ƏlaqəLƏRİNDƏ M. Ə. RƏSulzadəNİn rolu



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə44/55
tarix20.08.2018
ölçüsü3,3 Mb.
#63691
1   ...   40   41   42   43   44   45   46   47   ...   55

109 
 
Bütün  həyatını  xalqçılıq  adına  və  istibdad  idarəsinə  qarĢı  mücadilədə 
keçirən inqilabçı Pilsudskinin candan bir demokrat olduğunda Ģübhə yoxdur. Öylə 
ikən ən böyük əsər olaraq buraxdığı bu Konstitusiyada rəsmi demokrat əleyhindən 
tendensiyanı nə ilə izah etməli? 
Burasını unutmamaq lazım ki, Pilsudski, sözün sosial mənası ilə, atəĢli bir 
inqilabçı olmaqla bərabər, daima ondan atəĢli bir patriot olaraq qalmıĢdır. O, bütün 
həyatını  tarixin  ən  böyük  faciəsinə  uğramıĢ  bədbəxt  yurdunun  üç  böyük 
imperatorluq arasında bölünən vücudunu təkrar birləĢdirməyə və onu yeni baĢdan 
istiqlalına yetiĢdirməyə vəqf etmiĢ bir adamdır". (145, s. 266). 
Müəllif  doğru  mövqedədr  ki,  Pilsudski  bu  Konstitusiya  ilə  PolĢaya 
qüvvətli  idarə  sistemi  verməyi  düĢünərkən,  ilkin  olaraq  məmləkətinin 
coğrafıyasını,  tarixini,  indiki  durumunu  və  beynəlxalq  vəziyyətdən  çıxan  həqiqi 
reallığı hesablamağı bacarmıĢdır. 
M. Ə. Rəsulzadənin  fikrincə  yeni PolĢa  Konstitusiyası sadə  proporsional 
seçki  sistemini  majoritar  sistemə  çevirməklə  qalmamıĢdır.  Eyni  zamanda  yeni 
dövlət  sisteminin  quruluĢu  zamanı  Konstitusiyada  əksini  tapmıĢ  müasir 
mühakimələrdən də ilham almıĢdır. Müəllif məqaləsində yeni cəmiyyət quruculuğu 
dönəmində  cəmiyyətdə  formalaĢan  demokratiyanın  da  həddinə  münasibətini  belə 
açıqlayır:  "Cəmiyyətin  müəyyən  açılıĢ  dövrlərində  siyasi  firqələrə  dayanan 
parlamentarizm,  demokrasinin  ayrılmaz  bir  tərkibi  ikən,  indiki  iqtisadi  və  inkiĢaf 
əsrində  isə  dövlət  iĢlərini  sadə  bir  dəstəyə  bağlamaq  onlarca,  demokrasiyi 
demokratlardan ziyadə demaqoqlara verməkdən ibarətdir" (145, s. 266). 
M.Ə. Rəsulzadə yeni Konstitusiyadakı əsas müddəalara toxunaraq göstərir 
ki, "Sağlığında Ģəxsi hakimiyyətini mənəvi nüfuz əsasma dayandıran MarĢal" yeni 
PolĢa  dövləti  təĢkilini  də    bir  növ  "mənəvi  nüfuz"  sistemi  üzərində  qurmağı 
düĢünmüĢdür.  Belə  yanaĢmanın  nəticəsidir  ki,  yeni  PolĢa  Konstitusiyası  siyasi 
partiyaları  tamamilə  məhv  edərək  iĢ,  idarə,  bilik  və  ideya  adamlarının  dövlət 
idarəsindəki rollarına hizmət və əhəmiyyət vermiĢdir. 
M. Ə. Rəsulzadə məqaləsindəki fikirlərini əsaslandıraraq PolĢanın aparıcı 
qəzetlərindən  olan  "Kuryer  Poranu"da  nəĢr  edilən  bir  məqalədən  də  nümunə 
gətirir:  "Ġqtisadi  amillərin  təsiri  altında  dövlət  məfhumu  çox  dərindən  dəyiĢmiĢ 
oldu.  Əskidən  millətin  daxili  həyatı  ilə  xəfif  surətdə  əlaqədar,  sadə  bir  əmniyyət 
cihazı  ikən,  indi  dövlət  milli  həyatın  hər  sahəsini  əhatə  edən,  bir  orqanizasion 
(təĢkilat  -  red.)  halına  gəlmiĢdir.  Dövlət  ictimai  və  siyasi  zümrələr,  ihtisas 
müəssisələri  və  iqtisad  təĢkilatları  üstündə  bir  kooperativ  cəmiyyət  Ģəklinə 
girmiĢdir  ki,  bu  Ģəkil  onu  cəmiyyətin  ihtisas,  iqtisad  və  idarə  iĢlərini  yapmaq 
rolunda bulunmağa məcbur edir" (145, s. 267). 
M. Ə. Rəsulzadəyə görə, PolĢanın yeni Konstitusiyası həm də orijinal bir 
təcrübə  ilə  diqqəti  cəlb  edir.  Yəni  burada  ümumi  seçki  əsasları  mühafizə  olunur, 


110 
 
demokratiyanın  əsl  varlığını  təĢkil  edən  əsas  azadlıqlara  toxunulmur,  siyasi 
demokratiyanın  meydanı daralır, ictimai  təsanüd, bilik  və  qisas üzərində  dayanan 
idarəçiliyin realizm prinsipi təĢviq olunur. 
Göstərilir  ki,  yeni  PolĢa  Konstitusiyası  müharibədən  əvvəlki  klassik 
parlamentarizmə  nisbətdə  deyil,  müharibədən  sonrakı  yeni  rejimlərə  nisbətdə  də 
orijinal bir təcrübə olmaq dəyərindədir. 
M.  Ə.  Rəsulzadə 
məqaləsini 
belə 
yekunlaĢdırır:  "Pilsudski 
Konstitusiyasının  ən  bariz  cəhəti  dövlət  mənfəətlərini  xüsusi  zümrə  mənfəətləri 
üzərinə  hakim  qoymaq  və  siniflər  arasındakı  mücadilənin  yerinə  ictimai  təsanüd 
prinsipini möhkəmlətməkdir. Qurtulacaq məmləkətlərimizin idarəsində hər Ģeydən 
əvvəl bizi əlaqədar edən prinsip də, Ģübhəsiz bu olmalıdır və bu olacaqdır" (145, s. 
268). 
M. Ə. Rəsulzadənin PolĢa  ilə  bağlı digər bir  maraqlı  məqaləsi "Lehistan 
müsəlmanları"dır.  "QurtuluĢ"  jurnalının  1935-ci  ilin  noyabr-dekabr  aylarında  13-
14-cü  sayında  nəĢr  edilən  "Lehistan  müsəlmanları"  (Mühüm  bir  əsər  münasibəti 
ilə) məqaləsi ciddi tarixi dəyərə malikdir. 
PolĢada  çap  olunan  "Roçnik  tatarski"  (tərcüməsi  -  "Tatar  illiyi"  -  N.  Y.) 
məcmuəsinin böyük əhəmiyyəti olduğunu bildirən M. Ə. Rəsulzadə məqaləsini bu 
sözlərlə baĢlayır: "Masamız üzərində qoca bir cild, 500 böyük səhifəliyi dolduran 
bir kitab. YaxĢı kağızda, yaxĢı hərflərlə, basılmıĢ türlü rəsmlərlə bəzənmiĢ, yalnız 
görünüĢü ilə belə insanı özünə çəkən gözəl bir əsər. Üz səhifəsində vaxtilə bütün 
cahana qorxu verən irqdaĢlarımızdan əski tatar minicisinin Ģahə qalxmıĢ at belində 
oxu yayından buraxan qoĢucu və atıcı bir tablo!.. 
Polyak  dilində  çıxan  bu  illik  -  "Tatar  illiyi".  Bu,  PolĢada  yaĢayan  türk-
tatar  qardaĢlarımızın  maarif  və  mədəniyyət    cəmiyyətləri  tərəfindən  çıxarılan 
illiyin (salnamə) ikinci cildidir. Bu illik müstəqil Azərbaycanda dəyərli hizmətləri 
ilə Tanıınan  Kriçinski qardaĢlarından  Arslan bəy Nayman-Mirzə Kriçinskinin baĢ 
yazarlığı  və  idarəsi  altında  nəĢr  edilir"  (144, 5.  365).  M.  Ə.  Rəsulzadə  məqalədə 
çox maraqlı tarixi məqamlar açıqlayır.   Göstərir   ki,   tatarlar  adı   ilə   tanınan   
bu      PolĢa  müsəlmanlarının  tarixləri  uzundur.  XIV  əsrin  sonları  və  XV  əsrin 
əvvəllərində,  Qızıl  Ordu  çağlarında,  qismən  Teymurdan  qaçan  ToxtamıĢ  xanla 
bərabər,  qismən  də  ondan  sonra  gələn  tatar  əsgərləri  və  daha  sonra  Krımdan  və 
Kazandan  köçən  türk  əsgər    ailələrinin      indiki      Vilna      ətrafında      yerləĢərək   
qalan davamçılarıdır. 
Vaxtı ilə Litva və Lehistan (PolĢa) krallarına sədaqətlə xidmət etmiĢ olan 
bu  əsgər  xalqın  Lehistan  tarixində  buraxmıĢ  olduğu  böyük  bir  kültür  "Roçnik 
Tatarski"nin  ilk  cildində  olduğu  kimi,  bu  cilddə  də      məharətlə  canlandırılmıĢdır. 
Biz  burada  litvalı  tatarın  Litva  ilə  Lehistanı  birləĢdirmiĢ  kral  Yadillonun 
Grinvalddakı zəfərində iĢtiraklarını, böyük kral Ziqmund ordusunda Rusiyaya qarĢı 


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə