ƏlaqəLƏRİNDƏ M. Ə. RƏSulzadəNİn rolu



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə47/55
tarix20.08.2018
ölçüsü3,3 Mb.
#63691
1   ...   43   44   45   46   47   48   49   50   ...   55

116 
 
qala  400  il  keçir.  Uzun  sürən  bu  istilanın  nə  qədər  qanlı  dəhĢətlərlə  baĢladığını 
diksinmədən xatırlamaq mümkün deyildir. 
Qədim  Bulqar  mədəniyyəti  və  Altın  Ordu  ənənələrinə  varis  olan  türk  və 
müsəlman Kazanda qaniçən Ġvanın vəhĢi varisləri daĢı-daĢ üstünə buraxmamıĢlardı: tatar 
aristokratiyası  tamamilə  məhv  edilmiĢ,  Ģəhərlər  dağıdılmıĢ,  kəndlər  alınıb  ruslara 
verilmiĢdir.  ġəhər  mədəniyyətindən,  yüksək  təbəqələrdən  və  oturduğu  ata-baba 
torpaqlarından edilən Kazan türkünün dini xüsusən hücuma məruz qalmıĢdı. "KreĢen" 
deyilən bu cəbhə xristian olanların macərası qədər bir faciə təsəvvür edilə bilməz. Felən 
müsəlman, rəsmən  xristian olaraq keçinmək 
 
məcburiyyətində  qalan  bu  zavallıların 
çəkdikləri  ruh  əzabını  xalqınm  siyasi  yolbaĢçısı  olduğundan  daha  əvvəl  tanınmıĢ 
ədibi sayılan sayğılı dostumuz Ayaz bəy (Ayaz Ġshaqi - 
 
N.Y.) ürək yaxan qələmlə 
təsvir  etmiĢdi.  "KreĢenlər"  -  tarixi  Kazan  faciəsini  canlı  olaraq  təsvir  edən  bir 
rəmzdir. 
Çar rejimi düĢər-düĢməz "KreĢenlər" həmin müsəlman olmuĢlardı. Çarlıq 
tərəfindən  ruslaĢdırmaq  istənilən  millətlər  də  bu  "kreĢenlər"  kimi  əski  siyasi 
dinlərinə, yəni milli hürriyyət və istiqlallarına qovuĢmağa qalxdılar. Bunlar arasın-
da  ən  ümidsiz  bir  vəziyyət  və  Ģərait  içində  olan  bəlkə  də  Kazandı.  Belə  olduqda 
Ġdil-Ural adı altında Kazan elinin məhvinə çalıĢıldı. 
20  illiyini  təsid  etdiyimiz  Ġdil-Ural  Millət  Məclisinin  açılması  iĢdə  bu 
vananın hadisəsidir". (165, s. 221) 
M.  Ə.  Rəsulzadənin  çıxıĢında  çox  maraqlı  tarixi  faktlar  açıqlanırdı. 
Müəllif  qeyd  edirdi  ki,  Kazan  tatarları  öz  milli  dini  varlığı  üçün  qanlı  savaĢlar 
aparmıĢdır. Birinci Dünya hərbindən əvvəl onlar da Rusiya əsarətində qalan digər 
türk xalqları ilə birgə milli-mədəni hüquqların əldə edilməsi üçün azərbaycanlılarla 
da iĢ ortaqlığı qurmuĢlar. 
Müəllif  qeyd  edirdi  ki,  istər  1905-ci  ildə  "Müsəlman  Ġttifaqı"  dövründə, 
istərsə  də  1918-ci  ildəki  proseslərdə,  milli  iĢlərdə  və  siyasi  müharibələrdə  onlar 
Azərbaycan ziyalılarını öz nümayəndələri ilə birgə gördülər. Bizim azərbaycanlılar 
da,  onlar  kimi  eyni  taleyi  yaĢamaq  məcburiyyətində  qalıblar.  Çətin  və  ağır 
günlərdə  hər  iki xalq qardaĢcasına  bir  səmimiyyətlə  bir-birlərinə  kömək etmiĢlər. 
M.  Ə.  Rəsulzadə  çıxıĢında  xatırladır  ki,  Birinci  Dünya  müharibəsi  zamanında 
qırğına  məruz  qalan  Acar  müsəlmanları  üçün  Bakıda  təĢkil  olunan  yardım 
cəmiyyətinə  Ġdil  boyunun  ən  ucqar  kəndlərındən  ianələr  göndərilmiĢdi.  Eyni 
zamanda Kerenski dövründə Türkiyə hüdudundan qayıdan pozğun rus əsgərləri hər 
bir  xidmətdən  məhrum  olan  Qafqaz  müsəlmanlarını  təhqir  edərkən  tatar 
əsgərlərinin  olduğu 
u
Əsgəri  ġura"nın  verdiyi  qəti  bəyanat  ciddi  hadisəyə 
çevrilmiĢdi. 
M. Ə. Rəsulzadə çıxıĢında xatırlayır ki, Bakı qəzetlərində müxbirlik edən 
millətçi tatar jurnalisti olan, sonradan bolĢevik istilası dövründə "müsavatçı" adı ilə 


117 
 
ittiham edilən mərhum Zərif əfəndinin xatirəsi bizə əzizdir və onun adı Azərbaycan 
istiqlalı  uğrunda  Ģəhid  gedənlərin  arasındadır.  Bu  mənada  M.  Ə.  Rəsulzadə 
bildirirdi  ki,  müqəddəratımız  birdir:  çarlığa  qarĢı  eyni  mücadilədə  idik.  Qızıl 
çarlıqdan  baĢqa  bir  Ģey  olmayan  bolĢevizmə  qarĢı  da  eyni  mücadiləni 
aparmaqdayıq! Müəllif vurğulayırdı ki, çar istilasının uzun sürməsinə baxmayaraq, 
bu  qəddar  rejim  nə  sizdə  Ģanlı  Kazan  tarixini,  nə  də  bizdə  ġeyx  ġamilin  məĢhur 
qazavatı  ilə  yüksək  əsərini  tapan  istiqlal  fikrini  unutdura  bilmədi.  Eyni  zamanda 
bolĢevizm  də  bu  millətləri  milli  idealdan  ayırmağı  bacarmadı.  Hər  iki  xalqın 
amansız düĢmənlə eyni məzmunlu mübarizə apardığını bildirən M. Ə. Rəsulzadə, 
20 il əvvəl Azərbaycanın da eyni tarixi yaĢadığını toplantı iĢtirakçılarına çatdırırdı. 
M.  Ə.  Rəsulzadə  çıxıĢını  belə  yekunlaĢdırırdı:  "DüĢmənin  bir  az  əvvəl 
etdiyi 20 illik zəfər yubileyi heç də bizi məyus etməsin. Bu bayramın nə kimi terror 
və qan içində keçdiyini bilməmiĢ deyilik. Sovetlər Birliyindəki 11 rəisi cumhurdan 
həmən həpsinin milliyyətçilik və Sovetlər Ġttifaqını parçalamaq töhməti ilə ittiham 
və qismən də qurĢuna düzüldüklərini bildikdən sonra, məruf kommunistlərlə, qızıl 
ordu  marĢallarının  eyni  ittiham  ilə  öldürüldüklərini  hesaba  qatması  belə  həqiqi 
zəfərin bolĢeviklərdə deyil, bizlərdə olduğunu cəsarətlə deyə bilərik. 
Bəli,  qardaĢlar!  Müzəffər  olan  onlar  deyil,  bizik.  Mənəvi  zəfər  bizdədir. 
Seyr  etdiyimiz  siyasi  əlamətlər  qızıl  çarlığın
 
çökəcəyi  müqəddəs  günləri  bizə 
müjdəlləyir. Yetər ki, biz yıxılmadan və sarsılmadan yürüyəlim; Ģübhəsiz məqsədə nail 
olacaq, məmləkətlərimizin xilas günlərini mütləq görəcəyik!.. 
Bir  an  əvvəl  bu  məsud  günə  qovuĢmamızı  təmsil  etdiyim  Azərbaycan, 
ġimali  Qafqaz  və  Gürcüstandan,  birləĢik  Qafqaz  Konfederasiyası  adından  təmənna 
edərəm! YaĢasın müstəqil Ġdil-Ural!" (165, s. 223). 
Qeyd  etdiyimiz  kimi,  M.  Ə.  Rəsulzadə  VarĢavada  "Prometey"  klubunun 
toplantılarında da fəallıq göstərirdi. Burada  aparılan  tarixi,   siyasi   müzakirələrdə  
onun  fikirləri maraqla qarĢılanırdı. 
Belə  toplantılardan  biri  də  1938-ci  ilin  aprelin  7-də  keçirildi.  Əsas  məruzəçi 
olan tanınmıĢ polyak alimi V. Bonçkovski "Yeni çağların    ruhu    haqqında"  mövzusunda    
çıxıĢ    etdi.    V. Bonçkovskinin məruzəsi böyük bir dövrü və maraqlı tarixi əhatə  
edirdi.      Məruzədən    sonra    ciddi    müzakirələr    baĢladı.  Müzakirələrdə  E.  Braun 
(VarĢavadakı  aylıq "Zet"  məcmuəsinin  müdiri), M. Ə. Rəsulzadə (Azərbaycan Milli 
Hərəkatının  lideri),  Ayaz  Ġshaqi  (Ġdil-Ural  Milli  Hərəkatının  lideri),  J.  Çarnetski 
("Przeqlad  Katoliçki"  məcmuəsinin  siyasi  müdiri,  PolĢadakı  "Salibi  Əhnər" 
cəmiyyətinin  təbliğat  Ģefi),  B.  Bilatti  ("Prometey"    klubunun    Ġdarə  katibi)    və 
baĢqaları  mövcud problemlə bağlı fikirlərini bildirdilər. 
M. Ə. Rəsulzadə  çıxıĢını bu  sözlərlə  baĢladı: "Əsrin  ruhundan bəhs edilir. 
Və bu XIX əsrin ruhuna qarĢı tutulur. Məruzəçiyə görə bu Fransa inqilabı ilə baĢlayıb, 
Rusiya  inqilabı  ilə  tamamlanan  bir  hərəkatdır.  XIX  əsri  və onun  mədəniyyətin    hər 


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə