Elbəyi CƏlaloğLU



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə35/43
tarix12.10.2018
ölçüsü2,2 Mb.
#73673
1   ...   31   32   33   34   35   36   37   38   ...   43

MEHRALI BƏY 
221 
 
 
Paşa təklifini verdi bu dəfə: 
– Nə binə arama, nə çadır, dəyə, 
Bir qara at gəzir filan ilxıda, 
Nə kəməndə gəlir, nə də yedəyə. 
 
Yanına gedəni çığnayır o dəm, 
Bilmirsən bu atdı, yoxsa bəbirdi? 
Duruşu qartaldı, qaçışı ceyran, 
O, bir möcüzədi, sirrdi, sehirdi. 
 
Maraq bürümüşdü Mehralı bəyi, 
Qonsa da müəmma kirpiyə, qaşa. 
İlxıdan seçilən bu bədöy atı, 
Uzaqdan barmaqla göstərdi paşa. 
 
Mehralı bir qədər baxıb, söylədi: 
– O “qara kötüyü” buraxın mənə, 
Səyirdib dərədə, düzdə, yoxuşda, 
Təkrar qarşınıza gətirim yenə. 
 
Mehralı yeridi ilxıya doğru, 
Bir azdan o, atı sınayacaqdı. 
Amma, “Qara kötük” qopub yerindən, 
Az qala igidi çığnayacaqdı. 
 
Yapışıb boynundan onun Mehralı, 
Sıçrayıb quş kimi mindi belinə. 
221 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
222 
 
 
Gah sağa vurnuxdu, gah sola döndü
Atlanıb düşürdü qara at yenə. 
 
Uçdu Qarakötük yoxuşa doğru, 
Şaqqıldayan kimi sırtında qamçı. 
Mehralı yormuşdu dərədə, düzdə, 
Tər axdı canından hey damcı-damcı. 
 
Mindi düşmən kimi, sevdi dost kimi, 
Kamil təliminə qul etdi onu. 
Hərdən sığalladı körpə uşaq tək, 
Axır ki, özünə öyrətdi onu. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
222 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
223 
 
 
 
Kalo kəndinin faciəsi 
 
(B.Sönməzin “İndimola Mihrali bey Yemene” əsəri-
nin 184-cü səhifəsində verdiyi məlumata görə, ermənilər tərə-
findən törədilmiş bu faciədə kəndin 671 nəfər sakinindən 11 nə-
fər sağ qalmışdır, sağ qalanlardan biri də Aşıq Qəhrəman idi.) 
 
Bir xəbər yetişdi Mehralı bəyə, 
Ermənilər işi lap ağ ediblər. 
Çatıb Şurəgəlin Kalo əhlini, 
Samanlıq içində dağ-dağ ediblər. 
 
Atın quyruğuna bağlanıb qarı, 
Tonqala atılıb gör neçə uşaq. 
Bu nə dəhşətiymiş, ey diliqafil, 
İnsan tığlarından qalanıb ocaq. 
 
Mehralı bir an da dayanammadı, 
Qan-tərə dönmüşdü üzündə hiddət. 
Özüylə bir dəstə atlı götürüb, 
Yollarda toz-duman qopardı qayət. 
 
Uçdu Qarakötük Göy atı kimi, 
Ayağı dəymirdi sanki torpağa. 
Dəstənin gözündən itir Mehralı, 
Hünərmi varıydı ona çatmağa... 
223 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
224 
 
 
Aşıq Qəhrəmanı görüb dayandı, 
Sorğu-sual etdi onu bir qədər. 
Yanağında yaşı, dilində ağı, 
Aşıq gördüyünü dedi bu təhər: 
 
Erməni dolmuşdu Kalo kəndinə, 
Odlara qaladı kəndi, ay haray! 
Nə bir daxma qaldı, nə qazma qaldı, 
Uçurdu bərəni, bəndi, ay haray! 
 
Varıydı sanlı Kalom. 
Şöhrətli, şanlı Kalom. 
Erməninin əlindən 
Çay oldu qanlı Kalom. 
 
Ahıllar sürüyüb, görün neynədi
Yollarda daş yedi, qaya çeynədi. 
Canım sızıldadı, qəlbim göynədi, 
Körpələr dağlandı, yandı, ay haray! 
 
El yandı, el qalandı, 
Naləm göyə dayandı. 
Bəlkə, mənim ahımdan, 
Fələk özü də yandı. 
 
Şil etdilər neçə-neçə qızları, 
Göstərdilər qəsdən mənə özləri. 
224 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
225 
 
 
Kor olaydı Qəhrəmanın gözləri, 
Kəsməyəydi huşu, zəndi, ay haray! 
 
Məni kimsə duyarmı? 
Dərdim aləmə carmı? 
Bu zülümdən Allahın, 
Görən xəbəri varmı? 
 
Mehralı hiddətlə yollara baxdı, 
Dəstə də çatmışdı yanına indi. 
Bu yerdə kövrəlmiş Aşıq Qəhrəman 
– Ərzuruma doğru getdilər, – dedi. 
 
Yeldən qanad alıb şütüdü atlar, 
Ərzurum yolları tozanaqlıdı. 
Bir az da çapsalar çatacaqdılar, 
Aşıq dediyində yəqin haqlıdı. 
 
Saldılar atları kəsədən belə, 
Tapdanmış otluq da açdı sirlərin. 
Dağların dalından çıxıb bir anda, 
Kəsdilər önünü bu kafirlərin. 
 
İgidlər qoşuna vurudlar özün, 
Sanki ilxı üçün ot biçirdilər. 
Tula tək qaçsa da düşmənin çoxu
Qalanı qılıncdan baş keçirdilər. 
225 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
226 
 
 
Yardım istəyirdi ulu Tanrıdan, 
Tanrını ömründə tanımayanlar. 
Xınzır sürüsü tək çığrışırdılar, 
Özünü vəhşətdə qınamayanlar. 
 
Qoyub qaçmışdılar nələri varsa, 
Süngü, qılınc, paltar, şərab, ət tamam. 
Mehralı əmr etdi: – yandır ərzağı, 
Qoymayın torpağa toxunsun haram! 
 
Burula-burula çıxdı ocaqdan 
Üfunətlə dolu qara tüstülər. 
Başını salladı otlar, çiçəklər, 
Ulu Yaradandan sanki küsdülər. 
 
Gör, kimlər etdilər xəyanətləri, 
Ömründə Qafqazı tanımayanlar. 
Rusun fitvasıyla əlli il öncə 
Gəlsə də, 
Özünü köklü sayanlar. 
 
Yaxşı bələdiydi Türk qılıncına, 
Araya erməni səddi çəkənlər. 
İrəvan, Hamamlı, Gümrü boyunca 
Vəhşilik, faciə, dəhşət əkənlər... 
 
 
226 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
227 
 
 
 
Alacadağ döyüşündə Kələninoğlu 
Hüseynin növbəti oyunbazlığı 
 
Günəşin ətrini duydu qaranlıq, 
Yavaşca əridi hənirtisində. 
Çən də yavaş-yavaş göyə çəkildi, 
Yox oldu xəzanın iniltisində. 
 
Qırov yarpaqları üzür kökündən, 
Payız öz ömrünü qışa göndərir. 
Təbiət ağacın budaqlarından, 
Döşünə taxmağa nişanlar dərir. 
 
Hörmüzd öz kefində gəzib dolaşır, 
Yenə də hökmünü Əhrimən verir. 
Elə bil düşmənə bu qəddarlığı, 
Əbədi yaşamaq, ölməz can verir. 
 
Özü öz nəslinin ətini yeyən 
Bir vəhşi tanımır məncə bu cahan. 
Şüurmu bu qədər vəhşiləşdirir, 
Yoxsa nədən belə qəddardır insan? 
 
Cumdu qoşun-qoşun rus ordusunda, 
Erməni, duxabor, malakan, kazak. 
 
227 
MEHRALI BƏY 


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə