Elbəyi CƏlaloğLU



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə39/43
tarix12.10.2018
ölçüsü2,2 Mb.
#73673
1   ...   35   36   37   38   39   40   41   42   43

MEHRALI BƏY 
249 
 
 
Çıxdı Alosmana yeni bir xəbər, 
Yenə üsyan edir İraqi-əcəm. 
Bağdad şəhərində qalxıb ərəblər, 
Gərəkdir çəkilsin bu işə əncam. 
 
İnadı sınmırdı qaçaq Cəfərin, 
Bürüyüb Bağdadı, səngimir üsyan. 
Seçilmir gecəsi gündüzlərindən, 
Od-atəş qalanıb, qarışıb hər yan. 
 
Sərəncam almışdı Babi-alidən, 
Qurd İsmayıl paşa elə həmin gün. 
Qoşunla Bağdada yollanmalıydı, 
Yanan ocaqları söndürmək üçün. 
 
Yenə Mehralıya güvəndi paşa, 
Atlanıb birbaşa gəldi Sivasa. 
Təkbətək görüşüb bu köhnə dostlar, 
Birgə gedəcəklər indi savaşa. 
 
Atlar yəhərləndi suvar oldular
Mehralı nizama düzdü alayı. 
Bağdada çatınca Qarapapaqlar, 
İraqı bürüdü hayı-harayı. 
 
Sanki su ələndi küçələrinə, 
Mehralı şəhərə olanda varid. 
249 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
250 
 
 
Yaxşı bələdiydi Cəfər bu ada, 
İzlədi gərdişi kənardan sakit. 
 
Mehralı bir xəbər göndərdi ona, 
Qan tökülməmişdən təslim ol, deyə. 
Bir azdan çaparı qayıdıb dedi: 
– Cəfər təslim oldu Mehralı bəyə. 
 
O, boyun əymişdi bu qəhrəmana, 
Əfv olunmasını istədi həm də. 
Gəldi qucaq-qucaq hədiyyələrlə
Onun hüzuruna elə bu dəmdə. 
 
Mehralı Sultana xəbər göndərib, 
Ona ərz eylədi növbəti karın. 
Sonra rica etdi mərdliyi ilə, 
Bağışlanmasını bu üsyünkarın. 
 
Hörmətlə yanaşdı Sultan təklifə, 
Azad buraxdılar qaçaq Cəfəri. 
Mehralı Bağdada sevinc gətirdi, 
Mərdliyi dillərin oldu əzbəri. 
 
 
 
 
 
250 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
251 
 
 
 
Mehralı bəyin yeni düşmənləri 
 
Uğrundan danışdı Mehralı bəyin, 
Osmanlı yurdunda hər tin, hər dalan. 
Ellər onu deyib, onu eşitdi, 
Bağdad səfərindən qayıdan zaman. 
 
Kölgədə qalırdı “mənəm” deyənlər
Artdıqca şöhrəti Sivas elində. 
Ürəyi xoflular, qəlbi paxıllar, 
Şeytan gəzdirirdi hər əməlində. 
 
Kor qız ərə gedər, – deyib babalar, – 
Qonşunun ürəyi paxıl olmasa. 
Kölgə sala bilməz nə mis, nə dəmir, 
Gövhərə, altuna, lələ, almaza. 
 
Dünya gözəlləşər, gözələ dönər, 
Onu gözəl bilib, gözəl baxanda. 
Baxanın özü də gözəl olammaz, 
Gözündən dünyaya kinlər axanda. 
 
Yığışmışdı bəylər bir gün Sivasda, 
Coşğunluq varıydı çıxışlarında. 
Qanqalın ağası Hasan ağanın, 
Paxıllıq gəzirdi baxışlarında. 
251 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
252 
 
 
Söhbətlər səngimir, sözlər dəyişir, 
Hasan bəy razıydı bu gün özündən. 
Gülərək üz tutdu Mehralı bəyə, 
Kinayə yağırdı indi sözündən: 
 
Hasan ağa:    Dedilər sancaqda səninçün, a bəy, 
                        Başı buludlarda saray tikildi. 
                        Himi möhkəmdimi söylə bir görüm, 
                        Bir də görərsən ki, uçdu, töküldü? 
 
Mehralı bəy: Mənim də Tanrıdan bu imiş payım, 
                       Buluddan nəm çəkir evim, sarayım. 
                       Göyə bülənd olub hayım, harayım, 
                       Kimiyə tikandı, kimiyə güldü. 
 
Hasan ağa:    Mən paxıl deyiləm, yarat, böyüt, qur, 
                        İstərsən özün də Ayın üstə dur, 
                        Bir aç xəzinəni, bizləri də gör, 
                        Yoxsa görərsən ki, tamam söküldü. 
 
Mehralı bəy: Könlümə yad yazıb tale paxılı, 
                       Boş qalar anbarı, bitməz taxılı. 
                       Mənim bir küməm var başa qaxılı, 
                       Sənin tək namərdin başına küldü. 
 
Hasan ağa:   Hərdən nəzər yetir dörd tərəfinə
                 Yaman güvənirsən öz şərəfinə. 
252 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
253 
 
 
                        Görərsən, toxunsa ovçu səfinə, 
                        Hərəsi bir yana qaçdı, əkildi. 
 
Mehralı bəy: Maymaq ovçuları çox görmüşəm mən, 
                       Deyəsən gözünü tutub duman, çən. 
                       Mehralının adı ellərə bəyan, 
                       Çox sənin kimiyə acıdı, güldü. 
 
Xeyli günlər ötdü söz güləşindən, 
Qəlbinə kin saldı ara söhbəti. 
Qardaşı Alının xırda xətası, 
Bir az da artırdı qara söhbəti. 
 
Yormaq istəmirdim sizi, oxucum, 
Sözü deməliyəm yeri gələn tək. 
Bir-birinə bağlı bu əhvalatlar, 
Didir düşüncəmi ağacdələn tək. 
 
Qarapapaqların yurd-yuvasıydı, 
Cütlükverən kəndi Qanqal elinin. 
Bu kənd camaatı bir dartışmada, 
Şahidi olmuşdu iki ölünün. 
 
Duyub Hasan ağa gəlsə də ora, 
Qatilin adını heç bulammadı. 
Jandarma, zabitlər hərə bir yandan
Əlləşdi onlardan söz alammadı. 
253 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
254 
 
 
İşgəncə verdilər kəndin əhlinə, 
Bir fayda vermədi, amma bu gərdiş. 
Bəlliydi onlara – Qarapapaqdan, 
Sirr bilib, söz almaq tamam müşkül iş. 
 
Söz gəlib çatanda Mehralı bəyə, 
Gördü ki, Qanqalda iş var xatalı. 
Qardaşı Alını təlim eyləyib, 
Göndərdi onlardan olsun bir halı. 
 
Cütlükverən kəndi qan qoxuyurdu, 
Alı bəy çatanda astanasına. 
Dözmədi ürəyi iztirablara, 
Etiraz yüklədi zülmün tasına. 
 
Hasan bəy yanırdı odsuz, ocaqsız, 
Az qala Alını dağlayacaqdı. 
Bir az da artırıb qəddarlığını, 
Qəfil qasırğa tək çağlayacaqdı... 
 
Alını yollayıb Mehralı lakin, 
Dinc dura bilmədi, dayanammadı. 
İçində oyanan fırtınaları, 
Dəniz duyammdı, çay anammadı. 
 
Boşladı yüyənin Qarakötüyün, 
Çapdı taraz düzdə, nataraz dağda. 
254 
Elbəyi Cəlaloğlu 


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə