ƏlaqəLƏRİNDƏ M. Ə. RƏSulzadəNİn rolu



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə35/55
tarix20.08.2018
ölçüsü3,3 Mb.
#63691
1   ...   31   32   33   34   35   36   37   38   ...   55

89 
 
rus  dili  vasitəsilə  bir-birinə  Rusiyaya  bağlamaq  istədilər.  Fəqət  bütün  bu  Ģeytani 
tədbirlərlə Azərbaycan milli vücudunun parçalanmasına müvəffəq ola bilmədilər. 
YerləĢmiĢ,  sayları  5-10  min  olmayan  rusların  və  baĢqa  islam  olmayan 
millətlərin  belə  çoxdan  türkləĢmiĢ  olduğu  bir  məmləkətdə  türk  və  müsəlman 
qəbilələrin  80%  nisbətini  türk  təĢkil  edən  bir  dəniz  içərisində  ruslaĢacaqlarını  ümid 
etmək əbəsdi. Xüsusən də bunları irq, tarix, kültür, ənənə, din, yurd və müqəddərat 
birliyi ilə ortaq tarixi düĢmən bir-birinə bağlamaqdadır(179, s. 11). 
M.  B.  Məmmədzadə  qurultaydakı  çıxıĢında  çox  maraqlı  məqamlara 
toxunmuĢdur.  GöstərmiĢdir  ki,  Azərbaycan  türkünü  qəbilələrə  ayırmaq  mümkün 
olmadığı  kimi  Azərbaycan  ədəbi  türkcəsini  də  Ģivələrə  parçalamaq  əbəsdi.  Çünki 
əsas  ünsürü  və  təĢəkkülü  etibarı  ilə  oğuz-türkmən  zümrəsinə  daxil  olan  bu  dil 
məlum  tarixi  səbəblərlə  ərəb  və  fars  dillərindən  mütəəssir  olaraq  inkiĢaf  etmiĢ, 
Osmanlı  dövlətinin  təĢəkkülündən  əsrlərlə  sonralara  qədər  belə  Yaxın  ġərqdə 
Yeganə ədəbi türkcə olaraq qalmıĢdır. M. B. Məmmədzadə çıxıĢında bildirdi: "Osmanlı 
ədəbi türkcəsinin təĢəkkülündən sonra belə inkiĢafında davam edən və  Füzuli kimi 
yüksək ədəbi simaların iĢləyib incələtdiyi bu dil, yayıldığı coğrafi sahə etibarı ilə, 
Osmanlı ədəbi türkcəsi ilə Türküstanın ədəbi cığatay türkcəsi arasında daima vasitəçi 
rolunu oynamıĢ və bu dillərlə və bu zümrələrə daxil Krım və Ġdil-Ural türkcələri ilə 
yaxınlaĢmaqda davam etmiĢdir. Xüsusən, XIX əsrin sonlarına  doğru  Krımlı   böyük  
Ġsmayıl   bəyin  açdığı   "dildə   birlik" hərəkatı sayəsində digər türkcələrlə də çox 
yaxınlaĢan  Azəri  türkcəsi,  bütün  türk  dünyasında  anlaĢılan  ortaq  ədəbi  türkcə 
mahiyyətini açmıĢdır" (179, s. 11-13). 
M.  B.  Məmmədzadə  qurultaydakı  çıxıĢında  maraqlı  məqamlara 
toxunurdu.  Qeyd  edirdi  ki,  XIII,  XIV,  XV  və  XVI  əsrlərdə  Həsənoğlu,  Nəsimi, 
Həbibi, Füzuli, Xətai kimi böyük Azərbaycan Ģairlərinin sayəsində yüksək ədəbi dil 
Ģəklinə  düĢən  yalnız  Qafqazda  deyil,  eləcə  milyonlarca  Azəri  Türkünün  anlaĢıb 
danıĢdığı  bu  dili  bolĢeviklər  az  qala  qəbilə  dillərinə  aid  etmiĢlər.  M.  B. 
Məmmədzadə  tənqid  edirdi  ki,  "Qızıl  rus  istila  ordusunun  süngüləri  üzərində 
Azərbaycana  gələn  rus  elmi  rəhbərləri"  Romanovların  ədəbi  ruscasını  bütün 
qısqanclıqları ilə qoruduqları halda, Azərbaycan ədəbi türkcəsini   milliyyətçilik   və   
müsavatçılığı   tərənnüm   edən  və feodalizm-kapitalizm dövrlərinin ideologiyasını 
yaĢadan bir dil olduğunu vurğulayıb ortadan qaldırırlar. 
M.   B.   Məmmədzadə  qeyd   edirdi   ki,   bolĢeviklər  eyni ssenarini  az 
əvvəl  ġimali    Qafqazda  "sınaqdan  çıxardılar".  Burada  onlar  ümumi  dili  məhv 
etdikdən sonra qəbilə dillərinə üstünlük  verdilər.  Məqsədləri  isə  bir  qədər  sonra  o 
dilləri  də  məhv  etmək  və  yalnız  rus    dilinin    hegemonluğunu    təmin  etməkdir. 
Çünki  Ġdil-Ural  ilə  ümumi  ədəbi  türkcəni  aradan  qaldırdıqdan    sonra  ruslaĢmıĢ 
jarqonlardan    ibarət    bir  küçə  dilini  rəsmiləĢdirirdilər.  Məruzəçi  göstərirdi  ki, 
Azərbaycan  ədəbi  dilini  də  təxminən  eyni  sistemə  salmaq  istəyirlər.  Bundan  ötrü 


90 
 
isə  ədəbi  dili  yaĢadan  Ģair,  ədib,  jurnalist,  müəllim,  elm  adamları  kimi  milli  ziyalı 
kadrlarını  iĢdən  çıxarırdılar,  çoxlarını  isə  sürgünə  göndərirdibr.  BolĢeviklər  bundan 
sonra  məhv  edilən  ədəbi  dilin  yerinə,  "proletar  dili"nin  vacibliyini  qəbul  edirdibr. 
Milli  ziyalılarımızı  tərcüməçilər  kadrosu"  ilə  əvəz  edən  bolĢeviklər  bunula  bir 
məqsəd güdürdülər: hər Ģeyi ruscadan tərcümə etməklə, Azərbaycanda "içi sosializm, 
üzü millət" bir proletar mədəniyyəti yaratmaq! 
M. B.  Məmmədzadənin çıxıĢında  maraqlı  məqamlar  çox  idi.  O, göstərirdi 
ki, bolĢeviklərin ədəbi dilimizi məhv etmək siyasəti bütün türklərin yaĢadığı bölgələri 
əhatə  etmiĢdir.  Belə  ki,  Türküstanda  ortaq  ədəbi  türkcənin  yerinə  özbək,  qazax, 
qaraqalpaq  və  qırğızların  Ģivələrinə  ədəbi  dil  mahiyyəti  verilmiĢdir.  Krımda  isə 
Qaspirallı Ġsmayıl bəylərin iĢlətdiyi ədəbi türkcənin yerinə, sahilboyu, orta və Ģimali 
olmaqla üç "ədəbi dil" təsis edilmiĢdir. Eyni proses Ġdil-Uralda da aparılmıĢdır. Burada 
isə tatar, baĢqırd dillərinə rəsmiyyət verilmiĢ, ortaq  ədəbi  dil  məhv  edilmiĢdir.  Beləcə, 
imperialist Moskva Rusiyada yaĢayan türklər üçün onlarla "ədəbi türkcə" meydana 
gətirmiĢdir.  Ən  ziyanlısı  o  idi  ki,  bolĢeviklər  bu  dilləri  türkcə  ortaq  istilahlardan 
təmizləyərək  onların  yerinə  rusca  istilahlar  iĢlədilməsinə  göstəriĢ  vermiĢdilər. 
Aparılan bu siyasət nəticəsində fizika, anatomiya, biologiya, riyaziyyat, tarix, kimya, 
coğrafıya,  ədəbiyyat  kimi  elmi-fənn  kitablarındakı  istilahların  az  qala  yüzdə 
yetmiĢini  rus  sözləri  təĢkil  edirdi.  Maraqlıdır  ki,  bolĢeviklər  türkcə  sözlərin 
iĢlədilməsinə  isə"pantürkizm  damğası"  adını  vururdular.    Eyni  zamanda  qeyd 
olunurdu  ki,  türk  dilinə  mənsub  ölkələrin  məktəblərində  rus  dilinin  tədrisi  12 
saatdan 25-30 saata qaldırılmıĢdır. 
Məlumdur  ki,  1918-ci  ildə  ġimali  Qafqazın  istiqlalını  elan  edən  Milli 
Konqres  kumık  türkcəsini  ümumi  dövlət  olaraq  qəbul  etmiĢ  və  ġimali  Qafqazın 
Adıgey-Çərkəz,  Osetin  kirni  türk  olmayanlar  belə,  ana  dilində  açılacaq 
məktəblərdə  kumıkcanın  bir  dil  kimi  oxunmasını  və  ali  məktəblərdə  isə  tədrisin 
kumık türkcəsində aparılmasını qərarlaĢdırmıĢdı. 
Lakin  1920-ci  ilin  bolĢevik  istilasından  sonra  Moskva  ġimali  Qafqazda 
ortaq dövlət dilini ləğv edərək, onun yerinə qəbilə dillərinə rəsmiyyət vermiĢ, hər 
dilə uyğun əlifba yaratmıĢ, mətbuat və nəĢriyyat formalaĢdırmıĢdır. Buna müvafiq 
olaraq  Moskva  həmin  dilləri  sonradan  ayrı-ayrılıqda  ruslaĢdırmağa  baĢlamıĢ,  rus 
dilini isə "birləĢdirici ümumi dil" formasında tətbiq etmiĢdir. 
Qeyd  edək  ki,  M.  B.  Məmmədzadənin  Qurultaydakı  çıxıĢında  qaldırdığı 
problemlərə diqqətlə yanaĢılmıĢdı. 
Təmsilçilərin referatları oxumasından və çıxıĢlardan sonra Qurultay Sovet 
Rusiyasının  dil  siyasətini  tənqid  edən  bəyannamənin  hazırlanmasını  qərara  aldı. 
Qurultayın  Rəyasət  Heyəti  mətnin  hazırlanması  üçün  redaksiya  komissiyasını 
seçdi. Bununla da Qurultayın birinci günü baĢa çatdı. 
 


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə