ƏlaqəLƏRİNDƏ M. Ə. RƏSulzadəNİn rolu



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə43/55
tarix20.08.2018
ölçüsü3,3 Mb.
#63691
1   ...   39   40   41   42   43   44   45   46   ...   55

107 
 
M. Ə. Rəsulzadə PolĢanın qəhrəman oğlu Pilsudski haqqında olan məqaləsini 
belə  yekunlaĢdırır: "Mənalı  yaĢadığı  kimi, dünyadan  getməsini də yaxĢı bilən  marĢalın 
vətəndalarına buraxdığı vəsiyyət diqqəti cəlb edir: ürəyinin Vyanada anasının ayaqları 
altında  basdırılmasını,  beyninin  tədqiqat  üçün  elm  adamlarına  verilməsini, 
vücudunun  da  Vaveldəki  tarixi  türbəyə  götürülməsini  istəməklə  o,  adətən  demək 
istəmiĢdir ki, hər Lehli qəlbi ilə anasına, beyni ilə elmə, vücudu ilə də milli tarixinə 
verilməlidir. 
Sadə bir lehlimi?.. Xeyir! 
Pilsudski kimi qəhrəmanlar bütün milliliklərinə rəğmən bəĢəridirlər. Onların 
öz  millətlərinə  etdikləri  müraciət,  bütün  insanlara,  hələ  bənzər  vəziyyətdə  olan 
millətlərə edilmiĢ bir müraciətdir. 
Bilxassə,  Lehistan  qəhrəmanının  müraciəti  ki,  bütün  həyatını  Rusiya 
imperializmi kimi, bizim də düĢmənimiz olan bir qüvvətə qarĢı mücadilədə keçirmiĢ və 
bizim tanıdığımız milliyyət ilahəsınə ibadəti özünə din olaraq qəbul etmiĢdir. 
Leh  millətinin  itkisi  böyükdür.  Matəmi  ölçüyəgəlməzdir.  Biz  də  böyük 
itkidəyik.  Bizim  millətlərimiz  də  təəssürdədir.  Lehlilər  milli  böyük  bir  qəhrəman 
itirdilər. BaĢları sağ olsun. Biz də əsir millətlərin mənəvi bir rəhbərini itirdik. Böyük 
acıda onlarla ortağız. 
Lehli  vətənpərvərlər  çalıĢacaqlar  ki,  Lehistan  daima  qüvvətli  və  böyük 
qalsın.  Biz  də  mücadiləmizdə  davam  edəcəyik  ki,  millətlərimiz  qurtulsun,  bir 
müstəqil dövlət olsunlar!" (142, s. 194). 
M.  Ə.  Rəsulzadənin  PolĢa  ilə  bağlı  məqalələrindən  biri  də  belə  adlanır: 
"Yeni  Leh  Konstitusiyası".  Bu  məqalə  "QurtuluĢ"  jurnalında  1935-ci  ilin  avqust 
ayında, 10-cu sayında nəĢr edilmiĢdir. M. Ə. Rəsulzadə məqaləsini çox maraqlı bir 
məqamla  baĢlayır:  "Lehistan  vəkillər  heyətinin  rəisi  Valeri  Slavek  bu  günlərdə 
söylədiyi bir nitqində yeni Lehistanın indi əzizlər sırasına keçən qəhrəman qurucusu 
marĢal  Pilsudskidən  bəhsdə  demiĢdi:  "O,  millətin  həqiqi  rəhbəri  idi.  Bu  əvəzsiz 
rəhbərin  yerini  tutacaq  aramızda  kimsə  yoxdur.  O,  öz  Ģəxsinə  məxsus  mənəvi  bir 
qüvvətdi.  Bu  qüvvət  bizə,  özündən  sonra  rəhbər  olmaq  üzrə,    yeni    Lehistan 
Konstitusiyasını buraxmıĢdır.  Vəzifəmiz  bütün  varlığımız  və  sədaqətimizlə  onu 
həyata  keçirmək  və  bütün  bu  surətlə  böyük  rəhbərin  vəsiyyətinə  əməl  etməkdir" 
(145, s. 263). Müəllif bu məqalədə yeni Konstitusiyanın əhəmiyyətini, əvvəlki ilə 
müqayisədə  daha  vacib  xüsusiyyətlərini  qeyd  edir.  Göstərir  ki,  Lehistan  dövlət 
baĢçısı tərəfindən aprelin 23-də imza edilən və 24-də elan olunan yeni Konstitusiya 
1921-ci  ilin  martın  17-də  elan  edilmiĢ  olan  köhnə  Konstitusiyanı  tamamilə 
dəyiĢmiĢdir. 
Müəllif  Konstitusiyadakı  müəyyən  maddələrin  əvvəlkilərlə 
müqayisəli  təhlilini  də  aparır.  Məsələn,  PolĢanın  əvvəlki  Konstitusiyasına  görə, 
"Lehistan  Cümhuriyyətində  hakimiyyət  xalqa  aid  olub",  ölkə  baĢçısı  da  ancaq 
"Xalq hakimliyini icra edən bir vasitə" idi (2-ci maddə). Yeni Konstitusiyanın eyni 


108 
 
maddəsinə  görə:  "Dövlətin  baĢında  duran  dövlət  baĢçısı  öz  idarəsinə  verilən 
dövlətin müqəddəratından allah və tarix hüzurunda məsuldur: bölünməz bir vəhdət 
təĢkil edən dövlət hakimliyi onun Ģəxsində mərkəzləĢir" (145, s. 264). 
Müəllif  əvvəlki  Konstitusiyanın  3-cü  maddəsindəki  dəyiĢikliklərin  də 
ciddi  olduğunu  göstərir.  Və  müqayisədə  yeni  Konstitusiyada  dövlət  baĢçısının 
səlahiyyətlərinin artırıldığı göstərilir. 12-ci maddədə bu hüquqlar belə qeyd edilir: 
Seym ilə senat məclislərini buraxmaq, barıĢ və savaĢ məsələlərini həll etmək, özgə 
dövlətlərlə müqavilələr imzalamaq, təsdiq etmək haqqı və s. 
Sonra  müəllif  dövlət  baĢçısının  Konstitusiya  səlahiyyətlərinin  belə 
müəyyənləĢdiyini  qeyd  edir:  l)Dövlət  baĢçısı  seçilərkən  namizədlərdən  birini 
göstərmək və ümumi seçkini təyin etmək. 2) Hərb zamanında Cumhur rəisi vəkilini 
təyin  etmək.  3)  Hökumət,  yüksək  məhkəmə  və  dövlət  müfəttiĢliyi  rəislərini  təyin 
etmək və çıxarmaq. 4) Ordu baĢ komandanı və ümumi müfəttiĢini təyin etmək və 
çıxarmaq və s. 
Müəllif  yazır:  "Yeni  Konstitusiyaya  görə  Cumhur  rəisi  veto  hüququna 
malikdir  (Maddə  54).  Bu  haqqı  isə  Seym  və  Senatdan  keçdiyindən,  30  gün 
müddətində hər hansı qanunu təkrar baxılmaq üçün müzakirəyə göndərə bilir. Bu 
qanun  ikinci  dəfə  dəyiĢdirilmədən,  təkrar  məclislər  tərəfindən  qəbul  edilirsə,  o 
zaman Cumhur rəisi artıq onu qəbul etmək məcburiyyətindədir" (145, s. 264). 
Məqalədə  dövlət  baĢçısının  seçilməsi  proseduru,  hökumətin  parlament 
qarĢısındakı  məsuliyyəti,  Seym  məclisinə  seçkilər,  seçənlərin  21-dən  24  yaĢa, 
seçilənlərinsə 25-30 yaĢ arasında olmaq məqamları təhlil edilir. 
Məqalədə  PolĢanın  demokratikləĢməsində  mühüm  rol  oynayan  seçki 
prosesinin  də  təkmilləĢdirildiyi  maddələr  üzrə  əsaslandırılır.  Göstərilir  ki, 
Konstitusiyaya  əsasən  Seym  üzvlərinin  sayı  208  olmalıdır.  Bütün  ölkə  isə  104 
seçki  dairəsinə  bölünür.  Senatın  isə  üzvlərinin  sayının  96  olduğu  bildirilir. 
Bunlardan  32-ni  dövlət  baĢçısı  təyin  edir.  Qalan  64-nü  isə  Voyevodluqlar 
(vilayətlər)  daxilindəki  seçki  ictimaları  seçirlər.  Bu  ictimalar  isə  Ģəxsi  nüfuzları, 
təhsillərinin  dərəcəsi  və  əhalicə  olan  etimadları  baxımından  Senat  seçkilərinə 
iĢtirak haqqında olan vətəndaĢlar tərəfindən seçilmiĢ nümayəndələrdən formalaĢır. 
Senata seçənlərin yaĢının 30, seçilənlərin isə yaĢının 40-a çatması lazımdır. 
M.  Ə.  Rəsulzadə  PolĢa  Konstitusiyasında  təsbit  olunan  bu  maddələri 
yüksək dəyərləndirir və ölkənin hüquqi demokratik əsaslarla inkiĢafında önəmli rol 
oynayacağını  göstərir.  Və  belə  üınumiləĢmə  aparır:  "Bu  xülasələrdən  görürük  ki, 
bu konstitusiyanın ağırlıq mərkəzi icra orqanlarında olan qüvvətli hökumət idarəsi 
yaratmağı  gözə  almıĢdır.  Gerçəkdən  də  belədir.  Özünə  verilən  səlahiyyətlərə 
baxılırsa,  Lehistan  Cumhur  Rəisi  kraldan  da  nüfuzlu,  adətən  diktatorca  bir 
hökmdardır  Demək  olur  ki,  Lehistan  Cumhur  Rəisi  Amerikanınkı  qədər  hətta 
ondan bəlkə də artıq səlahiyyət və nüfuza malikdir. 


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə