Elbəyi CƏlaloğLU



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə2/43
tarix12.10.2018
ölçüsü2,2 Mb.
#73673
1   2   3   4   5   6   7   8   9   ...   43

Elbəyi Cəlaloğlu 

 
 
 
Rüstəm KAMAL 
 
MEHRALI BƏY: YAŞANILMIŞ TARIX VƏ 
OBRAZ 
(Elbəyi Cəlaloğlunun “Mehralı bəy” dastan-poeması haqqın-
da qeydlər) 
 
Elbəyi Cəlaloğlu  (onun  adında  da  epik  siqlət  yaşayır) 
şair ömrünün ağırlığını yaxşı anlayırr, ona görə də həmi-
şə uca Yaradandan kömək diləyir. Üzünü həmişə göylərə 
tutur. Vaxtilə şeirlərindən bir beyt yadımda qalmışdı: 
 
Sıldırım qayanı, salqarlı dağı 
Bir əlçim buluda bükəndən danış. 
 
Epos qəhrəmanları (Çingiz xan, Koroğlu...) göylə bağlı-
dırlar. Onların qutsallığı da burdandır. Mehralı bəy Qara-
papaq oğlu olsa da, ruh tarixi göylə əlaqədardır. 
Elbəyi  Borçalı  aşıq  məktəbinin  dəyərli  nümayəndəsi 
Aşıq Cəlalın ocağında doğulub, boya-başa çatıb. Ona gö-
rə də ömrünü-gününü sazdan-sözdən, dastan qəhrəman-
larından  ayrı  düşünmür.  O,  Aşıq  Qərib  və  Şahsənəmin, 
Əsli  və  Kərəmin,  Koroğlunun  gerçək  varlığına  inanır. 
Yoxsa “Mehralı bəy” dastan-poeması yazılardımı? 
Elbəyi Cəlaloğlu  türk  insanının  vurğunudur.  Türküs-
tan, Borçalı, Təbriz, Kərkük sevdalısıdır. Bu sevgini şeir-
Elbəyi Cəlaloğlu 



MEHRALI BƏY 

 
lərindən birində belə dilə gətirmişdi: 
 
Kərkükdə məhəbbətim, Mərənddə sevgimə bax, 
İzmirdə istəyimə, Gəncədə eşqimə bax. 
Astana da doğmadı Bişkek, Səmərqənd kimi, 
İstanbul nə gözəldir doğulduğum kənd kimi. 
 
Elbəyi Cəlaloğlunun epik sözünün içindən türkün qut-
sal  keçmişi  ilə  bağlı  bir  nostalji  keçir.  Əsəri    oxuyandan 
sonra  bircə  şeyi  deyə  bilərəm:  Vallah-billah, Elbəyi  bu 
ömrün içində olubdur. 
Etnik mədəniyyət tarixi əslində şəxsiyyət miflərinin ta-
rixidir. Hər şair öz şəxsiyyət mifini yaradır, məsələn, Hü-
seyn  Cavidin  Topal  Teymuru,  Səməd  Vurğunun  Vaqif 
mifi.  Elbəyi Cəlaloğlu  da  öz  şəxsiyyət mifini –  Mehralı 
bəy haqqında  mifi  yaratmağı  qarşısına  məqsəd  qoyur. 
Mif  ənənənin  gücü  hesabına  yaranır.  Elbəyi  ənənənin 
enerjisini  (dastan  enerjisini)  içinə  o qədər  yığmışdı  ki, 
Mehralı bəy obrazı mütləq işığa çıxmalıydı. 
Elbəyi Cəlaloğlu  tarixin  şairidir.  Tarix  ilahəsi  onun  il-
ham pərisidir.  Əcdadlar  dünyası  onun  sevgisidir.  Onun 
poetik təfəkküründə tarix ehtirasli və səmimi patetika ilə 
təqdim olunur. 
Elbəyi Türk ərənlik tarixinin həm şahidi, həm də yara-
dıcısı kimi çıxış edir. O, Mehralı bəyin ömür və savaş sal-
naməsini  canlı  şahid  kimi  təsvir  edir.  Mehralı  bəyin  bü-
tün hərəkətlərini, jest və mimikasını dəqiqliklə və diqqət-
lə izləyir. Bəzən bu təsvirlər uzun təfərrüatlara gətirsə də, 
MEHRALI BƏY 



Elbəyi Cəlaloğlu 

 
obrazın  bütövlüyünü  və  miqyasını  zədələmir.  Ümumiy-
yətlə,  gerçək  tarixi  qəhrəmanın  taleyinə  inanmadan  (və 
heyrətlənmədən!) onun mifoloji obrazını yaratmaq çətin-
dir. 
Elbəyi Cəlaloğlu o şairlərdəndir ki, onun təhtəlşüurun-
da  Koroğlu  arxetipi,  Koroğli  mifi  mövcuddur.  Mehralı 
bəyin  ömür  məcrası  “Koroğlu  mifi”  üstündə  söylənilir. 
Poemanın leksik-sintaktik, ritm-intonasiya ierarxiyası Ko-
roğlu  dəlilərinin  hayqırtısını,  Oğuz  bəylərinin  kafirlərlə 
savaş səhnəsini bizə xatırladır: 
Kəsmişdi dörd yanı Kələninoğlu, 
Mərdlər döyüşündə beləydi qayda. 
Dizlər kotan kimi şumladı yeri, 
Meydan nə haydadı, onlar nə hayda. 
 
“Kitabi-Dədə Qorqud”da Bəkilin oğlu Əmranın kafirlə 
döyüşünü  yadıma  salıram:  “Gürzlə  doğişdilər,  qara  po-
lad uz qılıc ilə dartışdılar, sərpə-sərpə meydanda qılıclaş-
dılar <...> meydanda buğa kimi süşəsdilər, köksləri dəlin-
di...”. 
Əsərdə görüş-ayrılıq (Mehralı bəy - Bahar xanım), əlbə-
yaxa  savaş  (Mehralı  bəy  –  Doşanquloğlu)  səhnələrinin 
təsviri  epos  estetikasının  prinsiplərinə  tam  uyğundur. 
Dastanın “Yəmən çöllərində döyüşlər gedir” adlanan epi-
zodunda  deyimin    (“Yəmən  çöllərində  döyüşlər  gedir”) 
təkrarlanması döyüş obrazını gözlərimizdə canlandırır. 
Epik  ləngərlik  dastanda  lirik  ovqatın  genişlənməsinə 
qətiyyən imkan vermir. Müəllif emosiyasında “epik höv-
Elbəyi Cəlaloğlu 



MEHRALI BƏY 

 
sələ” var. Hətta əsərin süjetində yer almış ənənəvi saz şe-
irlərində  (qoşma,  deyişmə, gəraylı)  də  epos təhkiyəsinin 
möhürü  var,  vüsal-hicran,  sevgi  təsvirlərində  belə  “lirik 
nəfəslik” yoxdur: 
 
Keçdi yoxlamağa bir-bir atların 
Yəhər-yüyənini, qantırğasını. 
Qəfildən bir atın qoşa təpiyi 
Sındırdı igidin qabırğasını. 
 
Mehralı bəy haqqındakı bütün qaynaqlar bir yerdə gö-
türüldükdə  artıq  tarixi  şəxsiyyət çərçivəsindən  çıxır.  Et-
nik  mifologiyanın  və  şairin  “fərdi  mifologiyasının”  (R. 
Yakobson) mahiyyətindən gəlir ki, zaman keçdikcə tarixi 
gerçəklik mifoloji  gerçəklik kimi qavranılır. 
Elbəyi Cəlaloğlu Mehralı bəyi yaşanılmış tarix və mifo-
loji gerçəklik kimi qəbul etdiyindəndir ki, onu bədii obraz 
kimi verə bilibdir. Ümumiləşdirmə və məcazilik tarixi ob-
razı bədii obraza çeviribdir. 
Elbəyinin ərənlik-kişilik tarixinə epik qayıdışı Ata yur-
duna, Evə, Ocağa qayıdışıdır. Dastan şairin kişilər zama-
nı ilə canlı əlaqə yaratma imkanıdır. Şair hadisələrin təs-
virində emosional yaşamı inandırıcı edir: 
 
Mehralı sıçradı Qarakötüyə, 
Tüfənglər gurladı yandan-böyürdən. 
Uçan güllələrin bir çoyutması 
Onun ayağına teyləndi birdən. 
MEHRALI BƏY 



Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə