Elbəyi CƏlaloğLU



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə24/43
tarix12.10.2018
ölçüsü2,2 Mb.
#73673
1   ...   20   21   22   23   24   25   26   27   ...   43

Elbəyi Cəlaloğlu 
146 
 
 
Mehralı bəyin Doşanquloğlu 
         Hüseynlə döyüşü 
 
Axşamdan yır-yığış etdi Mehralı, 
Tapşırdı Bahara, gözləsin onu. 
Ulduz doğan kimi, alatorandan, 
Ağbabaya tərəf saldı yolunu. 
 
Qəmərin ayağı islandı şehdə, 
Hürküb kəkliklər də yolunu çaşdı. 
Gah dumanı yardı, gah çəni qovdu, 
Dərədən adladı, təpədən aşdı. 
 
Qum saatı kimi tələsdi zaman, 
İndi Ağbabaya lap az qalırdı. 
Tapdayıb çöllərin göy otlarını, 
Qəmər təbiətdən qisas alırdı. 
 
Bir tüfəng səsinə ayıldı birdən, 
Kəsmişdi yolları yenə Hüseyn. 
İndi yaxşı yerdə axşamlamışdı, 
Deyəsən bu dəfə yenə Hüseyn. 
 
Düşmən qoşunuyla keçdi hücuma, 
Bir igid üstünə gör nə say gəlir. 
Mehralı başladı sapmalamağa, 
Görəndə üstünə bir alay gəlir. 
146 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
147 
 
 
Heç əli gəlmirdi vurmağa onu, 
Hər necə olsa da mərdliyi vardı. 
Həm də dost olublar bir xeyli əvvəl, 
Bir az təkəbbürü, sərtliyi vardı. 
 
Yollar arayırdı düşüncəsində 
Onu bu sevdadan yayındırmağa. 
Bezmişdi qadadan, qandan,  
                                            Çalışdı, 
Döyüşü söz ilə dayandırmağa: 
 
Mehralı bəy: Hüseyn, çıx get buradan, 
                       Qana bulama əlimi. 
                       Mənim dostların yanında, 
                       Gödək eyləmə dilimi. 
 
D. Hüseyn:   Əbəs yerə yorma atı, 
                       Qurtarammazsan canını. 
                       İnan ki, təslim olmasan
                       Yerə tökəcəm qanını. 
 
Mehralı bəy: Anadan olmayıb hələ, 
                       Mənimlə yekə danışan. 
                       Aslanla cəngə girişmək, 
                       Görünməsin sənə asan. 
 
 
147 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
148 
 
 
D. Hüseyn:   Hədə-qorxu gəlmə mənə
                       Aslan qaçmaz meydanından, 
                       Sən ya təslim olmalısan, 
                       Ya  keçməlisən canından. 
 
Mehralı bəy: Aldandın vara, dövlətə, 
                       Əlim gəlmir vuram səni.  
                       Allaha bax, çəkil geri
                       Gəl, sevindirmə düşməni. 
 
D. Hüseyn:   Üzəmməzsən bu dəryada
                       Çox da baş vurma dərinə. 
                       At tüfəngi yerə, yoxsa, 
                       Saman təpərəm dərinə. 
 
Mehralı bəy: Sənə qıymaq istəmirəm
                       Düşmənsən, mərdliyin də var. 
                       Bir az dayazdır düşüncən, 
                      Axmaq bir sərtliyin də var. 
 
Hüseyn dönmədi heç inadından, 
Çaldı öz ağlının kaman-tarını. 
Əvvəl kəmənd atdı o, Mehralıya, 
Sağ tutmaq istədi öz şikarını. 
 
Mehralı bir anda çəkib qılıncı, 
Parça-parça etdi göydə kəməndi. 
148 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
149 
 
 
Hüseyn solundan yaxınlaşaraq, 
Lap daban-dabana sürdü səməndi. 
 
Bir yandan kazaklar cumdu üstünə
Mehralı ot kimi biçdi qarşını. 
Əlinə bir imkan düşdü Hüseynin, 
Vurub yaraladı onun başını. 
 
Mehralı yüyəni çəkdi sol yana, 
Göydə şimşək kimi yazdı qılıncı. 
Yayındı Hüseyn güclü zərbədən, 
Atın quyruğunu üzdü qılıncı. 
 
At hürküb üz qoydu meşəyə tərəf, 
Mehralı qoşuna vurdu özünü. 
Elə bil sürüyə yalquzaq girib, 
Süzülüb örtsə də qanı gözünü. 
 
Başsız qalan qoşun qaçıb dağıldı, 
Lənət oxudular onlar Hüseynə. 
Mehralı başına bir sarğı vurub, 
Üz tutdu Osmanlı tərəfə yenə. 
 
Çapırdı Qəməri tələm-tələsik, 
Qan yanaqlarında açırdı zehlər. 
Otlar da heyrətə gəlir elə bil, 
Düşdükcə üstünə qırmızı “şehlər”. 
149 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
150 
 
 
Hərdənbir əliylə tutur başını, 
Təpiyir dodağı, quruyur dili. 
Amma Qarsa qədər əzab içində, 
Səylə keçməliydi o neçə mili. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
150 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
151 
 
 
 
 
IV Boy 
 
 
Mehrali bəy Qars 
qazamatında 
 
Edam qərarı 
 
Çatdırdı birtəhər Qarsa özünü
Yarası qan verir, sızlayır başı. 
Canının hayına qalıb daxmada, 
Solurdu bənizi, itirdi huşu. 
 
Həkim çağırdılar, loğman tapdılar, 
Yetişdi haraya eşidən, bilən. 
“Can” söyləyən kimdi, nalə çəkən kim, 
Artırdı günbəgün yanına gələn. 
 
Olsa da üz cırıb, saçını yolan, 
Varıydı dizinə saxta döyənlər. 
Çatdırdı xəbəri jandarmalara, 
Haram qazananlar, haram yeyənlər. 
 
Nə xəstə qandılar, nə abır-həya, 
Nə də ehtiyatı əldən qoydular. 
151 
MEHRALI BƏY 


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə