ƏlaqəLƏRİNDƏ M. Ə. RƏSulzadəNİn rolu



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə45/55
tarix20.08.2018
ölçüsü3,3 Mb.
#63691
1   ...   41   42   43   44   45   46   47   48   ...   55

111 
 
rəĢadət  göstərdiklərini  oxuduğumuz  kimi,  bu  tatarların  milli  leh  hərəkatında  da 
çalıĢqan  bir  surətdə  iĢtiraklarını  öyrənirik.  Öyrənirik  ki,  Rusiyaya  qarĢı  Lehistan 
istiqlalını  geri  almaq  məqsədilə  aparılan  qanlı  qiyamlarda  Lehli  müsəlmanlar  da 
iĢtirak eyləmiĢ və nəhayət milli qəhrəman böyük MarĢal Pilsudskinin təĢkil etdiyi 
istiqlal  hərəkatında  da  sayğılı  bir  yer  tutmuĢlardır.  1920-ci  ildə  qızıl  Rusiyaya   
qarĢı   yapılan   istiqlal   hərbində   xüsusi   olaraq yaradılan tatar alayı vasitəsi ilə 
iĢtirak  etdiklərindən  yana,  bu  tatarlar  arasından  MarĢal  ilə  bərabər  gizli  çalıĢma 
dövründə iĢləyən müsəlmanlar da olmuĢdur. Bunların baĢında Pilsudskinin xətirini 
çox istədiyi "Qara Mihal” adı ilə tanınan Ġsgəndər Sulkeviç gəlməkdədir. 1920-ci 
ildəki  istiqlal  hərbində  ölən  bu  qəhrəmanın  cəsədi  mərhum  Pilsudskinin 
vəsiyyətinə  görə  bu  günlərdə  paytaxtda  dəfn  edilmək  üçün  VarĢavaya 
götürüləcəkdir" (144, s. 365). 
Məqalədə  çox  maraqlı  tarixi  faktlara  toxunulur.  PolĢa  ilə  müsəlmanların, 
türklərin əlaqələri tarixinin öyrənilməsində ortalığa ciddi mənbələr qoyulur. M. Ə. 
Rəsulzadənin tarixi məqalələrində çox ciddi faktlara rast gəlmək mümkündür. 
M.  Ə.  Rəsulzadə  qeyd  edir  ki,  Litva  türkləri  PolĢanın  əsgər  və  milli 
istiqlalı  tarixində  sadə  izlər  buraxmaqla  qalmamıĢ,  eyni  zamanda  böyük  PolĢa 
ədiblərinin  əsərlərində  də  ideal  bir  obraz  olaraq  təsbit  edilmiĢdir.  Böyük  PolĢa 
ədibi  Senkeviçin  idealizə  etdiyi  Səlim  Mirzə  Tiri  haqqında  "Roçnik"  bizə  canlı 
məlumat verməkdə və bir rəvayətə dayanaraq, digər PolĢa ədibi Mitskeviçin nəslən 
bir türk olduğunu da qeyd etməkdədir. 
Müəllif açıqlayır ki, bu türklərin sayı səkkiz-on mindən bir qədər artıqdır 
və  onları  digər  polyaklardan  ayıran  Ģey  yalnız  özlərini  müsəlman  olaraq  hiss 
etdikləri  və  qəhrəman  bir  nəslə  mənsub  olduqları  haqqında  bəsləməkdə  olduqları 
xatirədir.  Çünki  öz  dillərini  unutmuĢlar  və  yaĢayıĢ  etibatı  ilə  tamamilə 
polyaklaĢmıĢlar. 
Əksəriyyətinin  Vilna  və  Rusiya  hüdudlarında  yaĢayan  bu  müsəlmanların 
PolĢada mühüm mövqeləri vardır. Özlərinin ayrıca məscidləri və nəĢriyyatları olan 
bu insanlar dövlət tərəfindən  tanınmıĢ bir  müfti  vasitəsilə  idarə  olunur. Müftiliyə
 
PolĢa hökuməti tərəfindən hər cür yardım göstərilir. Bildirilir ki, PolĢa prezidenti 
Mositski Vilnada olarkən müsəlman məscidini də xüsusi olaraq ziyarət etmiĢdir. 
PolĢalı  müsəlmanların  bu  yeni  yurdlarından  məmnun
 
olduqları  özləri 
tərəfdən daim etiraf olunur. 
M.  Ə.  Rəsulzadə  məqaləsində  göstərir  ki,  PolĢa  Cümhuriyyətinin  elm  və 
məmurluq  sahəsində  də  polĢalı  ınüsəlmanlar  vardır.  Həmin  müsəlmanlar  PolĢa 
kültürünə qarıĢıb qərbləĢsə də, "ruhən Ģərqli qalıb" digər din qardaĢları ilə mənəvi 
rabitəni  unutmamıĢlar.  M.  Ə.  Rəsulzadənin  yazdığı  kimi:  "Xarici  qərbli,  daxili 
Ģərqli  qalan  bu  kiçik  zümrənin  böyük  misyonu  isə  "gəldikləri  qərbli  Lehistan  ilə 
vaxtı ilə çıxdıqları Ģərqi, islam dünyası arasında rabitə (vasitə) olmaqdır" (144, s. 


112 
 
366). Həqiqətən   də,   Rusiyadakı   milli   türk   hərəkatlarında  və onların siyasi 
müqəddəratlarının  həlli  iĢlərində  polĢalı  müsəlman  ziyalıların    çox    dəyərli  
xidmətləri  olmuĢdur.   Onların nümayəndələri   Rusiya   müsəlmanları   tərəfindən   
çağırılan  Nijni-Novqoroddakı  Ġslam  Konfransından  baĢlayaraq  Rusiya  inqilabı  
baĢlanarkən    tatar    alaylarının    təĢkilində,    Krım    və  Azərbaycan   
Cümhuriyyətlərinin   qurulmasında   mühüm   rol oynadılar.   Bununla   əlaqədar   
M.   Ə.   Rəsulzadə   yazırdı: "Bakıda istilaçı bolĢeviklər tərəfindən edam olunan 
general Süleyman   Mirzə   Sulkeviç   hərbiyyəmizin   Ģefi   idi.   Eyni zamanda o, 
Krım  hökumətinin  də  baĢında  olmuĢdur.  Kerenski  hökuməti  zamanında  tatar 
əsgərlərini milli alay Ģəklində ilk olaraq təĢkil edən də özü olmuĢdur. Sonra digər 
bir  çox  lehli  müsəlman  ziyalıların  Krımda,  Kazanda  və  Azərbaycanda  milli 
məmurluqlarda      çalıĢdıqları      məlumdur.      Bunlardan      bu      gün  Lehistan 
Cümhuriyyəti daxilində də ən yüksək məmurluqlarda olan   Kriçinski    qardaĢların    
(Olqred        və        Arslan        bəylər)  Azərbaycandakı  hizmətlərini  və  tutduqları 
mövqeləri hamımız bilirik". (144, s. 366). 
 M.  Ə.      Rəsulzadə      L.      N.      Kriçinskinin      bir      məqaləsinə  istinadən 
bildirir  ki,  polyak      W.  Kosçivezkonun  1858-ci  ildə  yazdığına  görə  o  illərdə 
Bakıdan PolĢaya Mirzə Kazım MəĢədi Abdulla oğlu adında bir "tatar" gəlmiĢdi. Bu 
adam VarĢavada 18 il yaĢamıĢdı. Mükəmməl olaraq polyakca və rusca öyrənmiĢ, 
almanca da oxumağı bacarırımıĢ. Ən yaxĢı 
 
bildiyi və əhatə etdiyi dillər isə ərəbcə 
və farsca imiĢ. Bu dillərdə o, gözəl Ģerlər də yazırmıĢ. VarĢavanı təsvir edən Ģerləri 
daha təqdir olunasıdır. Mirzə Kazım bəy polyakca bir-iki dini qəsidə də yazmıĢdır. 
Həmin qəsidələr W. Kosçivezkonun 1858-ci ildə VarĢavada nəĢr etdiyi bir kitabda 
dərc olunub, 
M.  Ə.  Rəsulzadə  məqaləsini  belə  yekunlaĢdırır:  "Roçnik"in  bizdə 
yaratdığı  dərin  təsir  və  özünə  qarĢı  cəlb  etdiyi  səmimi  təsir  üzərində  düĢünərkən 
mülhəm  olduğumuz  bu  fikri,  illiyin  müqtədir  və  talant  sahibi  müdiri,  dostumuz 
Arslan  bəy  Kriçinskini  məqbul  görürlərsə,  bu  xüsusda  özünə  hər  türlü  mənəvi 
yardımda  olacağımıza  qətiyyətlə  əmin  ola  bilirlər;  zira  ki,  Lehistan  kimi  Rusiya 
istibdadı  altından  çıxaraq  yenidən  dirilən,  dərddən  anlar.  Bir  dövlətin  ən  parlaq 
kitab  mağazalarında  yer  tutduğuna  Ģübhə  olmayan  bu  əsər  səhifələrində, 
millətlərinin  tarixi,  ədəbiyyatı,  ictimaiyyət,  iqtisadiyyat  və  siyasətləri  haqqında 
əsaslı  məlumat  verməyi  Rusiya  məhkumu  türk  və  müsəlman  millətlərin 
nümayəndələri  özləri  üçün  mənəvi  bir  borc  sayarlar.  "Roçnik"  isə  böylə  bir 
qardaĢlıq  münasibətindən  bizə  elə  gəlir  ki,  ancaq  qazanır  və  giriĢdiyi  vasitəçilik 
vəzifəsini də real surətdə etmiĢ olur” (144, s. 367). 
Qeyd  edək  ki,  "Roçnik  Tatarski"  məcmuəsinin  BaĢ  redaktoru  Arslan 
Nayman Mirzə Kriçinski idi. Redaksiya heyətinə isə aĢağıdakılar daxil idi: Mustafa 
Aleksandroviç  (Qahirə  müxbiri),  Arslan  Nayman  Mirzə  Kriçinski  (Qdınya), 


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə