Elbəyi CƏlaloğLU



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə22/43
tarix12.10.2018
ölçüsü2,2 Mb.
#73673
1   ...   18   19   20   21   22   23   24   25   ...   43

MEHRALI BƏY 
133 
 
 
 
 
Təzətoyluların Dalaverli Mansur və 
Doşanquloğlu Hüseynin dəstəsi ilə 
atışması 
 
Baharın son ayı düşmüşdü heydən, 
Bürkü püskürürdü torpaq da, daş da. 
Otlar bükülürdü gün şaxıyanda, 
Qəhətə çıxmışdı yağmur-yağış da. 
 
Məmmədalı erkən oyanıb yenə, 
Səyriyir nədənsə bu gün sol gözü, 
Yır-yığış edirdi həyətlərində, 
Malqatılan vaxtı səhər, danüzü. 
 
Yönünü çöllərə salan sürüyə 
Təzəcə qatmışdı qoyun-quzunu. 
Bir dəstə atlını gördü uzaqdan, 
Dönüb evə saldı tezcə özünü. 
 
Qabağına gəldi Hüsniyyə ana
Silahla çıxmağa qoymadı onu. 
– Ay oğul, çıx de ki, yoxdu Mehralı, 
Düşmür buralara son vaxtlar yönü. 
 
 
133 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
134 
 
 
Daxmanı dövrəyə almışdı düşmən, 
Doldu dörd tərəfə qaralı, ağlı. 
Bir yanı kəsmişdi Mansur silahlı, 
O biri tərəfi Doşanquloğlu. 
 
Heybətli səs gəldi bu dəm bayırdan: 
“Mehralı, təslim ol, tulla silahı!” 
Aləm bir-birinə dəydi otaqda, 
Divarı titrətdi ananın ahı. 
 
Daha dayanmağın yoxuydu yeri, 
Durub Məmmədalı çıxdı qapıdan. 
Yayıldı aləmə bir atəş səsi
Dodağı qarsıyıb, dili təpidən. 
 
Söydü Məmmədalı, tutub qarnını: 
“Mansur, sənin əclaf...” 
Bu zaman bir də, 
Bir də uğuldadı güllənin səsi, 
Gözündən qan tökdü bu dəfə yer də. 
 
Ana saçlarına atdı əlini, 
Qaçıb qucaqladı Məmmədalını. 
Mansurun özü tək qansız gülləsi, 
Bu dəfə torpağa sərdi Əlini. 
 
 
134 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
135 
 
 
...Əli qardaşların kiçik tayıydı, 
O qədər duymurdu gəliş-gedişi. 
Hələ quzuları otarmaq idi, 
Körpə əllərindən gələn bir işi... 
 
Sıçrayıb silahı  götürdü Bahar, 
O, nə cür həyətə çıxdı, bilmədi. 
Əlləri titrədi əsəblərindən. 
Çaxmağı nə təhər çaxdı, bilmədi. 
 
Düşməndən ikisi sərildi yerə, 
Bir anlıq dəstənin pozuldu halı. 
Amma bu gedişi bir az düşünüb, 
Mansur anladı ki, yoxdu Mehralı. 
 
Tayanın üstündən atılıb bu an, 
Qəfil qamarladı kimsə Baharı. 
Burub qollarını çatdı arxadan, 
Dandı kişiliyi, namusu, arı. 
 
Buraxıb meyidi yüyürdü ana, 
Mansurun çiyninə atdı əlini: 
– Sən iki balamı aldın əlimdən, 
Namusun yoxdurmu, burax gəlini! 
 
Mansura dəymədi, daşa dəydi söz
Vurub dirsəyiylə yıxdı ananı. 
135 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
136 
 
 
Dilləndi bu anda Doşanquloğlu: 
– Kişilik et, burax, qoy getsin onu! 
 
Başına sıçradı Mansurun qanı: 
– Ağılmı qoyursan mənim başıma? 
Ürəyi yumşaqlıq edib, Hüseyn, 
Bir daha qarışma əsla işimə! 
 
Qaş-qabaq eylədi ona Hüseyn, 
Mansur fikirindən dönmədi ancaq. 
Mindirib Baharı ata, getdilər, 
Ana naləsindən inlədi sancaq. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
136 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
137 
 
 
 
Dalaverli Mansurla Doşanquloğlu 
Hüseynin sözünün çəpləşməsi 
 
Mansur düşünürdü: 
– Bir fürsətdi bu, 
Gələcək Mehralı öz ayağıyla. 
Amma bilmirdi ki, özünü yaxır, 
O, öz düyünüylə, o, öz dağıyla. 
 
Ümidi çıxdıqca boşa Baharın, 
Göz yaşı qoymurdu qəlbini yana. 
Hüseyn bu halı görüb, dözmədi, 
Düşmən ürəyi də qıymadı ona. 
 
O sürdü atını Mansurun üstə, 
– Burax, çıxıb getsin qız evə, – dedi. 
– Qızımız, anamız, arvadımız var, 
Nə üzlə gedərik biz evə, – dedi. 
 
Məsləhət qanmadı, söz anlamadı, 
Mansur çəkinmədi bəd əməlindən. 
Hüseyn hədəyə keçəndə onu, 
Əl atıb qılıncı çəkdi belindən. 
 
Döş-döşə durdular onlar bir anlıq, 
Qabardı sinələr, səyridi gözlər. 
137 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
138 
 
 
Biri təkid etdi, bir “yox” dedi. 
Toqqaşdı fikirlər, çəpləşdi sözlər. 
 
Hüseyn qılıncı sıyıran zaman 
Keçdilər araya silahdaşları. 
Hadisəni belə görcək Baharın, 
Sel tək yanağına axdı yaşları. 
 
Hərə dəstəsini çəkdi bir yana
Ayrıldı yolları düşəndə nifaq. 
Mansur Baharı da götürüb getdi, 
Onu bir otaqda eylədi dustaq. 
 
Eşitcək ərinin namərdliyini, 
Xanımı etiraz etdi Mansura. 
Aldı əllərindən rahatlığını, 
Qoymadı bircə an evdə dinc dura. 
 
Bu yandan Hüseyn heç əl çəkmədi, 
Durub gecə-gündüz, etdi israrı. 
Nəhayət, Baharı götürüb səhər, 
Keşəli kəndinə düşdü güzarı. 
 
Ötürüb Baharı ata evinə, 
Çəkdi dəstəsini dağlara sarı. 
Bir daha Mansurla qoşalaşmadı, 
Tutmazdı onunla əhdi, ilqarı. 
138 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
139 
 
 
 
Mehralı bəyin Dalaverə basqını 
 
Çatdı Mehralıya bu acı xəbər, 
Yeldən qanad alıb yetişdi kəndə. 
Gözüylə görəndə şər-xəyanəti, 
Qisas ildırım tək çaxdı bədəndə. 
 
Qızmış aslan kimi nərildədi o, 
Hay vurub dostları yığdı başına. 
Yetişdilər yolda nəfəs dərmədən
Dönmüşdü Dalaver üzük qaşına. 
 
Tapşırdı Mehralı dəlilərinə, 
Qadına, uşağa toxunmasınlar. 
Əsas məqsədimiz Mansur özüdü, 
Gözləyin aradan çıxammasınlar. 
 
Mansur çağırıldı evdən aramsız, 
Lakin duyulmurdu bircə səs-səmir. 
Bu dəm od vuruldu daxmalarına, 
Yürüdü dəstəsi bayıra bir-bir. 
 
Çıxanı tüfənglə nişan aldılar, 
Qapının ağzında leşlər qalandı. 
Qadın kölgəsində, uşaq dalınca, 
Gizlənib çıxanlar arını dandı. 
139 
MEHRALI BƏY 


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə