Elbəyi CƏlaloğLU



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə37/43
tarix12.10.2018
ölçüsü2,2 Mb.
#73673
1   ...   33   34   35   36   37   38   39   40   ...   43

Elbəyi Cəlaloğlu 
234 
 
 
Dillər sükutdaydı, gözlər suallı, 
Kimə verəcəkdi ulu Tanrı sur?! 
 
Döş-döşə gəldilər Qarapapaqlar, 
Qılınclar diş-dişə od saçırdılar. 
Qopan qığılcımlar toqquşmalardan
Bu heybət vuruşdan yan qaçırdılar. 
 
Qılıncı əlindən düşdü Mansurun, 
Əlini tüfəngə atdı o, dərhal. 
İldırım zərbəsi polad qılıncın, 
Tüfəngi düşməndən eylədi ipdal. 
 
Atdan yerə saldı onu Mehralı, 
Qılıncı, tüfəngi atdı bir yana. 
Əlbəyaxa döyüş başladı burda, 
Bu, bir örnək oldu sultana, xana. 
 
Kəsmişdi dörd yanı Kələninoğlu, 
Mərdlər döyüşündə beləydi qayda. 
Dizlər kotan kimi şumladı yeri, 
Meydan nə haydaydı, onlar nə hayda. 
 
Mansurun üz-gözü tanınmaz oldu, 
Yumruğun aramsız zərbələrindən. 
Qançıra dönmüşdü bütün bədəni
Partlamış nifrətin qəlpələrindən. 
234 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
235 
 
 
235 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
236 
 
 
Meydandan sivişib qaçmaq istədi, 
Gördü dörd tərəfi qapalı, bağlı. 
– Burda bir ölüm var, bir də qələbə
Başqa yol yox! – dedi Kələninoğlu. 
 
– Bəs niyə gülmürsüz, qoç igidlərim, 
Bozqurdun tülküylə çarpışmasına, 
Daha bir səhnəyə baxın, – söyləyib, 
Başladı Mehralı “yarışma”sına. 
 
İri kələfçəyə dönmüşdü Mansur, 
Dağ çatmır alçağın çəkdiyi dağa. 
Qəlbi soyumurdu Mehralı bəyin, 
Gah küncə çırpırdı, gah da bucağa. 
 
Üzüb ayağını torpaqdan onun, 
Bütün qüvvəsiylə zillədi yerə. 
Yumruğu döşünə endirən kimi, 
Nəfəsi ağzından çıxdı bir kərə. 
 
Onun meyidinə tüpürdü igid, 
Sonra dostlarını bir-bir izlədi. 
Beləcə Mansurun ayıblarını, 
Yer yedi, göy çəkdi, torpaq gizlədi. 
 
Mehralı sıçradı Qarakötüyə, 
Tüfənglər gurladı yandan-böyürdən. 
236 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
237 
 
 
Uçan güllələrin bir çoyutması 
Onun ayağına teyləndi birdən. 
 
Fikir də vermədi bir qədər buna, 
Qızmış pələng kimi cövlan etdi o. 
Qırdı amanını bu dərin yara, 
Döyüşdən yarımçıq çıxıb getdi o. 
 
Onu qəm basırdı, kədər boğurdu
Niyə Ərzuruma əl uzadammır? 
Bəla yaman yerdə tutdu yaxadan
Dərd də dərd içində üzəni qanmır. 
 
Döyüşdən ömürlük xatirə kimi, 
Tez-tez anacaqdı, bu son cəngini. 
Qəfildən vurulmuş güllə yarası, 
Yaratdı zamanın Teymurləngini. 
 
Amma ömür boyu bu axsaq yeriş
Kölgə salmayacaq əzəmətinə. 
Ərlik ürəkdəsə neyləyər qüsur, 
Onun dağlar kimi dəyanətinə? 
 
Çökdü Ərzurumun başının üstə, 
Get-gedə sıxlaşan qara dumanlar. 
Təklikdə sarsımış qoca şahinin, 
Qalmadı ömrünə daha gümanlar... 
237 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
238 
 
 
 
 
 
VI Boy 
 
 
Acıyurdun ağası 
 
 
Bu dəfə yönünü Sivasa saldı 
 
Ərzurum titrədi düşmən əlində, 
Puç oldu ümidi, arzu-diləyi. 
Bağlandı qolları mumlu kirişlə, 
Hiddətdən səyridi, əsdi biləyi. 
 
Mehralı yanırdı dəhşət içində, 
Haqqı tapammırdı yenə, doğrusu. 
Unutdurdu ona öz ağrısını, 
Vətən müsibəti, torpaq ağrısı. 
 
Axsada bilməmiş heç zaman onu, 
Qılıncın, tüfəngin tərs yaraları. 
İndi mənliyini silkələyirdi, 
Ərzurum, Ərdahan, Qars yaraları. 
 
 
238 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
239 
 
 
Osmanlı dumanda yollar aradı, 
Qonşu ölkələr də öz marağında. 
“Siyasət” adında böyük alverin, 
Ümid göyərirdi xəstə tağında. 
 
Mən danışmayacam bu nağılları, 
Məqsəddən uzağa getməsin beyin. 
Bilirəm ki, sizi düşündürəcək, 
Sonraki taleyi Mehralı bəyin. 
 
...Əlacsız uzanıb yaralı aslan, 
Onu gözləyirdi qarşıda nələr?.. 
Güllə yarasını sağaltmaq üçün, 
Yenə işə düşdü türkəçarələr. 
 
Əhməd Muxtar paşa düşündü birdən: 
– Bir milli sərvətdir Mehralı, gerçək. 
Onu bu cəbhədən çıxarmalıyıq, 
Düşmənin əlinə düşməsin gərək. 
 
Yerə qar döşənib ağ xalı kimi, 
Ağaclar ağ köynək geyinib burda. 
Düşmən də ağ edib öz niyyətini, 
Bu qədər təcavüz olarmı yurda?! 
 
Paşa namə yazıb, çıx get, – söylədi. 
Ruhunu oxşayan elə, bölgəyə. 
239 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
240 
 
 
Dəm-dəstgah düzəldib getməsi üçün, 
Xizək də göndərdi Mehralı bəyə. 
 
Mehralı barışıb qəmlə, acıyla, 
Xizəyi qoşdurdu Qarakötüyə. 
Ağ geymiş dağların ətəkləriylə, 
Süzürdü quş kimi səkə, şütüyə. 
 
Ağa bürünmüşdü sağ ayağı da, 
Bu köynək nə qışdan, nə qardanıydı. 
Qəfildən açılan namərd gülləsi, 
Özü də bilmirdi heç hardanıydı. 
 
Bölgələri gəzib dolaşdı xeyli, 
Yatmırdı könlünə bir vadi, bir düz. 
Heydən də salmışdı Qarakötüyü, 
Qarın üzərində naxış düzhadüz. 
 
Bu dəfə yönünü Sivasa saldı, 
Oxşadı zövqünü hər yan bu yerdə. 
Borçalı elləri, Darvaz sancağı, 
Tapmışdı əksini, ətrini burda. 
 
Üzündə təbəssüm cilalanırdı, 
Gözündə sevincin qığılcımları. 
Çəkdi yüyənini Qarakötüyün, 
Öncə xatırladı son hücumları. 
240 
Elbəyi Cəlaloğlu 


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə