Elbəyi CƏlaloğLU



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə33/43
tarix12.10.2018
ölçüsü2,2 Mb.
#73673
1   ...   29   30   31   32   33   34   35   36   ...   43

MEHRALI BƏY 
207 
 
 
 
 
Qars şəhəri 27 günlük mühasirədə 
olarkən 
 
Düşmən quduzlaşıb cumdu irəli, 
Dağıtdı gör neçə kəndini Qarsın. 
Saldı lövbərini dörd bir tərəfdən
Kəsdi bərəsini, bəndini Qarsın.  
 
Güllə yağışına tutuldu şəhər, 
Evlər dağıdıldı, komalar yandı. 
Yağı qan axıtdı küçələr boyu, 
Nə qoca düşündü, nə körpə qandı. 
 
Toplar nərildəşdi əjdaha kimi, 
Şəhərin başını bürüdü duman. 
Erməni dığası qoşun başında, 
Gözü gördüyünə vermədi aman. 
 
İyirmi yeddi gün qan ağladı Qars, 
Sınmırdı tilsimi qəmin, kədərin. 
Sular qan qoxuyur, qıtlaşıb un-dən, 
Səbirlər tükənib, yaralar dərin. 
 
Əhməd Muxtar paşa narahatıydı, 
Gecə də gözünə getmirdi yuxu. 
207 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
208 
 
 
Nə ərzaq çatışır, nə silah-sursat
Tanrı yox edəydi, kaş ki, bu “yox”u. 
 
İngilis, fransız çəkib əlini, 
Hərəsi bir düşmən olmuşdu türkə. 
Ərəb də dönmürdü iddiasından, 
Bağlanıb talelər bir nazik tükə. 
 
Bir çapar göndərib, cəbhədən paşa, 
Yanına çağırdı Mehralı bəyi. 
Otaqda bir xeyli təkbətək qalıb, 
Etdi zəmanədən ona gileyi. 
 
Aldı öz yükünü sövdələşmədən, 
Otaqdan qayğılı çıxdı Mehralı. 
Basıb üzəngini mindi Qəməri, 
Quzey yollarına baxdı Mehralı. 
 
Nizamla düzülmüş öz qoşununu
Kələnin oğluna həvalə etdi. 
Sayseçmə igidlər alıb yanına, 
Durmadan birbaşa Qafqaza getdi. 
 
Əlaqə xətləri kəsildi yenə, 
Çaşıb qafasını itirdi tərsa. 
Atlı kazakların əlindən salıb, 
Neçə karvanlarla qayıtdı Qarsa. 
208 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
209 
 
 
Karvanlar silahla, qidayla dolu, 
Düşmənin öz odu özünə qənim. 
Haqqın qüdrətinə ləkə vurammaz, 
Yüz də oyunbazlıq eyləsə nədim. 
 
Bu dəfə Mehralı çəkib gətirdi, 
Sürüylə mal-qara, ilxıyla atı. 
Bir ruh yaratmışdı döyüşçülərdə, 
Onun bu mərdliyi, bu cəsarəti. 
 
Bu dəm nota verdi Loris Melikov, 
Təslim olmasını istədi Qarsın. 
Çaqqal elə bildi ölüb şir, pələng, 
Sürüylə daraşıb, üstədi Qarsın. 
 
Durub-dincəlmədi Mehralı bir an, 
O, məhəl qoymurdu indi heç nəyə. 
Hüseyn bir yandan, özü bir yandan
Vəlvələ saldılar yenə cəbhəyə. 
 
Mehralı ortadan keçdi hücuma, 
Qarapapaqları düzüb yanlara. 
Bir xeyli vuruşub çəkildi geri, 
Qəsdən kazakları salmaqçün tora. 
 
Düşmən məngənədə sıxıldı, sanki, 
Cumanda dörd yandan pələng, şir, bəbir. 
209 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
210 
 
 
Qılınc parladıqca qalxırdı əllər, 
Aman istəyirdi yüzlərlə əsir. 
 
Almışdı gücünü polad biləklər, 
Ulu tarixindən, məğrur elindən. 
Ürək təpərliydi, sinələr sipər, 
Qars azad olundu düşmən əlindən. 
 
Əhməd Muxtar paşa təntənə qurub
Öncə sığalladı o, Qəmər atı. 
Sonra elan etdi Mehralı bəyə, 
Sultanın adından baş mükafatı. 
 
Budur, külək vurur Türk bayrağını, 
Oxşayır başını Mehralı bəyin. 
Məcdiyyə nişanı öz görkəmiylə, 
Bəzəyir döşünü Mehralı bəyin. 
 
 
 
 
 
 
 
 
 
 
210 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
211 
 
 
 
 
Mehralı bəyin Doşanquloğlu 
Hüseyni bağışlaması 
 
Dağıdır kəndləri, yandırır yağı, 
Yol boyu evlərə talanlar salır. 
Öldürür əzabla, işgəncələrlə, 
Nə qoca, nə qadın, nə uşaq qalır. 
 
Qoşunla, qılıncla, topla, tüfənglə, 
Düşmən yeriyirdi indi Göləyə. 
Cəbhədə döyüşün qızğın çağında, 
Bir namə verdilər Mehralı bəyə. 
 
Aman istəyirdi Doşanquloğlu, 
Millətə xəyanət ar gəlib ona. 
Rusların məkrini anlayan zaman, 
Deyəsən bu dünya dar gəlib ona. 
 
Təbəssüm yapışdı dodaqlarına, 
Sətirlər üstündə gəzdikcə gözü. 
Onun mərdliyini salıb yadına, 
Mehralı beləcə söylədi sözü: 
 
– Özünü dərk edib, anlayan kəsin
Yuyar günahını yağan yağışlar. 
211 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
212 
 
 
Yanlış düşüncədən, əyri yolundan, 
Tövbə eyləyəni Tanrı bağışlar. 
 
Qoşuldu cihada Doşanquloğlu, 
Minbaşı rütbəsi verdilər ona. 
Yeriyib qoşunla elə o gündən, 
Qanlar uddururdu yağı düşmənə. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
212 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
213 
 
 
 
I Ərzurum döyüşü 
 
Qoşunlar gəlirdi qoşun dalınca, 
Ərzuruma canlı sədd çəkilirdi. 
Göylərdən elə bil şəhərin üstə, 
Erməni yağırdı, rus tökülürdü. 
 
Dönübdü dişləri qan görmüş itə, 
Düşmən quduzlaşıb, düşmən azıbdı. 
Nədəndir alnına ulu Yaradan
Nankorluq, qəddarlıq, hiylə yazıbdı? 
 
Təlimat almışdı Mehralı bəy də, 
Düzdü alayını, qurdu hücumu. 
İndi gecə-gündüz şumlamalıydı, 
Cütüylə, xışıyla bu qara şumu. 
 
Vaxtında yetişdi Məhəmməd Qazi, 
Vurdu dəstəsiylə düşməni o da. 
Eşşək arısı tək yığışıb düşmən, 
Çəkilmir qaladan hələ bu qada. 
 
Bir qoşun dağlını alıb başına, 
Musa Qunduxov da gəldi köməyə. 
 
 
213 
MEHRALI BƏY 


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə