ƏlaqəLƏRİNDƏ M. Ə. RƏSulzadəNİn rolu



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə41/55
tarix20.08.2018
ölçüsü3,3 Mb.
#63691
1   ...   37   38   39   40   41   42   43   44   ...   55

103 
 
X FƏSİL 
 
M. Ə. Rəsulzadənin Polşa ilə 
bağlı yazılarınıın təhlili 
 
Azərbaycanın  tanınmıĢ dövlət xadimi M. Ə. Rəsulzadə PolĢa dövlətinə və 
polyak xalqına, onun mədəniyyətinə, tarixinə, qəhrəman övladlarının fədakarlığına, 
milli azadlığı uğrunda apardığı mübarizəyə böyük sayğı ilə yanaĢmıĢdır. Bu səmimi 
münasibət onun PolĢada nəĢr edilən kitablarında, müxtəlif qəzet və jurnallarda nəĢr 
etdiyi məqalələrində parlaq əksini tapmıĢdır. 
M.    Ə.  Rəsulzadənin  PolĢa  ilə  bağlı  məqalələrindən  biri  1933-cü  il  ilin 
noyabrın  20-də  Berlində  nəĢr  edilən  "Ġstiqlal"  qəzetinin  46-cı  sayında  çap 
olunmuĢdur (158). Özünün BaĢ redaktoru olduğu bu qəzetdəki məqaləsində M. Ə. 
Rəsulzadə  həm  Çexoslovakiyanın,  həm  də  PolĢanın  milli  bayramlarının 
əhəmiyyətini  açıqlayır.  Məqalənin  PolĢaya  aid  olan  hissəsində  o,    bu    ölkənin  
tarixinin  ümumi  xülasəsini  verir,  üç  dəfə bölünməsindən danıĢır, PolĢa xalqının 
apardığı azadlıq mübarizəsini, polyak vətənpərvərlərin qəhrəmanlığını xüsusi qeyd 
edir. Müəllif  yazır: "Heç bir xalqda  polyaklardakı kimi  üsyan ruhu   olmamıĢdır.    
1794-cü      il      üsyanının      qəhrəmanı      olan  KostyuĢkonun  adı  PolĢada 
müqəddəslərin  adı  ilə  birgə  çəkilir.  Onun      mövqeyi,        Krakovda      Babel    
qapılarında      dahiyanə  dayanması      PolĢa      krallarının      mövqeyi      ilə            də 
müqayisə  edilməz.  PolĢanın  istedadlı  rəssamlarının  yaratdığı  -  Raqlavski    altında  
gedən    qəhrəmanlıq    mübarizəsinin    təəssüratını  doğuran      "Lvov      panoraması"   
isə      həqiqətən      hansı      millətə  mənsubluğundan  asılı  olmadan,  bütün  dünya 
patriotları  üçün  nümunə  sayıla  bilər"  (158;  59,  v.  15-16).  Müəllif  göstərir  ki, 
KostyuĢkonun  qəhrəmanlıq  nümunəsi  sonradan  da  təkrarlanmıĢdır.  Məqalədə 
yazılır:  "Və  hər  dəfə  kəskin  PolĢa  üsyanları  polĢanın  amansız  qatili  olan  Rusiyaya 
qarĢı  yönəlmiĢdir.  General  Bern  (Muray  PaĢa),  K.  Vojçeski  (Mustafa  Cəlaləddin 
PaĢa) və PolĢa mühacirləri bu üsyanların qəhrəmanları olmuĢdular. TanınmıĢ PolĢa 
Ģairi - vətənpərvər Mitskeviçin bioqrafiyası hamımıza məlumdur" (158). 
Müəllif  göstərir  ki,  bu  üsyanlar  uğurla  baĢa  çatmasa  da,  tam  pessimist 
əhval yaratmadı. Və son hadisələrin təsvirini verən M. Ə. Rəsulzadə aĢağıdakıları 
qeyd edir: "Lakin müasir PolĢanın Ģanlı oğlu Y. Pilsudski yenidən bu mübarizəni 
KostyuĢkonun yoluna  yönəltdi. O, baĢa düĢürdü ki, PolĢa xalqının azad olunması 
xalqın kütləvi çıxıĢlarından baĢlayır və odur ki, deyirdi: "azadlıq yalvarmaqla yox, 
qan  bahasına  baĢa  gəlir,  xalq  buna  hazır  olmalıdır”.  Onun  15  il  əvvəl  Krakovda 
təĢkil  etdiyi  legionlar,  hazırda  güclü  PolĢa  ordusuna  çevrilib  və  bu  legionların 
komandiri  olan  Pilsudski  bu  yaxınlarda  həmin  Krakovda  bütün  dünyanı 


104 
 
heyrətləndirən 10 min nəfərlik PolĢa süvarilərinin təntənəli nümayiĢini qəbul etdi" 
(158). 
Sonra  müəllif  çexlərlə  polyakların  milli  hərəkatlarını  müqayisə  edir, 
onların taktiki fərqlərini göstərir və yazır: "Bir zamanlar çex vətənpərvərləri yalnız 
mədəni  iĢlərlə  məhdudlaĢıb,  gözləmək  taktikası  əsasında  təbliğati-diplomatik 
mübarizəyə  üstünlük  verirdilərsə, lakin polyaklar,  əksinə, qanlı  mübarizə  yolu ilə 
getdilər.  Hətta  dirçəliĢlərinin  o  biri  günü  də  tale  PolĢanı  mübarizə  meydanında 
sınadı. DüĢmən isə yeni görkəmdə olan həminki rus imperializmi idi. 1920-ci ildə 
bolĢeviklər VarĢavanı təhlükə altına aldılar. PolĢa xalqı Visla üzərindəki    qələbəsi    
ilə   baĢda    öz    qəhrəmanı    olmaqlaKostyuĢkonun Ģanlı əməlini baĢa çatdırıb yalnız 
özünü deyil eləcə də bütün Avropa sivilizasiyasını azad etdi" (158). 
Sonra müəllif aĢağıdakı məqamları vurğulayır: "PolĢanın tarixi faciəsi onunla 
yekunlaĢırdı  ki,  o,  güclü  hakimiyyət  yarada bilmirdi. Pilsudskinin öz vətəni qarĢısında 
baĢlıca xidməti odur ki, o, dövlət hakimiyyətinin nüfuzunu təmin etdi. Müasir PolĢanın 
yüksək beynəlxalq nüfuzu yalnız onun hərbi gücü ilə deyil, eyni zamanda ictimai-siyasi 
stabilliyi ilə təmin edilmiĢdir"(158). 
M.  Ə.  Rəsulzadə  bu  məqaləsində  PolĢanın  müsəlman-türk  dünyası  ilə 
əlaqələrinə  də  toxunur.  Bu  münasibətlə  yazır:  "PolĢada  türk  və  müsəlmanlara 
bağlılıqda  dərin  bir  əlaqə  var.  Polyaklar  heç  zaman  unutmurlar  ki,  onların 
parçalanmasına  qarĢı  çıxan  yeganə  güc  dövləti  Türkiyə  olub.  Ġstanbul  sarayının 
ənənəsinə görə, bütün təntənəli qəbullara, digər diplomatik korpusun nümayəndələri ilə 
yanaĢı, PolĢa təmsilçisini də çağırırdılar. Bu hadisəni isə bütün polyaklar bilir və bu 
haqda həmiĢə böyük həyəcanla danıĢırlar. 
PolĢa  patriotları  Qafqaz  xalqlarının  azadlıq  mübarizəsi  ilə,  xüsusən  böyük 
Ġmam ġamilin savaĢı ilə maraqlanıblar. PolĢanın Kazan və Krım xanları ilə Rusiyaya qarĢı 
müttəfiqlik münasibəti də tarixdə yer tutur. 
150    ildən  çoxdur  ki,  PolĢanın  maraqları  türk-müsəlman  dünyasının 
maraqları  ilə  üst-üstə  düĢür;  onların  hər  ikisi  rus  imperializmindən  əziyyət 
çəkmiĢlər  və  özlərinin  azad  yaĢamaq hüquqularını müdafiə  üçün ona qarĢı mübarizə 
aparıblar (158). 
M, Ə. Rəsulzadə məqaləsini belə yekunlaĢdırır: "Bundan baĢqa PolĢanın milli 
müstəqillik bayramı çexlər kimi biz azərbaycanlılar  üçün də  ona  görə  qiymətlidir  ki, 
bu bir daha milli prinsipin doğruluğunu və xalqların müstəqil yaĢamaq hüququnun 
reallığını sübut edir. 
Əgər  bütün  milli  xüsusiyyətlərini  itirmək  həddində  olan  Çexiya  və  onun 
ziyalısı  və  Ģəhərlisi,  kəndlilərə  əsaslanıb  yenidən  milli  ruha  sahib  olursa,  əgər 
dünyanın  üç  böyük  imperiyası  tərəfindən  bölünüb-parçalanan  PolĢa  üstündən  bu 
ağır  qəbir  daĢını  atıb  ölümdən  dirilərək  müstəqil  dövlət  olursa,  onunla  müqayisədə 
yaxĢı Ģəraitdə olan Azərbaycan nə üçün müstəqilliyinə çatmasın? Nə üçün Qafqaz, 


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə