Elbəyi CƏlaloğLU



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə9/43
tarix12.10.2018
ölçüsü2,2 Mb.
#73673
1   ...   5   6   7   8   9   10   11   12   ...   43

MEHRALI BƏY 
43 
 
 
43 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
44 
 
 
 
 
 
Hər ocaq başında öz yeri vardı 
 
Fəsillər dolanır, aylar ötürdü
Keçirdi günləri sal qayalarda. 
Nə əli yetişir, nə ünü çatır, 
Hicranla baş-başa qalmışdı yar da. 
 
Təsəlli versə də özünə bir gün, 
Söndürə bilmədi qəlbin odunu. 
Xəlvətcə yararaq qaranlıqları, 
Əvvəlcə Darvaza sürdü atını. 
 
Qardaşla, bacıyla görüşdü bir-bir, 
Qolunu ananın boynuna atdı. 
Çəkib qızdırılmış ev xörəyini, 
Ana əllərinin duzunu daddı. 
 
Bir qayda qoymuşdu Hüsniyyə ana, 
Ona hər xörəkdən pay ayrılacaq. 
Xörəyi qabında buza dönürdü
Mehralı gəlmirdi, gəlmirdi, ancaq. 
 
 
 
44 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
45 
 
 
İndi sevinc yaşı axıb ananın, 
Sevdi kirpiyini, yudu yanağın. 
İmkanı olsaydı heç düşünmədən, 
Toyunu edərdi “qəfil qonağın”. 
 
Ananı fikirdən ayırdı birdən, 
Oğlunun inadlı müraciəti: 
– Köçə hazırlaşın, mən gələnədək, 
Sizi incitməmiş murdar xisləti! 
 
Durub vidalaşıb çıxdı Mehralı, 
Üz qoydu Keşəli kəndinə doğru. 
Orda bir məhəbbət şölələnirdi
Göynəyir ürəyi, sancırdı bağrı. 
 
Sevir Mehralını hər uşaq, böyük, 
Hər ocaq başında öz yeri vardı. 
Bu dəfə gəldiyi ocağa, evə, 
Onu sürükləyən bir intizardı. 
 
Eşidincə atın ayaq səsini, 
Evə bir səs düşdü: “Mehralı gəldi”. 
Amma, nə bilsinlər bu cəsur oğlan, 
Başı alovlanıb, havalı gəldi. 
 
Bahar tellərinə çəkdi əlini
O, tələm-tələsik çıxdı eyvana, 
45 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
46 
 
 
Nəfəsi təngidi həyəcanından, 
Dönmüşdü yanağı qırmızı qana. 
 
Anaxanım ana duruxdu bu dəm, 
Qaçmadı gözündən qız təşvişləri. 
Məhəl qoymasa da bu səhnəciyə, 
Sıxdı dodağını onun dişləri. 
 
İgidin qəribə üz ifadəsi 
Ananın fikrində cığırlar açdı. 
Əri ona tərəf çevrilən zaman, 
Hürküb şübhələri dağıldı, qaçdı. 
 
Evin sakinləri hərə bir yandan, 
Tutdu Mehralını sorğu-suala. 
Onun canındakı sevgi atəşi, 
Sanki od vuracaq bütün mahala. 
 
Qarışıb igidin fikri, xəyalı, 
Bürümüşdü onu qəribə hallar. 
Bəzən deyiləni eşitmirdi heç, 
Hərdənbir cavabsız qalır suallar. 
 
Gözaltı izləyir Bahar səhnəni
Gah atanı süzür, gah da ananı. 
Hərdən Mehralıya dikilir gözü, 
Unudur ətrafı, bütün hər yanı. 
46 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
47 
 
Gözlər bir-birinin udub fikrini, 
Yenidən sualla parıldayırdı. 
Zamanın vəfasız dəqiqələri, 
Onları bir daha cismən ayırdı. 
 
Mehralı yenidən çıxdı dağlara, 
Dağlar keşiyində duracaq onun, 
Axtarış o qədər güclənmişdi ki, 
Düşündü haraya salacaq yönün? 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
47 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
48 
 
 
 
 
 
Bu nə ilk köçüydü
nə son köçüydü 
 
İranda Makuya saldı yönünü, 
Qohum-əqrabası yaşayan yerə. 
Ulu Borçalının məhəbbətini, 
Yayan oylaqlara, daşıyan yerə. 
 
...Qüzeydən gələndə qara buludlar
Arzunu ürəkdə puç eyləmişdi. 
Boyun əyməyənlər rus qılıncına, 
Çıxıb Borçalıdan köç eyləmişdi. 
 
Karvanlar düzəldi arabalardan, 
Qarsa, Ərdahana, Sivasa doğru. 
Körpə ümidlərin baxırdı gözü, 
Urmiyaya tərəf, Sulduza doğru. 
 
Türkün taleyinə yazılıb köçlər, 
Bu, nə ilk köçüydü, nə son köçüydü. 
Qardaş damarından qardaş qəlbinə, 
Bu, sevgi axını, bu, qan köçüydü... 
 
 
48 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
49 
 
 
Coşub Mehralının bu gəlişindən, 
Çiçəyə büründü silsilə dağlar. 
Sevgi qarşıladı onu Makuda, 
Ziyarətə gəldi qarapapaqlar. 
 
İkinci “Borçalı” yaranıb burda, 
Kəndlər də adını dəyişməmişdi. 
Ərləşib oğullar, yetişib qızlar, 
Quzular dadını dəyişməmişdi. 
 
Amma Borçalının hey qarış-qarış, 
İncidildi oğlu, əzildi qızı. 
Arandı nə daxma, nə tövlə qaldı, 
Yoxdu Mehralının bir izi-tozu. 
 
Tiflisi titrətdi təşviş, vahimə, 
Yığdı məmurları Loris Melikov. 
Aciz görünürdü bir türk əlindən 
Çaşıbdı bu boyda imperiya bütöv. 
 
Hirsindən çeynədi dodaqlarını, 
Melikov əmrini verdi qısaca: 
– Ya o əjdahanı tutub gətirin, 
Ya da boynunuzu sürtün qılınca! 
 
Ciddi axtarışlar başladı yenə, 
Evdə döşəyəcən töküşdürdülər. 
49 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
50 
 
 
İgidin yerini bilənə qədər, 
Amansız, zülmkar tədbir gördülər. 
 
Ultimatum getdi İran şahına: 
“Mehralı haqqında tədbir görülsün!” 
Şah sərəncam verdi komandanlara: 
“Tutulub ruslara təhvil verilsin!” 
 
Doldular əsgərlər kəndlərə ev-ev, 
Burda da arandı qarapapaqlar, 
Tüfəngin lüləsi kotana döndü, 
Şumlandı, əkildi bütün otaqlar. 
 
Dövrəyə alındı sonda bir kümə, 
Bir divin ovuna çıxıb bir qoşun. 
Yerə döyəcləyib ayaqlarını, 
Qəmər də bağrını yarırdı daşın. 
 
Mehralı bilirdi, çox da düşünüb, 
Yandırmaq olmazdı papağı günə. 
Dırmanıb belinə damın gizlicə, 
Tullandı qəfil bir atlı üstünə. 
 
Vurub salan kimi onu yəhərdən, 
Dayandı düz atın qarnının altda, 
Sıçrayıb yerindən qurd görmüş kimi, 
Havalı-havalı qaçırdı at da. 
50 
Elbəyi Cəlaloğlu 


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə