Elbəyi CƏlaloğLU



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə43/43
tarix12.10.2018
ölçüsü2,2 Mb.
#73673
1   ...   35   36   37   38   39   40   41   42   43

MEHRALI BƏY 
275 
 
 
 
Yəmən çöllərində döyüşlər gedir 
 
Salmaqçün səhrada iblisi tora, 
Yəmən çöllərində döyüşlər gedir. 
Dünyanın nəzəri yönəlib bura, 
Yəmən çöllərində döyüşlər gedir. 
 
Əsirlər ahında, amanındadı, 
Başları istinin dumanındadı. 
Xain rahat ölüm gümanındadı, 
Yəmən çöllərində döyüşlər gedir. 
 
Naxələf boğulur, batır tərində, 
Kül olur vurulan qum üzərində. 
Açılmır qanadı daha şərin də
Yəmən çöllərində döyüşlər gedir. 
 
Hələ cövlan edir cəhdlər, sınaqlar, 
Qurtarmır ərəbi heç bir yaraqlar. 
Dərya tək çalxanır Qarapapaqlar, 
Yəmən çöllərində döyüşlər gedir. 
 
Axım-axım gəlir top-tüfəng qərbdən, 
İslam nicat tapmır xaçdan, səlibdən. 
Daş otdan yapışmaz, gövhər də çöpdən, 
Yəmən çöllərində döyüşlər gedir. 
275 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
276 
 
 
Qaya qamaşdırır daşın gözünü, 
İngilis təşvişdən döyür dizini. 
Saya salmayırlar rusun sözünü
Yəmən çöllərində döyüşlər gedir. 
 
Qoşun yürüyürdü zəfərə doğru, 
Qan-tər kürüyürdü istini üzdən. 
Fələk öz oduyla, öz alovuyla, 
Sanki bu yerləri salmışdı gözdən. 
 
Duymuşdu Mehralı bu həqiqəti, 
Şəhriyyə qalası intizardadı. 
Xəyanət yuvası, üsyan ocağı, 
Qiyamın beşiyi elə burdadı. 
 
Qoşun toz qopardı qumlu çöllərdə, 
Viran qalmalıydı abdal oylağı. 
Gərək qarğalara meydan olmasın, 
Qızılquş yuvası, qartal oylağı. 
 
Qayalar dururdu indi qarşıda, 
Şığıyır yolları bu dar keçiddə. 
Mehralı şübhəli, amma xəbərsiz, 
Bilmirdi qurulub tor bu keçiddə. 
 
Qayanın üstündən ələndi daşlar, 
Gəlirdi daş döyə, qum döyə-döyə. 
276 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
277 
 
 
 
277 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
278 
 
 
Qoşun parçalanıb bir neçə yerdən
Dolu tək yağdırdı gülləni göyə. 
 
Açıldı atların irəşmələri, 
Qarmaqlar bağlanıb atıldı dərhal. 
İgidlər əlindən sıyrılan kimi, 
Qayanın köksünə çatıldı dərhal. 
 
Dırmaşdı qayaya ərlər, ərənlər,  
Yerə yuvarlandı gör neçə düşmən. 
Aman istədilər əsir düşənlər, 
Qalmadı onlarda başqa bir güman. 
 
Aldı cəzasını çölün düzündə, 
İblis fitnəsinə uymuş ərəblər. 
Orduya qoşulub silah götürdü, 
Səhvini anlamış, duymuş ərəblər. 
 
 
 
 
 
 
 
 
 
 
278 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
279 
 
 
 
 
Şəhriyyə qalası uğrunda döyüş və 
         Mehralı bəyin ölümü 
 
(Mənbələrə görə, bu hadisə 1906-cı ildə baş vermişdir) 
 
 
Namərd yuvasına dönüb Şəhriyyə, 
İçində ilanlar, çayanlar gəzir. 
Düşüncəsi dayaz, qafası boşlar, 
Özlərini sultan sayanlar gəzir. 
 
Nə zalım olurmuş Allaha asi, 
Günahla yoğrulub qanı, mayası. 
Özü bixəbərdi, yanır tayası, 
Yanında şeytana uyanlar gəzir. 
 
Sığışmır qılınclar daha qınına, 
Sədd çəkib qalanın dörd bir yanına, 
Bilirmi görəsən düşmən – canına, 
Allahın əmrilə qıyanlar gəzir? 
 
Təslim olmadılar qiyamçı kəslər, 
Getsə də təkliflər Mehralı bəydən. 
Fırtına qopardı Qarapapaqlar, 
Elə bil toz-duman yağırdı göydən. 
279 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
280 
 
 
Çapıldı sinələr, kəsildi başlar, 
Qoşun yeridikcə düşmən üstünə. 
Qurd kimi meydana girən igidlər, 
Bilmirdi səhrada od nə, isti nə. 
 
Güllələr yağdırır hər iki tərəf
Burda öldürən kim, burda ölən kim. 
Polad qılınclara başı bədəndən, 
Burda böldürən kim, burda bölən kim. 
 
Çölünü od vurub, içini günah, 
Şəhriyyə qalası inildəyirdi. 
Mehralı paşanın zəlzələsindən, 
Sanki divarları dingildəyirdi. 
 
Budur, asım-asım divarlarında, 
Mehralı paşanın qoç igidləri. 
Dırmanır qalanın köksünə doğru, 
Amansız düşmənlə öc igidləri. 
 
Durub ayaq üstə atın belində, 
Gəlir Mehralının dəli nərəsi. 
Barmağı tətikdə, gözü hədəfdə, 
Bir düşmən susdurur bircə gülləsi. 
 
İgidlər qalaya girdiyi zaman, 
Sevincdən göylərə açdı əlini. 
280 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
281 
 
 
Amma bu sevinci bir anlığıymış, 
Qəfil bir güllədən bükdü belini. 
 
İgidlər dövrəyə aldılar onu, 
Dərindi yarası Mehralı bəyin. 
Özünü bir qədər məğrur tutsa da
Yoxuydu əslində bir halı bəyin. 
 
Qalaya boylanıb gülümsünürdü, 
Qələbə sevinci vardı üzündə. 
Şəhriyyə qalası azaddı, lakin, 
İndi ömür yolu gəzdi gözündə. 
 
Hələ çin olmamış arzusu vardı, 
Qafqaz nalə çəkir düşmən əlində. 
Paralanmış qəlbi Azərbaycanın 
Həzin nəğmələrə döndü dilində: 
 
Kim edəcək, a türk oğlu, 
Bizdən başqa çarə bizə. 
Vətən olub dilim-dilim, 
Vurub dərin yara bizə. 
 
Altaylarda qalıb izim, 
Dərbənd bizim, Kərkük bizim. 
Coşsun Borçalım, Təbrizim, 
Tez qoşulsun sıramıza. 
281 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
282 
 
 
Türküstanım varaq-varaq, 
Gör, Bakıdan varmı soraq? 
Gəl yeni bir dünya quraq, 
Qəm düşməsin aramıza. 
 
Daha susmalıdır kədər, 
Doğudan batıya qədər. 
Qanadlansın böyük zəfər, 
İşıq salsın eramıza. 
 
Çaba göstər türk balası, 
Qoyma sabaha qisası. 
Bir oğul doğ türk anası, 
Məlhəm etsin yaramıza. 
 
Cismini yer uddu, adını tarix, 
Göyə uçdu ruhu, canı dünyadan. 
Ölmün gözlərinə dik baxa-baxa, 
Köçdü könülərə fani dünyadan. 
 
Tarixin köksünə qanıyla yazdı, 
Şöhrətli ismini, şanlı adını. 
Ondan ilham alıb türk oğulları, 
Vüqarla çalacaq öz qanadını. 
 
Palıdlar bitəcək bu kökün üstə, 
Qürurla vuracaq ürəklərimiz. 
282 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
283 
 
 
Gövhəri dəmirdən, qızılı misdən, 
Ələyib seçəcək ələklərimiz. 
 
Böyük qəhrəmanlar sevilmir əbəs, 
Tarix yaradırlar ruhla, nəfəslə. 
Həyat dastanını Mehralı bəyin, 
Bağlayaq, a dostlar biz müxəmməslə. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
283 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
284 
 
 
 
 
 
 
Mehralı bəy! 
(Müxəmməs) 
 
Sənə bel bağladı vətən, 
Oğul, – dedi, Mehralı bəy! 
Yanıltmadı zəndi onu, 
Fikri qəti, Mehralı bəy! 
Əməlinlə qazanmısan, 
Bu şöhrəti, Mehralı bəy! 
Unutdurdun millətinə, 
Qəm-möhnəti, Mehralı bəy! 
Yaşatdırdın asilərə, 
Məşəqqəti, Mehralı bəy! 
 
Yəhər üstə keçdi günün
Dağı-daşı yordu Qəmər. 
Yalmanına yata-yata, 
Keşiyində durdu Qəmər. 
Seçilmədi igidlərdən, 
Gör nə meydan qurdu Qəmər. 
Bir namərdin gülləsindən, 
Üzdü səni, qırdı Qəmər. 
 
284 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
285 
 
 
Atına qurban eylədin, 
Kəmfürsəti, Mehralı bəy! 
 
Kişnəyəndə Qarakötük, 
Pozuldu düşmənin səfi. 
Cəngə girdi Kor İsmayıl, 
Boğuldu gör neçə əfi. 
Yetişdi Qazi Məhəmməd, 
Sındı yağının sədəfi. 
Sənin ərlik qüdrətindən, 
Doğuldu Türkün şərəfi. 
Uca tutdu ulu Tanrım, 
Bu şövkəti, Mehralı bəy! 
 
Sədan yetişəndə Çinə, 
Gəlir Teoman, – dedilər. 
Müjdə çatdı Hindistana, 
Babur şah Cahan, – dedilər. 
Haray saldı Türküstana, 
O Bilgə Xaqan, – dedilər. 
Teymurləngdən qeyrisinə, 
Yox daha güman, – dedilər. 
Atilla zühr edib, – dedi, 
Doğu, batı, Mehralı bəy! 
 
Dünya fani, həyat qısa, 
Ömür gedər, gün əyilər. 
285 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
286 
 
 
Bircə hünər göstərənə, 
İgid, qəhrəman deyilər. 
Zəfərlərin gəlməz saya, 
Hər yanda adın öyülər. 
Şəninə nəğmələr qoşar, 
Neçə-neçə elbəyilər. 
Yaşayarsan ürəklərdə, 
Bu həyatı, Mehralı bəy! 
 
SON 
 
02.11.2008 - 12.08.2009 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
286 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
287 
 
 
 
İÇİNDƏKİLƏR 
 
Zəlimxan Yaqub. Elbəyi Cəlaloğlunun “Mehralı bəy” 
dastan-poemasi haqqinda düşüncələr ...................... 3 
Rüstəm Kamal. Mehralı bəy: yaşanılmiş tarix və obraz 
(Elbəyi Cəlaloğlunun  “Mehralı  bəy”  dastan-poeması 
haqqında qeydlər) ............................................................ 6 
Müəllifdən ..................................................................... 11 
Gəlir(Divanı) ................................................................. 18 
Tərsaya(Təcnis) ............................................................. 19 
Mehralı(El havası – Qaraçı) ........................................ 20 
 
I Boy 
Mehralı bəy axtarışda 
 
Borçalı elindən doğdu bir ərən ................................... 21 
Mehralı bəyin atasını itirməsi ..................................... 25 
Mehralı bəyin atasını Xaçlı məzarlıqdan çıxarması 28 
Bir ümid boylanar dərdin içindən ............................. 32 
Mehralı bəyin ilk dəfə mühasirəyə düşməsi ............ 37 
Elin sevgisindən ilhama gəldi .................................... 40 
Hər ocaq başında öz yeri vardı .................................. 44 
Bu nə ilk köçüydü, nə son köçüydü .......................... 48 
Qəmər at ........................................................................ 52 
Tanrı bu dağları sənə yazıbdı ..................................... 56 
Çıldırda Şenliyə çatdı xəbəri....................................... 60 
287 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
288 
 
 
Xoş günlər yaşadı dostlar içində ................................ 63 
Atlardan endilər Xaxalacorda .................................... 65 
 
II Boy 
İran, Qafqaz, Qars arası 
 
Baharın eşqiylə .............................................................. 69 
Mehralı  bəyin  dayısı  Hüseynin  mühasirədən xilas 
olunması  ........................................................................... 74 
Mehralı  bəy,  Kor  İsmayıl  və  Kələnin  Hüseynin  İran 
səfəri ................................................................................... 78 
 
III Boy 
Dönüklər 
Onu dinc qoymadı Mansur oyunu ............................ 84 
Kələnin Hüseynin ölüm xəbəri .................................. 91 
Kələnin Hüseynin oyunbazlığı .................................. 94 
Şürəgəl səfəri ................................................................. 96 
Musa çavuşun öldürülməsi ........................................ 98 
Mehralı bəylə iki gürcü ............................................... 102 
Mehralı bəylə Qərib ağanın döyüşü .......................... 107 
Mehralı bəyin Baharı qaçırması ................................. 111 
Hüsniyyə ananın gəlini ............................................... 117 
Mehralı  bəyin qardaşı  Məmmədalı  ilə  Dərəçiçəyə  və 
İrana getməsi ..................................................................... 122 
Qardaşların Qaradağ səfəri ......................................... 127 
Təzətoyluların Dalaverli Mansur və Doşanquloğlu  
288 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
289 
 
 
Hüseynin dəstəsi ilə atışması ..................................... 133 
Dalaverli  Mansurla  Doşanquloğlu  Hüseynin  sözünün 
çəpləşməsi ......................................................................... 137 
Mehralı bəyin Dalaverə basqını ................................. 139 
Mehralı  bəylə  Doşanquloğlu  Hüseynin  qarşılaşması
 ............................................................................................. 142 
Mehralı bəyin Doşanquloğlu Hüseynlə döyüşü ..... 146 
 
IV Boy 
Mehrali bəy Qars qazamtında 
Edam qərarı ................................................................... 151 
Dalaverli Mansurun növbəti hiyləsi .......................... 155 
Mehralı bəyin Qars qalasından qaçması ................... 158 
Mehralı bəy Maraslıda ................................................. 161 
Qəmərin sevinci ............................................................ 165 
Kor İsmayılın öldürülməsi .......................................... 167 
Mehralı bəyin Dağıstan səfəri .................................... 173 
Mehralı bəyin sevinci ................................................... 182 
Baharın məktubu .......................................................... 183 
Hacı Vəlinin satqınlığı ................................................. 186 
Hünəriniz var, tutun! ................................................... 190 
 
V Boy 
Mehralı bəy 1877-1878-ci illər Osmanlı – Rus 
müharibəsi dönəmində 
 
Vətən darda qalsa qopar igidlər ................................. 193 
289 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
290 
 
 
Mehralı bəyin ailəsini Qarsa köçürməsi ................... 195 
Mehralı bəyin Ruslar tərəfindən bağışlanması ........ 198 
Mehralı  bəyin  Qars  komandanı  Hüseyn  Hami  Paşaya 
yazdığı  növbəti məktub  Osmanlı  Şərq  qoşunları 
komandanı  Əhməd  Muxtar  Paşaya  və  Sultan 
Əbdülhəmidə də çatır ...................................................... 200 
Çıldırda  Mehralı  bəyi  Şərq  qoşunları  komandanı 
Əhməd Muxtar Paşa qarşılayır ...................................... 203 
Satqınlığın cəzası .......................................................... 205 
Qars şəhəri 27 günlük mühasirədə olarkən ............. 207 
Mehralı bəyin Doşanquloğlu Hüseyni bağışlaması  211 
I Ərzurum döyüşü ....................................................... 213 
Qəmərin öldürülməsi .................................................. 215 
Qara kötük ..................................................................... 218 
Kalo kəndinin faciəsi ................................................... 223 
Alacadağ  döyüşündə  Kələninoğlu  Hüseynin  növbəti 
oyunbazlığı........................................................................ 227 
II Ərzurum döyüşü, Mehralı bəyin Dalaverli Mansurla 
son görüşü ......................................................................... 231 
 
VI Boy 
Acıyurdun ağası 
 
Bu dəfə yönünü Sivasa saldı ....................................... 238 
Yeni Qrapapaq Hamidiyyə Süvari Alayları ............. 243 
Mehralı bəyin Sultan Əbdulhəmidlə görüşü ........... 245 
Bağdad üsyanı .............................................................. 248 
290 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
291 
 
 
Mehralı bəyin yeni düşmənləri .................................. 251 
Hasan  ağanın  bu  hadisəni  Sivas  valisi  Rəşid  paşaya 
xəbər verməsi .................................................................... 257 
Yəmən üsyanı və Rəşid bəyin intiqamı ..................... 260 
 
VII Boy 
Yəmən döyüşləri 
 
Od yağırdı Yəmənə ...................................................... 270 
Mehralı bəyin yaralanması ......................................... 273 
Yəmən çöllərində döyüşlər gedir ............................... 275 
Şəhriyyə  qalası  uğrunda  döyüş  və  Mehralı  bəyin 
ölümü ................................................................................. 279 
Mehralı bəy! (Müxəmməs) .......................................... 284 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
291 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
292 
 
 
 
TANIŞLIQ 
 
Sazlı-sözlü Borçalı torpağının Kürüstü Dəmirçihasannı 
bölgəsinin  İlməzli  kəndində  doğulmuşam.  Atamın  bar-
maqları ilə sazın pərdələri arasında sıxılan tellərin (simlə-
rin)  möcüzəli naləsimi, yoxsa əsrarəngiz  nəğməsimi bil-
mirəm, məni elə beşikdəcə ovsunladı. Beləcə saz havaları-
nın laylası ilə yatıb, harayı ilə oyana-oyana, Mələk nənə-
min bayatılarını, anamın zümzümələrini, atamın söylədi-
yi rəvayətləri, əfsanələri, dastanları dinləyə-dinləyə böyü-
düm.  İçimdəki  zəngin bədiiyyat,  mənalı  uşaqlıq  təəssü-
ratları məni şeirləşməyə, dastanlaşmağa, aşiqləşməyə səs-
ləyirdi. Orta məktəbin III sinfində oxuyarkən məktəbimi-
zin təşkil etdiyi konsertlərdə, bədii gecələrdə çıxışlar edir, 
saz havaları ifa edirdim. VIII sinifdə oxuyarkən saz ifaçı-
lığı üzrə olimpiadanın laureatı oldum və bürünc medalla 
təltif  olundum.  Orta  məktəbdə  oxuduğum  illərdən  şeir 
yazmağa  başladım.  Hal-hazırda  dörd  şeirlər  kitabının, 
“Mehralı  bəy”  dastan-poemasının,  “Göy  ərləri,  yaxud 
Borçalı türklərinin etnik tarixinə səyahət” etnoqrafik-pub-
lisistik  araşdırma  kitabının,  “Eşq  dənizləri  qovuşanda” 
dərvişnaməsinin, “9-cu meydan” povestinin,eləcə də, yüz 
əlliyə  yaxın  müxtəlif səpkili  məqalələrin  müəllifiyəm. 
Qarşınızdakı kitab – “Mehralı bəy” yeni redaktəmdə təq-
dim olunur. 2020-cu ilin 15 yanvarında yaşım bu rəqəm-
ləri iki-iki ayırıb toplasaq, onların cəmi qədər olacaq, yəni  
292 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
293 
 
 
(20+20+15). 
Həyat çətinliklərdən ibarət olsa da ulu yaradan bizlərə 
mətanət,  dözüm  və  cəsarət  də  aşılayıb.  Qarşıma  çıxan 
sədlər, maneələr heç vaxt məni qorxutmayıb, onlara qarşı 
mübarizə aparmışam. Ən böyük yaradıcılığım isə üç öv-
ladım və hələlik üç nəvəmdir. Bütün bunlara görə ulu Ya-
radana şükürlər olsun! 
1844-cü  il  doğumlu  Mehralı  bəyin  anadan  olmasının 
175-ci  ildönümü  münasibətilə  və  geniş  oxucu  tələbatını 
da nəzərə almaqla “Mehralı bəy” dastan-poemasını yeni 
redaktədən  sonra  sizin  öhdənizə  buraxmağımdan  məm-
nunluq duyuram.Əziz oxucum, indi   söz sizindir! 
Qeyd: Diqqətə çatırım ki, əsər ilk dəfə 2010-cu ildə ki-
tab şəklində nəşr olunub. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
293 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
294 
 
 
E  47 
 
E  47  Elbəyi Cəlaloğlu.  Mehralı bəy. 
 
 
 
Mətbəənin direktoru: Şəddat Cəfərov 
 
Korrektor: Mülayim Vəliyeva 
Dizayner: Orxan Quliyev 
 
 
 
Çapa imzalanıb: 06.02.2010. 
Kağız formatı: 60X84 1/16. 
Fiziki ç.v 18, Sifariş 53, Tiraj 500. 
 
 
 
 
 
 
“3  saylı  Bakı  mətbəəsi”  ASC-də  hazır  diopozitivdən 
istifadə olunmaqla ofset üsulu ilə çap olunmuşdur. 
 
Ünvan: A. Məhərrəmov 4. 
 
294 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
295 
 
 
 
 
 
 
 
 
 
295 
MEHRALI BƏY 

Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə