ƏlaqəLƏRİNDƏ M. Ə. RƏSulzadəNİn rolu



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə49/55
tarix20.08.2018
ölçüsü3,3 Mb.
#63691
1   ...   45   46   47   48   49   50   51   52   ...   55

120 
 
Ģair De-Magalon "Ukrayna poeziyası", Mustafa Çokayoğlu "ġərqi Türküstan", M. 
Ə.  Rəsulzadə  isə  "Azərbaycanda  milli  əyinti"  mövzularında  konfranslar 
keçirmiĢdilər. 
M.  Ə.  Rəsulzadə  Almaniyanııın  Berlin  Ģəhərində  keçirilən  müxtəlif 
tədbirlərdə də böyük fəallıq göstərirdi. 
Qeyd olunmalıdır ki, M. Ə. Rəsulzadənin PolĢada  keçirilən tədbirlərdəki 
çıxıĢları  mühacirətdə  yaĢayan  insanlarımızın  apardığı  azadlıq  və  milli  istiqlal 
mübarizəsi, tariximizin öyrənilməsi baxımından çox əhəmiyyətlidir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


121 
 
N Ə T İ C Ə 
 
1920-ci  ilin  27  Aprel  iĢğalından  sonra  Türkiyədə  və  Avropada 
məskunlaĢan  azərbaycanlı  mühacirlər  həmin  ölkələrdə  ciddi  fəaliyyət  göstərdilər. 
Onlar bu ölkələrdə həm siyasi təbliğatla məĢğul olur - təĢkilatlar yaradır, qəzetlər, 
jurnallar  çap  edirdilər,  həm  də  müvafiq  dövlət  strukturlarına  Azərbaycan 
probleminin  həlli  baxımından  təsir  etməyə  çalıĢırdılar.  Digər  tərəfdən  isə 
Azərbaycanlı  mühacirlər  beynəlxalq  qurumlara  müraciətlər  edir,  SSRĠ  dövlətinin 
iĢğalçılıq siyasətini tənqid edirdilər. 
1923-cü  ilin  sentyabr  ayından  Türkiyədə  "Yeni  Qafqasiya"  jurnalının 
nəĢri  ilə  mühacirət  mətbuatımızın  əsası  qoyuldu.  Bu,  SSRĠ  dövlətinin  yürütdüyü 
imperiya  siyasətinin  ifĢası  baxımından  böyük  hadisə  idi.  Azərbaycan  mühacirət 
mətbuatının  əsasını  qoyan,  görkəmli  dövlət  xadimi  M.  Ə.  Rəsulzadə  bolĢevik 
iĢğalına qarĢı davamlı mübarizə aparırdı. 
1931-ci  ildə  SSRĠ  dövlətinin  təzyiqi  ilə  siyasi  mövqeli  azərbaycanlılar 
Türkiyəni  tərk  etmək  məcburiyyətində  qaldılar.  Elə  həmin  dövrdən  Azərbaycan 
Ġstiqlal  Mübarizəsinin  səsi  Almaniyadan,  PolĢadan  eĢidilməyə  baĢladı.  Əsasən 
PolĢada  məskunlaĢan  azərbaycanlılar  burada  siyasi  fəaliyyətlərini  davam 
etdirirdilər. Bu əlaqələrin yaradılmasında və inkiĢafında Azərbaycan Milli QurtuluĢ 
Hərəkatının tanınmıĢ ideoloqu M. Ə. Rəsulzadənin böyük xidmətləri vardı. 
Azərbaycanlıların 
Qafqaz  xalqlarının  birliyi  uğrunda  fəallıqları 
inkaredilməzdir. Bu baxımdan istər "Qafqaz istiqlal Komitəsi"nin yaradılmasında, 
istərsə  də  "Qafqaz  Konfederasiya  Paktı"nın  imzalanmasında  mühacirətdə  yaĢayan 
həmvətənlərimizin rolu inkaredilməzdir. 
Əslində   hələ   1920-ci   illərin   əvvəllərindən   baĢlayaraq azərbaycanlı 
mühacirlər  MarĢal  Pilsudskinin  qurduğu  PolĢa
 
dövləti  rəsmiləri  ilə  əlaqələr 
yaratmağa  baĢladılar.  MarĢal  Pilsudski      böyük      uzaqgörənliklə      bolĢevizmin   
PolĢada  və bütövlükdə Avropada törədəcəyi təhlükənin qarĢısını alması üçün   SSRĠ   
iĢğalında    qalan    xalqların    mühacirləri      ilə    six  əməkdaĢlıq edirdi. Bu  əlaqələr  və 
danıĢıqlar  PolĢa  Xarici  ĠĢlər
 
Nazirliyinin  ġərq  Departamenti  vasitəsi  ilə  aparılırdı. 
Arxivlərdə saxlanılan mövcud yazıĢmalar bunu bir daha sübut edir. Təsadüfi   deyildir   
ki,   SSRĠ   iĢğalında   qalan   xalqların "Prometey" adlı təĢkilatı da 1926-cı ildə məhz 
PolĢada yaradıldı. Polyaklarla əsası hələ XIX əsrdə qoyulan dostluq əlaqələrimizi də 
qeyd  etsək,  azərbaycanlı  mühacirlərin  bu  ölkədə  daha  azad  və  sərbəst  mübarizə 
apardıqları qənaətinə gəlirik. 
PolĢa  ordusunda  1923-1925-ci  illərdən  baĢlayaraq  azərbaycanlı  hərbçilərin 
müqavilə əsasında xidmət göstərmələri də böyük maraq doğurmaqdadır. 
Kitabda  Azərbaycanlı  hərbçilərin  1920-ci  illərdən  baĢlayaraq  PolĢa 
ordusunda müqavilə əsasında xidmətdə olmaları haqqında da oxuculara ilk dəfə olaraq 


122 
 
məlumat verilir. Tədqiqat iĢində hərbçilərdən - Gəncə üsyanının məĢhur qəhrəmanı 
Cahangir  bəy  Kazımoğlunun,  Ġsrafil  bəy  Yadigarın  və  baĢqalarının  fəaliyyətləri  də 
araĢdırılmıĢdır. 
PolĢa  arxivlərindəki  sənədlərdən  məlum  olur  ki,  bu  dövlətin  Türkiyədə, 
Ġrandakı  səfirləri  azərbaycanlıların  siyasi  fəaliyyətləri  ilə  daim  yaxından 
maraqlanmıĢlar. PolĢa dövləti isə Sovet imperiyasının iĢğalında qalan Azərbaycandakı 
prosesləri ardıcıl olaraq izləmiĢdir. 
Azərbaycan-PolĢa  əlaqələrinin  mühacirət  dövründə  sistemli  və    əsaslı 
Ģəkildə formalaĢmasında M. Ə. Rəsulzadənin xidmətləri danılmazdır. 
1930-cu  ildə  M.  Ə.  Rəsulzadənin  rus  dilində  VarĢavada  nəĢr  edilən 
"Panturanizm və Qafqaz problemi" kitabı böyük əhəmiyyətə malik idi. Bu əsəri ilə 
M. Ə. Rəsulzadə PolĢa ictimaiyyətinə çox ciddi məlumatlar, tarixi bilgilər çatdırırdı. 
Avropalıları  qeyri-dəqiq  məlumatlarla  çaĢdırmaq  istəyənlərə    qarĢı  M.  Ə. 
Rəsulzadənin yazdığı bu kitab olduqca aktualdır. 
Bundan 
əlavə, 
Məhəmməd 
Əmin 
Rəsulzadənin, 
Mirzə 
Bala 
Məmmədzadənin,  Əli  Azərtəkinin,  Mustafa  Vəkillinin  "Prometey"  klubunda  və  onun 
nəĢr orqanı olan "Prometey" jurnalındakı çalıĢmaları çox əhəmiyyətli idi. 
1936-cı   ildə   PolĢanın  VarĢava  Ģəhərində  "Prometey”in təĢkilatçılığı ilə 
keçirilən  “Dil  Qurultayı"  tarixi  bir  hadisə  idi.  Diqqət  edək  ki,  Sovetlər  Birliyində 
yürüdülən  ruslaĢdırmaya  qarĢı  həmin    qurultay      ciddi    zərbə    vurdu.  
"Prometey"çilər  qurultaydan  sonra  Millətlər  Liqasına  müraclət  edib  bu  siyasətin 
dayandırılmasını  tələb  etdilər.  Azərbaycanlı  mühacirlər  bu  proseslərdə  çox  böyük 
fəallıq göstərirdilər. 
M.  Ə.  Rəsulzadənin  1938-ci  ildə  VarĢavada  nəĢr  edilən  "Azərbaycan 
müstəqillik uğrunda mübarizədə”  kitabı polyak dilində çap olunan əsaslı mənbə idi. 
PolĢanın tanınmıĢ xadimi, senator Sedlitskinin giriĢ sözü ilə  nəĢr edilən bu kitabda 
Azərbaycanla  bağlı      geniĢ    məlumatlar    verilmiĢdi.      Kitabda  Azərbaycan-PolĢa 
əlaqələrinin də tarixinə toxunan M.  Ə. Rəsulzadə yazırdı:  "Bu münasibətlər üç əsas 
üzərində  dayanır:  1)  Azərbaycanın  Qafqaz  xalqları  ailəsinə  mənsubluğu.  2)  Ölkə 
əhalisinin  əsasən  türklərdən  ibarət  olması.  3)  Rusiya  imperializminin  bu  xalqı 
əsarətdə saxlaması" (84, s. 185). 
Rusiya  iĢğalına  qarĢı  polyaklar  da  uzun  müddət  mübarizə
 
aparmıĢ,  çoxlu  sayda 
siyasi insanları isə mühacirətdə yaĢamaq məcburiyyətində qalmıĢdı. Ġndi eyni taleyi digər 
xalqlarla
 
birlikdə  azərbaycanlılar  yaĢayırdılar.  Odur  ki,  polyaklar  bu  xalqların 
mühacirətdəki təmsilçilərinə diqqətli yanaĢırdılar. 
 
 
 
 
M. Ə.  Rəsulzadənin bu  kitabında çoxlu  sayda tarixi  fotolar  da verilmiĢdir. 
Həmin fotolardan polyakların memarlığı ilə Bakıda tikilən məĢhur binaları da tanımaq 
mümkündür. 


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə