitabımız  PolĢa  oxucularında  apardığımız 
mübarizənin məqsədlərinə maraq yaratsın. 
NəĢriyyat  əvvəlcədən  bütün  dostlara  bu  kitabın  və  kitabdakı  ideyaların 
yayılmasındakı müxtəlif köməklərinə görə təĢəkkür edir" (84, s. 3). 


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə