Elbəyi CƏlaloğLU



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə6/43
tarix12.10.2018
ölçüsü2,2 Mb.
#73673
1   2   3   4   5   6   7   8   9   ...   43

Elbəyi Cəlaloğlu 
24 
 
Durub keşiyində ləyaqətinin, 
Bürcünə çevrildi namusun, arın. 
 
Bir gün Məmli kişi üz-üzə gəlib, 
Göstərdi düşmənə yenə cəngini. 
Nişan alanınsa onu Mehralı, 
Alnına çaxmışdı ov tüfəngini. 
 
“Gülüstan” atəşi, “Türkmənçay” odu, 
Yaşatdı Məmliyə sonsuz dəhşəti. 
Ləlvər dağı boyda qüruru vardı, 
Qəbul edəmməzdi bu əsarəti. 
 
Bəlkə də yüz dəfə döş-döşə gəldi
Atlı kazaklarla dərədə, düzdə. 
Çoxları düşündü, – nə faydası var, 
Savaş meydanında özünü üz də. 
 
Bu zülmün əlindən köçənlər oldu, 
Qaradağ, Urmiya, Sulduz boyunca, 
Qarapapaqlara açıb qolların, 
Qars, Ərdahan, Sivas qucdu doyunca. 
 
Ümidlər sönmədi gözlərdə, ancaq, 
Bitdi haqqa bağlı bir güman kimi. 
Atıldı meydana yenilməz bir ər, 
Güntəkin, Atilla, Alp-Arslan kimi... 
 
24 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
25 
 
 
 
 
Mehralı bəyin atasını itirməsi 
(Mənbələrə görə, Məmli ağa 1862-ci ildə 
 rus kazakları tərəfindən qətlə yetirilmişdir) 
 
Kədərə köklənmiş günlər içində 
Varmışdı Mehralı on yeddi yaşa. 
Üz qaralığını boynuna alıb, 
Dövran müsibətlər açırdı başa. 
 
Tökülüb gəlmişdi kazaklar yenə, 
Kəsildi bir səhər evin hər yanı. 
Sonacan daşındı Məmli ağanın, 
Xırmandan buğdası, anbardan dəni. 
 
Çıxdı Məmli ağa haya, haraya, 
Tüfəngi qaldırdı gözünün üstə. 
Qırdı amanını düşmən gülləsi, 
Çökdürdü bir anda dizinin üstə. 
 
Mehralı tüfəngə yönəldi birdən, 
Kəsdi qabağını Hüsniyyə ana. 
Güllü kəlağayı açıb başından, 
Atıb ayağına, yalvardı ona... 
 
 
25 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
26 
 
Keçilməz, aşılmaz səddir kəlağay, 
Namus əlaməti, ar nişanıdır. 
Ümidə, inama, anda xəyanət
Tanrı qarşısında xar nişanıdır. 
 
...Dayandı Mehralı yerində naçar, 
İçində göz yaşı boğurdu onu. 
Bax elə burdaca ana təbiət, 
Həyata yenidən doğurdu onu. 
 
Nifrət göyərmişdi qəlbində indi, 
Kin yuva salmışdı düşüncəsində. 
Övladı qeyb olmuş ana qurd kimi
Ulartı duyuldu daha səsində. 
 
Dəyişdi həyatı bir an içində, 
İtirdi atanın məhəbbətini. 
Daha görünmürdü söykəndiyi dağ
Özüylə apardı səadətini. 
 
Başqaldıranları sındırmaq üçün, 
Fənd əsirgəməyib zaman qəddara. 
Bilmirdi göylərdən cəza gələcək, 
Gömməklə Məmlini Xaçlı məzara. 
 
Kafirlər dərd qoydu dərdin üstünə, 
Heç kəs gözləmirdi belə vəhşəti. 
 
26 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
27 
 
Mehralı görəndə bu haqsızlığı, 
Qəlbində boy atdı sonsuz nifrəti. 
 
Qisas ürəyini üzürdü onun, 
Bu, haqqın, hüququn intiqamıydı. 
Ədalət yolunda yüz-yüz şəhidin, 
Qanını almağın bir məqamıydı. 
 
Dönmüşdü qəfəsdə çırpınan quşa, 
Kəsildi gözündən gecələr yuxu. 
Heç kimə güvənmir daha dünyada
Aslan ürəyiydi bir varı-yoxu. 
 
Onu dərd içində boğulan görüb, 
Gah ana danladı, gah qardaş-bacı. 
Domuşub əl üzdə, dirsək dizində, 
Axıtdı yaşını o, acı-acı. 
 
 
 
 
 
 
 
 
 
 
 
27 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
28 
 
 
 
 
Mehralı bəyin atasını xaçlı 
məzarlıqdan çıxarması 
 
Bir gecə ulduzlar təntənə qurub, 
Gözəllərtək Aya eyləyəndə naz, 
Gözlərini mürgü qapadı onun, 
Yuxuda atayla danışdı bir az. 
 
Ata qınayırdı ərgən oğlunu: 
– Qəbul edirsənmi sən belə dərdi? 
Atan kafirlərlə yatır məzarda, 
Yoxsa, düşünürsən bu, bir hünərdi?! 
 
Oyandı Mehralı sərsəm,  
O gecə 
Gözündə bir az da qaraldı onun. 
Səbri qalmamışdı daha durmağa, 
Ürəyi sıxıldı, daraldı onun. 
 
Başını qaldırıb göylərə baxdı, 
Gördü ulduzların nəzərindədi, 
Ay da baş endirib üfüqə doğru, 
O da öz sevgisi azarındadı. 
 
 
28 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
29 
 
Qazmağı götürüb qopdu yerindən, 
Çatdı fırtına tək qəbristanlığa. 
Məzarın köksündən alıb atanı, 
Çiyninə götürüb, durdu ayağa. 
 
Keşikçi kazaklar aldı üstünü, 
Onu hədələyib, tutdular lağa. 
Mehralı yavaşca yana çəkildi, 
Endirib atasın qoydu otluğa. 
 
Ürəyində təmkin, qəlbində nifrət, 
İki keşikçiylə üz-üzə durdu, 
İçini göynətdi bu yaramazlıq, 
Birdən, sanki qanı başına vurdu. 
 
Ağıla sığmayan bir an içində, 
Sıyırdı belindən qoşa xəncəri. 
Kafirlər silaha macal tapmamış, 
Çaxdı ildırım tək döşə xəncəri. 
 
Cənazəni alıb düzəldi yola, 
Ata xilas oldu bu yad məzardan. 
Yenidən həyata qaytarmış kimi, 
Mehralı ayrıldı dərddən-azardan. 
 
Cənnət bağı qədər möhtəşəmiydi, 
Doğmalar yanında qazdığı məzar. 
 
29 
MEHRALI BƏY 


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə