Elbəyi CƏlaloğLU



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə14/43
tarix12.10.2018
ölçüsü2,2 Mb.
#73673
1   ...   10   11   12   13   14   15   16   17   ...   43

MEHRALI BƏY 
79 
 
 
Mehralı əlini atıb cibinə, 
Qocaya uzatdı qızıl pulları. 
– Bir azdan cütün də gələcək, – dedi, 
– Get evə sevinsin qoy uşaq, qarı. 
 
Ağaya ismarıc getdi bir anda: 
– Versin öküzləri gəlməmiş gözə, 
Əgər özüm gəlsəm, – söyləyin ona, 
–Qocanın önündə çökəcək dizə. 
 
Bir azdan sevinclə yetişdi qoca
Düşdü Mehralının ayaqlarına. 
Qaldırıb qolundan qocanın igid, 
Qürurlu olmağı tapşırdı ona. 
 
İsmayıl düşünüb dedi, – uşaqlar, 
Burdan da çıxmağın çatıbdı vaxtı. 
Cüt öküzdən bizə gəlməmiş xəta, 
Gəlin Urmiyaya sürüyək taxtı. 
 
Mehralı bığına çəkdi əlini: 
– Taxtın da varıymış, İsmayıl sənin, 
Yaxşı, durun gedək, – dedi gülərək, 
– Başına iş gələr yoxsa Hüseynin. 
 
Ürküdüb kolların kəkliklərini, 
Atlar keçirdilər boz yamacları. 
79 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
80 
 
 
Göründü Urmiya gözəllikləri, 
Dağıldıqca yolun tumar saçları. 
 
Çəkdilər atların yüyənlərini, 
Şad oldu könüllər, sevindi ellər. 
Bir karvansarada endilər atdan. 
Çox olub Mehralı burda əzəllər. 
 
Görüncə sahibi karvansaranın, 
Basıb üzəngini, – düş, ağam, – dedi. 
Bilirəm çox yorub yoxuşlar sizi, 
Buyurun, nə qədər mən sağam, – dedi. 
 
Köhnə dostlar kimi sarmalaşdılar, 
Sevincdən üzlərdə lalələr bitdi. 
Açıb heybəsini Mehralı ona, 
Qızıldan bir qəlyan hədiyyə etdi. 
 
– Necədi, ay Həsən bəyənirsənmi? 
– Hər dəfə xəcalət verirsən mənə. 
– Xəcalət düşmənin olsun, ay Həsən, 
Layiqli kişisən, tay olmaz sənə. 
 
Bir az da qabağa getdilər onlar
Gördülər bir karvan düzəlir yola. 
Mehralı sorunca karvanbaşıdan, 
Dedi, – Borçalıdan keçəcəm, bala! 
80 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
81 
 
 
– Onda qoy bir namə verim, ay əmi, 
Qaçaqlar qarşına çıxsa verərsən! 
Görsələr namədə mənim imzamı, 
O anda xeyrini sən də görərsən! 
 
– Bu məktub kimədir söyləsən, oğul? 
– Dostlara bəllidir Baharın adı. 
Götürüb qələmi xış kimi görək, 
Mehralı kağızı necə şumladı? 
 
Boğ sinəndə həsrətini, 
Gözü yolda qalan yarım! 
Qəlbi mənimlə döyünüb
Xəyallara dalan yarım! 
 
Dərdlərimi yazan oldum, 
“Yar” deməkdən ozan oldum. 
Sərhədləri pozan oldum, 
Ay o tayda qalan yarım! 
 
İşə salıb bizi tərsa, 
Tutsun məni gücü varsa. 
Aparacam səni Qarsa, 
Birtəhər döz, dolan, yarım! 
 
Yolların ipindən yapışdı karvan, 
İgidlər keçdilər otaqlarına. 
81 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
82 
 
 
Ötürdü günləri, Həsən bir an da 
Xəsislik etmirdi qonaqlarına. 
 
Bir gün də nahara əyləşmişdilər, 
Bayırda qalmaqal duydular onlar. 
Tələsik qapıdan çıxdı İsmayıl, 
Gördü əsgərlərlə dolub bu yanlar. 
 
Əsgər barmağıyla çağırdı onu, 
İsmayıl tez dönüb, girdi otağa. 
Mehralı bu işdən halı olmamış, 
Əsgərlər özünü verdi otağa. 
 
– Durun, yubanmadan çıxın bayıra, 
Bu gün qalmamalı burda bir insan! 
Mehralı təmkinlə, – gəl çörək kəsək, 
Görünür çox sevir səni qaynanan! 
 
Vurağan toğluya dönmüşdü əsgər: 
– Buradan tez çıxın, söylədim sizə, 
Bu gün xan gələcək karansaraya, 
Gərək görünməsin qeyri kəs gözə! 
 
– Gəlirsə, xan gəlsin, burda nə var ki, 
Adam deyilikmi səncə biz onda?! 
– Hətərən-pətərən danışdın, oğlan, 
Deyəsən qanını tökəcəm sonda! 
82 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
83 
 
 
Mehralı yamanca alındı sözdən, 
Öpüb çörəyini qoydu süfrəyə. 
Yerindən durmamış tam ayaq üstə, 
Teyləndi xəncəri birbaş ürəyə. 
 
Çıxdılar qapıdan dələn-tərsinə, 
Hücum çəkənləri vurub yıxdılar. 
Qamçılar hökmünü verdiyi zaman
Atlar tərlan kimi yarıb çıxdılar. 
 
Tozun dumanına bürünürdülər, 
Qırdıqca yolların damarlarını. 
Dağları, düzləri arxada qoyub, 
Keçdilər İranın sınırlarını... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
83 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
84 
 
 
 
III Boy 
 
Dönüklər 
 
Onu dinc qoymadı Mansur oyunu 
 
Çatdılar Qazağın Şıxlı kəndinə, 
Günəş enən zaman dönüb kürsüdən. 
Kələnin Hüseyn tapşırıq aldı, 
Xəbər tutmaq üçün Sınıq körpüdən. 
 
Bir qalmaqal gördü orda Hüseyn
Demə karvanbaşı saçın yolurmuş. 
Son günlər saxlayıb tacir-tüccarı, 
Dalaverli Mansur xərac alırmış. 
 
Hüseyn bircə an qalmadı burda, 
Gedib dostlarına söylədi bunu. 
Mehralı heyrətə gəldi xəbərdən, 
Onu dinc qoymadı Mansur oyunu. 
 
Sürdülər atları Sınıq körpüyə, 
Tanıdı onları tez karvanbaşı. 
Düşüb Mehralının ayaqlarına, 
Tökdü gözlərindən yağmur tək yaşı. 
 
84 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
85 
 
 
Mehralı qışqırdı, – ehey, a Mansur, 
“Quldur”mu söyləyək daha adına? 
Bir də belə görsəm inan ki, səni, 
Çata bilməyəcək heç kəs dadına! 
 
Mansur kinayəli baxırdı ona, 
Tüpürdü Mehralı birdən üzünə. 
Döndərib atının başını Mansur, 
Getdi Melikovun düşsün izinə. 
 
Mehralı təskinlik verdi sarvana, 
Naməni soruşdu arada birdən. 
– Qarşıma bir qaçaq çıxmışdı, oğul, 
Dayın Hüseynmiş verdim ona mən. 
 
Tərpəndi hər işi nizamlı karvan, 
Qarşıda Tiflisin dar küçələri. 
Bölüşdü Mehralı dostları ilə, 
Mansurla ilgili düşüncələri. 
 
Çox uzun çəkmədi qənaətləri, 
Sürdülər atları Ehram boyunca. 
Hərəsi bir qasid saldı kəndlərə, 
Toplaşdı dəstəsi xəbər duyunca... 
 
Bəhanə tapmışdı özünə Mansur, 
Daha qaçaqlığın ipin qıracaq. 
85 
MEHRALI BƏY 


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə