Elbəyi CƏlaloğLU



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə7/43
tarix12.10.2018
ölçüsü2,2 Mb.
#73673
1   2   3   4   5   6   7   8   9   10   ...   43

Elbəyi Cəlaloğlu 
30 
 
Çağırıb axundu “Yasin” oxutdu, 
Çəkildi gözündən həsrət, intizar. 
 
Şəriət yoluyla, el adətiylə 
Dəfn edib atanı, durdu ayağa
Qəlbində bir qürur oyandı onun, 
Təbəssüm qonmuşdu üzə, dodağa. 
 
Dərdin də betəri olurmuş demə, 
Dərdin özünün də bir dərdi varmış. 
Ürəkdə sevgini alışdırmağa, 
Onun öz qaydası, öz şərti varmış. 
 
Ətrafı sükutda görüb Mehralı, 
Məzarı bir az da saldı sahmana. 
Ağartı düşdükcə göyün üzünə, 
Dan yeri təravət verirdi ona. 
 
Quşdan qanad alıb yetişdi evə, 
Ananı bu işdən eylədi halı. 
Qəm dəfinəsində bu gecə igid 
Qaladı ocağı, çatdı tonqalı. 
 
Hüsniyyə ananın dağ ürəyindən 
Əridi bir qədər buzu, ağladı. 
Şamın işığında Məmli kişinin, 
Oğlu doluxsundu, qızı ağladı. 
 
30 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
31 
 
 
Çəkib ətəyini sancdı belinə, 
Bir qab halva çaldı evin qadını. 
Halva qoxusunu inanca görə, 
Duyub rahatlanır ölünün canı. 
 
Elə bil Gün doğdu bu gün üstünə, 
Yasdanmı çıxmışdı Hüsniyyə ana? 
Qəlbi dağa döndü, qürurla baxdı, 
Oğul fitrətində bu cərəyana. 
 
İndi bir sorun var, yeni bir sorun, 
Səhər Mehralını arayacaqlar. 
Bəlkə də məhşərin odundan ötə, 
Çatılıb amansız, qansız ocaqlar. 
 
Belə düşüncədə vurnuxaraq o, 
Çıxıb getmək üçün rüsxət istədi. 
– Nigaran olmayın məndən, anacan, 
Hərdən ziyarətə gələcəm, – dedi. 
 
Durub vidalaşdı doğmalarıyla, 
Bir-bir sinəsinə sıxdı onları. 
Bərkidib Qəmərin yəhərbəndini, 
Çapdı ər oylağı dağlara sarı. 
 
 
 
MEHRALI BƏY 
31 


Elbəyi Cəlaloğlu 
32 
 
 
 
 
Bir ümid boylanar 
dərdin içindən 
 
Ehtiyac duyduqca sığınacağa, 
O, Əhməd ağanı saldı yadına. 
Atası Məmliylə bir-birlərinin, 
Çətin günlərində çatıb dadına. 
 
Mehralı döndərib atın başını, 
Birbaşa Keşəli kəndinə sürdü. 
Qapının səbirsiz tıqqıltısından 
Qarşıda Mehriban bibini gördü. 
 
– Axşamınız xeyir, Mehriban bibi! 
– Xoş gəldin, ay oğul, çaşdırdın məni! 
Süfrə üstə gəldin içəri buyur, 
Yəqin çox istəyər qaynanan səni! 
 
Demə xəbərsizdir olub keçəndən, 
Nə Əhməd eşidib, nə də Mehriban. 
Onlara çatsaydı bu səs, bu soraq
Qərar tutmazdılar evdə bircə an. 
 
 
 
Elbəyi Cəlaloğlu 
32 


MEHRALI BƏY 
33 
 
 
Gecə yarıyacan, şam işığında 
Danışdı Mehralı son olayları. 
Özü də bilmirdi Əhmədin, necə 
Bürüdü qəlbini qəm alayları? 
 
Həyat qayğılarla dolu olsa da, 
Kədəri qəlbində boğmaq şərəfdir. 
İnsan neyləsin ki, mərdlər dünyada, 
Qəmin oxlarına daim hədəfdir. 
 
Bir ümid boylanar dərdin içindən, 
Ümidsiz ürəkdə arzular yanar. 
Sevinc yolundakı sərt sınaqları 
Nə naşı anlayar, nə namərd qanar. 
 
Bu uzun gecənin qara kölgəsi 
Mürgülər doldurdu yorğun gözlərə. 
Yatmış beyinlərə nə dərd, nə sevinc, 
Beləcə sakitlik çökdü üzlərə. 
 
Səhər açılanda baxdı Mehralı, 
Günəşin al-əlvan şəfəqlərinə, 
Təptəzə misralar yazırdı göylər 
Ana təbiətin vərəqlərinə. 
 
Yenə fikirlərlə durub yerindən, 
Evin dörd yanını gəzib dolaşdı. 
33 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
34 
 
Birdən nəzərləri qonşu eyvanda 
Telini darayan qıza sataşdı. 
 
Baxışlar toqquşub, üzlər güləndə, 
Sinəsi dərya tək ləpə döyürdü. 
Darağı əlindən sürüşən gözəl, 
Yörəsinə baxıb, evə yüyürdü. 
 
Mehralı Baharı tanıdı birdən, 
Beş-altı il qabaq görmüşdü onu. 
Şıltaq uşaq idi o vaxtlar bu qız, 
Oynardı, əynində güllü bir donu. 
 
Bir dəfə dalaşan görmüşdü onu, 
Oğlan uşağıyla qışın qarında. 
Mehralı yüyürüb aralamışdı. 
Oğlanı yıxaraq döyən yerində. 
 
İndi boy atıbdı qızılgül kimi, 
Arı bal çəkəsi çiçəklərindən. 
Qızlar bulağından doyunca içib, 
Şəfəqlər yayılır ləçəklərindən. 
 
İntizar düşmüşdü hər iki qəlbə
Ürək döyündükcə sağ göz səyridi. 
Üz-üzə dayanan iki pəncərə, 
Sanki bir-birinə tərəf yeridi. 
 
34 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
35 
 
 
Dodaq pıçıldadı, qulaq duymadı, 
Göz işarə vurdu, qaş naz eylədi
Bezib qarlı qışın şıltaqlığından, 
Bu gün ulu Tanrı bir yaz eylədi. 
 
Xəlvəti çəpərə yaxınlaşdılar, 
Gözlərin ovsunu sardı onları. 
Bir-birinə doğru uzandı əllər, 
Əritdi məhəbbət, sevgi hasarı. 
 
Qəlbi təmizlərə qismətdi yalnız, 
Tanrı məqamları, eşq görüşləri. 
Sevgi birləşdirir bizim həyatda, 
Haqqın qılıncıyla bölünmüşləri. 
 
Qoca kainatın, ulduzlu göyün, 
Həyatın cövhəri sevgidir ancaq. 
Sevgi təbiətdir, sevgi dünyadır, 
Sevgidən alışır hər od, hər ocaq. 
 
Qarlı sıra dağlar, sərt qayalar da, 
Orman da gücünü sevgidən alır. 
Göylərə qol açmış gen dərələr də, 
Sevgidən yaranıb bərqərar olur. 
 
Qoluna güc gəldi, dizinə taqət, 
Nigar ehtişamlı görcək Baharı. 
35 
MEHRALI BƏY 


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə