Elbəyi CƏlaloğLU



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə25/43
tarix12.10.2018
ölçüsü2,2 Mb.
#73673
1   ...   21   22   23   24   25   26   27   28   ...   43

Elbəyi Cəlaloğlu 
152 
 
 
Yaralı aslanı tutmağa nə var, 
Bunu özlərinə şərəf saydılar. 
 
Aldılar yataqdan onu zalımlar, 
Ayağında buxov, qolunda qandal. 
Bir anda itdirdi onu dostları, 
Yalvar-yaxara da tapmamış macal. 
 
İndi qazamatda inildəyirdi, 
Həkim də, loğman da acıdı ona. 
Hamı düşməniydi gözündə, sanki, 
Şübhələr dişini qıcadı ona. 
 
Etibar etmirdi həkimlərə də, 
Özü öz loğmanı, öz təbibiydi. 
Otun məlhəmiydi sağaldan onu, 
Bir də inamıydı, eşqi, təbiydi. 
 
Günbəgün çoxalan məhbus dostları, 
Dərman çəkirdilər yaralarına. 
Möcüzə sayaraq onun həbsini
Müəmma düşürdü aralarına. 
 
Get-gedə sağaldı qılınc yarası, 
Daha tənzif alıb heç bağlamadı. 
Amma ürəyini ox kimi deşən 
Xəyanət yarası qaysaqlamadı. 
152 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
153 
 
 
Məhkəmə quruldu Mehralı bəyə, 
Ədalətsizlikdən qaçılmadı heç. 
Sual yağdırsa da Qarsın hakimi, 
Dilinin qədəyi açılmadı heç. 
 
“Edam” qərarına etdilər düçar, 
Qarapapaqların igid oğlunu. 
Şəhadət gəlincə Babi-Alidən, 
Dəmir barmaqlıqlar qapsadı onu. 
 
Ayağında buxov, qolunda qandal, 
Boğazında lalə sıxırdı onu. 
Dərdli düşüncələr, qəmli duyğular
Qaba əlləriylə boğurdu onu. 
 
Ümidsiz, çarəsiz getdi xəyala, 
Haraya baxaydı iman yeri tək. 
Ruslar da Qafqazı işğal edəndə, 
Osmanlını gördü güman yeri tək. 
 
Batumda bir olay düşdü yadına, 
Əski dostlarıyla bir gəzən vaxtı. 
Mansur, Qərib ağa, Doşanquloğlu, 
Onunla dağlarda nal üzən vaxtı. 
 
...Xəbər tutmuşdular İran şahından, 
Ruslarla sazişə girəcək onlar. 
153 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
154 
 
 
Batumdan keçirib qəflə-qatırı, 
Birbaş Moskvaya sürəcək onlar. 
 
Osmanlı yurduna xəyanətiydi, 
Onların məqsədi, arzu-istəyi. 
İki türk dövləti biri-birinə, 
Bəs nədən görəsən vermir dəstəyi? 
 
Düzdür, siyasətdən uzağıydı o, 
Torpaq dəlisiydi, millət xəstəsi. 
Ədalət əzbəri, haqq şirin sözü
Vətəndi nəğməsi, eldi bəstəsi. 
 
Arazdan o taya çapmışdı atı, 
Düşüb sorağına bu söhbətlərin. 
Gah burda, gah orda xəfiyyə kimi, 
Öyrəndi sazişin əsas şərtlərin. 
 
Vaxtı yəqinlədi, vədəni bildi, 
Gəlib dostlarıyla plan qurdular. 
Elçilər Batuma gəldiyi zaman, 
Fürsəti verməyib talan vurdular. 
 
Osmanlı həmləsi sandılar bunu, 
Geri qayıtdılar elçilər həmən. 
Bu olay keçmişdə qalmışdı, lakin 
Xəbər Osmanlıya olmamış bəyan... 
154 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
155 
 
 
 
 
 
Dalaverli Mansurun növbəti hiyləsi 
 
Mansur bilirdi ki, bir gün Mehralı 
Qaladan xəlvəti çıxıb, qaçacaq. 
Yerin deşiyindən tapacaq onu, 
Başına ip salıb, oyun açacaq. 
 
Sıxıntı qəlbinə çökdü duman tək, 
Alnına tər gəldi, canına isti. 
Yadına düşdükcə naxələfliyi, 
Vicdanı önündə dinmədi, susdu. 
 
Yeni bir xəyanət fikirləşdi o
Verdi qəhrəmanın qətlinə fərman. 
Birdən öz-özünü durub danladı, 
Bunlar heç ağlına gəlməyib, nədən? 
 
Çağırdı birini güvəndiyindən, 
Bir xeyli bu yolda təlim eylədi. 
Böyük vədlər verib bu gənc qatilə, 
Saxta suçlamayla tutub, əylədi. 
 
Qarsın məhkəməsi verdi cəzanı, 
Onu da atdılar həmin qalaya. 
155 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
156 
 
 
İndi o, günlərlə fürsət arayıb, 
Məqam axtarırdı düşsün araya. 
 
Ondan Mehralı da şübhələnirdi, 
Gözünə xor dəydi nəsə bu gədə. 
Yaxın dostlarına açdı sirrini – 
Bala Hüseynlə aşıq Əhmədə. 
 
Gözdən qoyulmadı bir gün də cani, 
Gizlin bıçağı da gördülər onda. 
Mehralının üstə cuman tək onu, 
Hüseyn cəld durub yıxdı bir anda. 
 
Bıçaq öz böyrünə saplandı onun, 
Dünya gözlərində yandı, qaraldı. 
Bir müddət eşinib Qars qalasını, 
Mal kimi böyürüb başına aldı. 
 
Əhməd yaxınlaşıb sorduşdu ondan: 
– De, alaq qisasın, kimdi o mənfur? 
Solğun bənizində, son nəfəsində, 
Dodağı yavaşca titrədi: – Mansur. 
 
Yenidən oyandı qəlbinin odu, 
Fikirlər içində üzdü Mehralı. 
Az qaldı bir anda sındırıb tökə, 
Ayaqdan buxovu, qoldan qandalı. 
156 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
157 
 
 
Aşıq bir təsəlli verdi dostuna: 
– Səbrdir yaşadan fani həyatı. 
Sonra o yavaşca, yanıqlı səslə 
Aramla söylədi bircə bayatı: 
 
Aynada tər sinə gör
Düz dayan, tərsi nə, gör, 
Namərd də aynadır, bax, 
Özünü tərsinə gör. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
157 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
158 
 
 
Mehralı bəyin Qars qalasından 
                  qaçması 
 
Səbri tükənmişdi Mehralı bəyin, 
Quş kimi çırpındı Qars qalasında. 
Tələsdi harasa birdən elə bil, 
Ac qalıb balası öz yuvasında. 
 
Yubatmaq olmazdı vaxtı, vədəni, 
Bildi qiymətini burda hər anın. 
Bir dəmir qırığı keçirdib ələ, 
Gecələr himini sökdü qalanın. 
 
Bağlı əlləriylə eşdi torpağı, 
Xəlvətlik olanda daşı əritdi. 
Əhmədin evindən bir gün gizlicə, 
Çörəyin içində yeyə gətirtdi. 
 
Yeyəylə kəsəcək o, qaçdığı gün, 
Ayaqda buxovu, qolda qandalı. 
Bununçün qalanın içində hələ, 
Qalamalıydılar üsyan manqalı. 
 
Görüşə gəlmişdi Qars qalasına, 
Günlərin birində qardaşı Alı. 
“Apardım Baharı evə” deyəndə, 
Bir qədər arxayın düşdü Mehralı. 
158 
Elbəyi Cəlaloğlu 


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə