Elbəyi CƏlaloğLU



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə40/43
tarix12.10.2018
ölçüsü2,2 Mb.
#73673
1   ...   35   36   37   38   39   40   41   42   43

MEHRALI BƏY 
255 
 
 
Qantər içrə çatdı Cütlükverənə, 
Kəndi Hasan ağa dolaşan çağda. 
 
...Budur, bir işıqlı, bir geniş otaq
 Hər yandan ağalar olmuşdular cəm. 
Mehralı Alını alıb-yatırdı, 
Girdi Hasan ağa içəri bu dəm. 
 
Dərhal ayaq üstə qalxdı yerindən, 
Hamı təzim etdi, baş əydi ona. 
Tükü tərpənmədi Mehralı bəyin, 
Hasan az qalmışdı alışa, yana. 
 
Üz tutdu yenidən Mehralı bəyə: 
– Sən niyə durmadın, söylə ayağa? 
Mənim qənşərimdə cürət etməyib, 
Ayağa durmasın hələ bir ağa. 
 
Çatıldı qaşları Mehralı bəyin, 
Qıyıb gözlərini çəpəki baxdı. 
Kəskin sözləriylə Hasan ağanın, 
Bütün vücudunu yandırdı yaxdı: 
 
– Mən öyrəşməmişəm səcdə qılmağa, 
Harınlıq edəndə dilənçi oğlu. 
Gələndə durmuram ayağa, bil ki, 
Qalayçı şəyirdi, pinəçi oğlu. 
255 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
256 
 
 
Üstünə yeridi Hasan bəy onun, 
Mehralı əl atıb mizi çevirdi. 
Yerindən duranda qızmış şir kimi, 
Sillələr, yumruqlar səs-səsə verdi. 
 
Girdilər araya ağalar, bəylər, 
Ara sakitləşdi, sükut eylədi. 
Mehralı şəstilə çıxıb otaqdan, 
Atı Acıyurda tərəf teylədi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
256 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
257 
 
 
 
 
 
 
 
Hasan ağanın bu hadisəni Sivas 
Valisi Rəşid paşaya xəbər verməsi 
 
Alışdı ürəyi Hasan ağanın, 
İntiqam atəşi, qisas odunda. 
Sinələr dağlamaq keçdi qəlbindən, 
Sivas alovunda, Sivas odunda. 
 
İçindən boğurdu onu hiddəti, 
Yer tapa bilmirdi otağında da. 
Gündüzlər fikirli, gecələr oyaq, 
Durub dincəlmirdi yatağında da. 
 
Dərdi dərd üstündən yığıb qəlbinə, 
Bir səhər üz qoydu birbaş Sivasa. 
Ölüm qarşısında aciz xəstə tək, 
Yetişdi mərkəzə o, əsə-əsə. 
 
Rəşid bəy çaşmışdı görəndə onun 
Turşumuş, bozarmış sir-sifətini. 
Durub gözləyirdi, nə zaman Hasan, 
Deyəcək nədəndi bu xiffətini. 
257 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
258 
 
 
Hasan ağa: Sən qalayçısanmış, mən də şəyirdin
                     Al yeni xəbəri, sən də bil, paşa. 
                     İtdi bəyliyim də, ağalığım da, 
                     Mənəmmiş dilənçi, mənəmmiş poşa. 
 
Rəşid bəy:  Sən nələr söylədin, nələr danışdın, 
                    Başınmı dəyibdi qayaya, daşa? 
                    Havalı gəlmisən bu gün yanıma, 
                    Yoxsa dəlisənmi, üzündən haşa? 
 
Hasan ağa: Gəzdirə bilmirəm mən bu şərləri
                     Mehralı söylədi bu təhqirləri. 
                     Açıldı qəlbinin bütün sirləri, 
                     Yetişib deyəsən əlləri aşa. 
 
Rəşid bəy: Yaxşı, səbirli ol, qoy düşünüm bir, 
                   Yoxsa uğurmuza çıxdı tək səbir?! 
                   Mən də ərizəmi edib müntəzir, 
                   Sultanın özünü qoşaram işə. 
 
Rəşid bəy götürüb kağız-qələmi, 
Bir ərizə yazdı Sultana məxsus. 
Amma hökmdarın bu mərd cavabı, 
Etmişdi onları xəstəhal, məyus: 
 
– İtməsin ümidi heç bir insanın, 
O, güvənc yerimdir, onadır güman. 
258 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
259 
 
 
Bir igidi mənə çoxmu gördünüz? – 
Tənəylə söylədi bunları Sultan. 
 
Gözündən nifrəti, qəlbindən kini, 
Nə Hasan silmədi, nə də Rəşid bəy. 
Məqam aradılar ömrün üzündə
Bu beyni dar məmur, ağlı bəsit bəy. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
259 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
260 
 
 
Yəmən üsyanı və Rəşid bəyin 
intiqamı 
 
Həyat öz çarxını fırlamağında, 
Nə bir bənd tanıyır, nə də bir bərə. 
Onun qüdrətinə baş əyir ellər, 
Pişvazına çıxır sərt dağ, gen dərə. 
 
Yaş nə vaxta baxır, nə də zamana, 
Qırışır sifətlər, ağarır saçlar. 
Xəzinə üstündə dil deyib ağlar, 
Tək bircə saniyə ömrə möhtaclar. 
 
Aylar görünməyir yan yörəsində, 
İşıq sürətiylə şütüyür illər. 
İnsanlar özünü dərk etməyində
Allahı axtarır daim könüllər. 
 
Cavanlar qocalır, gəncləşir uşaq, 
Dünyaya təzəcə körpələr gəlir. 
Bizi yaşatmağa ulu Tanrıdan, 
Hər dəfə yepyeni töhfələr gəlir... 
 
Əli əsalıdı Hüsniyyə ana, 
Bahar nədən belə yollara baxır? 
 
 
260 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
261 
 
 
İntizar qoymayıb onu Mehralı, 
Dağların dalından görsənir, axır. 
 
Budur, dağ döşündə dağ boyda kişi, 
Altmışı haqlamış Mehralı  gəlir. 
Çiyni tüfənglidi, beli qılınclı, 
Əlləri mızraxlı, cidalı gəlir. 
 
Ərgən oğlan olub Rüşdü bəy indi, 
Gözəllər eşqinə at çapır daha. 
Mətinlik öyrənib öz atasından, 
Qeyrət ürəyinə yol tapır daha. 
 
Elə ilin-günün bu zamanında, 
Yəməndə ərəblər baş qaldırdılar. 
Belə vəziyətdə paşalar, bəylər, 
Sanki həftələrlə daş qaldırdılar. 
 
Yenə qovğa düşüb aralıqlara, 
Üstünlük zamanın gərdişindədi. 
Tarixin tilsimi qərbdə qırılıb. 
İngilis barmağı öz işindədi. 
 
Sultan narahatdı bu çək-çevirdən, 
Nə var töküşdürdü bütün boxçada. 
Nə bir paşa qaldı, nə də komandan, 
Təcili topladı Dolmabaxçada. 
261 
MEHRALI BƏY 


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə