Elbəyi CƏlaloğLU



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə16/43
tarix12.10.2018
ölçüsü2,2 Mb.
#73673
1   ...   12   13   14   15   16   17   18   19   ...   43

Elbəyi Cəlaloğlu 
92 
 
 
Mehralı sirrini açıb deyəndə, 
Güman etdilər ki, obaşdan gələr. 
– Hüseyn sözünə dəqiq adamdır, – 
Desə də, üzürdü onu şübhələr. 
 
Ulduzları saydı səhərə kimi, 
Qaraltı axtardı Ay işığında. 
Təbiət pozmurdu sakitliyini, 
Göylər də özünün yaraşığında. 
 
Səhər mələşirdi körpə quzular
Vurnuxur, çırpınır, can atır çölə. 
Qonşu binələrdən gəldi bir çoban, 
Sürü ağulundan çıxmamış hələ. 
 
– Çoban, xeyirdimi? – sordu Mehralı, 
– Axşam Hüseyni vurub kazaklar, 
Külə döndəriblər evi-eşiyi
Xəbər tutmayıblar başqa qaçaqlar. 
 
Mehralı dinmədən mindi Qəməri, 
Çapırdı dördnala yana, acıya. 
Təpənin dalından keçəndə gördü, 
İsmayıl gəlirdi qarşı-qarşıya. 
 
Yetişib iki dost durdu üz-üzə, 
Tənə gözlədilər bir-birlərindən. 
92 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
93 
 
 
Suçu özlərində görürmüş kimi, 
Onlar ah çəkdilər burda dərindən. 
 
– Bu gün el yığılıb dəfn edəcəklər, 
Tezliklə girməyək hələ araya, 
Gəl, təmkinli olaq, – dedi İsmayıl, 

 
Qisası saxlayaq bir az sonraya. 
 
– Dərdimiz böyüyr, İsmayıl, hər gün, 
Öz əllərimizlə vururlar bizi, 
Əlimizin ağlı, düşüncəsi yox, 
Nə görə bilməyir, kor qalıb gözü. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
93 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
94 
 
 
 
Kələnin Hüseynin oyunbazlığı 
 
Beləcə ayrılıb getdi Mehralı, 
Qəlbində dostunun odu, atəşi. 
Düşməni yenidən çaşdırmaq üçün, 
Arxada qoyurdu qayanı, daşı. 
 
Qəmər addımını yavaşıdanda, 
O, dağın başında bir atlı gördü. 
Silib gözlərini yenidən baxdı, 
Hüseynin ruhunu qanadlı gördü. 
 
Durub heyranlıqla baxır Mehralı, 
Dostu ona doğru yaxınlaşırdı. 
Xəyal gözlərində aydınlaşdıqca, 
Sevinci qəlbində coşub-daşırdı. 
 
...Demə mühasirə olunan zaman, 
Güllə yağış kimi yağırmış başa. 
Körpələr otaqda qorxuya düşüb, 
Dəhşət asılıbmış kirpiyə, qaşa. 
 
Hüseyn sivişib gizləndi əvvəl, 
Damın üstündəki ot tayasında. 
Atası qapıdan çıxıb bayıra, 
Danmışdı oğlunu öz odasında. 
94 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
95 
 
 
Tüfənglər yönəldi kişinin üstə, 
Dərhal baldırını aldılar nişan. 
Hüseyn dözmədi bu qansızlığa, 
Onun hiddətinə tuş oldu düşmən. 
 
Atıldı güllələr qarşı-qarşıya, 
Ovuldu kəsəklər, yarıldı daşlar. 
Yerdə qovşurulub sızladı ata, 
Alnında bir az da artdı qırışlar. 
 
Atəş aça-aça gedib yıxıldı, 
Hüseyn atasının yanına qəsdən. 
Aldatdı düşməni o, boyamaqla, 
Özünü atanın qanına qəsdən. 
 
Kəsildi atəşlər, dayandı düşmən, 
Onu ölmüş bilib çəkildi geri. 
Bir azdan Hüseynin ölüm xəbəri, 
Başına götürdü bütün hər yeri... 
 
 
 
 
 
 
 
 
95 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
96 
 
 
 
Şürəgəl səfəri 
 
Burdaca ayrıldı hərə bir yana, 
Hüseyni qoynuna çəkdi mahalı. 
Dostunun bu təzə sərgüzəştini, 
Düşünüb dağlarda itdi Mehralı. 
 
Osmanlı yurduna çapdı atını, 
Onu Şürəgəldə daldaladılar. 
Bürüyüb ürəyin məhəbbətinə, 
Sevgi ocağını gur qaladılar. 
 
Günlərlə yaşadı bu sevgilərdə, 
Hərdən Çıldırı da gəzib dolaşdı. 
Boyunu ellərdə görsədən zaman, 
Kəndlərdən başına yüzlər daraşdı. 
 
Danoslar aldılar çuğullarından, 
Tiflisdə oturan qul hərisləri. 
Satqınlıqda gördü qazanc yolunu, 
Var-dövlət düşgünü, pul hərisləri. 
 
Çar xəbər göndərdi yenə sultana
Sultanın fərmanı Qarsa yetişdi. 
Mehralı sədası diyarbadiyar, 
Çinə, hində, ruma, farsa yetişdi. 
96 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
97 
 
 
Yenə incidilir qarapapaqlar, 
Qamçı kürəklərdə zoğlar açırdı. 
Mehralı haləti eşidən kimi, 
Qəməri meydana doğru uçurdu. 
 
Yenə mühasirə, yenə qovğalar, 
Yenə Mehralının şücaətləri. 
Bu yanda sultanın, o yanda çarın 
Heyrətdən titrədi səltənətləri. 
 
Aşdı sərhədləri Qəmər quş kimi
Nə çayda ləngidi, nə göldə batdı. 
Alışıb Mehralı sərkərdanlığa, 
Nə yolda dincəldi, nə kolda yatdı. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
97 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
98 
 
 
 
Musa çavuşun öldürülməsi 
 
Mehralı haradan sürəydi atı, 
Sirri yox dərəli, düzlü yolların, 
Əski “dost”larıydı sinən bərəyə, 
Pusqusunda duran gizli yolların. 
 
Gün-gündən artırdı təhlükələr də, 
Xırdaca kollardan şübhələnirdi. 
Elə bil hər tindən, hər bir döngədən, 
Xəyanət tökülür, şər ələnirdi. 
 
Gah sağa sapdırır, gah sola çəkir
Dolaşıq, qarışıq fikirlər onu. 
Hərdən göyə baxır, sanki ulduzlar, 
Gizlicə yaddaşa çəkirlər onu. 
 
Bu an fınxıraraq dayandı Qəmər. 
Döyüküb şəklədi qulaqlarını. 
Yalquzaq görmüş tək zıvıllıqlarda, 
Yerə döyəclədi ayaqlarını. 
 
Mehralı dayanıb düşündü bir az, 
Nədən narahatdı görəsən Qəmər? 
Birdən Musa çavuş dəydi gözünə
Başında əsgəri səksən-yüz nəfər. 
98 
Elbəyi Cəlaloğlu 


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə