ƏlaqəLƏRİNDƏ M. Ə. RƏSulzadəNİn rolu



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə48/55
tarix20.08.2018
ölçüsü3,3 Mb.
#63691
1   ...   44   45   46   47   48   49   50   51   ...   55

118 
 
sahəsində  qazanmıĢ    olduğu  müvəffəqiyyətləri  inkar  etmək  qeyri-mümkündür. 
Məruzəçi də bunu göstərməmiĢdir. Fransa inqilabı hürriyyətin zəfərini elan etmiĢdir, 
XVIII  əsrin  böyük  ideoloqları  bu  əsas  üçün  mücadilə  etmiĢlərdir.  Bu  əsasın  zəfəri 
insanlıq  tarixinin  irəliləyən  yürüĢünü  təmin  edərək,  fikir,  fəlsəfə,  elm,  texnika, 
ədəbiyyat və sənət kimi mədəniyyətin hər sahəsində fövqəladə nəticələr vermiĢdir. 
ġəxs  hürriyyəti ilə  bərabər Fransa inqilabı ictimai  müsavat  ideyasını  da  irəli 
sürmüĢdür. Fəqət Fransa inqilabı ideoloqlarının nəzərində bir-birini təkmil edəcək olan 
bu  iki  əsas  bütün  əsr  boyu  daima  mübarizə  halında  olmuĢdur.  XIX  əsrin  tarixi  -Ģəxs 
hürriyyəti ilə ictimai müsavat ideyaları arasındakı mübarizənin tarixindən ibarətdir. 
ġəxs  hürriyyəti  ideoloqları  -yəni  liberallar,  əsas  olaraq  fərdə  üstünlük  verirdilər  və 
onların  zehniyyətində  birincilik  vətəndaĢındır.  Dövlət,  Ģəxsin  haqqını  və  məsuliyyətini 
qorumaq  üçün  qurulmuĢdur.  Dövlət  bir  "gecə  gözətçisi"  hökmündədir  və  yalnız 
vətəndaĢların milli və Ģəxsi haqlarının qorunması ilə məĢğul olmalıdır". (169, s. 12) 
Sonra M. Ə. Rəsulzadə sosial siniflər arasında gedən amansız mübarizəni 
vurğulayır.  Göstərir  ki,  artıq  bu  mərhələdə  proletar  ilə  kapitalistlər  qarĢılaĢır  və 
mübarizənin  ideoloqları  -  beynəlmiləlçi-sosialistlər  ortaya  çıxırlar.  Bir  tərəfdən 
klassik  liberalizm,  digər  tərəfdən  də  klassik  sosializm  öz  aralarında  yorulmaz 
mübarizə aparırlar. 
M.   Ə.   Rəsulzadə   göstərir   ki,   Fransa   inqilabı   ictimai bərabərlik 
məsələsini  həll edə bilmədi. Rusiya inqilabı isə  əsas olaraq sinif  mübarizəsi fikrinə 
önəm  verdi,  liberalizmə  qarĢı  savaĢ  açdı.  ġəxsin  hürriyyəti  ilə  parlament 
demokratizmini  “burjua  xurafası"  adlandırdı.  M.  Ə.  Rəsulzadə  fikrini  belə  davam 
etdirirdi:  "Əsas  olaraq  Ģəxs  hürriyyətini  alan    klassik  liberalizm  kimi,  sinif 
mücadiləsindən  gələn  klassik  sosializm  də  eyni  dərəcədə  internasional  və 
kosmopolitdirlər.  Ġkisinin  də  nəzərində  milli  məhdudluqla  dövlət  hüdudları 
hürriyyət və ictimai müsavat fikirlərinin cahana Ģamil bir Ģəkildə qalib olmalarına 
manedirlər" (169, s. 13). 
M.  Ə.  Rəsulzadə  bu  qənaətə  gəlir  ki,  "Millətlər  üzərində  hakim  çağdaĢ 
ruhun həqiqi adı Milli Təsanüddür. Bu ideoloji sistemində ixtilafları ilə insaniyyət 
faciəsini iki  fikir  mənĢəyi  təklif olunur.  ġəxs  ilə  kollektiv  arasındakı  mücadilə ilə 
bu  cəmiyyətə  mənsub  siniflər  arasındakı  vuruĢma,  mövqelərini  milli  barıĢ  və 
anlaĢmaya  tərk  etməlidirlər.  Küllün  -  millət  –dövlətin  mənfəətləri  digər  bütün 
mənfəətləri tənzim edərlər" (169, s. 13). 
M.  Ə.  Rəsulzadə  müxtəlif  ideoloji  cəbhələrin  mövcudluğu  Ģəraitində 
"prometeyçilərin" hansı ideoloji xətti təyin etməsinin çətin olmadığını göstərir. Və 
bildirir ki,  mənsub olduğumuz hərəkatların  xüsusiyyətlərinə görə  biz  milli inqilab 
təmsilçiləriyik.  Milli  haqlarımızın  tanınması  və  milli  xüsusiyyətlərimizin  özgə  və 
xarici qüvvələrin hər cür təcavüzdən qorunmasını istəyirik. 


119 
 
M. Ə. Rəsulzadə  ciddi iĢlənmiĢ bir ideologiyanın  vacibliyini  mütləq  Ģərt 
olaraq  irəli  sürürdü:  "Beynəlmiləl  qüvvətlərin  amansız  mücadilə  dövrü  olan 
yaĢadığımız bu zamanda bütün fəal qüvvələrini bir rəhbərliyə tabe tuta bilən mil-
lətlərdir  ki,  müvəffəqiyyətlə  savaĢ  məqsədlərinə  çatırlar.  Bizim  belə  bir  ideya 
sistemini məlum iĢdir ki, yalnız millətin ictimai təbəqələri arasında təsanüd güdən 
və vətəndaĢların fədakarlıqlarına dayanan millətçilik təĢkil edir. Bir milllətçilik ki, 
öz  xalqının  tarixi  -  kültür  dəyərlərini  yüksəltmək  planını  ilk  nəzərdə  görərək, 
millətin  sadə  siyasi  istiqlalı  üçün  deyil,  milli  hüdud  daxilində  ictimai  ədalətin  də 
təmininə çalıĢır" (169, s. 13). 
M. Ə. Rəsulzadə inqilabçı Rusiyanın məkrli siyasətinə də aydınlıq gətirir. 
Göstərir ki,  Rusiya  "dünya  inqilabı" pərdəsi altında  sovet  sosialist  sisteminə  yeni 
dövlətlər  daxil  edəcək  və  o  dünyanın  əsl  sahibinə  çevriləcək.  Lakin  millətçiliyin 
yeni  dinamik  və  inqilabçı  qüvvətlərinin  meydana  gəlməsi  Sovet  Rusiyası  üçün 
ciddi təhlükələr yaratdı. 
M. Ə. Rəsulzadə çıxıĢının sonunda dedi: "Məsələni bu qədər müĢtərək və 
müzakirəyə  qoyan  məruzəçiyə  təĢəkkür  edirik.  Məsələ,  məncə,  çox  zamanında 
qoyulmuĢdur.  Yeganə  düĢmən  Rusiya  ilə  mücadilədə  anti-sovet  və  anti-rus 
qüvvələrlə ittifaqa gedən "Prometeyçilik" anlayır və qətiyyən gözdən qaçırmır ki, 
irəlidə  bu  mühüm  müttəfiqlərdən  bəziləri  ilə  ixtilafa  da  düĢə  bilir.  Çünki 
müttəfiqlərin növü müxtəlif olur. 
Yalnız  kommunizmə  qarĢı  müttəfiqlər  ola  bilir  ki,  onlarla  yoldaĢlığımız 
müəyyən bir mənzilə qədərdir. 
Yalnız  kommunizmə  qarĢı  deyil,  aləlümum  Rus  imperializminə  qarĢı 
müttəfiqlər də ola bilir ki, bunlarla dostluğumuz da səmimi və daimidir. Bu növdən 
müttəfiqlər bizcə öz məmləkətləri üzərində daimi təhlükə kimi duran imperializm 
qüvvəsini  zəif  salmaq  üçün  Rusiyanın  parçalanmasında  tarixən  əlaqədar  olan 
dövlətlər və beynəlmiləl qüvvələrdir. Qonaqpərvərliyindən istifadə edərək, əfkari-
ümumiyyəsini  təmsil  edən  cəmiyyət  adamları  ilə  birlikdə  siyasi  vəziyyət  icabı 
hərarətlə  müzakirə  və  münaqiĢəyə  imkan  yaradan  qonaqpərvər  Lehistanı  biz  bu 
məmləkətlər  sırasında  görürük.  Lehistanın  ġərq  siyasəti,  digər  bəzi  siyasətlərin 
"Rus  məsələsi"nə  yanaĢmasından  fərqlidir.  Bu  siyasət  kök  etibarı  ilə  tədafi  bir 
mahiyyətdədir və  Leh   istiqlalının   geri   alınması   üçün   "Sizin   də   bizim   də 
hürriyyətimiz      üçün"      Ģüarından      hərəkət      edən      Ģanlı      istiqlal  mücadiləsi 
ənənəsinə dayanmaqdadır" (169, s. 14). 
Bundan  əlavə  Fransanın  Paris  Ģəhərində  "Qafqaz,  Türküstan  və  Ukrayna 
Dostluğu Cəmiyyəti" də fəaliyyət göstərirdi ki, bu qurumun da toplantılarında M. 
Ə.  Rəsulzadə  və  digərləri  çıxıĢlar  edirdi.  Bu  qurumun  Ġdarə  Heyətinin  sədri  A. 
ġulkin  sədr  müavini  M.  Çokayoğlu,  katibi  isə  azərbaycanlı  Abbas  bəy  Atamalı 
oğlu  idi.  Cəmiyyətin  xətti  ilə  Reno  Pimen  "ġərqi  Avropada  milliyyət  məsələsi", 


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə