ƏlaqəLƏRİNDƏ M. Ə. RƏSulzadəNİn rolu



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə46/55
tarix20.08.2018
ölçüsü3,3 Mb.
#63691
1   ...   42   43   44   45   46   47   48   49   ...   55

113 
 
Ovkiyero Cayman Mirzə Kriçinski (VarĢava), Adige ġinkeviç (Vilno), Əli Ġsmayıl 
Voronoviç (Qahirə). 
"Roçnik Tatarski" məcmuəsi illik olaraq nəĢr edilirdi, naĢiri isə "Lehistan 
Cümhuriyyəti  türkləri  mədəniyyət  və  inkiĢaf  cəmiyyəti  mərkəz  heyəti"  idi. 
Məcmuənin ünvanı belə idi: PolĢa, Qdınya, Sviyetojansk küçəsi 48, mənzil 8. 
Ümumilikdə  6  bölmədən  ibarət  olan  məcmuədə  məzmun  və  tarixi 
baxımdan  çox  maraqlı  yazılar  vardır.  Birinci  bölmə  "Məqalələr"  adlanır.  Burada 
aĢağıdakı  yazıları  oxumaq  mümkündür:  1)  Lehistan  tatarları  və  müsəlman  Ģərqi 
(müəllif -Arslan Nayman Mirzə Kriçinski); 2) Litva tatarları və yevraziya (Yulyan 
Talko  Hçınseviç);  3)  Litva  tatarlarının  dini  ədəbiyyatı  və  mənĢəyi  (Yaqub 
Sinkeviç); 4) Lehistan və  qeyri tatarlara  dair bəzi  mülahizələr (Olgerd Giçka); 5) 
Leh ərazisində türk ünsürləri (Ananyas Zayonskovski); 6) Lehistandakı müsəlman 
xalqın  əfsanələri,  falçılığı  vüyüculuğu  və  hurafatı  (Mustafa  Aleksandroviç).  7) 
Milcərəyan və Lehistan türkləri (Olgiyerd Nayman Mirzə Kriçinski. 8) PolĢa əsilli 
polyakların  dilinə  türkcənin  təsiri  haqqında  (TadeuĢ  Kovalski.  9)  Lehistan 
türklərinin  öz  dilini  unutduqlarına  dair  (Hacı  Sürəyya  ġapial.  10)  Sabiq  Rusiya 
qələmcəvi  və  indiki  Lehistan  daxilində  Ġslam  məzhəbinin  hüquqi  vəziyyəti 
(Aleksandr Axmatoviç).  11) 1831-ci  il üsyanında  Leh ordusunda  lehistan türkləri 
(Arslan Kriçinski). 12) Nefsi Minsk və civarında sakin olan lehistanlı    türklərin 
müxtəsər    tarixi    (TadeuĢ    Stiçkenuq Korzon). 
"Müxtəlif  yazılar"  adlanan  ikinci  bölmədə  aĢağıdakı  məqalələrə  rast 
gəlmək  mümkündür:  1)  Senkeviçin  tatar  mənĢəyinə  aid  yeni  məlumat  (Stanislav 
Cadiyeviç); 2) Lvov 
 
vayevodalılığı hüdudu daxilində tatarçılıq izləri haqqında bir 
neçə söz (Mihat Zdan; 3) Dəyərli müsəlmanların həyatı (S. Kriçinski); 4) II Fridrix 
Vilhelm ordusunda Litva tatarları (Stanislav Kriçinski). 
"Materiallar" baĢlıqlı üçüncü bölmənin yazıları belə müəyyənləĢdirilib: 1) 
Kral Mihalımın Volın tatarlarına 1669-cu ildə  yapdıqları (Stanislav Kriçinski); 2) 
Lehistanda  tatar  alayları  tarixinə  dair  materiallar  (Stanislav  Kriçinski);  3)  Litva 
tatarlarının  xalq  üsyanlarında  iĢtirak  tarixinə  dair  materiallar  (Arslan  Nayman 
Mirzə  Kriçinski).  4)  Lehistan  türklərinin  milli  qayəsi  (Ayaz  Ġshaqi).  5)  Ġslam 
əqvamının  statistikası  və  ruhani  ittihadı  (Vassan  Girey  Cabaqi).  6)  Əleykum 
Səlam!  (Məhəmməd  Əmin  Rəsulzadə.  7)  Ġslam  və  müxtəlif  izdivac  (Aleksandr 
Axmatoviç). 8) Aleksandr Sulkeviç (Qara Mihal) (1867-1916) - (Arslan Kriçinski). 
9)  General  Süleyman  Sulkeviç  (1865-1920)  (Arslan  bəy).  10)  Krım  türklərinin 
faciəsi  (Aleksandr  Axmatoviç).  11)  1863-cü  il  üsyanında  Lehistan  türklərinin 
iĢtirakı  (L.  Mirzə  Naymanski).  12)  Lehistandakı  tatar  alaylarına  aid  tarixi 
məlzəmələr (S. Kriçinski). 
Dördüncü bölmədə tənqid və kitablar bölməsinin yazıları isə belə təqdim 
edilib: 1) Dr. J. Stankeviç, L. Kolankovki ġ. A. Brükner, Ġ. St. Vrustron, M. Zdan, 


114 
 
Cəfər  Seyidəhməd  bəylərin  kitabları  haqqında  mütaliələr  (Yaqub  Sinkeviç,  S.  K. 
Krımlı Yigid); 2) Lehistan tatarlarına aid yeni əsərlərə bir nəzər (R) və s. 
BeĢinci  bölmə  xronika  (15.  06.1931-15.06.1935)  adlanır:  1)  Məmləkət 
xronikası; 2) Əcnəbi  xronikası.  3) "Lehistan türklərinin ailə  aromaları" sərlövhəli 
kitab haqqında (Julian Talko-Hqunseviç). 4) Ġslam tarixi və Lehistan türklərinə aid 
1922-1932-ci illərin kitablarına dair notlar. 5) Avropada islam mətbuatı. 
Altıncı bölmədə "Ədəbiyyat qismi"ndə verilənlər: 1) Jozef Vejinski. Səlim 
və Hanya bir rəmz kimi. 
Məcmuənin bir dəyəri də çox maraqlı və tarixi fotoların oxuculara təqdim 
edilməsidir.  Məcmuədə  aĢağıdakı  fotoları  görmək  mümkündür:  "1)  Krımın 
tanınmıĢ Ģəxsiyyətlərindən "Tərcüman" qəzetinin müdiri Qaspirallı Ġsmayıl Mirzə 
(1851-1914);  2)  Krım  müftisi  Çələbi  Cahan  və  Krım  parlamento  rəisi  Cəfər 
Seyidəhməd  (1917);  3)  Azərbaycan  hökumət  üzvləri,  Azərbaycan  dövlətinin 
Avropa dövlətləri tərəfindən tanınması dolayısı ilə Bakıda Xarici ĠĢlər Nazirliyində 
verilən  ziyafətdə  iĢtirak  edənlərlə  bir  arada  (1920).  Fotoda  bir  çox  polĢalı  tatarlar 
da vardır. 4) Kral Fuada verilən bəyannamə (muxtarannı) üz səhifəsi. Məcmuələrin 
olduğu məqalələri göstərən Lehistan xəritəsi; 5) Yuqoslaviya müsəlmanlarının rəisi 
Ġsmayıl  ağa  Camaloviçin  1934-cü  ildə  Vilnaya  gəliĢi  münasibətilə  yapılan 
toplantıda iĢtirak edənlər; 6) Ali məhkəmə ümumisi, Azərbaycan Cümhuriyyətinin 
sabiq Ədliyyə Naziri müavini Olgerd Nayman Mirzə Kriçinski; 7) Qdanya vilayət 
məhkəməsi rəis müavini və Azərbaycan Cümlıuriyyət hökumətinin qələmi məxsus 
müdiri  Arslan  Nayman  Mirzə  Kriçinski;  8)  Müsəlman  qəzet  və  məcmuələrinin 
müdirləri. VarĢava, 1937. 9) Napoleonun 1-ci ordusunda litvalı tatarlar; 10) 1863-
cü  il  üsyanlarından  lehli  tatar  Romyald  Smolski.  11)  Aleksandr  Sulkeviç  (Qara 
Mihal) (1867-1916). 12) General Süleyman Sulkeviç. 13) PolĢa prezidenti Moicski 
cənabları Vilno məscidində (20 iyun 1930)" (90). 
 Bu baxımdan "Roçnik Tatarski" məcmuəsində türklərin də tarixlərinə aid 
maraqlı yazılar, sənədlər öyrənmək mümkündür. 
 
 
 
 
 
 
 
 
 
 
 


115 
 
XI FƏSİL 
 
M. Ə. Rəsulzadənin Polşada 
keçirilən tədbirlərdə 
iştirakı, çıxışları 
 
Azərbaycanın  görkəmli  dövlət  xadimi  M.  Ə.  Rəsulzadə  PolĢada  yaĢadığı 
illərdə  həm  VarĢavada,  həm  də  qonĢu  Avropa ölkələri  olan  Almaniya  və  Fransada 
keçirilən tədbirlərdə bəzən təĢkilatçı, bəzən də nüfuzlu Ģəxs olaraq çıxıĢ edirdi. Təbii ki, 
bu tədbirlərin əksəriyyəti, Azərbaycan və kommunist əsarətində qalan xalqların tarixi, 
mədəniyyəti,  milli  istiqalal  mübarizəsi  ilə  bağlı  idi.  "Prometey"  klubunun 
VarĢavada  keçirilən  əksər  tədbirlərində  isə  M.  Ə.  Rəsulzadə  məqamı  gələndə  əsas 
məruzəçi,  müəyyən  hallarda  çıxıĢçı,  dinləyici  olaraq  iĢtirak  edirdi.  1938-ci  ilin 
fevralında  "Prometey"  təĢkilatına  mənsub  olan  millətlərin  mühacirətdəki  milli 
təĢkilatları daha bir tədbir keçirdilər. (Qeyd edək ki, bundan əvvəl "prometeyçilər" 
Krım türklərinin  milli  qurultayının 20-ci ildönümünü keçirmiĢdilər.) Ġdil-Ural Millət 
Məclisi  açılıĢının  20  illiyi  münasibəti  ilə  VarĢava  ġərq  Ġnstitutu  yanındakı  "Gənc 
ġərqĢünaslar  Cəmiyyəti"nin  Krım-Ġdil-Ural  bölməsinin  təĢəbbüsü  ilə  fevralın  6-da 
VarĢavada  böyük  bir  mərasim  keçirildi.  VarĢava  "ĠĢ  adamları  Cəmiyyəti"nin  böyük 
salonunda  tərtib  edilən  mərasimdə,  VarĢavada  olan  ġimali  Qafqaz,  Gürcüstan, 
Azərbaycan, Ukrayna, Krım, Ġdil-Ural tmsilçiləri, yerli PolĢa tatarları və polyaklardan 
baĢqa,  Türkiyə,  Finlandiya,  Estoniya,  Almaniyadan  gələn  Ġdil-Ural  təĢkilatı 
nümayəndələri də iĢtirak edirdilər. 
Ġdil-Ural  milli  marĢı  çalındıqdan  sonra  VarĢava  ġərq  Ġnstitutunun  direktoru 
senator Sedlitski tədbiri açdı. 
Mərasimdə  ilk  çıxıĢı  ġərq  Ġnstiturutunun  ümumi  katibi  professor  Gurka  etdi. 
ÇıxıĢının əvvəlində PolĢa ictimaiyyəti adından Ġdil-Urallıları təbrik edən cənab Gurka, leh-
tatar  münasibətlərinin  tarixinə  aid  fikirlər  söylədi,  xoĢ  arzularını  bildirdi.  Sonra  söz 
Azərbaycan  Milli  Hərəkatı  rəisi  Məhəmməd  Əmin  Rəsulzadəyə  verdi.  M.  Ə. 
Rəsulzadənin çıxıĢı iĢtirakçıların   böyük     marağına     səbəb    oldu,    çoxlu    alqıĢlarla 
qarĢılandı. 
M. Ə. Rəsulzadə çıxışını bu sözlərlə başladı: "Ġdil-Urallı qardaĢlar! Bir millətin 
uğradığı ən müdhiĢ zülmə və tarixin özünün rəva gördüyü ən qəddar Ģəraitə rəğmən, 
məhv  olmayıb  da,  mənliyini  mühafizəyə  bir  misal  aranırsa  -  bunun  ən  klassik 
örnəyi məncə Siz olursunuz!.. 
Elədir: Kazan, Rusiya məhkumu  millətlər və əsir türk elləri  arasında çarlığın 
zülmünə  ilk  uğramıĢ  bir  məmləkətdir.  Rus  cəlladı  yavuz  Ġvanın  Kazanı  istilasından  az 


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə