Elbəyi CƏlaloğLU



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə41/43
tarix12.10.2018
ölçüsü2,2 Mb.
#73673
1   ...   35   36   37   38   39   40   41   42   43

Elbəyi Cəlaloğlu 
262 
 
 
Məsləhətlər oldu, sözlər deyildi
Qane eyləmədi Sultanı ancaq. 
Durub baş endirdi bu an Rəşid bəy, 
Bir təklif eylədi yarıqısqancaq: 
 
– Mən də narahatam bu gərgin işdən, 
Sözümü əfv edin mənim, Sultanım! 
Üsyanı boğmağa qansız-qadasız, 
Bir Mehralı bəyə gəlir gümanım. 
 
Bir azca qurcuxdu taxtında Sultan: 
– Doğrudur, Rəşid bəy, doğrudur bu söz. 
Yaşı o yaş deyil, zəhməti də çox, 
Gedib-getməməsi öz işidir, öz. 
 
Beləcə dağılıb getdilər bəylər, 
Qaldı Rəşid paşa narazı, nakam. 
Alçaqlıq beynində cövlan edirdi, 
Fikirlər gəlirdi ağlına xam-xam. 
 
Diləkcə göndərdi hər gün Sultana
Yəmənin eşqiylə çəkənlər cəfa. 
Davamlı təklifi Rəşid paşanın, 
Oxundu Sultana gündə bir dəfə. 
 
Bir fürsət bulmuşdu indi Rəşid bəy, 
Qisası sabaha qalmasın deyə. 
262 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
263 
 
 
Getməkçün istidən yanan Yəmənə, 
Fərman veriləcək Mehralı bəyə... 
 
                       * * * 
 
...Qonaqda bir meydan qurulub, budur, 
Mehralı bəy coşqu gətirib yurda. 
Pəhləvan güləşi, at yarışması, 
Aşıq deyişməsi qızışıb burda. 
 
Sinəsi coşmuşdu Aşıq Şenliyin, 
Birdən saz götürüb çıxdı meydana. 
Aşıq Ruhsətiylə durub döş-döşə, 
Sevinc payladılar bütün hər yana: 
 
Aşıq Şenlik:     Gəl sənə söyləyim, Aşıq Ruhsəti, 
                          Qüdrətdə Rüstəmi-Zaldı Mehralı. 
                          Gör neçə pəhləvan müridləri var, 
                          Mürşiddi, bir əhli-haldı Mehralı. 
 
Aşıq Ruhsəti:  Sən doğru buyurdun, ay Aşıq Şenlik, 
                          Gövhərdi Mehralı, ləldi Mehralı. 
                          Osmanlı yurdunun çətin günündə, 
                          Borçalıdan uçub gəldi Mehralı. 
 
Aşıq Şenlik:    Nə qədər dünyanın ağrımır başı, 
                         Göylərə sovrulmur torpağı, daşı, 
263 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
264 
 
 
                         Nə qədər itməyib Yerin yaddaşı, 
                         Bilmərrə qal oğlu, qaldı Mehralı. 
 
Aşıq Ruhsəti:  Canı tək sevəndi vətəni, yurdu, 
                          Millətin dalında dağ kimi durdu. 
                          Odur dövrümüzün xilaskar qurdu, 
                          Bəlkə də, Tanrıdan gəldi Mehralı. 
 
Aşıq Şenlik:    Təzəcə haxlayıb o, altmışını, 
                         Tək-tək qar dənəsi öpür başını. 
                         Götürüb özüylə yar-yoldaşını, 
                         Ucalığa gedən yoldu Mehralı. 
 
Aşıq Ruhsəti: Uçurdu qalanı, yıxdı hasarı, 
                         Əlindən dad çəkdi rus hökmdarı. 
                         Sonra da ərəblər oyandı barı, 
                         Bağdaddan ləkəni sildi Mehralı. 
 
Aşıqlar dəyişir yerini bir-bir, 
Hərdən nərə çəkir qurşaqtutanlar. 
Qan tərin içində oxranır atlar, 
Hayqırır gülləni sərrast atanlar. 
 
Çəkdi Sivas yolu bu dəm gözləri, 
Gördülər uzaqdan bir atlı gəlir. 
Seçilmir yolların toz-dumanında, 
Şikarmı görübdür, qanadlı gəlir? 
264 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
265 
 
 
Toz-duman arxada qaldı bir azdan, 
Gələn çaparıymış Rəşid paşanın. 
Mərkəzə çağırır Mehralı bəyi, 
Fənd düşüb əlinə, eşit, paşanın. 
 
Bu an Bahar xanım yaxınlaşaraq, 
Soruşdu, – bir ciddi işmi var, ağa? 
– Hökmdar dəvəni çağırır, gülüm, 
“Nöyüt gətirməyə, duz daşımağa”. 
 
...Mərkəzə gedirdi atın belində, 
Əl eyləyirdilər qarşı çıxanlar. 
Durub salamlayır Mehralı bəyi, 
Hasar arxasından, tindən baxanlar. 
 
Açıldı qapısı Rəşid paşanın, 
Acıyurd ağası göründü birdən. 
Hasan bəy yerindən elə sıçradı, 
Sanki tülkü qaçır şirdən, bəbirdən. 
 
Gizlədib içində hiylələrini, 
İsti qarşıladı Rəşid bəy onu. 
Əllər bir-birini sıxandan sonra, 
– Gərək dəstəkləyək, – dedi, – Sultanı. 
 
– Ərəblər Yəməndə usyan qaldırıb, 
Bütün Avropadan gəlir dəstəyi. 
265 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
266 
 
 
Türkün olacaqdır zəfər bilirəm
Yetişsə əlinə haqqın ətəyi. 
 
– Sultan çox güvənir, – söylədi, – sənə, 
Söz demək istəmir nədənsə, lakin. 
İstərsə gedəcək, istəməzsə yox, 
Aslanımdır, – dedi, – ondan əl çəkin! 
 
Duysa da hiyləni, təmkinli durdu, 
Sonacan dinlədi Mehralı ağa. 
Duraraq yerindən, – gedirəm, – dedi, 
Sultanın eşqinə qoşun yığmağa. 
 
...Qonağın önündə yığışdı qoşun, 
Düşmən də sevindi, dost da sevindi. 
Hasan bəy məmnundu öz kələyindən
Hərə bir arzuda, səsdə sevindi. 
 
Alay dayanmışdı öz nizamında, 
Vidaya gəlmişdi hər yandan ellər. 
Ürəklər dolmuşdu xoş arzularla, 
Nəğmə qoşurdular burda könüllər. 
 
Nədənsə məyusdu Rüşdü bəy bu gün, 
Titrəyir qəlbinin ayrılıq simi. 
Birdən yaxınlaşıb o, atasının 
Sarıldı boynuna sarmaşıq kimi. 
266 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
267 
 
 
Qara saçlarını tumarlayaraq, 
Mehralı bağrına sıxdı oğlunu. 
Gördü təlatümə gəlib sinəsi, 
Söylədi, boynuna salıb qolunu: 
 
Gedər oldum bu yaşımda, 
Yolum belə düşdü, bəyim! 
Sərt qayalar var qarşımda, 
Möhkəm dayan, Rüşdü bəyim! 
 
Deyirlər istidir Yəmən, 
Alışır çöl, yanır çəmən, 
Getməliyik ya sən, ya mən, 
Möhkəm dayan, Rüşdü bəyim! 
 
Vətən eylər sınaq bizi, 
Bağışlamaz torpaq bizi. 
Tərk eyləyər papaq bizi, 
Möhkəm dayan, Rüşdü bəyim! 
 
Tanrı qıymaz vəfalıya, 
Rəhm edər mənə, Alıya, 
Baş çəkərik Borçalıya, 
Möhkəm dayan, Rüşdü bəyim! 
 
Əyilməz bəbir balası, 
Aslan oğlu, şir balası. 
267 
MEHRALI BƏY 


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə