Elbəyi CƏlaloğLU



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə42/43
tarix12.10.2018
ölçüsü2,2 Mb.
#73673
1   ...   35   36   37   38   39   40   41   42   43

Elbəyi Cəlaloğlu 
268 
 
 
Mehralının bir balası, 
Möhkəm dayan, Rüşdü bəyim! 
 
Sözünü bitirib döndü arxaya, 
Oturmaq zamanı çatdı yəhərə. 
Rüşdü özü basdı üzəngisini, 
Qəlbi sipər oldu qəmə, qəhərə... 
 
Sivasda dayandı bu dəfə qoşun, 
Önündə qartaldı altmış yaşında. 
Nizamla düzülüb, səf-səf dayanıb, 
Altıyüz nəfərlik qoşun başında. 
 
Əsgər salamıyla çıxdı Rəşid bəy, 
Qoşun başçısını öydü də hələ. 
Mutluydu özünün şər niyyətindən, 
Böyük şikarına qurmuşdu tələ. 
 
Gözündən qaçmadı Mehralı bəyin, 
Hiylədən üzündə çeşid paşanın. 
Duruşu, bədəni, qəddi-qaməti, 
Sola meyilliydi Rəşid paşanın... 
 
Namərdin vücudu əyilər sola, 
Sol çiyində durur şər yazan mələk. 
Nə mürəkkəb çatar, nə də kağızlar, 
Qurar qalaq-qalaq özünə kələk. 
268 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
269 
 
 
Bunlar öz yerində, gözləmir zaman, 
Oxucum, qənimi Tanrıdır şərin. 
Üzündən nur yağar qəlbində haqsa
Könüllər olacaq hər zaman yerin. 
 
...Enmişdi atından bütöv bir qoşun, 
Məscidin önündə dönüb daşqına. 
Cümə namazına durdular o gün
Dualar səsləndi Tanrı eşqinə. 
 
Mənzərə yaradıb qara papaqlar, 
Vüqarla dayanıb Qarapapaqlar. 
Altdan qıfıllanıb, üstdən geydilər, 
Üstdən qıfıllanıb, altdan geydilər. 
Aşdılar təpədən, keçdilər düzdən, 
Yəmən yollarında itdilər gözdən... 
 
 
 
 
 
 
 
 
 
 
 
269 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
270 
 
 
 
 
 
 
VII Boy 
 
 
Yəmən döyüşləri 
 
 
Od yağırdı Yəmənə 
 
Yəməni bürüyüb alov leysanı, 
Onu səpən bulud görünmür ancaq. 
Yağdırır oxları göylərdən yerə, 
Günəşin belində boşalmır sadaq. 
 
Kölgələr od tutur, qaynayır torpaq, 
Dəmiri əridir qumlu səhralar. 
Bu odun içində üsyana bir bax, 
Alov çalxalayır burda nəhrələr. 
 
Şırımlar açırdı kürəklərdə tər, 
Dodaq quruyurdu, dil təpiyirdi. 
Bu qədər istini görməmiş atlar, 
Gün şaxıyan vaxtı lap təntiyirdi. 
 
270 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
271 
 
 
Burda meh duyulsa, qarsayar üzü, 
Amma nə bir yarpaq, nə bir ot əsir. 
Qumluğun xırdaca qəlpələrindən, 
Yaralı düşmüşdü, yaralı Əs-sir. 
 
Daha ağır olur qiyam qəlpəsi
Qumlu səhralardan sıçrayan zaman. 
Burda xəyanət də alov kimidi, 
Haqqın carçısına verməyir aman. 
 
Mehralı görüncə odu, alovu, 
Adana görüşü düşdü yadına. 
Vali, başkomandan bir izdihamla
Şölən vermişdilər onun adına. 
 
...Hər yan gül-çiçəyə büründü, sanki, 
Qoşun Adanadan keçdiyi zaman. 
Yəmənin oduna bələd olanlar, 
Qaytarmaq istədi qoşunu haman. 
 
Vali çox söylədi, paşa çox dedi, 
Bəylər razı saldı hətta, Sultanı. 
Lakin bu yalvarış, lakin bu minnət
Döndərə bilmədi yolundan onu. 
 
Nə alov qorxutdu, nə od onları, 
İndi bu yaralar sağalmalıydı. 
271 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
272 
 
 
Alıb ilhamını Mehralı bəydən, 
Ellərdə ümidlər çoxalmalıydı. 
 
Çiyinlərdə tüfəng, bellərdə qılınc, 
Səhraya alovu qusdururdular. 
Əs-sirin qiyamı, üsyanı söndü, 
Alovu atəşlə susdururdular. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
272 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
273 
 
 
 
Mehralı bəyin yaralanması 
 
Əs-sir azad oldu qiyamçılardan, 
Yəmənsə hələ də öz nazındadı. 
Zəfər Mehralının əzəmətində, 
Vətən nəğməsində, ruh sazındadı. 
 
Durna qatarı tək düzüb ordunu, 
Yoxlayır Mehralı hər nizamını. 
Min cürə silahdan, sursatdan əvvəl, 
Sevirdi əsgərin intizamını. 
 
Keçdi yoxlamağa bir-bir atların, 
Yəhər-yüyənini, qantırğasını. 
Qəfildən bir atın qoşa təpiyi, 
Sındırdı igidin qabırğasını. 
 
Həmin gün yatağa düşdü çadırda, 
Nədənsə özünü danlayırdı o. 
Sultanın əmrilə gələn təbibin, 
Məqsədini belə anlayırdı o. 
 
Acizlik sayırdı geri dönməyi, 
Sığmır mərdliyinə bu dönüş onun. 
Tanrıya bağladı ümidlərini, 
Bir tale işiydi bu döyüş onun. 
273 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
274 
 
 
Görünmək istəmir xəstəsayağı, 
Yanında həkimlər sıralananda. 
Eyni hisslərini yaşadı bir vaxt, 
Ayağı döyüşdə yaralananda. 
 
Durub yatağından geydi əynini, 
Yox, əstağfürüllah, zirehləndi o. 
Qürurun önündə çətinlik olmaz, 
Elə bu ruhdaca fərəhləndi o. 
 
Təbibin önünə, budur, çadırdan 
Yaraqlı-yasaqlı bir igid çıxır. 
Heyrətdən kəlləyə çıxmışdı gözlər, 
Əsgərə ömürlük bir öyüd çıxır. 
 
Bəlkə bu addımı Mehralı bəyin, 
Qələbə eşqiydi, zəfər ruhuydu. 
Daha azadlığa can əsirgəmək, 
Günahdan da böyük bir günahıydı. 
 
Bir tərəfdən təbib, bir yandan loğman
Nə şikəst gördülər nə də ki, xəstə. 
Qınına çəkilib getdilər onlar, 
İlham doğurmuşdu görüş hər kəsdə. 
 
 
 
274 
Elbəyi Cəlaloğlu 


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə